Elmi redaktor: Sakit Hüseynov



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə16/33
tarix20.09.2017
ölçüsü1 Mb.
#1072
1   ...   12   13   14   15   16   17   18   19   ...   33

A n a r Həsənli

yaratmağa  nail  oldular.  Sonradan  Lənkəran  şəhərində  də  “Hiz- 

bullahın”  kiçik  bir  şöbəsi  yaradılmışdı.  “Hizbullah”-ın  fəaliyyəti 

yarım-leqal  olduğundan  bu  təşkilatın  sonrakı  fəaliyyətini  izləmək 

imkan xaricindədir. Rəsmi məlumata görə məhz “Hizbullah”  1996-cı 

ildə  görkəmli  Azərbaycan  alimi,  akademik  Ziya  Bünyadovu  guya 

İsrailin  xüsusi  xidmət  orqanı  “Mossad”  ilə  əlaqədə  olmaqda  və 

Azərbaycanda  sionizm  yaymaqda  günahlandıraraq  onun  haqqında 

ölüm  hökmü  çıxarmış  və  1997-ci  il  fevral  ayının  21-də  qətlə 

yetirmişdi.  Azərbaycan  dövləti  “Hizbullah”-ın  fəaliyyətini  ayrı-ayrı 

vaxtlarda ciddi surətdə zəiflətməyə nail olmuşdur.

Başqa bir təriqətdən olan (“Müsəlman qardaşları”), xüsusi təlim 

keçmiş,  müxtəlif növ  odlu  silah,  döyüş  sursatı, partlayıcı  maddə  və 

qurğular,  həmçinin  digər  hərbi  ləvazimatlarla təchiz  edilmiş  silahlı 

birləşmənin  məqsədi  isə  Azərbaycanın  bir  sıra  bölgələrində  silsilə 

terrorçuluq  hərəkətləri  törətm ək,  ölkədə  nəzarətsizlik  və 

hakimiyyətsizlik əhval-ruhiyyəsi, əhali arasında çaşqınlıq və vahimə, 

etnik  və  dini  zəmində  qarşıdurma  yaratmaq,  sabitliyi  pozmaq  və 

beynəlxalq aləmdə respublikanın nüfuzuna xələl gətirmək olmuşdur. 

Bunun üçün əhali arasında müqəddəs sayılan bir sıra ziyarətgahların, 

məscidlərin,  başqa  dini  konfessiyalara  məxsus  ibadət  yerlərinin 

partladılması  və  digər  təhlükəli  aksiyaların  törədilməsi  nəzərdə 

tutulmuşdur.  Eyni  zamanda,  hüquq  mühafizə  orqanlarına  silahlı 

basqınlar təşkil  etməklə əməkdaşları  öldürmək və inzibati binalarda 

olan  silah-sursatı  ələ  keçirm ək  planlaşdırılm ışdır.  Rusiya 

Federasiyasının Dağıstan Respublikası  ilə  həmsərhəd rayonlarda və 

dağ-m eşə  m assivlərində  dəstəyə  mənsub  silahlı  qrupların 

gizlənəcəyi,  müvəqqəti  yaşayacağı  yerlərin,  blindajlarm   və 

qazmaların  hazırlanması  nəzərdə  tutulmuşdur.  Belə  ki,  tapşırıqlara 

əsasən,  Vüqar  Padarov  və  onun  rəhbərlik  edəcəyi  silahlı  dəstənin 

üzvləri  tərəfindən  cari  ilin  aprel  ayının  əvvəlində  Azərbaycan 

Respublikası  Prezidentinin  Şimal-Qərb  bölgəsinə  planlaşdırılan 

səfəri  zamanı  dövlət  başçısına  qarşı  terror  aktı  həyata  keçirilməli, 

habelə  eyni  vaxtda  hüquq  mühafizə  orqanlarına  silahlı  basqınlar

-64

  -


Miiasir şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin  inkişaf xüsusiyyətləri

təşkil  edilməli, bu  strukturların  əməkdaşları  öldürülməli  və  inzibati 

binalarda  olan  silah-sursat  ələ  keçirilməli,  əhali  arasında  müqəddəs 

sayılan bir sıra ziyarətgahlar, məscidlər və başqa dini konfessiyalara 

məxsus  ibadət  yerləri  partladılmalı  idi.  Lakin  Azərbaycanın  dövlət 

orqanlarının  sayıqlığı  nəticəsində  bu  terrorçu  dini  qüvvənin  qarşısı 

alındı və birləşmənin üzvləri məhv edildi, həbs olundular [135].

Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq tərəfindən birgə 

həyata  keçirilmiş  istintaq  hərəkətləri  və  əməliyyat-axtarış  tədbirləri 

nəticəsində Azərbaycan  Respublikasına  qarşı  düşmənçilik  fəaliyyəti 

aparmaqda, xarici dövlətə və onun nümayəndələrinə kömək etməkdə

eləcə  də  ölkədə  iğtişaşların  törədilməsində,  ictimai  təhlükəsizliyin 

pozulmasında,  insanların  itaətsizliyə  təhrik  edilməsində  şübhəli 

bilinən Azərbaycan Respublikasının vətəndaşları - Süleymanov Abgül 

Nemət  oğlu,  Bayramov  Ramin  Cahangir  oğlu  və  Qəniyev  Arif 

Gülsuvar  oğlu  saxlanılıb.  Milli  Təhlükəsizlik  Nazirliyi  və  Baş 

Prokurorluğun  yaydığı  birgə  məlumatda  qeyd  olunur  ki,  Abgül 

Süleymanov  İran  İslam  Respublikasının  Bakıda  fəaliyyət  göstərən 

Mədəniyyət  Mərkəzinin  maliyyə  dəstəyi  əsasında  rəsmi  dövlət 

qeydiyyatı  olmayan  "Cəfəri"  adlı  radikal  dini  qrup  yaradaraq  ona 

rəhbərlik edib.  Qrupun üzvləri  dini  radikallığı  təşviq edən təbliğatlar 

apanb, həmçinin belə ifrat çağırışları, eləcə də dini təfriqəni, məzhəb 

ayn-seçkiliyini  aşılayan  vərəqələrin  hazırlanmasım  və  dindarlar 

arasında paylanılmasmı  təşkil  ediblər.  "Cəfəri"  adlı  radikal  dini  qrup 

tərəfindən  təbliğat  işinin  genişləndirilməsi  məqsədilə  /www.islam- 

azeri.az/  internet saytı  yaradılıb  və  ona  rəhbərlik  Ramin  Bayramova 

həvalə olunub. Abgül Süleymanov və "Cəfəri" adlı dini radikal qrupun 

üzvləri  İran  İslam  Respublikasının  Bakıdakı  Mədəniyyət Mərkəzinin 

əməkdaşları, eləcə də Azərbaycan Respublikasında fəaliyyət göstərən 

radikal şiə meyilli dini icma və birliklər, o cümlədən onların rəhbərləri 

ilə sıx əlaqələr saxlayıblar. Bundan başqa, Abgül Süleymanov hazırda 

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin terrorçuluq və dövlətə 

xəyanət maddələri  ilə 2008-ci ildən barəsində beynəlxalq axtarış elan 

olunmuş  Azərbaycan  Respublikasının  vətəndaşı,  İran  İslam

-

65

-




A nar /h s ə n li

Respublikasının  Qum  şəhərində yaşayan  və  orada  fəaliyyət göstərən 

"Haqq  yolu"  elmi-mədəni  müəssisəsinin  rəhbəri  Hüseynov  İsgəndər 

Hüseynəli oğlu ilə yaxm münasibətlər saxlamaqla yanaşı, "Cəfəri" adlı 

dini  radikal  qrupun  fəaliyyət  istiqamətini  müəyyənləşdirməkdə 

sonuncudan mütəmadi təlimatlar alıb. "Cəfəri" adlı radikal dini qrupun 

üzvləri  İran  İslam  Respublikasının  Azərbaycanda  fəaliyyət  göstərən 

dini  nümayəndəlikləri  tərəfindən  maliyyələşdirilən  və  rəsmi  dövlət 

qeydiyyatı olmayan Azərbaycan İslam Partiyasının tədbirlərində daim 

iştirak  edərək,  açıq  şəkildə  Azərbaycanda  şəriət  qanunları  ilə  idarə 

olunan dövlətin yaradılmasına çağırışlar ediblər. Bundan başqa, Abgül 

Süleymanov Azərbaycan  Respublikasında  fəaliyyət  göstərən  bir sıra 

Qərb  ölkələrinin  səfirliklərinin  binaları  qarşısında  radikal  dindarlar 

tərəfindən  icazəsiz  keçirilən  bütün  etiraz  aksiyalarının  təşkilatçısı 

olub.  2011-ci  ilin  avqust  ayında  həbs  olunan  Abgül  Süleymanov 

Cinayət Məcəlləsinin 283.2.1 (Zor tətbiq etməklə və ya zor tətbiq etmə 

hədəsi  ilə  törədildikdə  milli,  irqi,  sosial  və  ya  dini  nifrət  və 

düşmənçiliyin  salınması,  233  (İctimai  qaydanın  pozulmasına  səbəb 

olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə, 

234.4.3 (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop 

maddələri  və  ya  prekursorlan  hazırlama,  istehsal  etmə,  əldə  etmə, 

saxlama,  daşıma,  göndərmə  və  ya  satma)  və  228.1 -ci  (Qanunsuz 

olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu 

ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı 

maddələr  və  qurğular  əldə  etmə,  başqasına  vermə,  satma,  saxlama, 

daşıma və ya gəzdirmə) maddələri ilə günahlandırılır [ 146].

Digər  bir  misal  kimi  göstərmək  olar  ki,  Bakının  mərkəzində  - 

Kazımzadə  küçəsi,  ev  31  ünvanında  ölkə  qanunvericiliyi  İran 

tərəfindən  kobud  şəkildə  pozulur.  Burada  yerləşən  “Hüseyniyyə” 

məscidində  bəzi  xarici  vətəndaşlar,  o  cümlədən  İran  İslam 

Respublikasının Azərbaycandakı  səfirliyinin  mədəniyyət  məsələləri 

üzrə  müşaviri  Seyid  Əli  Əkbər  Ocaqnejad  tərəfindən  moizələr 

oxunur.  Əslində,  bu  yer  İranın  Azərbaycandakı  səfirliyinin 

Mədəniyyət  Mərkəzinin  balansındadır.  “Dini  Qurumlarla  İş  üzrə

-66

Muasır şarailda Azarbaycanda dini-madam dayarlarin inkişaf xıisusiyyatlari

Dövlət  Komitəsi  İran  İslam  Respublikasının  Azərbaycan 

Respublikasındakı səfirliyinin mədəniyyət işləri üzrə müşaviri Seyid 

Əli Əkbər Ocaqncjada 29 aprel  2004-cü  ildə göndərilmiş məktubda 

Mədəniyyət  Mərkəzinin  Bakı  şəhəri,  Kazımzadə  küçəsi  ev,  31 

ünvanında  xüsusi  mülkiyyət  hüququnda  aldığı  torpaq  sahəsindəki 

ibadət  yerinin  İran  İslam  Respublikası  vətəndaşlarının  dini 

tələbatlarını  ödəmək  üçün  istifadəsinə  etiraz  edilmədiyi  bildirilib. 

Məktubda,  ibadət  yerində  Qafqaz  Müsəlmanları  İdarəsi  ilə 

razılaşdırmaqla  Azərbaycan  vətəndaşı  olan  imam  və  ya  axundun 

ləyin  edilməsi  şərti  qoyulub.  Lakin  bu  ibadət  yerinə  Qafqaz 

Müsəlmanları  İdarəsi  ilə  razılaşdırılmış  imam  və  ya  axund  təyin 

olunm ayıb.  “ H ü sey n iy y ə” -də  dini  ayinlərə  İran  İslam  

Respublikasının vətəndaşı rəhbərlik edir və Azərbaycan Respublikası 

vətəndaşlarının  da  ibadət  etmələrinə  şərait  yaradılır.  Bu  iki  fakt 

yuxarıda qeyd olunmuş razılaşmaya və ölkə qanunvericiliyinə ziddir. 

“Dini  etiqad  azadlığı  haqqında”  Azərbaycan  Respublikasının 

qanununun  21-ci  maddəsinə  əsasən,  “İslam  dininə  aid  ayin  və 

mərasimlərin  aparılması  yalnız Azərbaycan  Respublikasında  təhsil 

almış  Azərbaycan  Respublikasının  vətəndaşları  tərəfindən  həyata 

keçirilə bilər  [141].

İslam  hazırda  Azərbaycanda  kütləvi  şüurun  formalaşmasına 

müəyyən  təsir  göstərməkdə  davam  edir.  Sosial  və  siyasi  layihələr 

həyata  keçirilərkən  bunu  nəzərə  almaq  lazımdır.  Cəmiyyətdə  dinin 

yeri həm tarixi, həm də sosial-siyasi amillərlə müəyyən olunmuşdur. 

Dünyada  gedən  proseslər,  birüzlü  qloballaşma  müsəlmanların 

həyatında  islam  amilinin  rolunu  daha  da  gücləndirir,  islam 

m ədəniyyətində  həm rəyliyin  m öhkəm lənm əsinə  və  onun 

genişlənməsinə  imkan  yaradır.  Azərbaycan  «islam  dirçəlişi»nin 

reallıqlarını öz üzərində hiss edir və təsadüfi deyildir ki, cəmiyyətdə 

islam  problemlərinə  maraq  getdikcə  artır.  Şübhəsiz  ki,  «islam 

dirçəlişiwndən  bəhs  edərkən  biz  heç  də  dövlətin  dünyəvilik 

xarakterini  itirməsinin  mümkünlüyündən  danışmırıq.  Əksinə,  biz 

qloballaşma  epoxasında  islamın  modernləşməsindən,  maarifçi

-

67

-




Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə