Elmi redaktor: Sakit Hüseynov



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə28/33
tarix20.09.2017
ölçüsü1 Mb.
#1072
1   ...   25   26   27   28   29   30   31   32   33

A n a r H əsənli

Sovetlər  dönəmində  dinin  metodik  olaraq  görməməzliyə 

vurulması,  dinin  sanki  heç  yoxmuş  kimi  davranılması  əvəzində, 

hazırda  dövlətin  din  siyasətinin  kəskin  şəkildə  liberallaşdırılması 

Azərbaycanda  çoxsaylı  dini  meyillərin  yaranmasına  və  ekstremist 

məzmunlu  ideologiyaların,  qeyri-ənənəvi  dini  təriqətlərin  ölkəyə 

daxil  olmasına  və  yayılmasına  səbəb  olmuşdur.  Bütün  bunlar  isə 

Azərbaycanın  dövlətçiliyi,  milli  təhlükəsizliyi  üçün  təhlükə yaradır. 

Belə  vəziyyət,  qeyri-ənənəvi  dini  təriqətlərin  Azərbaycanda 

fəaliyyəti  isə  təkcə  bizim  ölkəmizdə  deyil,  həm  də  bütövlükdə 

regionda, xüsusilə də, digər MDB və Xəzərsahili dövlətlərdə sosial- 

siyasi  vəziyyəti  destabilizə  edən  təsir  göstərir.  Demək  olar  ki, 

Azərbaycanın  bütün  ərazisində  m üxtəlif  totalitar  sektalar  və 

destruktiv kultlar, ayinlər yayılmışdır.  Belə dini qurumlar öz qanuna 

zidd  fəaliyyətləri  ilə  digər  vətəndaşların  hüquqlarım  və  qanuni 

maraqlarını pozurlar.

Bu  cür  dini  təriqətlərin  fəaliyyəti  dövlətçiliyimiz  üçün  sonradan 

qarşısı alınmaz problemlər yarada biləcəyindən onların fəaliyyəti güclü 

nəzarətə  götürülmüşdür.  1997-ci  ildə  Azərbaycan  Respublikasının 

Milli  Məclisi ölkəmizdə vətəndaşlığı olmayanların və əcnəbilərin dini 

təbliğatla  məşğul  olmalanna  qadağa  qoyan  qanun  qəbul  etmiş, 

ölkəmizə gələn dini  təriqətlərin humanitar təşkilat kimi  qeydiyyatdan 

keçməsinə  nəzarəti  gücləndirilmişdir.  Bundan  başqa,  qeyri-ənənəvi 

təriqətlərin,  totalitar,  ekstremist  sektaların  nümayəndələrinin 

məktəblərdə, uşaq bağçalannda, hərbi hissələrdə moizələr oxumasının 

qarşısı  alınmışdır.  Həmçinin  qeydiyyatdan  keçməyən  bütün  dini 

təriqətlərin  fəaliyyətinə  qadağa  qoyulmuş,  ölkəyə  daxil  olan  bütün 

humanitar  və  xeyriyyə  yardımlarının  dövlət  orqanlarının  bank 

hesablan vasitəsi ilə həyata keçirilməsi təmin edilmişdir.

Ancaq bütün bu işlərə baxmayaraq, bu yaxınlaradək Azərbaycan 

dövlətinin din sahəsində apardığı hüquqi siyasət lazım olan səmərəni 

vermir,  qüvvədə  olan  qanunlar  isə  destruktiv  dini  ideologiyaların 

ölkədə  yayılmasının  qarşısını  ala  bilmirdi.  Belə  vəziyyət  real 

situasiyaya  adekvat  olan,  dini  proseslərin  nizamlanması  və  dini

-

112


-

Müasir şərtimlə Azərbaycanda dini-mədəni dəyərlərin inkişaf xüsusiyyətləri

təhlükəsizliyin  təmin  edilməsi  sahəsində  dini  ekstremizmə  və 

destruktiv  meyilli  dini  birliklərin  fəaliyyətinə  qarşı  hərəkətlərin 

kompleks toplumunu da ehtiva edən dövlət hüquq siyasətinin işlənib 

hazırlanması zərurətini günün vacib məsələsi kimi ortaya qoyur. Həm 

do  bu  vaxt  nəzərə  alınmalıdır  ki,  dövlətin  din  sahəsində  apardığı 

siyasət  vicdan  və  etiqad  azadlığı  sahəsində  konstitusiyada  elan 

olunmuş prinsiplərlə ziddiyyət təşkil elməməlidir.

Qloballaşma  prosesinin  törətdiyi  əsas  əxlaqi  dəyərlərin 

dəyişməsi  kimi  dünyəvi  proses  təkcə bir millətin dini  təhlükəsizliyi 

üçün deyil, bütövlükdə bəşəriyyət üçün təhlükə yaradır. Qloballaşma 

prosesi  müxtəlif dini  cəmiyyətlərin  mədəniyyətini  və  həyat  tərzini 

unifıkasiya  edir,  aralarındakı  fərqləri  aradan  qaldırır və bununla  da 

təkcə  ənənəvi  dini  dəyərləri  dağıtmaqla  qalmır,  həm  də  etnosların 

milli özünü dərkinin fərdiliyini  dağıdır, ənənəvi dinlərin cəmiyyətin 

həyatındakı  yerini  və  rolunu  dəqiqləşdirir.  Bir  qütblü  qloballaşma 

mənəvi-əxlaqi  sahədə  amerikanlaşma  olaraq  təyin  edilir.  Kütləvi 

mədəniyyətin  dəyərlər  sistemi  digərlərinə  nisbətən  daha  universal 

olduğu üçün o, elan  edilən universal qaydalara adekvat olduğu üçün 

sekulyarlaşma,  mənəviyyatsızlaşma  yayır,  ənənəvi  dini  dəyərləri 

dağıdır və qloballaşmanın mənəvi əsasını təşkil edir.

Vicdan  və  etiqad  azadlığı  o  şərtlə reallaşa  bilər ki,  əhalinin  ham 

dindar, inanclı, həm də ateist fikirli hissəsinin maraqlan nəzərə alınsın, 

dini  mənsubiyyətinə  görə  hüquqlannm  məhdudlaşdınlmasına  yo! 

verilməsin  və  fəaliyyətləri  Azərbaycan  Respublikasının  konstitusion 

osaslanna  zidd  olmayan  “qeyri-ənənəvi”  dini  birliklərin  dövlət 

tərəfindən hər hansı təqib edilməsinə yol verilməsin. Vicdan və etiqac1 

azadlığının  təmin  edilməsi  sahəsində  qanunlar  dini  təhlükəsizliyin 

normativ-hüquqi ifadə olunması keyfiyyətində çıxış edir.

Dini ekstremizmə və destruktiv dini birliklərin fəaliyyətinə qarşı 

yönəlmiş  tədbirlər  sistemi  bütövlükdə  milli  təhlükəsizliyin  təmin 

edilməsinin  tərkib  hissələrindən  biridir.  Belə  tədbirlər  sistemi 

ekstremist və destruktiv dini ideologiyaların yayılmasının qarşısının 

alınmasına və dini birliklər tərəfindən törədilmiş qanun pozuntularına

-  

113


-


A nar Həsənli

qarşı  sanksiyalar  sisteminin  yaradılmasına  yönəlmiş  hüquqi  və 

profilaktik  institutların və mexanizmlərin kompleksi  kimi çıxış edir. 

Dini  ekstremizm  təzahürlərinin  qarşısını  almaq  üçün  Azərbaycan 

cəmiyyətinin mənəvi-əxlaqi sahədə milli təhlükəsizliyin institusional 

təmin edilməsi böyük rol oynayır.

Azərbaycanda  olan  ənənəvi  din  və  etiqadların  əksəriyyətində 

böyük dözümlülük potensialı var və bununla da tolerantlıq sahəsində, 

həmçinin  konfessiyalar  sahəsində  təbii  müttəfiq  kimi  çıxış  edir. 

Ənənəvi  dinlərin  dirçəldilməsi  dövlət  ilə  vətəndaş  cəmiyyəti 

arasındakı  qarşılıqlı  m ənəvi-əxlaqi  sistem i  ciddi  şəkildə 

sağlamlaşdırmaqla yanaşı dinlərarası ünsiyyət sahəsində dözümlülük 

və  zor  işlətməmək  praktikasının  inkişaf etməsinə  kömək  edir.  Öz 

növbəsində  dini  ekstremizm  təzahürləri  adətən  “müxalifətçi 

dindarlıq”  adlandırılan,  özünü  dini  münasibətlər sahəsində  mövcud 

olan,  qərarlaşan  qaydalara  qarşı  qoyan  dini  birliklərə  xas  olan  bir 

şeydir.  Ənənəvi  dinlərin  əxlaqi-mənəvi  dəyərlərinin  inkişafı  və 

yayılması Azərbaycanda vicdan və etiqad azadlığına qarant olan əsas 

prinsiplərə maksimum uyğun gələn şəraitdə baş verməlidir.

Dinlərarası  qarşılıqlı  hərəkətlər  və  dini  azadlıq  sahəsində  olan 

böhran  h ad isələ rin in   tə h lili  zam anı  m üasir  A zərbaycan 

sivilizasiyasının,  onun  tarixinin  bənzərsizliyinin,  siyasi-hüquqi 

varisliyinin  və  sosio-mədəni  eyniyyətinin  müasir konsepsiyasından 

istifadə edilmişdir.

Azərbaycan  bu  ərazidə  yaşayışın  mövcud  olduğu  gündən  bəri 

etnik,  milli  və  dini  rəngarəngliyə  görə  digər  Qafqaz  ölkələrindən 

əsaslı  şək ild ə  seçilm işd ir.  Tarixən  m ü x tə lif  d in i-fəlsə fi 

dünyagörüşlərin  çulğaşdığı  Azərbaycan  təkcə  Şərq  və  Qərb 

təfəkkürünü deyil,  rəngarəng kulta  və yaşam  tərzinə malik  çoxsaylı 

etnosları  da  özündə  birləşdirərək,  dünyanın  ən  sivil  mədəniyyət 

mərkəzlərindən  birinə  çevrilməkdədir.  Əsrlər  boyu  atəşpərəstliyin, 

xristianlığın  və  islamın  yanaşı  yaşadığı  Azərbaycan  bu  gün  həm 

müxtəlif dini  tapınaqların,  həm  etiqad  azadlığının,  həm  də  sərbəst 

birgəyaşayış  haqlarının  qorunduğu  ölkədir.  Bütün  dövrlərdə  bir çox

-

114


-

Müasu- şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin  inkişaf xüsusiyyətləri

dövlətlərin  maraq  dairəsində  olan  Azərbaycana  yanaşma,  burada 

müəyyən fəaliyyətin gerçəkləşdirilməsi müxtəlif yönümlü olmuşdur. 

Hər hansı  iqtisadi,  siyasi  və digər məramı  gerçəkləşdirməzdən  öncə 

burada  öz  iradəsini  diqtə  etməyə  çalışan  dövlətlər  Azərbaycan 

müstəvisində  etnik  və  dini  problemlərin  perspektivini  incəliyinə 

qədər  öyrənməyə  can  atır.  Keçmişin  və günümüzün  reallıqları  belə 

məcrada  problemlərin  yaranmasını  bütün  baxımlarda  perspektivsiz 

edir.  Azərbaycan  gerçəkliyinin  milli-etnik  və  dini-mənəvi  dəyərlər 

müstəvisində  mümkün  mənzərəsini  cızmağa  çalışaq.  Ailələrin 

sosioloji öyrənilməsi sübut edir ki, burada konkret vəzifə bölgüsü, o 

cümlədən,  genetik  üstünlükdən  irəli  gələn  həlledici  amillər  var. 

Mədəniyyətlərin yaxınlaşması, şaxələnmiş etnosların minilliklərdən 

sonra inteqrasiyası güclü geni daha da güclü edir.

Sayca  dominant  üstünlüyə  malik  olan  azərbaycanlı  özünə 

hörməti zor və basqı  ilə deyil, qarşılıqlı münasibətlərdəki  davranışla 

qazanmağa  üstünlük  verir.  Buna  görə  də  digər  millətlərin 

nümayəndələrinin  azərbaycanlıya  münasibəti  proporsional  olaraq 

tarazlanır.  Xəyanətə,  böhtana  və  təcavüzə  dözümsüzlük,  ailəyə, 

dostluğa  və  peşəyə  sədaqət  azərbaycanlının  ən  çox  dəyərləndirdiyi 

keyfiyyətdir.  Onlar digər  millətlərin  nümayəndələri  əsasında  deyil, 

hər  bir  millət  haqqında  bütövlükdə  fikir  yürütməyə,  bütövün  bir 

hissəsinə tamın elementi kimi  yanaşmağa üstünlük verirlər. Öz milli 

mənsubluğu  ilə  fəxr edən  azərbaycanlı  digər millətlərə də hörmətlə 

yanaşaraq, onlardan özünə və millətinə hörmət etmək haqqı əldə edir.

Dini-mədəni dəyərlərin təbliğinin tərəfdarı olan və fəaliyyətində 

bu  dəyərlərə daim diqqətlə yanaşan İnsan Hüquqları üzrə Müvəkkil 

(Ombudsman),  professor  Elmira  Süleymanova  müvafiq  sahədə 

görüləcək işlərin çox olduğunu bildirir. Müvəkkil fəaliyyəti dövründə 

dini  etiqad  azadlığının  təmini  məqsədilə  bir  sıra  tədbirlər  həyata 

keçirilməsinin vacib olduğunu bildirir. Ombudsman onun təşəbbüsü 

ilə keçirilmiş tədbirlərdə dini tolerantlıq, mənəvi tərbiyə və müxtəlif 

dini  baxışları  olan  insanların  qarşılıqlı  münasibətlərinə  dair bir sıra 

konstruktiv təkliflərlə çıxış etmişdir.

-

115


-


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə