Elmi redaktor: Sakit Hüseynov



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə7/33
tarix20.09.2017
ölçüsü1 Mb.
#1072
1   2   3   4   5   6   7   8   9   10   ...   33

A nar Həsənli

ənənələrinə  həsr  olunmuş  simpozium  əslində  tarixi  bir  əhəmiyyət 

kəsb etmişdir.  Belə bir simpozium Azərbaycanda  ilk dəfə keçirilmiş 

və  simpoziuma  ABŞ,  Fransa,  Böyük  Britaniya,  Almaniya,  İtaliya, 

Niderland,  Türkiyə,  Macarıstan,  Çin,  Tunis,  Rusiya,  Özbəkistan, 

Tacikistan  alimləri  və  musiqi  xadimləri  böyük  maraq  göstərmişlər. 

Simpoziuma dəvət  olunanlar arasında Avropa, Amerika və Asiyada 

ənənəvi Şərq musiqisini tədqiq edən 30-a yaxın alim, musiqi xadimi, 

tədqiqatçı olmuşdur.

Azərbaycanın  dünya  iqtisadiyyatına,  müxtəlif  ölkələrin  və 

xalqların mədəniyyətinə inteqrasiyası qloballaşan dünyamızda digər 

sahələrdə olduğu  kimi,  insan münasibətlərində də ümumi cəhətlərin 

və dəyərlərin formalaşması ilə yanaşı milli dəyərlərin qorunmasını və 

inkişaf  etdirilməsini  tələb  edir.  Dünya  sivilizasiyasına  belə  bir 

inteqrasiyanın  fəlsəfəsi  Azərbaycanın  dövlət  atributlarından  olan 

bayrağında  əks  etdirilmişdir.  Belə ki,  qədim  tarixə  və mədəniyyətə, 

milli  adət  və  ənənələrə  malik  olan  türkçülüyü  (göy  rəng),  bütün 

bəşəriyyətə  və  ən  yüksək  mənəvi  dəyərlərə  malik  yeni  insan 

modelinin  formalaşmasına xidmət edən islami dəyərləri (yaşıl rəng), 

bəşəriyyətin  proqressiv  dəyişkən  və  dinamik  inkişafı  baxımından 

sintez etməklə  yeniləşdirmək  (qırmızı  rəng) -   bu  fəlsəfənin  özəyini 

təşkil  edir.  Çox  vaxt  dövlətlərin  transformasiyası  ilə  yanaşı,  milli 

eyniyyətin  itirilməsi  cəmiyyətin  mükəmməl  inkişafını  ləngidən 

böhrana  gətirib  çıxarır.  Buna  görə  də  filosoflar,  politoloqlar  və 

sosioloqlar tez-tez deyirlər ki, bəşəriyyət «böhranın normallaşması» 

dövründə yaşayır, yəni, mövcud dünya nizamı daimi, xroniki ümumi 

böhrandan ibarətdir və bu böhran vaxtaşırı normallaşaraq dövlətlərin 

və cəmiyyətlərin qismən inkişafına kömək göstərir.

Ümumiyyətlə,  dini  amil  müasir  dövrdə  Azərbaycanda  xeyli 

güclənm işdir  və  etnososial  proseslərə  müəyyən  təsiri  hiss 

olunmaqdadır.  SSRİ  dağıldıqdan  sonra Azərbaycan  vətəndaşlarının 

təhsil  sahəsi  kimi,  dini  baxışlar  sahəsi  də  iri  dövlətlərin  dini 

modellərinin  təzyiqi  altında  olmuşdur.  Demokratikləşmə  eyforiyası 

bir tərəfdən, dini etiqad azadlığına gətirib çıxarmış, digər tərəfdən isə

-

28

-



Mücsi,- ş ə r a i t i  Azərbaycanda dini-mədəni dəyərlərin  inkişaf xüsusiyyətləri

İI

 



ölkənin  milli  təhlükəsizliyinə  qorxu  yaratmışdır.  Azərbaycanda  isə

yaranmış  boşluqdan  sui-istifadə  edilərək  müxtəlif  təriqətlər 

yaranmağa başlamışdır  [49,189].

Müstəqillik illərində dini ədəbiyyatın nəşri genişlənmişdir. Radio 

və televiziyalarda dini verilişlərin həcmi artmaqdadır. Bizdə ictimai 

şüur mənəviyyatın dirçəldiyi ümidlərini milli-mədəni ənənələrə, dini 

dəyərlərə qayıdışla bağlayır. İnsanlar arasındakı münasibətlərdə din, 

insaf,  mürüvvət,  halal-haram,  xeyriyyə  məfhumlarının  düzgün 

anlamına  rəğbət  genişlənməkdədir.  Eyni  zamanda  bu  proses  adi 

şüurda  dini  geyim,  qadın  hicabı,  qızların  erkən  yaşdan  məktəbdən 

uzaqlaşdıraraq  ərə  verilməsi,  siğə  və  çoxarvadlılıq  kimi  ənənələrə 

marağın artması  ilə müşayiət olunur.  Bütün bunlar isə dini-mədəni 

dəyərlərin öyrənilməsinin genişləndirilməsinin zəruriliyini tələb edir.

-

29



-


A n a r H əsənli

1.2.  Q loballaşm a şəraitində həyat tərzinə sosial-fəlsəfi 

və dini-mədəni  baxışlar

Məlumdur  ki,  keçid  dövründə  baş  vermiş  miqrasiya  və 

urbanizasiya prosesləri nəticəsində sosial mənşəyinə görə kəndli olan 

xeyli əhali şəhərlərdə, xüsusilə paytaxt Bakıda cəmləşmişdir. Heç bir 

iqtisadi, sosial,  mədəni  zəmin  olmadan  və xüsusi  hazırlıq mərhələsi 

keçmədən qısa müddətdə şəhərdə məskunlaşan həmin əhali,  təbiidir 

ki,  öz etnomədəni mühitini də buraya daşımışdır.  Uzun illər ərzində 

beynəlmiləl  xüsusiyyətlərlə  səciyyələnən  və  immiqrantlan  tədricən 

özünə  uyğunlaşdıran  şəhər  etnomədəni  mühiti  belə  kütləviliyin  və 

qafilliyin  qarşısında  duruş  gətirməyərək  müvəqqəti  arxa  plana 

çəkilmişdi.  Şəhər  etnomədəni  mühitinin  özülünü  təşkil  edən  şəhər 

həyat tərzi həm bu səbəbdən, həm do ictimai-siyasi və sosial-iqtisadi 

amillər  üzündən  forma  və  məzmunca  yeni  mahiyyət  kəsb  etməyə 

başladı.  Kənd həyat tərzinin şəhərə daşınması onun əsaslarını dağıtdı 

və  keçid  dövıünə  məxsus  məişət  normaları  və  şəhər  həyat  tərzi 

formalaşdırdı.  Müasir  həyat  tərzinə  təsir  edən  amillər  sırasında 

yuxanda söylədikiərim iz-olduqcam ühüm  faktlardır.

Həyat tərzi  və onun xüsusiyyətlərinin formalaşması barədə elmi 

ədəbiyyatda  xeyli  fikirlər  vardır.  Əksər  tədqiqatçılar  «həyat  tərzi» 

anlayışı  əsasında  «fəaliyyət»  və  «həyat  fəaliyyəti»  kateqoriyasım 

nəzərdə tuturlar. Həyat tərzinin özünə isə müəyyən olunmuş şərtlərlə 

birlikdə götürülən fəaliyyətlərin cəminin üslubu kimi baxırlar.

Bəzi müəlliflər «həyat tərzi» və «mədəniyyət» anlayışlarım bir-biri 

ilə  əlaqələndirir  və  onların  müxtəlif növlərinin  mahiyyətcə  eyniliyi 

təmsil  etdiyini  bildirirlər.  Tədqiqatçıların  fikrincə,  mədəniyyət 

cəmiyyətin  həyal  tərzinin  bütün  xüsusiyyətlərini  özündə  əks  etdirib 

onları  təbliğ  etməklə  yanaşı,  həm  də  insanların  gündəlik  həyat 

fəaliyyətinə onların möhkəın daxil olmasına böyük təsir göstərir.

Sovet  dövründə  həyat  tərzinin  əsasən  maddi  istehsal  üsulu  ilə 

şərtləndiyi  iddia  olunurdu.  Bu  baxımdan  hesab  edilirdi  ki,  konkret 

tarixi-sosial quruluşa xas olan həyat tərzi fəıdlərin və sosial qrupların

-

30



-

M uasır şarmtdə Azarbaycamla dini-madam doyarlarin inkişaf xüsusiyyatbri

gündəlik həyat fəaliyyətinin sabitləşmiş forması  olmaqla, insanların 

əmək  və  məişətinin,  sosial-siyasi  həyalının,  mədəniyyətinin,  asudə 

vaxtının, eləcə də onların ünsiyyətinin, davranış və təfəkkür tərzinin 

səciyyəvi cəhətləri ilə xarakterizə olunur.

Bir sıra müəlliflər hesab edirlər ki, həyat tərzi cəmiyyətin, sosial 

və etnik birliklərin, kollektivlərin və ayrılıqda hər bir şəxsin müəyyən 

ictimai-iqtisadi formasiya çərçivəsində, təbii-coğrafi, sosial-iqtisadi, 

siyasi,  mənəvi-əxlaqi  şəraitlə  vəhdətdə  götürülən  həyat  fəaliyyəti 

formalarının məcmusu, onların həyat fəaliyyəti üsuludur.

Həyat tərzi əlamət və xüsusiyyətlərinə, forma və üsullarına görə 

məkanca fərqlənir. İslam dünyasında ilk dəfə milli-demokratik dövlət 

qurulmuş Azərbaycanda  fəlsəfi  ideya,  yeni  düşüncə  və  həyat  tərzi 

məsələsi yeni ideologiya axtarışları ilə əlaqəli olsa da müəyyən nisbi 

müstəqilliyə  və  məxsusi  ənənəyə  malikdir  [35,  8].  Bu  baxımdan 

kənd  həyat tərzi  ilə  şəhər  həyat  tərzi  nisbətən  aydın  seçilir.  Müasir 

dövrdə şəhərlərin sürətli inkişafı və dünya istehsalında müstəsna yeri, 

insanların  daha  çox  şəhər məkanına can  atması  ümumi  və  spesifik 

xüsusiyyətləri  ilə  birlikdə  şəhər  həyat  tərzinin  formalaşmasına  və 

geniş yayılmasına səbəb olmuşdur.

Şəhər  həyat  tərzi  xüsusi  sosial-iqtisadi  və  ekoloji  mühit  kimi 

şəhərin təsiri altında formalaşır və inkişaf edir. O, sistem kimi şəhərin 

funksiyasıdır  və  onun  аупса  elementlərindən  törəmir.  Şəhər  həyat 

tərzinin  təşəkkülü  və  genişlənməsi  cəmiyyətin  urbanizasiya 

prosesinin  vacib  tərəfidir.  Urbanizasiya  yeni  mühitdə  yaşayan  və 

fəaliyyət göstərən insanların arasında spesifik münasibətlər sistemi -  

«şəhər  münasibətlori»ni  törədir.  Bu  isə  öz  növbəsində  fəaliyyət 

üsullarına,  mədəniyyətə  təsir  edir,  şəhər  mədəniyyəti  formasında 

onun inkişafına təkan verir.

Şəhər  həyat  tərzi  ilk  növbədə  böyük  şəhərlərdə  formalaşır.  Bu 

baxımdan  Bakı  şəhərinin  rolu  danılmazdır.  Ölkənin  paytaxtı  vo  ən 

böyük şəhəri kimi son yüzillikdə Bakınıtt bütün regiona ictimai-siyasi 

təsiri  ilə yanaşı, həm də iqtisadi  və mədəni  təsiri aydın izlənir.  Məhz 

bu təsirin nəticəsi olmuşdur ki, uzun müddət şəhər həyat tərzini yalnız

- 3 1

  -



Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə