Elmi redaktor: Sakit Hüseynov



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə26/33
tarix20.09.2017
ölçüsü1 Mb.
#1072
1   ...   22   23   24   25   26   27   28   29   ...   33

A n a r Həsənli

xəyanət  bir  növ  aşkarlıqla  bağlıdır və  onu  davam  etdirir.  Məsələn, 

«doğulduğun yerdə yaşamaltsan», «Vətən uğrunda ölmək şərəfdir», 

yaxud  «qadın  ərinə sadiq  olmalı, bir dəfə ailə həyatı  qurmalı  və s». 

Belə  olmayan  təqdirdə,  ətrafdakılar  qarşısında  özünə  bəraət 

qazandırmaq məcburiyyəti ilə üzləşirsən. Liberal sistemdə isə əksinə, 

«mümkün ola bilənin» sahəsi daim genişlənir və artırılır. Sözsüz ki, 

bu  genişlənmə  sistem  çərçivəsində  aşkarlığı  qəbul  etməyənlərin 

daimi mübarizəsi şəraitində baş verir. Bu baxımdan mühafizəkarlarla 

liberalların  münaqişəsini  başa  düşmək  olar.  İnsan  üzərində  gen 

təcrübələri,  bir  çox  ölkələrdə  pornoqrafiyanın  yayım ının 

məhdudlaşdırılması,  fahişəliklə  xüsusi  ayrılmış  yerlərdə  məşğul 

olmaq,  Avropadan  fərqli  olaraq,  ABŞ-ın  bütün  ştatlarında  ölüm 

cəzasının  ləğv  edilməməsi  və  s.  məsələlərə  dair  diskussiyaları 

xatırlamaq  kifayətdir.  Sözsüz  ki, qərb dövlətlərində bir növ mədəni 

kod  var  və  bu  səbəbdən  cəmiyyətin  özü  aşkarlığın  həddən  artıq 

şişirdilməsindən  ehtiyat  edir.  «Qərb  dəyərlərinin  böhranından» 

danışan  və  aşkarlığın  təhlükəli  olduğunu  iddia  edən  bəzi  qərb 

filosofları bunu xristian ənənəsində, digərləri isə əksinə, xristianlıqda 

Qərb sivilizasiyasının inkişafının qarşısını alan qüvvəni görür. Qapalı 

sistemlərin  inkişafdan  geri  qaldıqlarını,  mütləq  aşkarlığın  isə  xaos 

təhlükəsindən xəbər verdiyini hesab edənlər də az deyil. Zənnimizcə, 

«Avropa  dəyərlərinin  böhranı»  ifadəsi  şişirdilib,  həm  də  müasir 

dünya,  qloballaşm anın  xüsusiyyətləri  bir-birim iz  haqqında 

təsəvvürlərimizi dəyişdirməlidir. Təhlükə həm nüvə silahına malik və 

eyni zamanda bağlı cəmiyyət olan İran, həm də açıq cəmiyyət sayılan 

İsrail və ABŞ-dan da gələ bilər. Lakin artıq indi, müasir Azərbaycanın 

təcrübəsinə əsaslanaraq, liberal əxlaq sisteminin çox vaxt digərlərinə 

qarşı  «qürur»  nümayiş  etdirdiyini  və daxilində özgə mövqeyə olan 

hörmətin  digər  sivilizasiyaların  nümayəndələrinə  yayılmadığını 

görürük. Olduqca sadə və kobud sxem tətbiq olunur: müasirləşdirici, 

rusdilliiər,  ingilisdillilər  və  digərləri.  Şübhəsiz  ki,  qəti  şəkildə 

«yadları»  qəbul  etməyən  qapalı  sivilizasiya  nümayəndələrinə  dair 

daha  çox  misal  gətirmək  olar.  Elə  terrorizm  və  partlayışlar  da  bu

-  

104


-

Muasır şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin inkişaf xüsusiyyətləri

səbəbdən baş verir, amma hansı cəmiyyətin daha təhlükəli olduğunu 

sübut  edilmiş  hesab  etmək  olmaz.  Amma  ədalət  naminə  üçüncü 

sistemin  hələ  gənc  olduğunu,  liberal  əxlaq  və  dəyərlər  sisteminin 

Qərbdə son yüzillikdə hakim  mövqe  tutduğunu, Şərqi Avropada isə 

bu prosesin yalnız son  10-20 ildə canlandığını deməliyik. Bunun yolu 

isə dialoq etikası, kompromisdən sivilizasiyalararası inam mühitinin 

yaradılmasına  qədər  uzanır.  Qeyd  etdiyimiz  kimi,  istənilən  əxlaq 

sistemində,  o  cümlədən  liberal  sistemdə  ideallar  mövcuddur. 

Həddindən  artıq  təhrif edilmiş  görünən  bu  ideallar mütləqiyyətdən 

deyil, həyatdan, insandan irəli gəlir.

Birinci və ikinci əxlaq sistemlərində tələblərə ciddi şəkildə əməl 

etməklə hər kəsi heyrətə gətirən Şərq dindarı tarixdən kənarlaşdırılır 

və hazırkı dövr keçmişlə qovuşur. Qərb idealı uğur əldə etmiş və hər 

kəsin indi də olmasa, gələcəkdə ona bənzəməyə ümid etdiyi orijinal 

şəxsdir. Yuxanda qeyd etdiklərimizdən belə bir nəticə çıxarmaq olar 

ki, bütün sistemlərdə digər sistemdən götürülmüş davranış modelləri 

mövcud  olduğundan,  müxtəlif  əxlaq  sistemlərinin  bölgüsü  şərti 

xarakter  daşıyır.  Məsələn,  Azərbaycanda  həm  patriarxal,  həm 

ənənəvi,  həm  də  liberal  sistemin  nümayəndələrinə  rast  gəlmək 

mümkündür.  Azərbaycana  xaricdən  idxal  edilən  mədəniyyət  və 

ideologiyalar əsasında yaranan submədəniyyətlərdən bəziləri də dini 

səciyyə  daşıyır.  Daha  çox  islam  və  xristian  dininin  müəyyən 

ehkamlanna əsaslanan belə ideologiya və təriqətlər çoxluq tərəfindən 

biganə  qarşılansa  da  özlərinə  xeyli  tərəfdarlar  toplaya  bilmişdir. 

Məlumdur  ki,  Azərbaycanda  İslamın  ənənəvi  təriqətləri  -  şiəlik  və 

sünnilik  yüzillərdirki  mövcuddur.  Sovet  hakimiyyəti  illərində  dinə 

qarşı  aparılan  siyasət  nəticəsində  burada  etiqad  xeyli  zəifləmişdi. 

İnsanlann  mənəvi-dini  şüurunda  yaranan  boşluğu  kommunizm 

ideologiyası  doldura  bilmədiyindən  SSRİ  süqut  edən  kimi  xarici 

ölkələrdən  müxtəlif dini  cərəyanlar,  təriqətlər və  sektalar bura  axın 

etməyə başladı. Onlar müxtəlif vasitələrlə bəzi insanların qəlbinə yol 

tapır və öz sıralarına cəlb edirlər. Paytaxt Bakı belə axınların başladığı 

ilk məkan olmuşdur.

-  

105


-


Anar Həsənli

Müasir dövrdə Bakıda müxtəlif dinlərə məxsus onlarla dini icma, 

təriqət və sektalar fəaliyyət göstərir. Onlardan bir neçəsi daha kütləvi 

yayılaraq  ətrafına  çoxlu  tərəfdar toplamışdır.  Hər bir dini  təşkilatın 

üzvü  (fəalı)  sözsüz  onun  qayda  və  şərtlərinə  tabedir.  Onların  həyat 

tərzi,  davranışı,  dünyagörüşü  məhz  aid  olduğu  dini  təşkilatın 

diqtəsinə. şərtlərinə əsaslanır. Beləliklə, bu dini təşkilatlar çevrəsində 

və  onların  ideologiyasını  qəbul  edən  insanlar  arasında  yeni  dini 

təmayüllü submədəniyyətlər yaranır.

Bakıda geniş yayılmış belə submadəniyyətlərdən biri «Nurçular»a 

mənsubdur.  Sünni  təmayüllü  bu  təşkilatın  tarixi,  Səid  Nursi  1945-ci 

ildə Türkiyədə özündə dörd prinsipi saxlayan konsepsiyanı elan etdiyi 

zamandan  başlayır  [17;  18;  19;  20).  Nurçuluğa  görə,  müasir  dövrdə 

müsəlman  dünyasının  geriliyinə  səbəb  müsəlmanların  islamdan 

uzaqlaşmaları,  islamı  düzgün  başa  düşməmələri,  tərəqqi  idealını 

Qərbdə axtarmalarıdır. Eyni zamanda «Nurçuluq» hesab edir ki, Qərbə 

seçkili  münasibət  bəslənilməli,  oradan  yalnız  tərəqqiyə  xidmət  edən 

nailiyyətləri,  elmi  və  texnikası  əxz  edilməli,  islamın  mənəvi 

dəyərlərinə  uyğun  gəlməyən  mədəni  və  əxlaqi  dəyərləri  rədd 

edilməlidir.  Müasir  dövrdə  «Nurçuluq»  islamı  modernləşdirməyin 

nümunəvi konsepsiyası əsasında fəaliyyət göstərir.

Azərbaycanda «Nurçuluq»  1991-ci ildən yayılmışdır.  İlk vaxtlar 

iş adamları  vasitəsilə təbliğ olunan bu ideologiya sonralar Türkiyədə 

təhsil  alan  azərbaycanlı  tələbələr  vasitəsilə  yayıldı.  Azərbaycanda 

K.İV sahəsində  (STV,  Bure  FM.  «Zaman»  qəzeti),  təhsil  sistemində 

(«Çağ  öyrətim»  və  «Fəza»  şirkətləri,  «Qafqaz»  universiteti,  türk 

litseyləri), dəftərxana və kitab satışı mağazaları şəbəkəsində («Nil») 

və müxtəlif ticarət sahələrində («İstiqbal» mebel, «Romanson» saat, 

«Ülkər» şirniyyat və s.) görkəmli yerə malik olan şirkətlər və firmalar 

«Nurçular»a  mənsubdur  və  onların  gəlirləri  bu  ideologiyanın 

təbliğinə yönəldilir [123,196].

Azərbaycanda  «Nurçular»ın  sosial  bazasını  türk  iş  adamları, 

universitet və lisey müəllimləri, türk tələbələri, türk liseylərində  təhsil 

alan tələbə və şagirdlərin bir qismi, Türkiyədə təhsil almış azərbaycanlı

-  

106


  -

Müasir şarailda Azarbaycunda dini-madani dayarlarin inkişaf xiisusiyyallari

tələbələr,  habelə  müxtəlif  sahələrdə  çalışan  gənc  və  orta  yaşlı 

azərbaycanlılar  təşkil  edirlər.  Ölkəmizdə  «Nurçulao>ın  əksər  hissəsi 

Bakıda  cəmləşmişdir.  Burada  onların  geniş  təbliğat  şəbəkəsi 

mövcuddur.  «Nurçular»  öz  tərəfdarlarını  qruplar  şəklində  «evləmdə 

(«işıq  evi»)  və  «yurd»!arda  toplayırlar.  «Ev»  imkansız  «Nurçulanun 

yaşadığı  və  vaxtaşırı  olaraq  həmin  evə  təhkim  olunmuş  qrupun 

«söhbət»ə yığışdığı mənzildir.  Belə qruplar 5-6 nəfərdən  12-15 nəfərə 

qədər olur. «Söhbət» - «Nurçular»ın yığışaraq informasiya mübadiləsi 

etdiyi  və  «Quran»  oxuduğu,  habelə  dini  söhbətlər  etdiyi  məclisdir. 

Onlar  bunu  imanlarını  kamilləşdirmək  üçün  edirlər.  Kişilərin  və 

qadınların  «söhbəti»  tamamilə  ayrılıqda  olur.  Qruplar  arasında  da 

sosial  fərqlər  mövcuddur.  Məsələn,  iş  adamları,  tacirlər  «əsnaf» 

qrupunda,  dövlət  qulluqçuları  və  məmurlar  «məmur»  qrupunda, 

tələbələr  və  digərləri  isə  adi  qruplarda  birləşirlər.  Hər  bir  qrupa 

«söhbət» zamanı «Abi» rəhbərlik edir. «Əsnaf» qrupları «Nurçularwın 

əsas  maliyyəsini  təmin  edir,  «məmur»  qrupları  isə  dövlət  və  digər 

müdaxilələrin qarşısının alınmasına yardım göstərirlər.

A zərbaycanda  geniş  təşəkkül  tapm ış  dini  təm ayüllü 

submədəniyyətlərdən  biri  də  «Vəhhabilər»ə  məxsusdur.  Özlərini 

«sələfilər»  adlandıran  vəhhabilər  Azərbaycana  90-cı  illərin 

əvvəllərində  gəlmişlər.  İlk  vaxtlar  şimal  rayonlarında  fəaliyyətə 

başlasalar da 90-cı illərin ortalarından geniş şəkildə Bakıda fəaliyyət 

göstərirlər.  1995-ci  ildə  Bakıda  ilk  vəhhabi  məscidi  (İçərişəhərdə 

«Ləzgi» məscidi) yarandı [ 123,198].

İslam  dininin  ilkin  və  primitiv  ehkamlarını  rəhbər  tutaraq  yeni 

ideologiya yaratmış  «Vəlıhabilik»  öz-özlüyündə tərəfdarlarının  həyat 

tərzini,  davranışını,  əxlaqını,  etiqadını,  hətta  geyim  və  xarici 

görünüşünü  konkret  çərçivəyə  salan  bir  sosial-mədəni  sistemdir  -  

submədəniyyətdir.  Lakin  digər  submədəniyyətlərdən  fərqli  olaraq 

onlar  hamıya  öz  ideologiyalarını  qəbul  etdirmək  istəyirlər.  Qəbul 

edənlər «əxi» (qardaş), qəbul etməyənlər isə kafir, düşmən hesab edilir.

Vəhhabilikdə heç bir etnik, sosial, irqi fərqlər nəzərə alınmır. Onlann 

vahid yaşam tərzi,  ideologiyası,  inancı  və mübarizə hədəfi  vardır.  Bəzi

-  

107


-


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə