Elmi redaktor: Sakit Hüseynov



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə29/33
tarix20.09.2017
ölçüsü1 Mb.
#1072
1   ...   25   26   27   28   29   30   31   32   33

A nar Has ən И

Mədəniyyətlərarası  dialoq  və  dinlərarası  əməkdaşlığın  inkişaf 

etdirilməsi,  bu  prosesə  bütün  cəmiyyətin,  dövlət  və  qeyri-dövlət 

qurumlarının,  vətəndaş  cəmiyyətinin  cəlb  edilməsi,  uşaqlar  və 

g ən c lə rə  dini  to le ra n tlığ ın   aşılanm ası  m əq səd ilə  təhsil 

müəssisələrində  maarifləndirmə  tədbirlərinin  keçirilməsi,  dinşünas 

və  ilahiyyatçı  alimlərin  bu  tədbirlərdə  iştirakı,  xalqlararası, 

sivilizasiyalararası  əməkdaşlığın,  sülhün  bərqərar  olmasına  xidmət 

edən  dinlərarası  dialoqun  inkişaf etdirilməsi,  bu  mövzuda  müxtəlif 

nəşrlərin  hazırlanması,  KİV-in  dini  maarifləndirmə  işinə  cəlb 

eiunması,  dini  etiqad  azadlığına  dair  qanunvericiliyin  təkmilləş­

dirilməsi  və monitorinqi, dini  maarifləndirmə  işinin gücləndirilməsi 

və  vicdan  azadlığına  hörmət  ruhunda  tərbiyənin  təbliğ  edilməsi, 

Azərbaycanın tolerantlıq siyasətinin dünyada tanıdılması və bununla 

bağlı digər təkliflər bu sıradandır.

Müvəkkil  milli  və  dini  tolerantlığın  Azərbaycan  cəmiyyətinin 

səciyyəvi  xüsusiyyəti  və  ən  mühüm  nailiyyətlərindən  olduğunu 

nəzərə alaraq,  ölkədə təmsil  olunan  əsas  dini  icmalar daxil olmaqla 

«Din vasitəsilə sülh mədəniyyəti» dinlərarası şurasının yaradılmasını 

təklif etmişdir [5,266]. Diqqətəlayiq haldır ki, Müvəkkilin təşəbbüsü 

və ümumi redaktəsi  ilə cəmiyyətdə, ailədə və məişətdə konfliktlərin 

aradan  qaldırılmasına  yönələn  YUNESKO-nun  dəstəyi  ilə  ingilis 

dilindən  Azərbaycan  və  rus  dillərinə  tərcümə  edilmiş  «Sülh 

mədəniyyəti  təhsili  gender  perspektivindən»  adlı  kitabdan  istifadə 

etməklə müxtəlif icmalarda seminarlar, treninqlər keçirilmişdir.

Bütün  bunlara  baxmayaraq,  milli-etnik  müxtəliflik  bədməramlı 

qüvvələr  üçün  qarşıdurma  müstəvisi  olaraq  qalır.  Bu  kimi  qüvvələr 

etnik  azlıqlarla  azərbaycanlılar  arasında  münaqişə  nöqtələri 

axtarmaqdan əlavə, milli azlıqların özləri arasında da belə qarşıdurma 

yaratmaq  məqsədi  güdürlər.  Fikrimizcə,  bu  və  digər  milli  azlıq  və 

çoxluqların  qarışıq  ailə  tərkibinin  xüsusiyyətləri,  buradakı  spesifik 

cəhətlər  hər  hansı  cəhdi  perspektivsiz  edir.  Azərbaycanda  bu  gün 

minimal sayı min nəfərdən yuxan olan otuza qədər etnos yaşayır. Son 

sosioloji-demoqrafik  araşdırmalar  göstərir  ki,  digər  millətlərin

-

116


-

Müasir fərgitdə Azerbaycanda dm,-mədəm dəyərlən n  inkişaf xüsusiyyətləri

nümayəndələri ilə ailə quran azərbaycanlı kişilərin sayı özgə millətlərə 

ərə gedən azərbaycanlı qadınlarla müqayisədə qat-qat çoxdur.  Burada 

müəyyən  tarazlığın  pozulmasına  baxmayaraq,  ailədə  patriarxal  xətt 

güclü olmuşdur. Din amilini də unutmadan demək olar ki, belə qanşıq 

tərkibli ailələrdə genetik davamlılıq, bir qayda olaraq azərbaycanlılığm 

xeyrinə  həll olunur.  Patriarxal Azərbaycan ailəsində  dil,  din və  adət- 

ənənə bütün hallarda ata xətti üzrə qorunub saxlanılır.

Beləliklə, müstəqil, demokratik Azərbaycan Respublikası burada 

yaşayan  bütün  xalq və  etnosların nümayəndələrinin mənəvi  və dini 

dəyərlərinə  tolerant  münasibət  bəsləməklə  həmin  xalqların 

nümayəndələrinin xalqımızla olan əlaqələrinin daha sivil  səviyyədə 

olmasına  şərait  yaratmış,  bu  isə  öz  növbəsində  xalqlar  arasında 

dostluq  və  tərəfdaşlıq  münasibətlərinin  daha  da  inkişaf  etməsinə 

zəmin hazırlamışdır.

-

117



-


A n a r Həsan U

2.3.  Qloballaşma şəraitində Azərbaycanın 

dini-mədəni dəyərləri 

və ideya fəlsəfi paradiqması

Qloballaşmadan  danışarkən  qeyd  etməliyik  ki,  biz  bu  gün  ən 

ümumi  şəkildə  nəticə  etibarı  ilə  dünya  nizamını  dəyişdirən  sosial- 

iqtisadi, siyasi, mədəni kommunikasiyaların inkişafını başa düşürük. 

Sadalanan  hallar  isə Azərbaycan  üçün  xüsusi  əhəmiyyətə  malikdiı. 

Burada  səmərəli  dövlət  və  cəmiyyət  quruculuğundan,  XXI  əsrin 

reallıqlarına cavab  verən,  dövlətin  milli  və beynəlxalq mənafelərini 

təmin  edən  xarici  siyasət konsepsiyasının  formalaşmasından  söhbət 

gedir.  Azərbaycanın  xarici  tərəfdaşları  açıq  etiraf  edirlər  ki, 

Azərbaycan dövləti  Şərqlə-Qərbi, Şimalla-Cənubu birləşdirən körpü 

ro lu n u   m ö h k ə m lə n d irə n   ö zü n ü n   u z u n m ü d d ə tli  in k iş a f 

konsepsiyasını  son  dərəcədə  tarazlaşdınlmış  şəkildə  quraraq,  onu 

dünya inkişafının qlobal meyilləri ilə əlaqələndirmişdir.

2008-ci  ilin  dekabrın  2-3-də  Bakıda  keçirilən Avropa  Şurasına 

üzv  dövlətlərin  mədəniyyət  nazirlərinin  konfransında  Azərbaycan 

Respublikasının  Prezidenti  cənab  İlham  Əliyevin  iştirakı  və  geniş 

çıxışı zamanı  irəli sürdüyü təkliflər və tövsiyələr tədbirin beynəlxalq 

əhəmiyyətini daha da artırmışdır. Konfransda Prezident İlham Əliyev 

tərəfindən  sivilizasiyalar arasında  dialoqun  inkişafını  nəzərdə  tutan 

“Bakı prosesi”nin əsası qoyulmuş və bu təşəbbüsün qlobal bir prosesə 

çevrilməsinə  səbəb  olmuşdur.  Cənab  Prezident  konfransdakı  çıxışı 

zamanı demişdir:  “Mən çox istərdim ki, bu gün əsası qoyulan “Bakı 

Prosesi”  uzun  müddətli  bir  proses  olsun.  Çox  istərdim  ki,  bu 

konfransın  keçirilməsindən  sonra  konkret  mexanizmlər  işlənilsin, 

konkret fəaliyyət planı  hazırlansın.  Belə tədbirlərin keçirilməsi  həm 

Bakıda, həm də digər şəhərlərdə ənənəyə çevrilsin” [10].

Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham  Əliyevin

2 0 0 9 -c u   il  26  n o yabr  tarix in d ə  im zalad ığ ı  A zərbaycan 

Respublikasının  Qanunu  ilə  ölkəmiz  YUNESKO-nun  “Mədəni 

Ö zünüifadə  M üxtəlifliyinin  Qorunm ası  və  Təşviqinə  dair

-

118


-

Müasiı  şoraitdo Azərbaycamla 

dini-madəni daysrhrin 

inkişaf 

xüsusiyyallari

Konvensiyası  na qoşulmuşdur.  Bu  konvensiya 2010-cu  ilin  15  may 

nrixindən  Azərbaycan  Respublikasına  münasibətdə  qüvvəyə 

minmişdir.  2010-cu ilin 20 may tarixində,  BMT-nin 21  may Mədəni 

müxtəlifliklər  günü  ərəfəsində  YUNESKO  tərəfindən  elan  cdiləıı

2010-cu  il  “Mədəniyyətlərin  yaxınlaşması  ili”  çərçivəsində  Bakı 

şəhərində  “Mədəni  Özünüifadə  Müxtəlifliyinin  Qorunması  və 

ləşviqinə  dair  Konvensiya”nın  təqdimat  mərasimi  keçirilmiş  və 

tədbirə  milli  azlıqların,  yerli  xalqların  nümayəndələri,  yaradıcı 

şəxslər, sənətkarlar,  dövlət xadimləri, xarici  ölkələrin  və beynəlxalq 

təşkilatların nümayəndələri dəvət edilmişdir.

Müxtəlif fikirlərin  səsləndirildiyi  həmin  tədbirdə,  bir  sıra  çıxış 

edənlər  ölkədə  azərbaycançılıq  ideyasının  genişləndirilməsini 

dəstəkləmiş,  öz  fikirlərini  irəli  sürmüşdülər.  Digər  xalqların,  etnik 

qrup nümayəndələrinin də  belə fikirlər irəli sürməsi çox qənaətbəxş 

hal  hesab oluna bilər.  Coğrafi  determinizmə  əsaslansaq  qeyd  etmək 

olar ki, Azərbaycanın yerləşdiyi coğrafi mövqe Azərbaycan xalqının 

formalaşmasında  mühüm  faktorlardan  biri  olmuşdur.  Biz  bu  gün 

Azərbaycanda yaşayan subetnosların mədəniyyətlərini, sayca çoxluq 

təşkil  edən  etnosla müqayisə  etdikdə  nə  qədər oxşar və yaxm  tarix: 

mədəni xüsusiyyətlərin şahidi oluruq.  İdeologiyanın gücü onun milli 

mənlik  şüurunda  nə  qədər  yer  alması  nöqteyi  nəzərdən  müqayisə 

edilərsə onda biz azərbaycanlıların  milli  mənlik  şüurunda yer almış 

Azərbaycançılığın  tarixi  zərurət  olduğunu  dərk  etməliyik. 

Azərbaycançılıq  etnik,  sosial  və  siyasi  mənsubiyyətindən  asılı 

olmayaraq  hər  bir  azərbaycanlının  Azərbaycana  olan  sevgi  və 

məhəbbətinin  gündəlik  həyat  norması  və  fəaliyyət  strategiyasıdır. 

A zərbaycançılıq  ideyasının  tarixi  kökləri  qədimdir.  Ancaq 

Azərbaycançılıq  ideologiyasının  formalaşma  prosesi  XX  əsrin  I 

rübünə  təsadüf  edən  sosial-siyasi  kateqoriyadır.  Məhz  bu  dövrdə 

mədəni və siyasi mühitdə Azərbaycanın yeri və rolu ətrafında fikirlər 

ziddiyyətli  də  olsa  formalaşmağa  başlamışdı.  Ancaq  bu  hələ  elıtar 

səviyyədə  gedən  proses  idi.  Bütünlükdə  xalqın  bu  ideya  ətrafında 

birliyi  üçün  zaman  tələb  olunurdu.  Demokratik  Cümhuriyyətin

-  

119


-


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə