Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə9/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   5   6   7   8   9   10   11   12   ...   119

800  mln.  ton  karbon  qazı  tullanmışdır.  Bu,  qlobal  tullantıların  1,3%-  ni 
təşkil  edir.  Burada  adam  başına  düşən  tullantı  0,7  ton,  Rusiyada  440 
mln.ton, müfaviq olaraq 5% və 2,4 ton; Almaniyada 235 mln. ton, 3,8% və 
2,9 ton təşkil edir [145]. 
Dünyanın sənaye cəhətdən inkişaf etmiş ölkələrində ekoloji böhranın 
aqibəti  olduqca  acmacaqhdır.  Belə  ki,  Yaponiyada  təbii  mühitin 
çirklənməsi ilə dəyən zərərin ölçüsü, 2000-ci illərin başlanğıcında bir neçə 
trln. iyen qiymətləndirilir. ABŞ-da təkcə havanın keyfiyyətinin pisləşməsi 
ilə  dəyən  zərərin  ölçüsü  20-25  mlrd,  dollar  olmuşdur.  Məhsuldar 
qüvvələrin inkişafının fəaliyyətsizliyi zamanı dəyən zərərin ölçüsü 25-30 
mlrd, dollar qiymətləndirilir. [127]. 
Göründüyü  kimi  müasir  dünyada  ekoloji  situasiya  eyni  cür  deyildir. 
Ayrı-ayrı  ölkələrdə  o,  müxtəlif  cür  təzahür  edir.  Bu  hər  şeydən  əvvəl 
ayrı-ayrı  ölkələrin,  yaxud  regionların  sosial-iqtisadi,  mədəni  inkişafının 
qeyri-bərabərliyi  ilə,  əhalinin  artımının  müxtəlifliyi  ilə,  təbii  ehtiyatlarla 
müxtəlif səviyyədə təmin olunması ilə sıx surətdə əlaqədardır. 
Qlobal  ekoloji  problemlərə  dair  son  dövrlərdə  apanlan  tədqiqatlarm 
əksəriyyətində  ümumi  miqyasda  baş  verən  dağıntılara,  ümumdünya 
komplekslərinin  viranedici  vəziyyətə  düşməsinə.  Yer  kürəsinin  ehti- 
yatlannm  nisbi  tükənmələrinə  və  s. ayn-ayn  ölkələrin  və  ya  regionla-  nn 
həll  edə  bilmədiyi  məsələlərə  daha  çox  fikir  verilir.  Təbii  ehtiyat-  lann 
tükənməsi, eroziya, havanm, çaylann, dənizlərin çirklənməsi, bəzi bitki və 
heyvan növlərinin, insanm fəaliyyəti nəticəsində yoxa çıxması, bilavasitə 
məhv  edilməsi,  insanın təbiətə  müdaxiləsinin  mənfi  nəticələridir.  Bımlar 
hamısı planetar, qlobal xarakter daşıyır. 
Təbii  ehtiyatlann  istifadəsi  sahəsində  insan  fəaliyyəti  təbii  mühitin 
simasını  dəyişdirmiş  böyük  geoloji  qüvvəyə,  mühüm  geokimyəvi 
proseslərin  amilinə  çevrilmişdir.  200  il  bundan  əvvəl  insanlar 
Mendeleyevin  dövri  sistemindəki  elementlərdən  yalnız  sənaye  cəhətdən 
iyirmisindən  istifadə  edirdilərsə,  hazırda  onlann  əksəriyyətindən  istifadə 
edir. İnsanlar tərəfindən tarix boyu 20 mlrd, tondan çox dəmir ərintisini, 
140 mlrd, ton daş kömür çıxarmış, 60 mlrd, tona yaxın neft əldə edilmişdir. 
İnsan tərəfindən təbiətdən 
26 


faydalı  qazıntıların  hasilatının  miqyasının  artırılması  XXI  əsrdə  bir  sıra 
təbii ehtiyatlann tükənməsinə şərait yaradır [175]. Elmi-texniki tərəqqi bir 
sıra  yeni  kimyəvi  elementlərdən  istifadə  edilməsinə,  yeni  enerji 
mənbələrinin,  həmçinin,  təbiətin  intensiv  surətdə  mənimsənilməsinə  də 
imkan  yaratmışdır.  İnsanlar  tərəfindən  ərzaq  məhsullannm  əldə  edilməsi 
təbii  mühitin  böyük  dəyişiklikləri  ilə əlaqədardır.  Hazırda  dünyada  kənd 
təsərrüfatına  yararlı  torpaq  4,8  mlrd,  hektardır,  bu  da  dünyada  ümumi 
torpaq  sahəsinin  37%-ni  təşkil  edir  [68].  Əkin  sahələrinin  inkişafı  yer 
kürəsində  meşə  örtüyünü  köklü  surətdə  dəyişdirmişdir.  Nəticədə  yer 
kürəsindəki meşə sahələri 40 faiz azalmışdır. Bu gün tropik meşələr sürətlə 
məhv  edilir.  Qərb alimlərinin  hesablamalanna  görə  hazırda  planetimizdə 
hər dəqiqə 20 hektar meşə sahəsi qırılır [158]. 
Hesablamalar göstərir ki, dünyada suvarılan torpaq sahələri 230 mln. 
hektan  təşkil  edir  [68].  Yeni  su  anbarlannm  yaradılması,  planetimizin 
hidroqrafık şəbəkəsini köklü surətdə dəyişir. Lakin hər il 100 km^-dən çox 
zəhərli  tullantılar  çay  hövzələrinə  atılır.  Əhalinin  Yer  kürəsində  sürətlə 
artması, yüksək səviyyədə sənayeləşmə ətraf mühitin çirklənməsinə şərait 
yaradır. 
Təbiət  və  cəmiyyətin  qarşılıqlı  təsirinə  aid  elmi  mənbələrin  təhlili 
göstərir ki, ayrı-ayn tədqiqatçılar təbiətlə cəmiyyət arasında yaranan mənfi 
nəticələrlə əlaqədar meydana çıxan müasir ekoloji problemlərin səbəbini 
gah ictimai-iqtisadi formasiyalarla, gah da elmi-texniki tərəqqi və əhalinin 
artımı ilə əlaqədar urbanizasiya prosesi ilə izah edirlər [170]. Fikrimizcə, 
ekoloji problemləri yaradan səbəbləri nə ictimai-iqtisadi formasiyalarda, nə 
ETT-də,  nə  də  əhali  artımında  axtarmaq  lazım  deyildir.  İstər  kapitalizm 
cəmiyyətində, istərsə də keçmiş sosialist cəmiyyətində, təbii ehtiyatlardan 
səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi ilə əlaqədar çoxlu 
işlərin  görülməsi  barədə  çoxlu  sübutlar  vardır.  Ekoloji  problemləri 
elmi-texniki tərəqqinin üzərinə atanlara sual olunur ki, əgər elm və texnika 
inkişaf etməsəydi, müasir cəmiyyətin tərəqqisi necə baş verərdi? Onsuz da 
hələ  kapitalizm  və  sosializm  cəmiyyətlərindən  qabaqkı  cəmiyyətlərdə. 
Mesopotamiyada, Yuna 
27 


nıstanda və Kiçik Asiyada insanların meşələri qırması ilə ətraf mühitə çox 
böyük mənfi təsir göstəmıələrini, mütərəqqi alimlər ətraflı təhlil etmişdilər. 
Məntiqi  olaraq,  təbii  mühitdə  baş  verən  dəyişiklikləri  və  ekoloji 
problemləri  yaradan  insan  faktorudur.  İnsan  faktoru  yüksək  intellektual 
səviyyəyə  malik  olmalıdır.  O,  istər  sahibkar  olsun,  istərsə  də  adi  adam 
olsun,  təbiəti  tamah  məqsədilə  talan  etməməlidir.  İnsanlar  təbiətdən 
israfçılıqla  istifadə  edib,  var  -  dövləti  toplayıb  övladlarının  gələcəyinə 
saxlayırlar.  Lakin  onlar  unudurlar  ki,  uşaqlarının  gələcəyi  üçün 
var-dövlətdən çox sağlam həyatı-təbiəti saxlamalıdır. Sağlam təbiət olmasa, 
nə  qədər  var  -  dövləti  olsa  da  xəstə  təbiətdə  0  da  xəstə  olacaq.  Vaxtilə 
insanlar təbiətdən çox şey götürüb əvəzini az ödəyirdilər. Müasir dövrdə isə 
əksinə  təbiətdən  az  götürüb  əvəzində  çox  verməlidir.  Müasir  insanlar 
təbiətin hər cür nemətlərinin bəhrəsini görüblər, bundan sonra yerdə qalan 
nemətlərdən səmərəli istifadə etməklə onları gələcək nəsillər üçün qoruyub 
saxlamaq barədə düşünməlidirlər. 
Dünyada istehsal-sənaye, kənd təsərrüfatı və nəqliyyat sahələri hansı 
ölkələrdə güclü inkişaf etmişdirsə, o ölkələrdə də ətraf təbii mühitə güclü 
təsir göstərilmişdir. Sənayenin inkişaf etdiyi şəhərlərdə əhali çox cəmləşir. 
Sənayeləşdinnə  əhalinin  artım  sürəti,  urbanizasiya  və  s.  hansı  ölkələrdə 
inkişaf etmişdirsə, orada təbiətlə cəmiyyətin arasında müəyyən ziddiyyətlər 
hökmən  yaranmalıdır.  Təbiətə  təsir  sənayeləşdirmə  ilə  əlaqədar 
olduğundan, ekoloji ziddiyyətləri təkcə inkişaf etmiş ölkələr aradan qaldıra 
bilməz. Belə ekoloji ziddiyyətlər keçid iqtisadiyyatına malik olan ölkələrdə 
də çox qalmışdır. İnkişaf etməkdə olan ölkələrdə ekoloji problemlər əhali 
artımında,  təbiəti  dəyişdirməyin  lazımi  vasitələrinin  aşağı  səviyyədə 
olmasında təzahür edir. Həmçinin, inkişaf etməkdə olan ölkələrdə ekoloji 
böhran “demoqrafik partlayış’Ta müşayiət olunur. Ümumiyyətlə, dünyada 
ekoloji  situasiyanın  yaranmasında  inkişaf  etmiş  ölkələrin  rolu  çox 
böyükdür  [169].  Bu  özünü  həm  əhalinin  sayma  olan  nisbəti  ilə,  həm  də 
sənaye məhsulunun həcminin mütləq artım ifadəsi ilə öz əksini tapır. 
28 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə