Elmi redaktor: Sakit Hüseynov



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə10/33
tarix20.09.2017
ölçüsü1 Mb.
#1072
1   ...   6   7   8   9   10   11   12   13   ...   33

A nar Həsənli

səviyyəsi  burada  kifayət  qədər  çox  sayda  spesifik  komponentlər 

doğurmuşdur.  Məhz  həmin  komponentlər  Bakını  uzun  müddət 

Azərbaycanın  digər  bölgələrindən  fərqləndirən  etnomədəni  mühiti 

yaratmışdır.  Buraya sırf Bakı üçün xarakterik olan adətlərdən tutmuş

yeni  yaranan  beynəlmiləl  ənənələrədək  müxtəlif  mədəni-məişət 

elementləri  daxildir.  Ancaq  bu  amillər  etnomədəni  ziddiyyətlər 

yaratmır. Bunlar müasir həyat tərzinin sosio-mədəni xüsusiyyətləridir. 

Adətlər  və  ənənələr  şəhər  həyat  tərzində  xüsusi  mövqeyə  malikdir. 

Qeyd etmək lazımdır ki, adətlər və ənənələr eyni funksiyanı daşımırlar 

və  onların  fərqli  cəhətləri  vardır.  Adətlər  ictimai  həyatın  müəyyən 

sferasında, başlıca olaraq məişət davranışının tarixən meydana gəlmiş, 

nəsildən-nəslə keçən, hamılıqla qəbul edilən və ictimai şüurun ancaq 

müəyyən formalarında təcəssüm edən sadə qaydalarıdır. Ənənələr isə 

tarixən  əmələ  gəlmiş,  nisbi  sabit  hərəkətlərin  yaşayış  tərzi  və  onun 

doğurduğu  mənəvi,  siyasi  və  estetik  idealların  və  münasibətlərin, 

maddi  və mənəvi  sərvətlərin, onların  inikası olan adətlərin, davranış 

normaları  və  yaşayış  qaydalarının,  sosial-tarixi  təcrübənin 

məcmusudur.  YUNESKO-nun  2005-ci  ildə  qəbul  edilmiş  və 

Azərbaycan  Respublikası tərəfindən 2009-cu ildə ratifikasiya edilmiş 

“Mədəni  Öziinüifadə  Müxtəlifliyinin  Qorunması  və  Təşviqinə  dair 

Konvensiya” çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 

“Mədəni  müxtəlifliyimiz  mədəni  vəhdətimizdir”  layihəsi  həyata 

keçirilməkdədir.  Layihə çərçivəsində  ölkə ərazisində  milli  azlıqların 

və yerli  xalqların  sıx  yaşadığı  regionlarda “Milli-mədəni  həmrəylik” 

mövzusunda  seminarların  keçirilməsi,  ölkənin  mədəni  həyatına 

inteqrasiya məqsədilə regionlarda olan  mədəniyyət xadimləri, xüsusi 

mədəni  özünüifadəyə  və  istedada  malik  olan  subyektlər  üçün 

treninqlərin  təşkili,  mədəniyyətlərarası  dialoqun  vəziyyətinə  dair 

tədqiqat işinin aparılması, ölkənin mədəni rəngarəngliyini əks etdirən 

buklet və broşuriarın nəşredilməsi, sərgilər, konsertlər, müsabiqələr və 

s. tədbirlərin keçirilməsi planlaşdırılır.

Müasir  dövrdə  ictimai  şüurda  belə  bir  fikir  hökm  sürür  ki, 

adətlərimiz  tədricən  aradan  çıxmaqdadır.  Uzun  müddət  siyasi

-

40

-



Müasir şəraitdə Azərbaycanda dini-madam dayarlarm  inkişaf xüsusiyyətləri

müstəqilliyini  itirmiş  və  daim  yad  mədəniyyətlərin  təsirinə  məruz 

qalan Azərbaycan üçün bu fikir həmişə gündəmdə olmuşdur. Belə ki, 

Sovet  dövründə  milli  mədəniyyətlərin  inkişafına  lazımi  diqqət 

yetirilmirdi.  «Ümumi  sovet mədəniyyəti»,  «Sovet  xalqı»  yaratmaq 

ideyaları tam gücü ilə həyata keçirilərkən ilk növbədə şəhərlərdə milli 

dəyərlərin,  adətlərin  və  ənənələrin  itirilməsi  təhlükəsi  daha  çox 

yaranırdı. Lakin SSRİ-nin dağılması ərəfəsində aparılan etnososioloji 

tədqiqatlar göstərir ki, şəhərli azərbaycanlılar arasında mədəniyyətdə 

hər  hansı  milli  xüsusiyyətlərini  itirmə  müəyyən  olunmamışdır. 

Sonrakı ictimai-siyasi proseslər də həmin tendensiyanın doğruluğunu 

təsdiq  etdi.  Bakıdan  başlayan  milli-azadlıq  hərəkatı  xalqın  milli 

özünüdərkini,  adət-ənənələri  möhkomləndirməsini  daha  da 

sürətləndirdi.  Müstəqillik  illərində  milli  dəyərlərə  qayıdışla  paralel 

dünyəviləşmə  və  liberallaşma  üzərində  ayaq  açan  qloballaşma  və 

şəhər  əhalisinin  həyat  tərzi  və  məişətində,  adət  və  ənənələrində 

birlikdə  əks  olunmağa  başladı.  İstər  mərasimlərin  (toy,  nişan,  ad 

günü, yas və dəfn) və bayramların qeyd olunmasında, istər davranış 

və  əxlaq  adətlərində,  istərsə  də  digər milli  adətlərdə  yeni  forma  və 

məzmun hiss olunmaqdadır.

Azərbaycanlıların  qədim  adətlərindən  olan  bayramkeçirmə 

adətləri  müasir  dövrdə  də  davam  etməkdədir.  Azərbaycanda 

mədəniyyətlə  bağlı  məsələlərə  kifayət  qədər vəsait  xərclənib,  bütün 

tarixi  binalar,  muzeylər  bərpa  olunub.  [30]  Buraya  milli  bayramlar, 

dini bayramlar və dövlət bayramları daxildir. Qədim bayramlar müasir 

dövrdə  müəyyən  forma  dəyişikliyinə  məruz qalsa da öz məzmun  və 

mahiyyətini  saxlamaqdadır.  Belə  bayramlardan  birincisi  Novruz 

bayramıdır.  Novruz  bayramı  mütərəqqi  bəşəri-milli  adət-ənənələrin, 

ən  yaxşı  humanist  sosial-mənəvi  münasibətlərin  məzmununu, 

keyfiyyətlərini özündə təcəssüm etdirən xalq mərasimlərindən biridir. 

Bu bayram sovet dövründə dövlət səviyyəsində müəyyən qadağalarla 

üzləşsə  də  xalq  tərəfindən  daim  qeyd  olunmuşdur.  1990-cı  il  mart 

ayının  13-də  Azərbaycan  Respublikası  Ali  Sovetinin  Rəyasət 

heyətinin  qərarı  ilə  Azərbaycan  xalqının  milli  ənənəsi  -  Novruz

-41

  -



Atıar Hasanli

bayramı  bərpa olundu və hər il  martın 21-i  qcyri-iş günü elan  edildi. 

Hazırda bu bayram dörd gün qeyd olunur.

Bununla  yanaşı  «Santa-Klaus»,  «Mikki-Maus»  və  digərləri 

müasir dövrdə  Bakının  yeni  ilinin təzə personajlarına çevrilib.  Eyni 

zamanda  Sovet dövründə geniş yayılmış yeni il bayramında «Şaxta 

baba»  və  «Qar  qızı»da  sevilməkdədir.  Bu  proses  kütləvi  Qərb 

mədəniyyətinin  və  bəşəri  dəyərlərin  təsiri  altında  gedir  və  aydın 

izlənilməkdədir.  Müsəlmanlar  arasında  ауп-ауп  şəxslər  tərəfindən 

belə  hallara  qarşı  çıxanlar da  olur.  Belə  ki,  Tacikistanın  Düşənbə 

şəhərində  bir  qrup  insan  tərəfindən  məhz  Santa-Klaus  geyimində 

olduğuna  görə  bir  nəfərə  hücum  edərək,  “Sən  kafirsən”  qışqıraraq 

onu bıçaqlay ıblar. Hadisədən bir gün əvvəl -  2012-ci il in dekabrın 30- 

da  Üləma  Şurasının  başçısı  Saidmukarram  Abdukodirzoda  bəyan 

etmişdi  ki,  Yeni  il  ərəfəsində  yolka  bəzədilməsi,  onun  ətrafında 

əylənib rəqs edilməsi tacik mədəniyyətinə uyğun deyil, həm də İslam 

qanunlarına qarşıdır. Buna baxmayaraq, Tacikistanda Yeni  ilin gəlişi 

rəsmi  şəkildə  qeyd  edilir  [143].  Azərbaycanda  ara-sıra  bəzi  din 

xadimləri  müxtəlif  bayramların  qeyd  olunması  əleyhinə  bir  sıra 

münasibətlər  bildirsələr  də,  istər  dini,  istərsə  də  qərbdən  gələn 

bayramlara azərbaycan xalqı hər zaman tolerant münasibət göstərir.

Müstəqillik  illərində  xalqımızın  keçirdiyi  bayramlar  sırasında 

dini  bayramlar  mühüm  yer  tutmaqdadır.  Bu  bayramlardan  ikisi 

-Ramazan  bayramı  və  Qurban  bayramı  yüz  illərdir  ki,  xalqımız 

tərəfindən qeyd olunur. Məlumdur ki, sovet dövründə dini bayramlar 

rəsmən  qeyd  olunmurdu  və  hətta  onların  keçirilməsinə  əngəllər 

yaradılırdı.  Müasir  dövrdə  isə  vicdan  azadlığının  mövcudluğu 

şəraitində hər bir vətəndaş mənsub olduğu dini bayramlarını sərbəst 

şəkildə  keçirə  bilir.  Əhalisinin  əksəriyyəti  müsəlmanlardan  ibarət 

olan Bakıda Ramazan (Orucluq) və Qurban bayramları xüsusi əhval- 

ruhiyyə və təntənə  ilə qeyd olunur.  Ramazan  bayramı  Hicri-Qəməri 

təqviminin  Ramazan  ayının  sonuncu  günü  keçirilir.  Əvvəldə  qeyd 

olunduğu  kimi  şəhər  əhalisinin  təxminən  üçdə  biri  oruc  tutur  və 

deməli  bu  bayramı  da  yüksək  əhval-ruhiyyə  ilə  keçirir.  Bir  ay



Muasır şarımda Azarbaycanda dini-mədani dayarbrin  inkişaf xüsusiyyatlari

müddətində  öz  iradəsinə  qalib  gələrək,  doyunca  qidalana 

bilməyənlərin  hisslərini  yaşayan  həmin  insanlar bu  müddət ərzində 

nəinki təkcə yeməyini məhdudlaşdtrır, eyni zamanda gözü, qulağı və 

dili  ilə  oruc  tutur.  İslam  dinində  ramazan  ayında  mənəviyyatsız 

mənzərəyə  baxmaq,  lazımsız  fikirlərə  diqqət  yetirmək  və  onlara 

qulaq  asmaq,  kimisə  acılamaq,  təhqir  etmək  orucu  pozan  hal  kimi 

qeyd olunur. Bu dinin ən humanist dəyərlərindən biri də orucun ancaq 

sağlam  insanlar  tərəfindən  yerinə  yetirilməsinin  buyurulmasıdır. 

Xəstə,  ağır  tibbi  əməliyyatlardan  çıxmış,  çətin  vəziyyətdə  yaşayan 

insanlar oruc tutmaqdan azad edilir.

Ramazan  bayramı  müxtəlif  xeyriyyə  tədbirləri,  əlillərə, 

kimsəsizlərə,  kasıblara yardımlar verməklə  fərqlənir.  Dindarlar bir- 

birinə  qonaq  gedir,  bayramlaşır.  Ramazan  ayında  «İftar  süfrəsi» 

açmaq şəhərdə getdikcə genişlənir.

Orucluğun  xeyriyyəçilik və sosial-ədalət kimi  mənəvi  dəyərləri 

bu  bayramdan  70  gün  sonra  keçirilən  qurbanlıq  ayini  və  Qurban 

bayramı vasitəsilə daha da zənginləşdirir və tamamlanır. İmkanı olan 

əhali  dini  ayinləri  icra  edib-etməməsindən  asılı  olmayaraq  qurban 

kəsir  və  onun  müəyyən  hissəsini  öz  yaxınlarına  paylayırlar.  Son 

dövrlərdə  dövlət  və  ictimai  təşkilatlar  səviyyəsində  kütləvi 

qurbankəsmə  mərasimləri  keçirilir  və  əldə  olunmuş  ət  imkansız 

ailələrə və məcburi köçkünlərə paylanır.

Müasir dövrdə yuxanda adı çəkilən mərasimlər və bayramlardan 

başqa  yeni  yaranmış  və ya  Bakıda  ənənəyə  çevrilməkdə  olan  digər 

mərasim və tədbirlərə də rast gəlinir.

Xalqın  ailə-məişət,  adət və ənənələri,  əxlaq və  davranış  normalan 

yüz illər ərzində formalaşmışdır və onun həyat tərzində əks olunmuşdur. 

Lakin  ictimai-siyasi  quruluşlar  bir-birini  əvəz  etdikcə  xalqın  həyat 

tərzində  də  müəyyən  dəyişikliklər  meydana  çıxır,  yeni  adət-ənənələr 

formalaşır.  Müasir  adət  və  ənənələrin  yaranması,  mənşəyi  və  inkişaf 

etdirilməsi  çox  halda  kütlələrin  yaradıcılıq  fəallığı  ilə  bağlıdır,  onlann 

özləri  tərəfindən  formalaşdınlır.  Müasir  dövrdə  kütləvi  mədəniyyətin 

geniş  təsiri  bu  fəallığı  müəyyən  qədər  azaldır.  İnsanlar  yeniliklər

-

43

-




Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə