Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə5/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   2   3   4   5   6   7   8   9   ...   119

Ona görə də, iqtisadi-ekoloji coğrafi tədqiqatın mühüm vəzifələrindən 
biri  də  tarixi  inkişafın  mövcud  sosial-iqtisadi  situasiya  ilə  şərtlənən  və 
ekoloji  ziddij^ətlərin  artmasına  imkan  verən  qanunauyğunluqların 
sosial-iqtisadi mexanizmini və əlaqələrini aşkara çıxartmaqdır. Şübhəsiz ki, 
məhsuldar  qüvvələrin  səmərəli  istifadə  edilməsi  və  iqtisadi-ekoloji 
problemlərin  nəzəri-metodoloji  konsepsiyalarının  hazırlanmasında  ən 
başlıca  mənbələrdən  biri  də  qabaqcıl  xarici  ölkələrin  alimlərinin  tətbiq 
etdikləri ayrı-ayn tədqiqat metodlarından yaradıcılıqla istifadə edilməsidir 
və  o  işlərə  tənqidi  yanaşmaqla  bütövlükdə  əsas  qanunların  mahiyyətini 
dərindən açacaqdır. 
Tədqiq  edilən  problemin  nəzəri-metodoloji  əsasını  Azərbaycan  və 
xarici ölkələrin alimlərinin ədəbi}^at mənbələrinin, elmi-tədqiqat işlərinin
layihə və planlaşdırma materiallarının təhlili, həmçinin müxtəlif metodiki 
materiallar,  normativlər  və  təqdim  edilən  kitabın  müəllifinin  apardığı 
tədqiqat işləri təşkil edir. Bununla əlaqədar iqtisadi-ekoloji problemlərin, 
nəzəri metodoloji əsaslarının tədqiqində rolu olan Baranski N.N. [1956], 
Kolosovski  N.N.  [1969],  Sauşkin  Y.Q.  [1963],  Kolosnik  S.V.  [1970], 
Anuçin V.A. [1972], Armand D.L. [1966], Dmitryevski Y.D. [1978], İzrael 
Y.A.  [1977],  İsaçenko  A.Q.  [1970],  Komar  İ.V.  [1990],  Lavrov  S.V. 
[1975],  Mints  A.A.  [1977],RaybçikovA.M.  [1976],FyodorovE.K.  [1980], 
Balatsko O.F. [1975], QofmanK.Q. [1985], LemeşyevM.Y. [1977], Oldak 
P.Q.  [1980],  Reymars  N.F.  [1993],  Davidoviç V.Q. [1982],  Lanpo  Q.M. 
[1985], Xoryev V.S. [1993], Ford D. [1982], Ayzard V. [1976], Kabberlend 
C. [1978], Leontyev V. [1982] və başqa tədqiqatçıların işlərini göstərmək 
olar. 
Yuxarıda  qeyd  edildiyi  kimi,  son  illərdə  cəmiyyət  və  təbii  mühitin 
qarşılıqlı  təsirinin  müasir  konsepsiyalarının  əsaslı  mövqeyi,  Azərbaycan 
Respublikası hökumətinin qəbul etdiyi qanunlarda, sərəncamlarda və digər 
məlum sənədlərdə yaradıcılıqla inkişaf etdirilmişdir. Müstəqil Azərbaycan 
Respublikasının Konstitusiyasında öz əksini tapmışdır. 
Azərbaycanda regionların konseptual inkişafının elmi-nəzəri 
14 


funksiyalanmnmüəyyənləşdirilməsində 
və 
iqtisadi-ekoloji 
coğrafi 
problemlərin  həllini  meydana  çıxaran  coğrafiyaçıların  və  iqtisadçı-  lann 
tədqiqatlan mövcuddur: Budaqov B.Ə. [1991; 1994, 2006], Hacızadə Ə.M. 
[1975;  1983],  Müseyibov  M.A.  [1998;  2011],  Məmmədov  R.M.  [2007; 
2009],  Göyçaylı  Ş.Y.  [1996;  2004],  Mikayılov  N.K.  [2000],  Babaxanov 
N.A. [2004; 2006], Qurbanzadə A.A. [2004; 2010], Xəlilov Ş.B. [2006], 
Nəbiyev  N.A.  [1987;  2004],  Əfəndiyev  V.Ə.  [1995],  İsmayılov  Ç.N. 
[2003],  Məmmədov  Z.Ə.  [2007],  Həsənov  T.G.  [1975-2007],  Nadirov 
A.A. [2002], Mehdiyev A.Ş. [2008], Əzizov B.M. [2008], Nuriyev A.X. 
[2004; 2007], Hüseynov S.K. [1995], Paşayev N.Ə. [2003] və b. 
Bazar  iqtisadiyyatı  şəraitində  inkişaf  edən  Azərbaycanda 
iqtisadi-ekoloji  problemlər  qlobal  xarakterə  malik  olub,  ölkə  üçün  həlli 
vacib  olan  fiziki,  iqtisadi  və  sosial  coğrafi  prosesləri  əhatə  edir.  Bu 
məqsədlə  ölkə  üzrə  regionların  təbii  potensialından  səmərəli  istifadə 
etməklə istehsalın dayanıqlı ərazi təşkilini aparmaqla ekoloji problemlərin 
həlli yollanm müəyyən etmək qarşıya çıxır. 
Azərbaycanda 
iqtisadi-ekoloji 
problemlərin 
nəzəri-metodoloji 
əsaslarını  öyrənən  elmi-tədqiqat  institutları,  elmi  mərkəzlər  fəaliyyət 
göstərir.  Azərbaycan  MEA-nın  Coğrafiya  İnstitutu,  Torpaqşünaslıq  və 
Aqrokimya  İnstitutu,  BDU-nun  Coğrafiya  fakültəsi,  Azərbaycan  Dövlət 
Pedaqoji  Universitetinin  Coğrafiya  fakültəsi,  ARDNŞ-in  Ekoloji  İdarəsi, 
Azərbaycan Dövlət İqtisad Universiteti, Milli Aviasiya Akademiyası və s. 
tərəfindən  ətraf  mühitin  qorunması  və  ekoloji  təhlükəsizliyin  idarə 
olunması  sisteminin  təkmilləşdirilməsi  və  onun  beynəlxalq  tələblərə 
uyğunlaşdırılmasma  nail  olmaq  məqsədilə  mövcud  ekoloji  problemlərin 
həlli  və  ətraf  mühitə  təsirlərin  azaldılması  sahəsində  bir  sıra  mühüm 
layihələr həyata keçirilir. 
Elmi  ədəbiyyatların  təhlili  göstərir  ki,  iqtisadi-ekoloji  sistemlərin 
tədqiqində  bir  çox  konsepsiyalarla  yanaşı  iqtisadi  və  sosial-coğrafi 
yanaşma konsepsiyası da mühüm elmi-praktiki əhəmiyyətə malikdir [74]. 
Coğrafiya alimləri tərəfindən öyrənilən ərazi sistemlərinin heç biri cəmiyət 
və təbiətin qarşılıqlı təsiri prosesindən kə 
15 


narda  təsdiq  edilə  bilməz  və  hər  hansı  bir  təbii  obyektin  tədqiqinin 
coğrafiliyi onun insan fəaliyyəti ilə əlaqəli öyrənilməsindən ibarətdir [154]. 
Bu ideyanı nəzərə alaraq deyə bilərik ki, ekoloji problemlərin həlli zamanı 
regionlann  bütövlükdə  təbii  və  sosial-iqtisadi  şəraiti  qabaqcadan 
öyrənilməlidir.  Əldə  edilmiş  məlumatlann  əlaqəli  təhlili  nəticəsində 
yaranmış  ekoloji  problemlərin  həllinin  hansı  istiqamətdə  aparılması 
asanlaşar  və  görülən  işlərin  səmərəliliyi  artar.  Nəticədə  coğrafiya  ətraf 
mühitin ahəngdar inkişafını idarə edən konstmktiv elmə çevrilir. 
Tərəfimizdən  apanlan  tədqiqatda  iqtisadi-ekoloji  coğrafi  sistem 
konsepsiyasını öyrənərkən coğrafiyanın elmi-nəzəri müddəaları əsas kimi 
götürülmüş  və  alınan  nəticələrdən  kompleks  formada  istifadə  edilmişdir. 
İqtisadi ekoloji coğrafi problemləri təhlil edərkən istehsalın səmərəli ərazi 
təşkili  prinsiplərinə  -  ərazi-istehsal  kompleksi  (tsiklər)  metodologiyasına 
konstruktiv  yanaşma  prinsiplərinə  üstünlük  verilməsini  düzgün  hesab 
edirik. 
İqtisadi-ekoloji  coğrafiyanın  inkişafına  a)  müəyyən  ərazidə  mövcud 
olan  coğrafi  şəraitin,  b)  sosial-iqtisadi  zəminlərin,  c)  texniki-iqtisadi 
amillərin təsirini aydınlaşdırmaq hər şeydən əvvəl indiki zamanda onların 
təşkilini, müasir və gələcək coğrafiyasının formalaşmasını aşkar etməkdir. 
Bunun  təhlili  üçün  başlıca  ərazi  obyektini  regionlar  təşkil  edir.  Çünki 
onlarda  iqtisadi-ekoloji  potensialın  mühüm  sahəvi  və  ərazi  stmkturlan 
cəmlənmişdir.  Bu  qeyd  edilənlərin  içərisində  ən  dinamiki  amillərdir. 
Onlardan cəmiyyətin inkişafının hər mərhələsində elmi-texniki tərəqqinin 
bütün nailiyyətlərindən böyük dərəcədə istifadə edilir. 
Texniki-iqtisadi 
amillər 
maddi 
istehsalın 
texniki-iqtisadi 
xüsusiyyətləridir,  onun  təşkilinin  texnologiyası  və  idarə  edilməsidir. 
Amillər birinci növbədə sənayedə əmək məhsuldarlığının yüksəldilməsini 
müəyyən  edir.  Texniki-iqtisadi  amillərin  təkmilləşdirilməsi  hesabına 
xammalın,  enerjinin,  əməyin,  ətraf  mühitə  təsirin  və  s.  məsrəfləri  azalır. 
Həmçinin  məhsul  vahidinin  hazırlanmasına  sərf  olunan  vaxtın  ümumi 
miqdarını qısaldır. 
Buna görə də, iqtisadi-ekoloji coğrafi sistemin təhlilində tex 
16 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə