Elmi redaktor: Sakit Hüseynov



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə14/33
tarix20.09.2017
ölçüsü1 Mb.
#1072
1   ...   10   11   12   13   14   15   16   17   ...   33

A n a r H əsənli

edir.  Eyni  zamanda bütün dinlər özü üçün  insan şüurunun anlamağa 

çalışdığı  metafizik  problemlərdən,  yaşanan  həyata  aid  praktik 

davranış qaydalarına qədər hər mövzuda insanı bilgiləndirməyə cəhd 

edir. Nə elm, nə də qeyri-elmi sistemlər dini dünyagörüş qədər insanı 

və onun mənsub olduğu cəmiyyəti əhatə edə bilməmiş, ən azı insanın 

varlıq  və  yaradılışla  bağlı  suallarına  din  qədər  sistemli  cavab  verə 

bilməmişdir. İnsanın qorxu, sevgi və ya ideal olaraq qəbul etdiyi «ali 

iradə»  modelinə  doğru  yönəlməsində  fəlsəfə  və  ideologiyanın  rolu 

danılmaz  olsa  da,  dinlə  fəlsəfənin  metodları  bir-birindən  köklü 

şəkildə  fərqlənmişdir.  Çünki  fəlsəfə  və  ideologiyadan  gələn 

humanizm,  həqiqəti  qurmaq  istədiyi  kimi,  insanı  da  qurmağa 

çalışmış, gerçək olan insan və ya insanlıq yerinə, quraşdırılmış insan 

və  insanlıq  obrazını  tanıtmağa  cəhd  göstərmişdir.  Fəlsəfi 

humanizmdə  insan  sevgisinin  quraşdırılmış  bir insanlığa yönəlməsi 

də buradan qaynaqlanır [71,192-193]. Dini humanizm isə yaradılmış 

və  «ali  iradə»nin  müəyyən  etdiyi  prinsiplər  çərçivəsində  davranış 

azadlığına sahib olan gerçək insanı obyekt olaraq seçir. Dinə, xüsusilə 

də  İslam  dininə  rasional  yanaşıldıqda  yalnız  İslamın  bölünmüş  və 

təktərəfli mahiyyətdə olan ideologiyaların hər birini əhatə edə biləcək 

gücdə  olduğu  anlaşılır.  Çünki  islam,  xristianlıq  və  şərqin  çoxsaylı 

mistik  dinlərinin  hamısını  din  olaraq  qəbul  etmiş,  materializmə 

fəlsəfi cəhətdən qarşı çıxsa da, ekzistensializmlə antropoloji və əxlaqi 

baxımdan  uyğun  gəlməmiş,  liberalizmlə  sosial  və  iqtisadi 

məsələlərdə  barışmamış,  nihilizmin  hər  şeyi  inkar  etməsinə  görə, 

onunla  hər  hansı  bir  münasibət  qurmamışdır  [70,  94].  İslamın  ən 

spesifik  cəhəti  isə  onun  bütün  müsəlman  dünyası  tərəfindən  qəbul 

edilə  biləcək  vahid  ilahiyyat  konsepsiyası  və  vahid  təlim 

yaratmamasıdır.  Bu  onun  fəlsəfi  təməlinin  zəifliyini  deyil,  gücünü 

göstərir.  Vahid  konsepsiyanın  olmaması  həm  islama,  həm  də  onun 

məzhəblərinə yeni fikirlərə meyil etmə, özünü inkişaf etdirmə imkanı 

vermişdir.  İslamın  həyat  qabiliyyəti,  dinamikliyi  «sərhədləri 

müəyyən  olunmuş  plüralizm»  ilə,  dini  sistem  çərçivəsində  fərqli 

baxışlara dözümlülük göstərməsi ilə qorunmuşdur [44,73].

-

56

-



Müasir şəraitdə Azərbaycanda dini-mədəni dəyərinin inkişaf xüsusiyyətləri

Dinin əsasını Müqəddəs və «Ali  varlığ»a mübahisəsiz qəbul edilən 

inanc təşkil edir.  Bu inanc cəmiyyətə ilahi prinsiplər formasında təqdim 

olunur. Dinlərin adı, forması nə olursa olsun, onlar hansı şəkildə tərif və 

təfsir edilərsə  edilsin,  hər  zaman  və  hər  yerdə  ortaq  xüsusiyyətləri  ilə 

tanınır.  Bu  ortaq xüsusiyyətlər  iman,  ibadət və cəmiyyət məsələlərində 

daha  bariz  şəkildə  üzə  çıxır.  Buradan  da  anlaşılır  ki,  din  insan  və 

cəmiyyət reallığıdır. Buna görə də din həm təbii, həm də sosial xarakterə 

malikdir.  Bu  baxımdan  sosiologiyada  dinin  obyektiv  ünsürü  kimi 

cəmiyyətlə  dinin  daim  üzvü  münasibətdə  olmasının,  subyektiv  ünsürü 

kimi  isə  cəmiyyət  içində  fərdlərin  dini  təcrübəsi  faktorlarının  önə 

çəkilməsi  təsadüfi  deyildir. 

Akademik  R. Mehdiyev  yazır  ki, 

postkommunist  Azərbaycanında  xristianlığın  protestant  yönümlü 

müxtəlif təriqotçi  missioner  təşkilatlan  daha  fəal  işləməyə  başladılar. 

Xüsusən  1991-ci  ildən  sonra  qısa  müddətdə  onlar  ölkənin  müxtəlif 

bölgələrində  20-dən  çox  dayaq  məntəqəsi  yaradaraq  müxtəlif 

məlumatlara  görə,  üç  mindən  beş  minədək  etnik  azərbaycanlını  sekta 

üzvlüyünə cəlb etmişlər.  Respublikanın yerli əhalisini xristianlaşdırmaq 

məqsədi  ilə  xeyli  maliyyə  vəsaiti  xərclənmiş,  onlarca  adda  xüsusi 

ədəbiyyat  buraxılmış,  onlarca  seminarlar  keçirilmiş,  təriqətlərin  ən 

perspektivli  və sadiq  ardıcıllan  daha  yüksək  səviyyəli  hazırlıq  keçmək 

üçün Qərbin müxtəlif xristian mərkəzlərinə göndərilmişlər. XX əsrin 90- 

cı  illərində  «Qreyter  Qreyts  Uorld  Austriç»  («Həyatverən  nemət») 

Ümumdünya  Kilsəsi,  «Həyatın  sözü»  kilsəsi,  «Advenüstlərin  7-ci 

gününün  prcsviterianlan»,  «Gideon  qardaşlığı»,  «İxtus»  kilsəsi  kimi 

beynəlxalq  baptist  təriqət  təşkilatlan  Azərbaycanda  xüsusilə  fəallıq 

göstərirdilər.  «İncilləşdirmə-2000»  proqramı  təriqət  missionerlərinin 

məqsəd və vəzifələrinin miqyasından xəbər verir. Proqramda iki mininci 

ilədək  Bibliyam  hər  beş  azərbaycanlı  ailəsindən  birində  yaymaq, 

respublikanın  hər  beş  vətəndaşından  birini  xristian  missioner 

təşkilatlarının fəal üzvlüyünə cəlb etmək nəzərdə tutulmuşdu  [ 134].

Cəmiyyətdəki  kollektiv,  etnik,  ərazi  və  sosial  eyniliyin  köhnə 

formalarının zəifləməsi və dağılması yeni struktur müxtəlifliyinin və 

sosial diferensiasiyasının formalaşmasının təməlini yaradır.

-

57



-


A nar Həsənli

Qərb  artıq  demokratiya  yolunu  klassik  mənada  çoxdan  keçib, 

indi əvvəlki anlayışlar modernləşdirilir, tamamilə yeni modellər irəli 

sürülür, sosial-siyasi və iqtisadi inkişafın yeni yollan axtanlır. Bütün 

bunlar praktiki  fəaliyyətdə öz əksini  tapır.  Şərq ölkələrinin çoxu  isə 

Qərbə  uyğunlaşmaq  istəyir,  onun  dəyərlərini  mənimsəməyə  çalışır. 

Bu  da  çox  vaxt  istənilən  nəticəni  vemıir.  Lakin  bu  proses  artıq 

başlayıb, çətinliklə olsa da davam edir.

Əvvəldə qeyd olunduğu kimi, submədəniyyətlər müxtəlif amillərin 

təsiri altında formalaşır. Azərbaycan şəraitində də həmin amillər vaxtaşırı 

qabarmışdır və  nəticədə müxtəlif submədəniyyətlər,  fərqli  həyat stilləri 

meydana çıxmışdır. Məsələn, 60-70-ci illərdə məhz paytaxtda yeni həyat 

stilləri  yaranmış  (stilyaqalar,  qədeşlər  və  s.)  sonralar  onların  əsasında 

submədəniyyətlər  formalaşmışdır.  Göründüyü  kimi,  Bakıda  yaranmış 

bəzi submədəniyyətlər hələ xeyli əvvələ aiddir və müasir qloballaşma ilə 

heç  bir  əlaqəsi  yoxdur.  Müasir  dövrdə  isə  yeni  submədəniyyətlər 

yaranmışdır  və  şəhər  şəraitində  müxtəlif həyat  stilləri  seçilməkdədir. 

Lakin  şərtlər  və  amillər  dəyişmişdir.  Belə  ki,  submədəniyyətlərin 

formalaşmasına təsir göstərən faktorları  bu və ya digər cəhətlərinə görə 

qruplaşdırmaq  mümkündür.  Məsələn,  əlamətlər  (ideologiya  birliyi, 

mentallıq,  simvolika,  mədəni  kod  və  s.),  davranış  (adətlər,  rituallar, 

normalar,  davranış  və  stereotip  modelləri),  sosial  (sosial  qruplar, 

təbəqələr və s.) xüsusiyyətlər və bunlar hamısı  birlikdə həmin cəhətləri 

təşkil edirlər [25,  164].  Bundan başqa submədəniyyətləri onları daşıyan 

ictimai tiplər əsasında da təsnifləşdirmək olar. Məsələn, yaş və cinsə görə 

(uşaq,  gənc,  qadın-ana,  təqaüdçülərin  park  yığıncağı);  sosial-peşə 

yönümünə  görə  (fəhlələr  və  ziyalılar,  kompüter,  tibb,  həmçinin  ordu 

sahəsində  işləyənlər,  dilənçilər  və  cinayətkar-məhbuslar);  dini;  etnik; 

ərazi (yerliçilik və s.); asudə vaxtın keçirilməsi və s. [25,165].

Yuxarıda  verilmiş  təsnifat  əsasında  Bakıda  mövcud  olan  həyat 

stillərini və submədəniyyətləri təxminən belə qruplaşdırmaq olar;

1) 


Yaş  və  cinsə  görə:  Uşaq-gənc  submədəniyyətləri:  hip- 

hopçular:  (skeytboard  həvəskarları,  brekdansçılar,  flaşmobçular, 

reperlər, qraffitistlər); rokkerlər; avtoşlar və avtoşkalar və s.

-

58



-

Miiasir şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin  inkişaf xüsusiyyətləri

2)  Sosial-peşə  yönümünə  görə:  kompüter  həvəskarları 

(kuberkultura);  «peşəkar»  dilənçilər;  cinayətkar-məhbuslar 

(bratvalar, mujiklər, şustryaklar, üzdəniraqlar və s.); pop-mədəniyyət; 

şampunçiklər və s..

3) Elmi fəaliyyət və publisistika ilə məşğul olan sosial qruplar.

4)  dini  əlamətlərə  görə:  nurçular;  vəhhabilər;  xristian  sektaları, 

radikallar vəs.

5) dil xüsusiyyətlərinə görə: rusdillilər, ingilisdillilər.

Bu  təsnifatı  müəyyən  qədər  genişləndirərək  ora  təqaüdçülərin, 

qadın-anaların,  tibb  işçilərinin,  fəhlə  və  ziyalıların,  tələbələrin 

müəyyən qruplarını da əlavə etmək olar. Lakin təsnifatda verilməmiş 

submədəniyyət  və  həyat  stillərinin  bəziləri  Bakıda  ya  tam 

formalaşmamışdır,  ya  da  cəmi  bir  neçə  əlamətinə  rast  gəlmək 

mümkündür.  Ona  görə  də  yalnız  bəzi  əlamətlərinə  görə 

submədəniyyət  adlandırmaq  mümkün  olan  belə  sosial-mədəni 

mövcudluqları  tam  şəkildə həmin çevrəyə daxil  etmək tezdir.  Lakin 

bu faktdır ki, adı çəkilən sosial-mədəni qruplar istər həyat tərzinə və 

həyat stilinə, istərsə də etnomədəni xüsusiyyətlərinə görə əsas - milli 

mədəniyyətdən  fərqlənir.  Bu  fərqlər  80-ci  illərin  sonlarına  qədər 

nisbətən az nəzərə çarpırdısa, 90-cı illərdən sonra getdikcə dərinləşir.

Yeni  yaranmış  flaşmob  haqqında  bir  qədər  ətraflı  məlumat 

vermək yerinə düşər. Flaşmob bir qrup şəxslər tərəfindən əvvəlcədən 

hazırlanmış  teatral  səhnəciklərin  müxtəlif  məkanlarda  (istər  küçə 

olsun,  istərsə  də  qapalı  bir  yer)  təsadüfi  insanlar  qarşısında 

oynanılmasına  deyilir.  Flaşnıobun  alası  amerikalı  sosioloq-yazıçı 

Hovard  Reingold  hesab  olunur.  Məhz  onun  2002-ci  ildə  işıq  üzü 

görən  kitabında  (Ağıllı  kütlə:  Sosial  inqilablar)  ilk  dəfə  Flaşmobun 

mahiyyəti  kütləyə  çatdırıldı.  İlk olaraq  flaşmoblar cəmiyyətə  sosial 

zəmində  təsir  etmək  üçün  bir  vasitə  kimi  düşünülürdü.  İlk  aksiya 

Nyu-Yorkda  2003-ci  ildə  planlaşdırılsa  da,  polis  “qanunsuz 

aksiyanın”  qarşısını  alır,  amma  çox  keçmir  ki,  aksiya  başqa  bir 

məkanda baş tutur və  flaşmob ideyası virus kimi  bütün yer kürəsinə 

yayılır.  Postsovet  məkanında,  əsasən  də  Rusiya,  Ukrayna  və

-

59

-




Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə