Elmi redaktor: Sakit Hüseynov



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə8/33
tarix20.09.2017
ölçüsü1 Mb.
#1072
1   ...   4   5   6   7   8   9   10   11   ...   33

A nar Həsənli

şəhərlilər deyil, həm də Bakı və Sumqayıtın timsalında iri şəhərlərin 

sakinləri üçün özəl münasibətlər və fəaliyyət nümunəsi mənimsəyən 

kəndlilər də daşımışdır və daşımaqda davam edir.

Şəhər  həyat  tərzinin  xarakterik  fəaliyyət  xüsusiyyətlərindən  biri 

kəndlə müqayisədə onun konkret formalarının daha çox müxtəlifliyidir. 

Bu formalar «həyat ukladı»nı təşkil edir. Tarix və etnoqrafiya elmlərinin 

təqdimatında  həyat  ukladı  müxtəlif inkişaf pilləsində olan  xalqların  və 

аупса  sosial  qrupların  ictimai  həyatı  və  istehsal  təşkili  növlərinin 

müəyyənloşdirməsi  kimi  izah  olunur.  Həyat  ukladına  məşğulluğun 

növlərinin dəyişməsi xarakteri, tələbatların ictimai və ailə-qrup formaları 

arasında  əlaqə,  həmçinin  asudə  vaxtda  həyat  fəaliyyətinin  əsas  sosial 

normaları  və  standart  görüşlərin  birbaşa  əlaqə  və  fəaliyyət  üsullan 

daxildir. Bu baxımdan Babda rəngarəng həyat ukladları göstərmək olar. 

Ən  müxtəlif  etnoslardan  tutmuş  sosial  qruplaradək  fərqli  toplumları 

özündə  birləşdirən  Bakı  şəhəri  müasir  dövrdə  yeni  həyat  tərzinin 

«istehsalçısı»  və «ixracatçısı»  kimi  çıxış edir.  Məhz burada  formalaşan 

«paytaxt həyat tərzi» get-gedə ölkənin regionlarına və əyalət şəhərlərinə 

də sirayət etməkdədir.

Hesab  edirik  ki,  həyat  tərzi  daha  çox  keyfiyyət  hadisəsidir.  O, 

insanın  həyat  tərzində  hansı  fəaliyyət növlərinin  və  hansı  səbəbdən 

aparıcı  rol  oynadığı,  üstünlük  təşkil  etdiyini  aydınlaşdırır,  ictimai 

idealın  sosial-tələbatlara  uyğun  gəlib-gəlmədiyini  əks  etdirir. 

Bunlardan  başqa  həyat  tərzi  problematikasında  «həyat  səviyyəsi», 

«həyat  stili»  və  s.  kateqoriyalar  da  mövcuddur.  «Həyat  səviyyəsi» 

fərdin  fəaliyyət göstərməsi  üçün  malik  olduğu sərvətlərin kəmiyyət 

göstəricisidir  və  başlıca  olaraq  adambaşına  düşən  nemətlərin 

miqdarı, maddi rifahın səviyyəsi ilə müəyyən olunur. «Həyat stili» isə 

fərdin öz həyat tərzini  özü  müəyyən edə bilməsi  imkanını  ifadə edir 

və  həyat  tərzini  fərdin  davranışı  səviyyəsində  nəzərdən  keçirməyə 

imkan  verir.  Bu  zaman  insanın  konkret davranışı,  əməlləri  ön plana 

keçir.  Hamının eyni  vəzifə və hüquqlar daşımalı olduğu və eyni cür 

düşünməyə təşviq  edildiyi  sovet cəmiyyətindən  fərqli  olaraq  liberal 

dəyərlərin  üstünlük  təşkil  etdiyi  müasir cəmiyyətdə insanların həyat

-

32

-



Müasir şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin inkişaf xüsusiyyətləri

stili  də  müxtəlifdir.  Bu  müxtəliflik  həyat  səviyyəsindən  tutmuş 

ctnomədəni  dəyərlərin  oriyentasiya  səviyyəsinədək  ən  fərqli 

xüsusiyyətlərlə  səciyyələnir.  Kəndə  nisbətən  daha  çox  əhalinin 

toplaşdığı  və  müxtəlif sosial  qrupların,  təbəqələrin  mövcud  olduğu 

şəhərdə həyat stilləri də fərqlidir.

Göstərilən  problemlərin  tədqiqi  şəhər  həyat  tərzinin  və 

məişətinin  öyrənilməsində  müəyyən  əhəmiyyətə  malikdir.  Lakin 

yalnız,  bu problemləri  araşdırmaqla  müasir bakılıların  həyat tərzini 

və məişətini bütövlükdə təsvir etmək mümkün deyildir.

Yaxın  müddətdə  baş  vermiş  ictimai-siyasi  proseslər,  sosial- 

iqtisadi dəyişikliklər mədəniyyətə və məişətə, habelə həyat tərzinə və 

mənəvi  dəyərlərə  də  toxunmamış  deyildir.  Mütəxəssislərin  fikrinə 

görə,  Azərbaycan  dünyada  milli  mədəniyyətin,  mənəvi  və  dini 

dəyərlərin  qorunması  və  inkişaf etdirilməsi  baxımından  örnək  bir 

dövlət kimi tanınır  [7]. Müşahidələr göstərir ki, yeni dövrə keçid bu 

sahələrə ciddi təsir göstərmişdir. Şəhər şəraitində bu təsir daha aydın 

hiss  olunur.  Müasir milli-mədəni  sərvətlərin,  mədəniyyət  xadimləri 

və  yaradıcı  insanların,  mədəniyyət  müəssisələrinin  əsasən  şəhərdə 

cəmləşməsi bu amili daha da gücləndirir. Bu təsir ilk növbədə ənənəvi 

mədəniyyətin tənəzzülü ilə müşayiət olunmuşdur. Sovet hakimiyyəti 

illərində müəyyən yüksəliş dövrünü yaşayan şəhər mədəniyyəti qısa 

müddətdə  iflic  vəziyyətə  düşmüş  və  öz  təsir  imkanlarını  itirmişdir. 

Ekspertlər  bu  prosesi  mədəni  şok  adlandırır  və  onun  üç  mərhələdə 

davam  etdiyini  göstərirlər.  Birinci  mərhələ  inkulturasiya,  ikinci 

mərhələ  akkulturasiya,  üçüncü  mərhələ  isə  assimliyasiya  adlanır. 

İnkulturasiya doğma mədəniyyətin ənənə, adət və digər normalarının 

qəbulu  və  qorunub  saxlanmasıdır.  Akkulturasiya yad  mədəniyyətin 

ənənələrinin və dəyərlərinin bir hissəli qəbuludur. Assimilyasiya isə 

yad  mədəniyyətin  tam  qəbulu  və  doğma  mədəniyyətin  yad 

mədəniyyət tərəfindən udulmasıdır.

Müasir  cəmiyyətimizdə,  o  cümlədən  şəhərlərdə  mədəni  şok 

prosesinin  hər  üç  mərhələsini  yaşayan  insanlar  mövcuddur. 

Maraqlıdır ki,  hər üç  mərhələ  Bakı  şəhərində eyni  dərəcədə mövqe

-

33

-




A nar Həsənli

tutmuşdur  və  inkişaf etməkdədir.  Bu,  imperiyadan  ayrılaraq  milli 

suverenliyin  qazanılması  və  müasir  liberal-demokratik  dəyərlərə 

inteqrasiya  ilə  birbaşa  əlaqədardır.  Belə  ki,  müstəqilliyin  əldə 

olunmasından və dövlət quruculuğunun inkişafından ilhamlanan bir 

çox insanlar milli adət və ənənələrə qayıdışı, onun tam qəbulu və icra 

edilməsini  alqışlayır  və  bunu  bir  vəzifə  hesab  edirlər.  Bu  proses 

inkulturasiya mərhələsini təşkil edir.

Liberal-demokratik  dəyərlərin  cəzbcdici  prinsipləri  və  müasir 

qloballaşmanın  geniş  təsiri  insanların  bir  hissəsini,  xüsusən  gəncləri 

xarici mədəniyyətlərin təsirinə çox tez məruz qoyur. Nəticədə milli adət 

və  ənənələrə  uyğun  gəlməyən,  hətta  çox  vaxt  ənənəvi  şəhər 

mədəniyyətinə xas olmayan dəyərləri  qəbul  edən və ona uyğun həyat 

tərzi keçirən insanlara tez-tez rast gəlmək mümkün olur. Assimilyasiya 

adlanan bu proses şəhərlərdə nisbətən geniş inkişaf edir.

İnsanların bir hissəsi isə (onların sayı daha çoxdur) akkulturasiya 

mərhələsini  keçirir  və  milli  adət-ənənələri,  islami  və  müasir  Qərb 

dəyərləri  ilə  uyğunlaşdıraraq  hal-hazırda  orta  və  ya  normal  sayılan 

həyat tərzi yaşayır.

Mədəni  şokun  yaratdığı  vəziyyət  şəhər  mühitində  kütləvi 

mədəniyyətin geniş yayılmasına və qəbuluna gətirib çıxarmışdır. Öz 

mahiyyət  və  ifadə  formalarına  görə  bu  mədəniyyət  tipi  mənəvi  və 

maddi  dəyərlərin  kütləvi  istifadəsinin  orta  səviyyəsinə  uyğunlaşıb. 

Mədəniyyət  nümunələrinin  yayılmasının  kütləviliyi  istehsalın 

kütləvi,  konveyer  imkanları  ilə  onların  yayılması  və  istifadəsinə 

əsaslanır, əyləndiricilik funksiyası ön piana çəkilir, oxuyan, dinləyən 

və  seyr  edən  tamaşaçılara  -   kütləyə  primitiv  hisslər-emosiyalar 

aşılanır.  Belə  mədəniyyət  ənənə,  millət  tanımır,  onun  zövqü  və 

idealları  başgicəlləndirici  sürətlə  dəyişir,  modanın  tələblərinə 

uyğunlaşır.  Kütlə mədəniyyəti  geniş auditoriyaya söykənir, dəyişən 

zövqləri  oxşayır  və  xalqın  incəsənəti  olmaq  iddiasındadır.  Bu 

mədəniyyətin  yayıldığı  cəmiyyət,  bəzi  tədqiqatçıların  fikrincə, 

bəşəriyyətin  inkişafının  obyektiv  prosesləri,  sənayeləşm ə, 

urbanizasiya,  kütləvi  tələbatların  kəskin  artımı,  bürokratik sistemin

-

34

-



Müasir şəraitd) Azərbuycancla dm i-m xbni thyorhrin inldjafxüsusiyyə'hn

mürəkkəbləşməsi  və  şübhəsiz  ki,  kütləvi  informasiya  vasitələrinin 

görünməmiş inkişafının nəticəsidir. XX əsrin ortalarından başlayaraq 

kütləvi mədəniyyət kommersiya mədəniyyəti, əyləncə sənayesi, pop 

mədəniyyəti (şoubiznes) və s. formalarda meydana çıxmışdır.

Bakıda və bütövlükdə Azərbaycanda  yayılan  kütləvi  mədəniyyət 

əsasən Qərb həyat tərzinin  və müasir ənənələrin yayılmasına xidmət 

edir.  Məlumdur  ki,  açıq  tipli  Qərb  sivilizasiyası  özünü  bəşər 

mədəniyyətinin  inkişafının  ən  yüksək  mərhələsi  hesab  etməklə  digər 

mədəniyyətlərin  də  yeni  inkişafa  tabe  edilməsini  iddia  etməkdə  və 

həmin mədəniyyətləri yaradan xalqların sosial-siyasi və mənəvi-əxlaqi 

həyatım  öz  dəyərlərinə  uyğun  tənzimlənməsi  tələbini  verməkdədir. 

Özünü  Qərb  sivilizasiyasına  inteqrasiya  edən  müasir  Azərbaycan 

cəmiyyətində real ictimai münasibətlər sahəsində kütləvi mədəniyyətin 

təsiri  və  verdiyi  təsəvvürlər  güclənir  və  bu  proses  ümumbəşəri 

proseslərin  tərkib  hissəsi  kimi  özünü  göstərir.  Azərbaycanın  yeni 

ictimai-siyasi  sistemə  yön  alması  nəticəsində  «müasirləşmə» 

düşüncəsi  sosial  şüurda özünə  xüsusi  yer almışdır.  Xüsusilə,  şəhərdə 

indiyə  qədər  mövcud  olmayan  və  tanınmayan  mədəni  dəyərlərin 

qəbulu «müasirlik» kimi dərk edilir. Əslində «müasirləşmə», müasirlik 

özü Qərbdən gələn kütləvi mədəniyyəti mənimsəmə kimi ifadə olunur. 

İctimai şüurda özünə yer alan bu məsələ insanların keçmiş irslərindən 

ayrılaraq yeni ənənələr, stereotiplər mühitinə atılması  ilə bağlıdır.  Bir 

çoxları əvvəlki irsin köhnəlik kimi «gülünc», «zəif» olduğundan onun 

atılması  düşüncəsindən  çıxış  edirlər.  Bu  cür  təsəvvürlər  bilavasitə 

onların yaşam tərzinə və dünyagörüşünə təsir edir.

Müasir  cəmiyyətin  prizması  fərdiyyətdir,  fərdiyyət-yenilik, 

sekulyarizasiya  və  demokratikləşmənin  qovşağında  yetişir.  Bunun 

nəticəsində təkcə cəmiyyət deyil,  insanın özü də müasirləşir.  Bu cür 

insanı  bütün  yeniliyə  m araq,  dəyişkənliyə  hazır  olmaq, 

informasiyaya oriyentasiya, həyata baxışların müxtəlifliyi, zaman və 

onun  ölçüsünə  ciddi  münasibət,  səmərəliliyin  və  zamanın 

planlaşdırılması,  şəxsi  ləyaqət,  partikulyarizm  (xüsusi  mənafeyin 

üstünlüyü), nikbinlik və sair əlamətlər xarakterizə edir.

-35



Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə