Elmi redaktor: Sakit Hüseynov



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə2/33
tarix20.09.2017
ölçüsü1 Mb.
#1072
1   2   3   4   5   6   7   8   9   ...   33

A n a r H əsənli

Artıq  Azərbaycan  Respublikası  ikitərəfli  və  çoxtərəfli 

münasibətlərdə  etibarlı  tərəfdaş,  beynəlxalq  təhlükəsizlik  və  enerji 

sektorunda  mühüm  söz  sahibi,  dünyada  multikulturalizm  və 

tolerantlıq  örnəyi,  sivilizasiyalararası  və  mədəniyyətlərarası  dialoq 

məkanı  kimi  tanınır  və  qəbul  edilir.  2011-ci  ilin  sonlarında  155 

ölkənin etimadı ilə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri- 

daimi üzv seçilməsi, 2012-ci ilin əvvəllərində isə Meksikada “Böyük 

iyirmiliyin”  sammitinə  dəvət  edilən  10  ölkədən  biri  və  MDB 

məkanından  yeganə  dövlət  olması  ölkəmizin  böyük  siyasi- 

diplomatik qələbəsi və beynəlxalq nüfuzunun birmənalı etirafıdır.

Sivilizasiyaların  qovuşuğunda  yerləşən  və  birləşdirici  körpü 

rolunu oynayan Azərbaycanda elmi  fikir hazırda müasir elmi-nəzəri 

düşüncənin  nailiyyətləri  ilə  sintez  olunaraq  tam  yeni  mərhələyə 

qədəm qoymuşdur.

Lakin qeyd olunmalıdır ki, bu gün sürətlə dəyişən və ziddiyyətli 

təzahürləri  ilə  qloballaşan  dünyada  son  dərəcə  mürəkkəb  proseslər 

baş verir. Yaşamaqda olduğumuz müasir gerçəklik elədir ki, gələcəyi 

proqnozlaşdırmadan,  qlobal  çağırışları  qiymətləndirmədən  uğurlu 

inkişafa  nail  olmaq  qeyri-mümkündür.  Bütün  bunlar  növbəti 

mərhələdə  nəzərdə  tutulmuş  milli  hədəflərin  reallaşdırılması  üçün 

yeni konsepsiya və strategiyanın hazırlanmasını, fundamental inkişaf 

istiqamətlərinin  müəyyənləşdirilm əsini,  hadisələrə  konseptual 

yanaşmanı  zərurət  kimi  qarşıya  qoyur.  Bu  baxımdan,  “Azərbaycan 

2020:  gələcəyə  baxış”  İnkişaf Konsepsiyasının  hazırlanması  barədə 

Prezident  İlham  Əliyevin  Sərəncamı  müstəsna  rol  oynayacaq  tarixi 

bir  hadisədir. 

“Azərbaycan  2020:  gələcəyə  baxış”  İnkişaf 

Konsepsiyası  zəncirvari  bağlı  olan  bütün  əsas  istiqamətləri  həm öz- 

özlüyündə,  həm  də bir-biri  ilə  uzlaşdırılmış şəkildə  əhatə  edəcək  və 

başlıca  məqsəd olan “davamlı  inkişaf’ probleminə konseptual baxış 

və yanaşma imkanı yaradacaqdır.

Yüksək dünya standartlarına cavab vermək, yeniliyi  qəbul  etmək 

və təbliğ etmək qarşıya qoyulan əsas vəzifələrdəndir.  Dünya məkanına 

inteqrasiyanın  Azərbaycana  ancaq  xeyir  və  fayda  gətirməsi  isə  bu

8

-



Müasir şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin  inkişaf xüsusiyyətləri

məkanda  aparılan  düzgün  və  ardıcıl  siyasətdən  asılıdır.  Qloballaşma 

kimi böyük bir prosesin daxili və ayrılmaz komponenti olan inteqrasiya 

yolunda  milli-mənəvi,  dini  dəyərlərin  özünəməxsusluğunun  qorunub 

saxlanması  və varislik prinsipi əsasında gələcək nəsillərə çatdırılması 

böyük və gərgin zəhmət tələb edir.

Qeyd edək ki, qloballaşma şəraitində Azərbaycanda dini-mədəni 

dəyərlərin  tədqiqi Azərbaycan  alimlərinin mühüm vəzifəsidir.  İslam 

dini  və  onun  əxlaqi  keyfiyyət  və  dəyərlərinin  Azərbaycan 

m ədəniyyətində  yeri,  rolu,  nəsildən-nəslə  ötürülməsi,  onun 

dövlətçilik  ənənələrimizin  formalaşmasına təsiri  və  s.  problemlərin 

tədqiqi bu gün xüsusi aktuallıq kəsb edir.

Qloballaşma elə bir prosesdir ki, bu zaman tutduğu mövqeyindən 

asılı  olaraq  milli-mənəvi  dəyərlərin  tənəzzül  etməməsi  və 

aşınmaması  istiqamətində  hər  bir  vətəndaş  öz  vəzifəsini  yerinə 

yetirməli, bu yöndə bütün bilik  və bacarığını  səfərbər etməlidir.  Bu 

məsələ  həm  də  öz  növbəsində  tədqiqatçı  alimlərimizi  də  narahat 

etməli, onlar məntiqi fikir və ideyalarını irəli sürməlidirlər. Doğrudur, 

bu  istiqamətdə  bəzi  tədqiqat  işləri  aparılmış,  bir  çox  kitablar 

yazılmışıdır.  Lakin  bütün  bunları  hələ  kifayət  hesab  etmək  olmaz. 

Əsas aktuallıq kəsb edən odur ki, necə etmək lazımdır ki, bizim milli- 

mənəvi dəyərlərimiz, əxlaqi qaydalarımız dünyanı öz ağuşuna almış 

bu  qloballaşma  prosesini  daha  da  zənginləşdirsin,  ona  bir  növ  öz 

töhfəsini  versin.  Ancaq  əksər  ölkələrin  timsalında  bunun  şahidi 

oluruq  ki,  qloballaşma prosesi  ayrı-ayrı  mədəniyyətlərə,  millətlərin 

özünə xas dəyərlərinə müəyyən zərbə vurmuş, yad elementlərin milli 

mədəniyyətlərin  tərkibinə  daxil  olmasına  şərait  yaratmış,  bu 

mədəniyyətlərin  zəifləməsi  istiqamətində  həm  uğurlu,  həm  də 

uğursuz cəhdlər edilmişdir.

Azərbaycanın  beynəlxalq  aləmlə  münasibətlərinin,  dünyanın 

m ü stəq il  d ö v lə tlə rin in   a ilə s in ə   in te q ra siy a s ın ın   ap a rıcı 

istiqamətlərini,  milli  maraqlara  xidmət edən  suveren  inkişaf yolunu 

müəyyənləşdirərkən  ümummilli  lider  Heydər  Əliyevin  hansı 

prinsiplərə,  əməkdaşlığın  hansı  forma  və  mexanizmlərinə,  inteq­

-

9

-




A n a r HasanIi

rasiyanın  mövcud  olan  nə  kimi  nəzəri  və  praktiki  modellərinə 

üstünlük verməsi, onun siyasi kursunda qloballaşma amilinin yeri və 

rolu,  dünya siyasəti  üçün  nümunə ola biləcək xüsusiyyətləri - bütün 

bunlar araşdırılmasını gözləyən məsələlərdəndir.

Ayrı-ayrı  dini  təriqətlərin  cəmiyyətə  yol  açması,'  qadağan 

olunmuş  kitab  və  nəşrlərin  xüsusi  yollarla  insanlar  arasında 

yayılması,  ideoloji  təsir  vasitəsilə  insanların  çaşdırılması,  geyim, 

qida,  memarlıq  və  s.  mədəniyyətində  millətimizə  xas  olmayan 

cəhətlərin təbliği - vaxtında qarşısının alınması, zəruri təxirəsalınmaz 

tədbirlərin  həyata  keçirilməsini  tələb  edən  vacib  məsələlərdəndir. 

Ancaq  bu  yolla  insanları  inkulturasiya  və  akkulturasiya  arasında 

tərəddüd etməkdən qurtarmaq mümkündür.

Bəşəriyyət qarşısında duran və həmişə insanları düşündürən, neçə 

əsrlər  ərzində  öz  aktuallığını  itirməyən  ümumbəşəri  fəlsəfi 

problemlərlə yanaşı konkret ictimai-siyasi mühitin xüsusiyyətlərindən, 

dövrün  sosial-siyasi  mühitindən,  milli  özünüdərkin  konkret 

səviyyəsindən doğan yüzlərlə aktual problemlər ortaya çıxır ki, onların 

elmi-fəlsəfi təhlili vacib olur.

Milli-mənəvi  dəyərlərin  araşdırılması  ilə  bağlı  tədqiqatlar  son 

zamanlar  artsa  da,  müasir  şəraitdə  Azərbaycanda  dini-mədəni 

dəyərlərin  inkişaf  xüsusiyyətlərinin  sistemli  təhlilini  verən 

tədqiqatlara  ehtiyac  duyulur.  Bu  baxımdan  qloballaşma  yolunda 

əzmlə addımlamaq üçün milli-mənəvi dəyərlərimizdən yararlanmaq, 

sivilizasiyalı cəmiyyətin qurulmasında böyük əzm nümayiş etdirmək 

və  bu  yolda  milli  stereotipləri  yaddan  çıxarmamaq,  dini,  mədəni 

fərqlərə  qarşı  dözümlülük,  milli  dəyərlərə  böyük  önəm  verərək 

tolerantlığın  möhkəmlənməsi  və 

davamlı  inkişafa  təminat 

yaradılması  məqsədilə  m üəllif  Anar  Vaqif  oğlu  Həsənlinin 

monoqrafiyası  göstərilən  məsələlərin  araşdırılması  istiqamətində 

atılan dəyərli addımlardan biri kimi qiymətləndirilə bilər.



Fəlsəfə  üzrə elmlər doktoru, 

professor İzzət Rüstəmov

-  


10

-

Müasir şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin  inkişaf xüsusiyyətləri



GİRİŞ

Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin 4 

may  2009-cu  il  tarixli  Sərəncamı  ilə  “Azərbaycan  Respublikasında 

2009-2015-ci  illərdə  elmin  inkişafı  üzrə  Milli  Strategiya” və həmin 

Milli  Strategiyanın  həyata  keçirilməsi  ilə  bağlı  Dövlət  Proqramı 

təsdiq edilmişdir. Bununla da Azərbaycan elminə zamanın tələblərini, 

cəmiyyətimizin  ehtiyaclarını  ödəmək,  yeni  inkişaf  səviyyəsi  əldə 

etmək üçün daha geniş imkanlar, etibarlı zəmin yaradılmışdır. Dövlət 

Proqramı  ilə  eyni  zamanda, 

konkret  məqsədlər  və  vəzifələr, 

m əsuliyyət  dərəcəsi  m üəyyənləşdirilm işdir.  A zərbaycanın 

intellektual  inkişafının,  insan kapitalının artmasının prioritet məsələ 

kimi öndə tutulmasını  və həyata  keçirilməsini  təminatlandıran Milli 

Strategiya və Dövlət Proqramı ictimai, humanitar elmlərin qarşısında 

da  ciddi  və  təxirəsalınmaz  vəzifələr  qoymuşdur  ki,  burada  gənc 

alimlərin, tədqiqatçıların üzərinə xüsusi yük və məsuliyyət düşür.

Təsadüfi  deyildir  ki,  Azərbaycan  Respublikası  Prezidenti 

Administrasiyasının  rəhbəri,  akademik  Ramiz  Mehdiyevin  silsilə 

yazılarında,  o  cümlədən  ictimaiyyətin,  xüsusilə  elm  adamlarının 

diqqətinə səbəb olmuş istiqamətverici xarakterli “İctimai və humanitar 

elmlər:  zaman  kontekstində  baxış”  məqaləsində  ölkəmizdə  fəlsəfi 

fikrin  bu  gün  müəyyən  böhran  keçirdiyi,  əsas  səbəbi  isə  fəlsəfə 

sahəsində tədqiqatların sosial praktikadan, bütövlükdə ictimai həyatın 

aktual  problemlərindən  və  tələbatlarından  uzaq  olması  qeyd  olunur, 

bundan  çıxış  yolu  kimi  fəlsəfi  tədqiqatların  aparılması  sahəsində 

prioritet istiqamətlərin müəyyən edilməsi vacib bilinir.

Hazırkı  monoqrafiya  işi  “Azərbaycan  Respublikasında  2009- 

2015-ci  illərdə elmin  inkişafı  üzrə  Milli  Strategiya”  və  həmin  Milli 

Strategiyanın  həyata  keçirilməsi  ilə  bağlı  Dövlət  Proqramının 

məqsəd  və  vəzifələrindən  irəli  gələn  milli-mənəvi  dəyərlərin, 

Azərbaycan  mədəniyyəti  və  tarixinin  obyektiv,  konseptual  və 

kompleks  şəkildə,  o  cümlədən  xalqımıza  məxsus  milli-mənəvi 

dəyərlərlə  bağlı  istiqamətlərdə  bir  çox  məsələləri  yenidən

-  


11

  -



Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə