Elmi redaktor: Sakit Hüseynov



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə5/33
tarix20.09.2017
ölçüsü1 Mb.
#1072
1   2   3   4   5   6   7   8   9   ...   33

A n a r H əsənli

Akademik  Ramiz  Mehdiyevin  fikrinə  görə,  qitələrin  qarşılıqlı 

asılılığının  artdığı  indiki  dövrdə  din  milli  dövlətdə  yeni  əlamətlər 

kəsb etməyə başlamışdır.  Müasir cəmiyyətdə isə dini etiqad azadlığı 

hər  bir  vətəndaşın  konstitusiya  hüquqlarının  ayrılmaz  tərkib 

hissəsidir. Yaradanın qüdrətinə inam insanın mənəvi-əxlaqi, psixoloji 

ovqatını şərtləndirir, dünyagörüşünü kamilləşdirir, təfəkkür tərzini və 

formasını  tənzimləyir.  Azərbaycan  min  ildən  çoxdur  ki,  əsasən 

müsəlman  əhalili  dövlətdir.  Buna  baxmayaraq,  Azərbaycan  tarixi 

təkcə islam tarixi deyildir. Odlar yurdu zərdüştiliyin vətənidir, birinci 

minilliyin  əvvəllərində  onun  ərazisində  xristian  dövlətləri  mövcud 

olmuşdur.  Müasir Azərbaycanda isə üç dünya dininin nümayəndələri 

dözümlülük şəraitində yaşayırlar  [49,188].

Professor Timurçin  Əfəndiyevin  «Heydər  Əliyev  və  milli-mənəvi 

dəyərlərimiz»  əsərində  zəngin  milli  mədəniyyətimizin,  milli-mənəvi, 

dini-əxlaqi  dəyərlərimizin  qorunması,  dilimizin  inkişafında ulu öndərin 

rolu geniş təhlil olunmuşdur. Professor T.Əfəndiyev yazır ki, Azərbaycan 

mədəniyyətinin  davamlı  inkişafı  ümummilli  liderin  siyasi  fəaliyyətinin 

tərkib  hissəsi  olmuş  və  xüsusi  əhəmiyyət  kəsb  etmişdir.  Müstəqil 

Azərbaycan  dövlətinin  memarı  və  qurucusu  Heydər  Əliyev  özünün 

bütün  həyat  və  fəaliyyətini  Azərbaycan  xalqının  və  respublikamızın 

hərtərəfli  inkişafına və çiçəklənməsinə, azərbaycançılıq ideyasının milli 

şüurda  qərarlaşmasına,  dövlət  quruculuğuna,  müstəqil  dövlətin 

yüksəlməsinə,  dini-mədəni  dəyərlərimizin  möhkəmlənməsinə, 

Azərbaycan  mədəniyyəti  və  incəsənətinin  bütün  dünyada  tanınmasına 

həsr  etmiş,  bu  sahədə  misilsiz  xidmətlər  göstərmişdir  [21,  34].  Əsərdə 

ümummilli  liderin  milli-mənəvi  xəzinəmiz  olan,  tarixən  formalaşan  və 

müasir  dövrümüzə  gəlib  çatan  milli  adət  və  ənənələrimiz,  dini 

inanclarımız  ilə  bağlı  söylədiyi  fikirlər  fəlsəfi  baxımdan  ətraflı  şərh 

olunmuşdur. Kitabda bu fikri əsas götünnok olar ki, Azərbaycanın milli- 

mənəvi  və əxlaqi dəyərlərinin ümumbəşəri  ideyalarla zənginləşməsində 

ümummilli liderin böyük rolu vardır.

Bütün  Qafqazın  Şeyxi,  Şeyxülislam  Hacı  Allahşükür  Paşazadənin 

sanballı  tədqiqat  əsəri  olan  «Qafqazda  İslam»  monoqrafiyası  dini

-

20

-



M üaıir şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin  inkişaf xüsusiyyətləri

dəyərlərimizi  öyrənmək  baxımından  olduqca  əhəmiyyətlidir.  Əsərdə 

müəllif  İslam  dini  dəyərlərinin  mükəmməlliyi  və  dərinliyi  barədə 

fikirlərini bölüşərək qeyd edir ki, bu dəyərlər bir sıra müsəlman xalqların 

milli-mənəvi  dəyərlərinin  daha da təkmilləşməsinə  səbəb  olmuş,  onun 

tərəqqi tapması istiqamətində mühüm rol oynamışdır  [58,104-105].

Professor  Rafiq  Əliyevin  dini-m ənəvi  dəyərlərlə  bağlı 

tədqiqatları  da  xüsusilə  vurğulanmalıdır.  Tədqiqatçı  əsərlərində 

İslamın  yaranması  və genişlənməsini  ətraflı  tədqiq  etməklə  bərabər 

yayıldığı  ərazilərdə  gətirdiyi  dini  dəyərlər  və  onların  cəmiyyətin 

inkişafına  müsbət  təsiri,  Azərbaycanın  qədim  mədəni  dəyərləri  ilə 

İslam sivilizasiyasının dəyərləri arasında qarşılıqlı təsir və təsirlənmə 

prosesləri barədə açıqlamalarını etmişdir  [25,15].

Fəlsəfə  elmləri  doktoru  Könül  Bünyadzadənin  araşdırmaları 

göstərir ki, milli-mənəvi və dini dəyərlərimiz bir-biri  ilə sıx bağlıdır 

və  onlar birlikdə  İslam  dininin  əsas  məsələlərindən  biridir.  Belə  ki, 

alimin fikrincə, İslam mənəvi dəyərlərin yüksəlişini daim dəstəkləyir 

və  cəmiyyətdəki  sağlamlığı  bu  dəyərlərin  tamlığı  ilə  əlaqələndirir 

[12;  13;  14].

İlahiyyat  üzrə  fəlsəfə  doktoru  Hacı  Sabir  Həsənli  «İslam 

mədəniyyətində  elm»  əsərində  mədəniyyəti  dini-mədəni  aspektdə 

təhlil etmiş, ümumi müsəlman mədəniyyətinin yaranmasında ауп-ауп 

müsəlman  millətlərinin  rolunu  yüksək  qiymətləndirmiş  və  burada 

Azərbaycanın özünəməxsus yerinə diqqəti yönəltmişdir  [29].

Fəlsəfə doktoru Arif Yunusov «Azərbaycanda İslam» əsərində bir 

daha İslam dininin mahiyyətini açmağa çalışır, onun yayılması zamanı 

baş verən hadisələrə şərh verir və müasir Azərbaycanda İslam dini və 

bu  dinin  ауп-ауп  təriqətlərinin  milli-mədəni  dəyərlərimizə  zərəri  və 

faydası haqqında fikirlərini qeyd edir  (126].

Fəlsəfə  üzrə  fəlsəfə  doktoru  Həsən  Hüseynov  «Şərq-Qərb 

münasibətlərində qloballaşma:  ideoloji-siyasi  mübarizə anlamında» 

əsərində  bəzi  Qərb  tədqiqatçılarının  Şərq  və  müsəlman  mənəvi 

dəyərlərinə münasibətini araşdırıb, onların fikirlərini tənqidi səpkidə 

təhlil edib  [31].

-21

  -



A n a r H əsənli

Professor  Abdulla  Əhədov,  prof.  Əli  Abasov,  fəlsəfə  elmləri 

doktoru  Aydın  Əlizadə,  fəlsəfə  doktoru  Elçin  Əsgərov,  tarix  üzrə 

fəlsəfə doktoru Altay Göyüşov və b.  da dini-mədəni dəyərlərimiz və 

İslam  dinin  milli  dəyərlərimizin  formalaşmasına  təsirini  öyrənən 

sanballı tədqiqat əsərləri yazmışlar.

Bütün  alimlər  və  tədqiqatçılar bu  rəydədirlər ki,  müasir dövrdə 

dini-mədəni  dəyərlərə  dönüş  elmi-nəzəri  əsaslara  malik  olmalıdır. 

Xüsusən,  televiziyanın,  radionun,  internet  saytlarının,  mətbuatın 

milli  mənəviyyatımıza yad elementlərlə dolduğu bir vaxtda mədəni- 

mənəvi  mühitin  qorunm ası,  milli  dəyərlərim izin  daha  da 

zənginləşdirilərək  nəsildən-nəslə  ötürülməsi  kifayət  qədər  böyük 

aktuallıq kəsb edir.

İnsanın  mənəviyyatı,  əsasən  sosial-mənəvi  mühitin  təsiri  ilə 

formalaşır.  Burada  cəmiyyətin  mədəni-mənəvi  həyatı,  insanın 

yetişdiyi  mühitin  mədəni  aspektləri  mühüm  rol  oynayır.  Mahiyyət 

etibarı  ilə,  bəşər  mədəniyyəti  tarixinin  araşdırılması  sahəsindəki 

qazanılmış  təcrübələr  sübut  edir  ki,  insanlann  mənəviyyatı,  əxlaqi 

normaları  və  baxışları  ilə  bağlı  olan  milli-mənəvi  dəyərlərin 

yaradıcısı xalqdır. Təbiətin hər bir xalqa bəxş etdiyi ən qiymətli miras 

onun milli-mənəvi dəyərləridir.  Bu səbəbdən də hər şeydən əvvəl və 

hər  sahədə,  o  cümlədən  mədəni  tərəqqi  sahəsində  mədəniyyətin 

təsbiti  mövzusuna  üstünlük  verilməlidir.  Şübhəsiz  ki,  milli-mənəvi 

dəyərlər  gələcək  nəsillərə  daha  da  zənginləşdirilm iş  halda 

ötürülməlidir. Eyni zamanda, aydındır ki, mədəniyyət dəyişmədən və 

zənginləşdirilmədən  varlığını  qoruya  bilməz.  Bu  məqsədlə  müasir 

mədəni tərəqqidə yaradıcı və qurucu səciyyəli hər cur fəaliyyət təşviq 

edilməli,  yeni  qabiliyyətlərin  kəşf edilməsi,  istiqamətləndirilməsi, 

dəyərləndirilməsi  fəaliyyətlərinə  mühüm  əhəmiyyət  verilməlidir. 

Müasir  dünya  siyasətində  qlobal,  regional  və  lokal  problemlərin, 

qloballaşma  və  mədəni  inteqrasiya  məsələlərinin  həllinə  yeni 

münasibət  müşahidə  edilməkdədir.  Demokratiyanın  siyasi  sistem 

kimi  form alaşm asını  tələb  edən  bu  prosesdə  A zərbaycan 

Respublikası da fəal iştirak etməkdədir.

-

22

-



Mıiasir şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin  inkişaf xüsusiyyətləri

Bununla  yanaşı,  hər  zaman  ciddi  şəkildə  nəzərə  alınmalıdır  ki, 

İ  yalnız  milli  və  bəşəri  dəyərlərin  sintezi,  dünya  təcrübəsinə 

İ  əsaslanmaqla  həyata  keçirilən  islahatlar sayəsində  dünyanın  sosial, 



\

  mədəni, iqtisadi cəhətdən inkişaf etmiş dövlətləri səviyyəsinə çatmaq 

mümkündür.  Sosial,  mədəni,  iqtisadi  tərəqqiyə  xidmət  edən  bu 

I

  prosesdə  qarşıya  çıxan  problemlər  isə,  bilavasitə,  mədəniyyət 

1  sahəsində  bəşər  tarixinin,  dünyanın  in k işaf  təcrübəsinin 

t  öyrənilməsini,  kompleks  əlaqələrinin  genişləndirilməsini  zərurətə 

-л  çevirir.  Təbii  ki, bütün bunlara da yalnız mükəmməl  mədəni  tərəqqi 

?  sayəsində nail olmaq mümkündür.

Bu  baxımdan,  keçmişimizdən  qalan,  lakin  tərəqqiyə  deyil, 

tənəzzülə xidmət edən cəhətləri yaşatmaqdansa, onlardan xilas olmaq 

daha  məqsədəuyğundur.  Lakin  bu  heç  də  tarixən  özünü  doğrultmuş 

müsbət adət-ənənələrdən, xüsusən, milli kimliyimizin, identikliyimizin 

başlıca  simvolu  olan  milli-mənəvi  və  əxlaqi  dəyərlərimizdən  imtina 

etmək mənasına gəlməməlidir.

Akademik R.Mehdiyev qeyd edir ki, ərazinin tarixi, xalqın tarixi, 

millətin tarixi, dövlətin tarixi  fərqləndirilmədən məsələyə milli şüur 

i  prizmasından  baxmaq  çətindir.  Minilliyin  və  yüzilliyin  əsas 

[  səciyyələrini  vermək üçün  əvvəlcə bütövlükdə  tarixi  inkişaf prosesi 

i  heç  olmazsa  ən  ümumi  şəkildə  nəzərə  alınmalıdır.  Etnik  qrupların 

I  bütöv  bir  millət  halında  formalaşması  prosesi  daha  çox  dərəcədə 

əvvəlki  minilliklərə  aid  bir  məsələdir.  Son  minillik  Azərbaycanda 

etnik-milli  baxımdan  türk  təfəkkürü  və  türk  həyat  tərzi  ilə,  dini 

müstəvidə yanaşdıqda  isə  islam  mənəviyyatı və islam düşüncə tərzi 

iiə  səciyyələnir.  Beləliklə,  ötən  minillikdə  Azərbaycan  xalqının 

mentaliteti  türkçülük və  islamçılığın  üzvi  vəhdəti,  sintezi  şəraitində 

formalaşmışdır. Lakin bu prosesə ауп-ауп dövrlərdə kənar amillər də 

təsir göstərmişdir. Bu mənada, son yüzillik daha çox Rusiya amilinin 

təsiri  ilə səciyyələnir.  Rusiya amili  isə öz növbəsində  iki  istiqamətə 

ayrıla  bilər.  Birincisi,  imperiya  siyasətindən  gələn  neqativ  təsir  - 

antimilli,  antitürk  siyasəti.  İkincisi,  ümumbəşəri  dəyərlərlə  əlaqə 

baxımından  pozitiv  məqamlar  -  Qərbə  açılan  pəncərə.  Qərb

-

23



-


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə