Elmi redaktor: Sakit Hüseynov



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə4/33
tarix20.09.2017
ölçüsü1 Mb.
#1072
1   2   3   4   5   6   7   8   9   ...   33

Anar IInsonli

Bu  gün  dini-mədəni  dəyərlərin  dərindən  öyrənilməsi,  təbliği, 

əsaslandırılması  məqsədilə  xeyli  sanballı  əsərlər yazılır,  tədqiqatlar 

aparılır, məqalələr işıq üzü görür, rəy sorğuları keçirilir, televerilişlər 

hazırlanır, konfranslar həyata keçirilir.

2011-ci  il  avqustun  12-də  Qafqaz  Müsəlmanları  İdarəsinin  sədri 

Şeyxülislam  Allahşükür  Paşazadənin  müqəddəs  Ramazan  ayı 

münasibətilə  öz  iqamətgahında  açdığı  iftar  süfrəsində  çıxış  edən 

Prezident  İlham  Əliyev  qeyd  etmişdir  ki,  Azərbaycanda  din-dövlət 

münasibətləri  çox  yüksək  səviyyədədir,  ölkəmizdəki  bütün  xalqların, 

dinlərin  nümayəndələri  rahat,  dostluq,  qardaşlıq  şəraitində yaşayır və 

bu  bizim  dövlətimizin  gücünü  daha  da  artırır.  Cənab  Prezident 

Azərbaycanda  islam  dininə  olan  hörmətin  bütün  başqa  dinlərə  olan 

ehtiramla tamamlandığını, ölkəmizin dünya miqyasında dinlərarası və 

mədəniyyətlərarası dialoq məkanına çevrildiyini vurğulamışdır  [34].

Rus  Pravoslav  Kilsəsinin  Bakı  və  Xəzəryanı  Yeparxiyasmın 

rəhbəri  Aleksandr,  Azərbaycan  Dağ  Yəhudiləri  İcmasının  sədri 

Semyon  İxiilov, Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi 

Vladimir  Fekete,  Alban-Udin  Xristian  İcmasının  sədri  Robert 

Mobilinin  bütün  dinlərə  eyni  səviyyədə  hörmət  və  ehtiramın 

göstərildiyi  Azərbaycanın  beynəlxalq  aləmdə  dinlərarası  dialoqun 

yüksək  inkişaf etdiyi  ölkə  kimi  tanındığını  bildirmələri  ölkəmizdə 

bərqərar  olan  yüksək  dini  tolerantlığa  bariz  misal  ola  bilər  [34]. 

Bütün  dinlərə  hörmətin  ifadəsi  olan  tolerantlıq  şəraitində  İslamın 

yayıldığı  regionlarda  əks  etdiyi  xüsusiyyətlər,  xalqların  mənəvi- 

mədəni  dünyasına  təsiri,  insan  hüquq  və  azadlıqlarının  təmin 

olunmasını  ali  məqsəd  sayan  dövlətimizdə  dini  etiqad  azadlığının 

gerçəkləşməsi  mexanizmi  cəmiyyətin  mikro  strukturunda  müəyyən 

yer  tutan  dini  təşkilatların,  din  xadimlərinin  cəmiyyətin  mənəvi 

durumunun saflaşmasmdakı rolu inkaredilməzdir.

A zərbaycanın  tanınm ış  filosofları,  tarixçiləri  və  digər 

tədqiqatçılar  da  öz  tədqiqatlarında  dini-mədəni  dəyərləri  bir  daha 

araşdırır, onların qorunması istiqamətində öz fikir və münasibətlərini 

bildirirlər.  Bu  əsərlərdə  tolerantlıq  şəraitində  İslamın  yayıldığı

-

16

-



Mi'uvsir şaraitda Azarhaycanda dini-madam dayarlarin  inkişaf xüsusiyyatlari

regionlarda  əks  etdiyi  xüsusiyyətlər,  islamın  xalqların  mənəvi- 

mədəni  dünyasına  təsiri  şərh  edilmişdir.  İnsan  hüquq  və 

azadlıqlarının təmin olunmasını ali məqsəd hesab edən dövlətimizdə 

dini  etiqad  azadlığının  gerçəkləşməsi  mexanizmi,  cəmiyyətdə 

müəyyən  yer  tutan  dini  təşkilatların,  din  xadimlərinin  cəmiyyətin 

mənəvi durumunun  kamilləşməsi və saflaşmasmdakı rolunun, dinin 

siyasətə  təsiri  imkanlarının,  dini-mədəni  dəyərlərin  qorunmasının 

təkzibolunm azlığı  tədliq  olunur.  Qeyd  etmək  lazım dır  ki, 

cəmiyyətimizin  demokratikləşməsi  və  humanistləşməsi  keçmişin 

mənəvi  və  mədəni  irsinə  olan  nihilist  münasibətin  aradan 

qaldırılmasına,  hər  bir  xalqın  mədəni  uğurlarının  dərindən 

öyrənilməsi  zərurətinin  dərk  edilməsinə,  intellektual  və  yaradıcı 

fəaliyyətin daha da güclənməsinə təkan verir.

AMEA-nın  müxbir  üzvü,  professor  Səlahəddin  Xəlilov 

«Mənəviyyat  fəlsəfəsi»  əsərində  mənəvi  dəyərlərin  qorunması 

istiqamətində fikir və təkliflərini  bölüşür, Azərbaycan cəmiyyətindəki 

bugünkü  durumu  ətraflı  tədqiq  edir,  bir sıra  məsələlərə  münasibətini 

bildirir,  dini-mədəni  dəyərlərimizdə  baş  verən  bilən  aşınmaların 

qarşısının alınma yollarını göstərir, mənəviyyatımıza daxil olmaq üzrə 

'olan  bəzi  yad  elementlərin  səbəblərini  açıqlayır,  bir  sıra  məsələlərə 

tənqidi münasibətini bildirir. Alimin fikrinə şərik çıxaraq bildiririk ki, 

«insanın  mənəvi  ehtiyaclan  onun  boya-başa  çatdığı  milli-mədəni 

mühitin  spesifikası  ilə  müəyyən  olunur.  Ona  görə  də  hər  bir  xalqın 

sosial-mənəvi mənşəyini, mədəniyyət tarixini öyrənmədən yeni nəslin 

nə kimi hisslərlə yaşadığını, onun mədəni tələbat meyillərini və estetik 

zövq oriyentasiyasını  müəyyən etmək çox çətindir.  Lakin çox təəssüf 

ki,  əvvəlcə proletkultçuluğuıı  təsiri  ilə,  sonra  isə  repressiya və yetkin 

sosializm  illərində  bizi  öz  mənəvi  köklərimizlə  bağlayan  tellər 

zəifləmiş,  milli  mədəniyyət  tarixinə  maraq  azalmışdır 

[39,  250]. 

Filosof  doğru  olaraq  qeyd  edir  ki,  insanın  mənəviyyatının 

kamilləşməsinə həmin insanın maddi-genetik təməli ilə yanaşı  ictimai 

mühitin  də  güclü  təsiri  vardır.  Məhz  ictimai  mühitin  təsiri  ilə  insan 

cəmiyyətdə daha kamil və faydalı fərd kimi formalaşır.

-

 



17

-



A nar H əsənli

AMEA-nın  müxbir  üzvü,  Filologiya  elmləri  doktoru,  professor 

Rafael  Hüseynovun  Avropa  Şurası  Parlament  Assambleyasının 

(A ŞPA )  s e ssiy a la rın d a   g ü n d əliy ə  daxil  ed ilm əsi  üçün 

"Demokratiyada  insan  hüquqlarına  əsaslanan  mədəni,  humanist  və 

dini  dəyərlər"  adlı  hazırladığı  sənəddə  deyilir:  "Avropa  Şurasının 

Nizamnaməsi  bir  daha  xalqların  müştərək  irsi  sayılan  və  şəxsiyyət 

azadlığının,  siyasi  azadlıqların,  qanunun  aliliyinin,  real 

demokratiyanın  əsaslarını  müəyyən  edən  prinsiplərin  əsl  mənbəyi 

olan mənəvi və ruhani dəyərlərə sədaqətini təsdiq edir. Dini və fəlsəfi 

dəyərlər mədəniyyəti və cəmiyyəti  yüz illər ərzində formalaşdırmış, 

bu  gün  də universal  insan  hüquqlarına təsir göstərməkdədir.  Avropa 

İnsan  Haqları  Bəyannaməsinə  uyğun olaraq,  din azadlığı və  insanın 

digər hüquqları demokratik cəmiyyət üçün zəruri şərtlərdir. Dövlətin 

dindən ayrılığı Avropada başlıca prinsipə çevrilmişdir. Kilsə hüququ, 

şəriət dövlətin müəyyən etdiyi hüquqlardan əlavə olaraq mövcuddur 

və dini həyatı tənzimləyir. Dini qanunların arxaik normaları çox uzaq 

olmayan  zamanda  ictimai  müzakirələrdə  cəmiyyəti  bölmək  və 

xalqlar arasında ədavəti, zor tətbiq etməyi təqdir etmək vasitəsi kimi 

istifadə olunmuşdur.  Lakin Avropadakı hər üç monoteist din Avropa 

İnsan  Haqları  Bəyannaməsində  də  əksini  tapmış  insanın  həyatının, 

azadlığının, təhlükəsizliyinin, əmlakının müdafiəsi kimi fundamental 

dəyərləri  qorumağa  dəvət  edir.  Buna  görə  də  Assambleya  ümumi 

cizgilərlə  olsa da,  Avropanın  bu  ortaq  mədəni  və mənəvi  sərvətinin 

hüdudlarını  müəyyənləşdirməli,  müasir insan hüquqları  meyarlarını 

universal  mədəni,  humanist,  dini  dəyərlər təməlində  zənginləşdirən 

strategiya  ortaya  qoymalı  və  bununla  da  qarşılıqlı  anlaşmanı 

artırmağa,  dinlər və  mədəniyyətlər arasında qarşıdurmanın qarşısını 

almağa nail  olmalıdır. Avropada mədəniyyət  və təhsil  siyasəti də bu 

xətti təqdir və tətbiq etməlidir". [ 146]

Professor  Rəbiyyət  Aslanova  uzun  illərdir  ki,  mədəniyyət  və 

islam  fəlsəfəsi  istiqamətində  tədqiqatlar  aparır.  Tədqiqatçı  alim 

«İslam və mədəniyyət» kitabında İslam mədəniyyətinin ümumbəşəri 

dəyərləri, Azərbaycan xalqının  inkişafında onun yerini araşdırmaqla

-   18-

M iiasir şəraitdə Azərbaycanda dini-m ədəni dəyərlərin  in kişa f xüsusiyyətləri

yanaşı, İslam dəyərlərinin Avropa mədəniyyətinə təsiri, Şərq və Qərb 

fəlsəfəsinin dialoqunda dini dəyərlərin rolunu ətraflı təhlil etmişdir.

Biz də Rəbiyyət Aslanovanın bu fikrinə şərik çıxaraq bildiririk ki, 

XX əsrin sonunda sosial-siyasi, sosial-iqtisadi  problemlərin  artması 

dünyanı  əhatə  edən  qloballaşma  prosesinin  sürəti,  müxtəlif 

tendensiyaların  güclənməsi  müasir  insan  probleminə,  onun 

mənəviyyat  məsələsinə  diqqəti  daha  da  artırır,  gələcək  təhlükələrin 

qarşısının  alınmasında  dini-mənəvi  dəyərlərin  rolunun  zəruriliyini 

diqtə  edir.  Bəşəriyyətin  arzusunda  olduğu  sosial  tərəqqinin  əsas 

məqamları  -   insanın  sosial  rifah  halının  yaxşılaşması,  insan 

hüquqlarına hörmət olunması, cəmiyyətdə qarşıdurmanın zəifləməsi, 

dini,  milli,  etnik,  siyasi  tolerantlığın  bərqərar  olması,  siyasi 

demokratiya  və  söz  azadlığına  əməl  olunması,  hüquqi  dövlətin 

inkişafı,  insani  münasibətlərin  daha  da  təkmilləşməsi  və  mənəvi 

dəyərlərin  qorunub  nəsildən-nəslə  ötürülməsi  günün  əsas 

reallıqlarıdır.

Təcrübədən  məlumdur  ki,  ən  güclü  sistemlərin  məhvi  sosio- 

mədəni və siyasi mədəni məkanda yaşayan insanlar üçün ümumi olan 

mənəvi  dəyərlərin,  ideyaların  radikal  transformasiyasının  mənəvi 

davamı  kimi  meydana  çıxır.  Hər  bir  xalqın,  millətin  dövlətin 

varlığının ifadəsi olan ideyaların, dünyagörüşünün, həyat və düşüncə 

tərzinin deformasiyaya uğraması ilə həmin birliyin, quruluşun süqutu 

başlanır  [3,405].

Professor  İlham  Məmmədzadə  «Əxlaqın  interpretasiya 

təcrübəsi» əsərində Azərbaycanda milli əxlaqın formalaşmasına təsir 

edən səbəblər içərisində dini-mədəni dəyərlərin xüsusi rolu olduğunu 

qeyd  edərək  göstərir  ki,  hazırkı  milli-mənəvi  dəyərlərimizin 

formalaşmasında dini dəyərlərin müstəsna əhəmiyyəti olmuşdur  [99; 

100,  76].  14  əsrlik bir dövrdə İslamın Azərbaycanda qəbul olunması 

əlbəttə ki,  öz təsirini  xalqımızın adət və ənənələrində göstərməlidir. 

Burada  islam  milli  dəyərlərin  inkişafı  üçün  nəinki  maneçilik 

yaratmamış,  əksinə  milli-mənəvi  dəyərlərin  inkişafına  zəmin 

hazırlamışdır.

-   19-



Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə