Elmi redaktor: Sakit Hüseynov



Yüklə 1 Mb.

səhifə3/33
tarix20.09.2017
ölçüsü1 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   33

A nar H əsənli

azərbaycançılıq məfkurəsi mövqeyindən araşdırılması  istiqamətində 

atılan addımlardan biri  hesab oluna bilər.  Bu mənada tədqiqat işinin 

əsas  məqsədlərindən  biri  müasir dövrdə Azərbaycanda dini-mədəni 

dəyərlərimizin inkişaf xüsusiyyətlərini sistemli və tam halında tədqiq 

etməkdir.  Bu  gün  Azərbaycanda  demokratik,  hüquqi,  dünyəvi 

dövlətin bərqərar olduğu bir vaxtda xalqımızın min illər boyu bizə irs 

qoyduğu  dəyərli  dini-mədəni  dəyərlərin  inkişafının  tədqiqi 

cəmiyyətimizin gələcək inkişafı üçün müstəsna əhəmiyyət kəsb edir.

Dini-mədəni  dəyərlərimiz  mövzusunda Azərbaycanda  son  illər 

ərzində xeyli  sayda elmi  əsərlər yazılmış, araşdırmalar aparılmışdır. 

Sadalanan problemin ayrı-ayrı aspektləri tədqiqat obyektinə çevrilsə 

də,  müasir  şəraitdə  Azərbaycanda  dini-mədəni  dəyərlərin  inkişaf 

tendensiyaları  tam  bütöv  halında,  sistemli  şəkildə  tədqiqata  cəlb 

edilməmişdir.

Heç  də  təsadüfi  deyil  ki,  Azərbaycanda  dini-mədəni  dəyərlərin 

tədqiqinə  həsr  olunan  bu  əsərin  oxucularının  diqqətinə  ölkəmizin 

“Dünyada  5  ən  tolerant  dövlət”  sərlövhəli  məqalədə  ən  tolerant 

ölkələr  sırasına  daxil  edilməsi  onun  əhəmiyyətini  bir  qədər  də 

artırmış olur.

Oxuculara  təqdim  olunan  əsərin  qarşısında  duran  əsas  məqsəd 

Azərbaycanda  qloballaşma  şəraitində  dini-mədəni  dəyərlərin 

inkişafının  sistemli  təhlilinin  verilməsi  əsasında  müasir  sosial- 

iqtisadi  inkişafımızla həmahəng səsləşən cəhətləri üzə çıxarmaqdan, 

qabarıq  şəkildə  işıqlandırmaqdan  ibarətdir.  Bu  məqsədlə  aşağıdakı 

vəzifələrin yerinə yetirilməsi diqqət mərkəzində götürülmüşdür:

-  Azərbaycan  elmində  dini-mədəni  dəyərlər  məsələsinin 

qoyuluşunu araşdırmaq;

- qloballaşma şəraitində Azərbaycanın dini-mədəni  dəyərlərinin 

inkişaf xüsusiyyətlərini öyrənmək;

- dini dəyərlərin insanların həyat tərzinə təsirini öyrənmək;

-  sivilizasiyalararası  dialoqun  təşəkkülünü  dini-fəlsəfi  aspektdə 

araşdırmaq;

-

 



12

  -


Müasir şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin  inkişaf xüsusiyyətləri

-  qloballaşma  şəraitində  Azərbaycanda  dini  tolerantlığın 

vəziyyətini təhlil etmək;

-  müasir  dövrdə  Azərbaycanda  dini-mədəni  dəyərlərin  inkişaf 

problemlərini öyrənmək;

-  müasir  proseslərdə  Azərbaycanın  ideya-fəlsəfi  paradiqmasını 

açıqlamaq.

Əsərin  aktuallığı bu gün  dünyada baş verən və sürətlə dünyanın 

həm  mədəni,  həm  siyasi  mənzərəsini  dəyişən  qlobal  proseslərlə 

əlaqədardır.  Belə  ki,  müasir  ictimai  inkişafın  determinantına 

çevrilmiş qloballaşma, informasiya cəmiyyətinə keçid və s. proseslər 

ауп-ауп millət və dövlətlərin bu proseslərə fəal qoşulması ilə yanaşı 

onlar qarşısında bir  sıra  ciddi  vəzifələr də  qoyur.  Bu  vəzifələrə  aid 

olaraq  dini-mədəni  dəyərlərin  ciddi  elmi  təhlili,  digər  dini-mədəni 

dəyərlərə  tolerantlıq  problemlərini  aid  etmək  olar.  Onların 

öyrənilməsi  bir tərəfdən,  milli-mənəvi  dəyərlərin  qorunması,  digər 

tərəfdən  isə,  qlobal  məkana  inteqrasiya  prosesində  düzgün 

istiqamətlənməyə yardımçı ola bi lər.

Hörmətli  oxuculara  təqdim  olunan  bu  kitab  yuxarıda  qısaca 

işıqlandırmağa çalışdığımız qayələrdən, Azərbaycanda  dini-mədəni 

dəyərlərin  mövcud  durumuna  münasibətdən  və  onların  gələcəyi 

barədə düşüncələrdən yaranmışdır.

Müəllif bu  kitaba  ön  sözü  yazan  Bakı  Dövlət  Universitetinin 

Sosiologiya  kafedrasının  müdiri,  fəlsəfə  üzrə  elmlər  doktoru, 

professor İzzət Rüstəmova, dəyərli elmi məsləhətlərinə görə, fəlsəfə 

üzrə elmlər doktoru, professor Sakit Hüseynova,  fəlsəfə üzrə elmlər 

doktoru, professor Əli Abbasova, fəlsəfə üzrə elmlər doktoru, dosent 

Aydın  Əlizadəyə,  kitabın  çap  olunmasında  əməyi  olan  Hacı  Nicat 

İsgəndərova və Kamalis Nağıyevə dərin təşəkkürünü bildirir.

-

 



13

  -



A n a r H əsənli

I FƏSİL

DİNİ-MƏDƏNİ DƏYƏRLƏRİN  İNKİŞAF 

XÜSUSİYYƏTLƏRİ 

VƏ ONLARA MÜNASİBƏT

1.1. Azərbaycanda dini-mədəni dəyərlər tədqiqat obyekti  kimi

Hər  bir  xalqın,  millətin,  dövlətin  varlığının  ifadəsi  olan 

id e y a la rın ,  d ü n y ag ö rü şü n ü n ,  həyat  və  d üşüncə  tə rz in in  

deformasiyaya  uğraması  ilə həmin birliyin tənəzzülü başlayır.  Tarix 

sübut  edir  ki,  ən  güclü  sistemlərin  məhvi  sosiomədəni  və  siyasi 

mədəni  məkanda  yaşayan  insanlar  üçün  ümumi  olan  mənəvi 

dəyərlərin,  ideyaların  radikal  transformasiyasının  mənəvi  davamı 

kimi meydana çıxır.

Müstəqillik  əldə  etmiş  Azərbaycanda  dini  və  milli  köklərə 

qayıdış,  milli  tariximizə  həqiqi  və  obyektiv  baxış,  dilimizin  saflığı 

uğrunda mübarizə əldə olunmuş nailiyyətlərin ən başlıcasıdın 

Müasir  Azərbaycanda  demokratik  prinsiplərin  bərqərar  olması, 

hüquqi dövlətin  formalaşması dövlətimizin qlobal beynəlxalq aləmə 

inteqrasiyası şəraitində dinin, xüsusilə islamın mədəniyyətə təsirinin 

ö y rə n ilm ə s i,  m ü a sir  in s a n ın   m ə n ə v iy y a t  p rin s ip lə rin in  

formalaşmasına, onun daxilən zənginləşməsinə təsirinin öyrənilməsi 

mühüm nəzəri və praktiki əhəmiyyət kəsb edir.

Ancaq  belə  qloballaşma  şəraitində  öz  dini-mədəni  dəyərlərini 

qoruyub saxlamaq, milli özünəməxsusluğu, milli çalarları gözləmək, 

min  illər  boyunca  formalaşa-formalaşa  bu  günə  qədər  gəlib  çatmış 

dəyərlərə  sadiq  qalaraq  inkişaf  prosesinin  bütün  istiqamətlərində 

onlara bir daha sahib çıxmaq əsas məsələlərdən biridir.  Buna hər bir 

millətini  sevən  vətəndaş  çalışmalı,  milli  mədəniyyəti  aşınma  və 

tənəzzüldən hifz olunması yönündə öz bacarığını ortaya qoymalıdır.

Bu  gün Azərbaycanda aparılan  bütün  islahatların  kökündə dini-

-

14



-

Miitmir şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin  inkişaf xüsusiyyətbri

mədəni  dəyərlərin  qorunm asına  üstünlük  verilir,  yüksək 

texnologiyalar,  dünya  standartları  fövqündə  milli  çalarların 

qabardılmasına diqqət yetirilir. Bu özünü hər yerdə:  elmdə, təhsildə,

[  mədəniyyətdə,  məişətdə,  memarlıqda,  musiqidə,  rəngkarlıqda, 

şəhərsalmada,  texnologiyalarda  və  s.  özünü  biruzə  verir.  Ölkə 

i  Prezidenti cənab İlham Əliyev iştirak etdiyi bütün açılış tədbirlərində 

belə bir məsələni  iş adamlarının nəzərinə çatdırır ki, tikinti  işlərində 

həmişə milli omamcntləriıı gözlənilməsi önə çəkilməlidir. Bəzən belə 

<  hallar  da  olmuşdur  ki,  tikilib  hazır  olmuş  və  istifadəyə  verilmiş 

tikililərdə sonradan milli omamentlər əlavə edilmişdir.

Azərbaycan  Respublikasının  Prezidenti  2012-ci  ildə  Nazirlər 

Kabinetinin  iclasında  qida  mədəniyyəti  ilə  bağlı  telekanallardakı 

:  mətbəx  verilişlərinə  toxunaraq  bildirmişdir:  “Bizim  televiziya 

kanallarımız,  demək olar ki, onların hamısı  indi  belə verilişlər, yəni 

mətbəxlə,  yeməklərin  bişirilməsi,  hazırlanması  ilə  bağlı  verilişlər 

təqdim edirlər, birincisi onu demək istəyirəm ki, bu da xaricdən gələn 

!  bir  meyildir.  O  ölkələrdə  ki,  evlərdə  yemək  bişirilmir,  onlar  üçün 

bəlkə bu, daha da aktualdır. Təbii ki, Azərbaycanda evlərdə bişirilən 

yemək, indi istənilən restorandan daha da yaxşıdır,  ləzzətlidir, amma 

bu, bir dəbdir, bizə do gəlib çatıb.  Mən etiraz etmirəm, olsun. Ancaq 

bir  şərtlə  ki,  orada  göstərilən  reseptlər  və  yeməklərin  bişirilmə 

:  qaydaları  insanların  sağlamlığına  mənfi  təsir  göstərməsin.  Mən  o 

verilişlərə  hərdənbir  baxıram  və  bəzi  hallarda  çox  ürək  ağrısı  ilə 

görürəm ki, indi yağın içində üzən yeməklər təbliğ edilir. Axı olmaz. 

Bu  yeməkləri  gündə  yeyən  insan  xəstələnəcək.  Yəni,  nə  qədər 

gülməlidirsə,  bir o qədər də  faciəvidir.  Doğrudan,  biz  sağlam  həyat 

tərzini təbliğ edirik. İnsanları pis vərdişlərdən çəkindinnəyə çalışırıq, 

idmanı təbliğ edirik, siqaret çəkənə də müsbət münasibət ola bilməz. 

Alkoqollu içkilərə aludə olanlar qınaq obyektinə çevrilməlidir.  Belə 

olan halda, bizim bəzi kanalların insanlara verdikləri təkliflər əlbəttə 

ki,  çox  məyusedicidir.  Mən  özəl  kanalların  siyasətinə  qarışmaq 

fikrində  deyiləm.  Ancaq  məsləhət  verə  bilərəm  ki,  insan  orqanizmi 

üçün sağlam reseptləri daha çox tətbiq etsinlər”  [10].

-

15



-






Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə