Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə8/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   4   5   6   7   8   9   10   11   ...   119

sıra xüsusiyyətlərlə səciyyələnir. Əvvəla, Yer kürəsinin bütün üst təbəqəsi 
insan  fəaliyyətinin  təsiri  altına  düşmüşdür.  İkincisi,  insan  yerin 
hüdudlarından  kənara  çıxmışdır.  Üçüncüsü,  insan  fəaliyyəti  özünün 
genişliyinə  və  xarakterinə  görə  təbii  proseslərlə  müqayisə  edilir,  bəzi 
hallarda isə təbii prosesləri də ötüb keçə bilər [149]. 
İnsan-cəmi}^ət  və  təbiətin  bir-birinə  münasibəti  dedikdə,  bütün 
mümkün olan təbii resurslardan-önerji, mineral-xammal, kənd təsərrüfatı 
məhsulları və s. insanın həyatı üçün, maddi istehsal üçün istifadə edilməsi 
kimi  başa  düşülür.  Cəmiyyətin  təbiətlə  münasibətinin  çoxtərəfli  olması, 
ətraf mühitin insanın ictimai fəaliyyətinə və fiziki vəziyyətinə müxtəlif cür 
təsirini  göstərir.  Təbiətlə  əlaqəyə  girmədən  maddi  istehsalı  əldə  etmək 
mümkün  olmadığı  kimi,  insanın  mövcudluğu  da  mümkün  deyildir.  Bu 
ideyanın məntiqi cavabı aşağıdakı modeldə öz əksini aydın göstərir. 
 
“İstehsal-təbiət-cəmiyyət”in  qarşılıqlı  reaksiya  tsiklL  Buna görə 
də dayanıqlı iqtisadi-ekoloji proseslərin öyrənilməsində, yalnız kompleks 
və  sistemli  yanaşma  lazımi  nəticələr  verə  bilər.  Elmi  təhlillər  əsasında 
təbiət  və  cəmiyyət  sistemi  dinamik  mahiyyət  daşımaqla,  insan 
cəmiyyətinin  inkişafının  ilk  istehsal  fəaliyyəti  dövründə  yeni  mühit 
meydana  gəlmiş,  inkişaf  edib  davamlı  olaraq  iqtisadi-ekoloji  sistemə 
çevrilmişdir. 
Təbiət və cəmiyyətin qarşılıqlı təsiri problemi mürəkkəb və çox- 
23 


funksiyahdır. Onun sosial-iqtisadi əhəmiyyəti, cəmiyyətin tarixi inkişafının 
bütün  mərhələlərində  təbii  mühitin  oynadığı  rolla  əlaqədardır.  Təbiət 
insanların evidir, müxtəlif materialların xəzinəsidir. Yer kürəsində həyatın 
zəruri  şəraiti,  əhalinin  maddi,  estetik,  rekreasiya  tələbatını  təmin  edən 
mənbədir.  Bu  mənada  insanlar  özlərinə  məxsus  evlərində  həmişə 
səliqə-sahman yaratmağa çalışdıqları kimi, təbiəti də öz ümumi evi bilib, 
onun  səliqə-sahmanına  riayət  etməlidir.  Lakin  öz  mənfəətləri  naminə 
dağıdıcı  müharibələri  törədib  onu  viranə  qoymamalıdır.  Həmçinin  təbii 
ehtiyatlara xüsusi mülkiyyət kimi baxılması öz dövrünü sürüb qurtarmışdır. 
Getdikcə  əksəriyyət  başa  düşməlidir  ki,  təbii  ehtiyatlar  ümumxalq 
sarvatidir, onun qorunub saxlanılması tarixi zərurətdir. 
Tarixi  inkişafın  bütün  mərhələlərində  təbii  mühit,  ictimai  istehsalın 
inkişafına, məskunlaşmaya, ərazi əmək bölgüsünə və məhsuldar qüvvələrin 
yerləşməsinə mühüm dərəcədə təsir göstərmişdir. 
Təbiət  və  cəmiyyətin  qarşılıqlı  təsiri  birtərəfli  proses  deyil,  o,  ən 
müxtəlif  münasibətlərdə  təzahür  edir.  Cəmiyyətin  inkişafımn,  əhalinin 
davamlı  zəruri  şəraitinin  mühüm  amillərindən  biri  olan  ekoloji  mühit  və 
onun  komponentlərinin  öz  növbəsində  ictimai  istehsala  cəlb  edilməsi 
ölçüsünə görə çox böyük intensiv dəyişikliklərə məmz qalır, onda mühüm 
dəyişikliklərin yaranmasına şərait yaradır [145]. 
Elmi mənbələrin təhlili göstərir ki, iqtisadi inkişafla ekoloji vəziyyətin 
qarşılıqlı  təsirindəki  gərginlik  halları  tarixi  inkişafın  gedişində  bəzən 
böhranlı  vəziyyəti  yaratmışdır.  Keçən  əsrin  70-80-ci  illərindən  bəri 
vəziyyət, iqtisadi inkişaf və ekoloji mühitin qarşılıqlı təsirində baş verən 
böhranlı  vəziyyəti  nəinki  kəmiyyətcə,  həmçinin  keyfiyyətcə  də  ötüb 
keçmişdir.  Artıq  bu  gün  bir  sıra  sahələrdə  insanın  təbiətə  təsiri  böhranlı 
vəziyyətə çatmışdır ki, elmi  mənbələrdə  ekoloji  situasiya termini altında 
tədqiqatlar aparılır. 
Müasir  dövrdə  ekoloji  problemlər  xüsusi  olaraq  yeni  məzmuna 
malikdiı. Elmi-texniki inqilab, təbiətlə cəmiyyətin qarşılıqlı təsirini yalnız 
genişləndirməmişdir,  həm  də  insan-təbiət-cəmiyyət  sistemini  olduqca 
mürəkkəbləşdiiTnişdir.  Böyük  nemətlərin  alınmasına  şərait  yaradan 
elmi-texniki inqilab, həm də məlum ölçüdə təbiətə 
24 


ziyan  vurur.  Lakin  müasir  elmi-texniki  inqilab  özünün  inkişafının  ən 
yüksək  mərhələsinə-elmi-texniki  tərəqqi  mərhələsinə  keçməklə  ekoloji 
ziddiyyətləri  daha  da  kəskinləşdirmişdir.  Bununla  əlaqədar  elmi-texniki 
tərəqqi prosesinə diqqət olduqca artmışdır. Son 30 ildə insan Yer kürəsinin 
coğrafi səthində enerjinin və maddələrin yenidən yerləşməsi prinsiplərini 
təşkil  etmişdir.  İnsan  fəaliyyətinin  təsiri  elə  sürətlə  artır  ki,  onun  mənfi 
nəticələrinin  qarşısını  almaq  olduqca  çətinləşir.  Tədqiqatçıların 
hesablamalarma  görə,  təbiətdə  denudasiya  prosesi  olduqca  ləng  gedir. 
Məsələn, 1 metr qaya parçası 6 min ilə dağılır, antropogen hadisələr min 
dəfələrlə tez relyefi, çaylann məcrasını dəyişdirir və s. [155]. 
Elmi  tədqiqatlarda  insanın  təsərrüfat  fəaliyyətinin  Yer  planetinə 
təsirinin  lokal,  regional  xarakter  daşımasının  elmi  əsasları  təhlil  edilir. 
Sənayeləşdirmənin  inkişafı  və  urbanizasiyanın  təsiri  dayanıqlı  qlobal 
xarakter daşıyır. Atmosferin antropogen çirkləndirilməsinin artması, istilik 
balansının dəyişməsi və s. təkcə yanacağın yandırılması nəticəsində hər il 
atmosferə  10  mlrd,  ton  karbon  qazı  atılır  (dünya  ölkələrində  zərərli 
tullantılann 30%-ə qədəri tutulur) [127]. 
ABŞ  və  digər  inkişaf  etmiş  ölkələrdə  transmilli  şirkətlərin  (TMŞ) 
inkişafı 
təbii 
mühitdə 
ekoloji 
gərgin 
situasiyanı 
olduqca 
kəskinləşdirmişdir. 
Elmi 
ədəbiyyatlarda 
ekoloji 
situasiyasını 
səciyyələndirən 
ideyalar 
mövcuddur. 
Dünyada 
təbii 
mühitin 
çirkləndirilməsinin miqyasında inkişaf etmiş ölkələr üstünlük təşkil edir. 
Ətraf mühitin mühafizəsinə aid elmi mənbələrin araşdırılması göstərir 
ki, inkişaf etmiş ölkələrdən ABŞ-da hər il 1,3 mlrd, ton kənd təsərrüfatı 
tullantılan,  1  mlrd,  ton  dağ-mədən  sənayesinin  tullantıları,  350  mln.  ton 
ərzaq tullantıları və çirkab suları, 142 mln.ton zəhərli tüstülər və 18 mln. 
ton  avtomobil  qmntıları  yaranır.  ABŞ-  da  atmosfer  hövzəsinə  1400  mln. 
ton karbon qazı tullanmışdır. Bu da atmosferə qlobal tullantıların 22,9%-ni 
təşkil  edir,  adam  başına  düşən  tullantı  isə  5,3  ton  olmuşdur.  ABŞ-da 
Missisipi çayı vasitəsilə hər il Meksika körfəzinə demək olar ki, 400 mln. 
ton bərk tullantılar atılır. Ölkənin sahillərində hər il 10 min ton neft sızması 
hadisəsi qeydə alınır. Bundan başqa atmosfer hövzəsinə, ÇXR-da 
25 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə