Elmi redaktor: Sakit Hüseynov



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə22/33
tarix20.09.2017
ölçüsü1 Mb.
#1072
1   ...   18   19   20   21   22   23   24   25   ...   33

A nur Həsənli

Molumdur  ki,  1999-cu  ildo  “Terrorizmə  qarşı  mübarizə 

haqqında” Azərbaycan  Respublikasının  Qanunu  qəbul  edilibdir.  Bu 

Qanun  heç  bir milli,  ideoloji,  dini  mənsubiyyətdən  asılı  olmayaraq 

ümumiyyətlə  terrorizmə  qarşı  mübarizənin  hüquqi  və  təşkilatı 

əsaslarını  müəyyən  edir,  terrorizm  əleyhinə  mübarizəni  həyata 

keçirən  dövlət orqanlarının  fəaliyyətini  əlaqələndirir,  habelə  həmin 

orqanların və vətəndaşların hüquqlarını və vəzifələrini təsbit edir.

Bu  Qanunun  dövlətlərarası,  beynəlxalq  əhəmiyyəti  onun  20-ci 

maddəsindəki  aşağıdakı  fikirlərdən  aydın  görünür.  Bu  bir daha göstərir 

ki,  nə  Şərq,  nə  də  Qərb  fəlsəfəsi  heç  bir terrorizmə  yol  vermir,  əksinə 

insanlar arasındakı münasibətlərdə humanizmin qərarlaşmasına çalışırlar.

Bəzi din tarixçiləri  hesab edirlər ki,  İsanın təlimi  insanın ruhi və 

mənəvi  tərbiyəsi  sahəsində,  insanda  ləyaqət  hissinin  formalaşması 

məsələsində  qanunvericilik  aktlarından  və  filosofların  elmi 

risalələrindən  daha  çox  fayda  vermişdir.  Eyni  zamanda  islam  dini 

dünya  tarixinə  hüquq,  əxlaq  və  dövlətçilik  haqqında  yeni  ideyalar 

vermiş,  milyonlarla  müxtəlif millətləri  və  irqləri  vahid  müsəlman 

sivilizasiyasında  birləşdirmişdir.  Buna  görə  də  bəzi  qərəzçi  qərb 

müəlliflərin islamın guya Atlantikadan Sakit okeanadək bir məkanda 

“şər imperiyası” yaratmaq barədə fikirləri əsassızdır.

Hələ Ol-Kindidən ibn Riişdə qədər böyük ərəbdilli mütəfəkkirlər 

zəkanın kor-koranə etiqad, fəlsəfənin din, insan azadlığının dini tale 

üzərində üstünlüyünü qeyd edir, düşünən insanı vəsf edərək dünya və 

cəmiyyəti tənqidi qəbul etmək amalını fəlsəfənin başlıca qayəsi hesab 

edirdilər.

Böyük  İbn  Xaldun  “Tarix  elminə  giriş”  əsərində  tarixi  fəlsəfi 

elmlərə  aid  etməklə  yanaşı,  göstərirdi  ki,  əxlaq  siyasi-iqtisadi 

amillərlə  səbəblənir.  Mənəviyyatın  dərinləşməsində  cəmiyyətin 

təsərrüfat  yollarında  baş  verən  dəyişikliklərin  həlledici  rolunu  o, 

xüsusi  vurğulayır.  Onun fikrincə,  filosof insanın iztirablarına biganə 

qalmazsa o, müdrik simadır. O, təbiəti sosial fəallıqla fərqlənən insani 

müstəbidlərin  ədalətsiz  rəftarından  qorumaq  üçün  fəlsəfəsindən, 

onun humanist ideyalarından istifadə etməlidir [88; 90].

-

88

-



Miiasir şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin  inkişaf xüsusiyyətləri

Papa  İohan  II  Pavel  bəşəriyyəti qarşıda gözləyən xristian-islam 

qarşıdurmasını  ciddi  müddəa  hesab  etməyərək  göstərir  ki,  Vahid 

Allaha  etiqad  konflikt  və  rəqabət  üçün  səbəb  deyil,  dialoq  və 

danışıqlar  yolu  ilə  əkslikləri  aradan  qaldırmaq  təəhhüdü  olmalıdır. 

Lakin hələ də Qərb dünyasında islamofobiya genişlənməkdədir. Belə 

ki, 2011-ci il üzrə Amnesty International təşkilatının illik hesabatında 

qeyd edilir: “Maliyyə böhranından sonra Avropa ölkələrini, deyəsən, 

növbəti  böhran  gözləyir  -   insani  dəyərlərin  parçalanması.  Bunun 

əlamətlərindən biri də müsəlmanlara qarşı dözümsüzlükdür. Avropa 

ölkələrində aparılan sorğular göstərir ki, burada İslam mədəniyyəti və 

müsəlmanlara  qarşı  mənfi  münasibət  var.  Belə  islamofobiya 

elementləri  əsasan  Türkiyə,  ərəb  ölkələri  və  Cənubi  Asiyadan 

gələnlərə qarşı  yönəlir”[14I].  Bu  hesabatda diqqəti  çəkən digər bir 

məsələ  ondan  ibarətdir  ki,  burada  Belçika,  Fransa,  Niderland, 

İspaniya və İsveçrədə  məscidlərin təsis olunmasına, qadınların başı 

və üzü bağlı gəzməsinə yaradılan problemlərdən söz açılıb. Sənəddə 

bir  çox  Avropa  ölkələrində  ayrı-seçkilik  faktları  haqqında  ayrı- 

ayrılıqda məlumat verilib. Təşkilatın eksperti Marko Pereolini deyir 

ki, indi bir çox Avropa ölkələrində müsəlman qadınlarına iş verilmir

qızların  isə  məktəbə  getməsinə  qadağa  qoyulur:  “Çünki  onlar 

başlarını  bağlayırlar.  Kişilər  isə  dinin  tələblərinə  uyğun  saqqal 

saxladıqlarından,  işdən qovula bilər.  Siyasi  partiyalar isə buna qarşı 

çıxmaq  əvəzinə  əksər hallarda  seçici  səsi  yığmaq  üçün  bu  fikirlərə 

qahmar  çıxırlar”  [141].  Daha  sonra  Pereolini  bildirir  ki,  dini  və 

mədəni  simvolların  gəzdirilməsi,  müəyyən  paltarların  geyilməsi 

ifadə azadlığı hüququnun bir hissəsidir.  Bu, həmçinin dini etiqad və 

inanc  azadlığının  bir  hissəsidir  və  hər  bir  inanc  davamçıları  bu 

hüquqdan  bəhrələnməlidir:  “Hər kəs  öz  dininə  uyğun  geyinə  bilər, 

ənənələrinə  əməl  edə  bilər.  Hansısa  formalı  geyimə  qadağan 

qoyulması,  insanların  azad  geyim  seçməsinə  maneə  yaradır”. 

Hesabatda  xüsusi  olaraq məşğulluq sahəsində diskriminasiyaya yol 

açan  qanunlar  tənqid  olunur.  Qeyd  edilir  ki,  Belçika,  Fransa  və 

Nidcrlanddakt  qanunlar  sahibkara  icazə  verir  ki,  kiminsə  istifadə

-

89

-




Anar Həsənli

etdiyi  dini  simvol  iş  yerində  xoşagəlməz  səs  çıxardarsa,  şirkətin 

korporativ  imicinə  və  ya  müstəqilliyinə  ziyan  vurması  adı  ilə  bu 

adamı  işdən  çıxartsın.  Hesabatda  bildirilir  ki,  son  illər  ərzində 

İspaniya, Fransa, Belçika, İsveçrə və Niderland daxil olmaqla bir çox 

ölkələrdə orta məktəblərdə baş örtüyü və digər dini geyimlər qadağan 

olunub. Amnesty international məscidlərin tikintisi  ilə bağlı duruma 

da  toxunub.  Qeyd  olunur ki,  2010-cu  ildə  İsveçrə  Konstitusiyasına 

edilən  dəyişiklik  minarələrin  tikintisini  faktiki  qadağan  etmiş  oldu. 

Bu da İsveçrənin hörmət etməli olduğu beynəlxalq öhdəliklərə ziddir. 

Kataloniyada  (İspaniya)  məscid  tikintisi  yerli  ənənələrə  uyğun 

gəlmədiyinə  görə  qadağan  edilib.  Burada  müsəlmanlar  açıq 

meydanlarda, küçədə namaz qılmalı olurlar  [141].

İslam  dini  bu  günkü  sivilizasiya  əsrində  zorakılığa  qarşı  çıxır, 

insanları  xoşbəxt  gələcək  qurmağa  səsləyir  və  təəssüflə  bildirir  ki, 

hazırda  sivilizasiyalı  xalqlar  öz  ağlından,  fiziki  və  maliyyə 

imkanlarından  sülh  və  insanların  rifah  naminə deyil,  hamının  məhv 

olması üçün silahlar düzəltməyə istifadə edirlər.

Qeyd  edilməlidir  ki,  iki  sivilizasiyanın  dialoqunda  İran  İslam 

Respublikası amilinə hazırda ciddi  fikir verilir. Bu bir sirr deyildir ki, 

müharibədən  sonrakı  dövrdə  həm  neft  amili,  həm  də  onun  Xəzər 

regionuna  keçirilməsi  hakimiyyət  uğrunda  mübarizəni  daha  da 

qızışdıran  yeni  “islam  alovunu”  meydana  gətirmişdir.  Həmin 

regionda nüfuz dairələri uğrunda mübarizə, şübhəsiz siyasi oyunlarda 

islam  kartından  istifadəni  daha  da  aktuallaşdırmışdır.  Həmin 

geosiyasi  oyunlar İran  sivilizasiyasının tarixinə, onun xristian-islam 

dialoqunda roluna diqqəti artırmışdır.

Məsələ  burasındadır  ki,  İslam  rəsmi  dairələrində  hakim  olan 

mülahizələrə  görə  İran  öz  iqtisadiyyatını  asılılıqdan  qurtarmış, 

vaxtilə  unudulmuş  islam  mədəniyyətini  xeyli  inkişaf  etdirmişdir. 

Məsələn,  İranın  rəsmi  dairələrinin  nümayəndələrinin  “Evronyus” 

teleşirkətinə  verdiyi  müsahibəsində  açıq  bildirirlər  ki,  bizim  ölkə 

“xarici  siyasətdə  heç  kəsdən  asılı  olmayaraq  öz  xarici  siyasətini 

həyata  keçirir  və  hər  yerdə  gördüyümüz  zorakılığı  və  ədalətsizliyi

-

90

-



Müasir şarailda Azarbaycanda dbıi-madani dayarlarin  inkişaf xususiyyalhri

pisləyir” [124]. Onlar bunu islam sivilizasiyanın ruhundan irəli gələn 

addım hesab edirlər.

Lakin onların müsahibəsində maraqlı məqam islamın xristianlığa 

münasibəti  məsələsidir.  Doğrudur,  bəzi  Qərb  dairələrində  hesab 

edirlər ki, islamçıların avropalıları görən gözü yoxdur və buna görə də 

islam və xristian sivilizasiyalarının əməkdaşlığına mane olurlar və bu 

hal  gələcəyə optimist  nəzər salmağa şübhə doğurur  və təbii  ki,  belə 

təfəkkür  tərzi  islamla  xristianlığın  əməkdaşlığına  maneə  kimi 

qiymətləndirilir.

Amma islam mədəniyyəti ilə tanış olanlar bilməlidirlər ki, bütün 

dinlərlə,  o  cümlədən  xristianlıqla  əməkdaşlıq  tamamilə  həyata 

keçirilməli  gerçəklikdir.  Qurani-Kərimdəki  ayələrin bir çoxu  bəyan 

edir ki, Vahid Allaha inam bütün  insanlan birləşdirir. Üstəlik də İran 

İslam  Respublikasının  Konstitusiyası  elan  edir  ki,  bütün  rəsmi  dini 

icmalar  İslam  Şurası  məclisində  öz  nümayəndələri  ilə  təmsil  oluna 

bilərlər.  Bu, islamın ruhuna tamamilə uyğundur.  Bu  mənada göstərə 

bilərik  ki,  Doktor  Robert  Kreyn  ABŞ-da  Sivilizasiya  və 

Modemizasiya Mərkəzinin yaradıcısı kimi  1963-1968-ci illərdə ABŞ 

prezidenti  Riçard  Niksonun  müşaviri  olmuş,  sonralar  isə  prezident 

Reyqanın  hakimiyyəti  dövründə  1981-ci  ildə  Birləşmiş  Ərəb 

Əmirliyində öz ölkəsinin  sətiri vəzifəsində çalışmışdır.  1980-ci  ildə 

o,  şeyx  Həsən  Turabinin  ruhani  təsiri  ilə  islamı  qəbul  etmişdir.  O, 

hazırda ABŞ-ın müsəlman vəkilləri Assosiasiyasına başçılıq edir.

Bir sıra islam dövlətlərinin,  İran İslam Respublikasının xristian- 

islam  iğtişaşlarının  aradan  götürülm əsinə  marağın  olması 

təqdirəlayiq  hadisədir.  İranın  sabiq  prezidenti  Hatəmi  “Kriezen 

sayens  monitor”  qəzetinə  verdiyi  müsahibəsində  belə  fikri 

vurğulamışdır  ki,  islam  mədəniyyəti  və  müasir  modemizasiya 

prosesləri  bir-birinə  zidd  deyil.  İranın,  Səudiyyə  Ərəbistanının  və 

digər  Şərq  ölkələrinin  intensiv  ticarət  əlaqələri  və  bunlara  Qərb 

x ristia n   d ö v lə tlə rin in   m araq  g ö stərm əsi  isla m -x ristia n  

qarşıdurmasının xeyli azalmasına səbəb olmuşdur.

İran  İslam  Respublikasında  Hatəminin  hakimiyyətə  gəlməsi

-91

  -



Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə