Elmi redaktor: Sakit Hüseynov



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə9/33
tarix20.09.2017
ölçüsü1 Mb.
#1072
1   ...   5   6   7   8   9   10   11   12   ...   33

A n a r Həsənli

Müşahidələr  göstərir  ki,  Qərb  həyat  tərzi  şəhərli  gənclərin 

müəyyən  hissəsi  üçün  daha  cəlbedici  görsənir  və  onların  bir  çoxu 

buna can  atırlar.  Qloballaşma  şəraitində  inteqrasiya  meyilləri  bütün 

xalqları  və  dövlətləri  yaxınlaşdırır  [52].  Gənclər  tərəfindən 

formalaşdırılmış  submədəniyyətlərin  bəziləri  də  məhz  bu  meyillər 

əsasında yaranmışdır. Ümumilikdə, kütləvi mədəniyyət müasir şəhər 

mədəniyyətinin leytmotivinə çevrilmişdir və onun hələ uzun müddət 

hökmranlıq edəcəyi şəksizdir.

Bununla  yanaşı,  eyni  zamanda  kütləvi  mədəniyyətin  əksinə 

olaraq  bir  elitar  mədəniyyət  seçilməkdədir.  Bu,  seçilmiş  bir  qrup 

adama  istiqamətlənib.  Onlar  yüksək  və  yaxşı  inkişaf  etmiş  bədii 

mənimsəmə qabiliyyətinə malikdirlər və cəmiyyətin ən yaxşı hissəsi - 

elita  kimi  qiymətləndirilmək  istəyirlər.  Azərbaycanda  bu  təbəqənin 

əksəriyyəti  Bakı  şəhərində  toplanmışdır.  Bakı  şəraitində  bunlara 

peşəkar  mədəniyyət  və  incəsənət  nümayəndələri,  alim  və  ziyalılar 

daxildir.  İctimai  və  siyasi  fəaliyyətlə  məşğul  olan  bəzi  tanınmış 

adamlar da həmin elitaya daxil  olmağa can atır.  Müasir şəhər elitası 

milli  və  beynəlmiləl  ənənələri  məharətlə  özündə  təcəssüm  etdirən, 

yüksək mədəni  səviyyəyə və bədii zövqə malik olan təbəqəni təşkil 

edir.  Onların  əksəriyyəti  Sovet  dövrünün  ziyalı  təbəqəsinin 

nümunələridir  və  müasir  kütləvi  mədəniyyəti  qəbul  etməyərək 

klassik Qərb dəyərlərinə daha çox üstünlük verirlər.

Baxmayaraq  ki,  kütləvi  mədəniyyət  müasir  şəhər  mühitində 

mühüm  təsirlərə  malikdir,  amma  ona  qarşı  çıxan  meyillər  də 

güclənməkdədir.  Bu  meyitlərə  ilk  növbədə  dini  amillər  və 

«əksmədəniyyət» adlanan qeyri-formal davranış kompleksləri aiddir.

Bakıda müxtəlif dinlər və təriqətlər geniş yayılmışdır və onların 

hər birinin müəyyən sayda tərəfdarı vardır. Lakin təəssüflə deməliyik 

ki,  bəzən  müxtəlif  qruplar  gənclərin  sadəlövhlüyündən  və  ya 

təcrübəsizliyindən sui-istifadə etməyə çalışır [40]. Bu dinlər sırasında 

İslam  müstəsna  üstünlük  təşkil  edir  və  əhalinin  əksəriyyəti  özünü 

müsəlman  hesab  edir.  Bundan  başqa  xristian  dini  və  onun  müxtəlif 

təriqətləri  və  icmaları,  yəhudi  dini,  bəhaizim,  satanaçılıq  (şeytana

-

36

-



Müasir şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin  inkişaf xüsusiyyətləri

inanc) kimi inanclar da Bakıda müəyyən qədər yayılmışdır.

Müasir dövrdə Bakı şəhərində dinə meyilin getdikcə gücləndiyi 

hiss olunur.  Bununla belə şəhər əhalisini  bütövlükdə dindar saymaq 

düzgün olmazdı. Tədqiqatçı T. Faradovun  2008-ci ildə Bakı şəhəri də 

daxil  olmaqla  müxtəlif  rayonlarda  apardığı  sosioloji  sorğunun 

nəticəsinə görə  insanların yalnız 62,7%-i özlərini  dindar sayırlar ki, 

bunlardan da yalnız 6,4%-i qatı  dindarlar cərgəsinə daxildir.  Həmin 

sorğuya  əsasən  əhalinin  10,6%-i  tərəddüd  edənlər,  7,4%-i  kafirlər, 

9,1%-i  etinasızlar,  3,8%-i  isə  qatı  ateistlərdir.  Yenə  həmin  sorğu 

nəticəsində məlum olmuşdur ki, şəhər əhalisinin cəmi  16%-i namaz 

qılır, 27%-i oruc tutur, qalan hissəsi isə bunlara riayət etmir.

Qatı  dindarlar  üçün  din  həyat  tərzidir.  Gündəlik  həyatda  dini 

qaydalara,  normalara  və  tələblərə  əməl  etmək  onlar üçün  vəzifədir, 

borcdur. Sorğunun nəticələrinə əsaslanaraq belə qənaətə gəlmək olar 

ki,  əhalinin  yalnız  16-17%-i  davranışında  şəriət  qaydalarına  riayət 

etməyə  üstünlük  verir,  yəni  dini  öz  həyat  tərzi  kimi  qəbul  edir. 

Bütövlükdə müasir dövrdə etnososial proseslərə və cəmiyyətə dinin 

aşağıdakı təsirləri müşahidə olunur:

1)  Əhalinin  kütləvi  dini  düşüncəsində  və  davranışında  nəzərə 

çarpacaq  dəyişikliklər  baş  verib.  Belə  ki,  dindarlığın  yüksəlməsi 

prosesi gedir. Son illərdə bu proses kifayət qədər intensiv və dinamik 

xarakter alıb.

2)  Müasir  dindarlıq  faktik  olaraq  çoxmotivli  fenomendir. 

Adamların dinə üz tutmasının səbəb və motivləri sosial-iqtisadi, ruhi, 

etnomədəni amillərdən tutmuş ailə-məişət, mənəvi-psixoloji və fərdi- 

psixoloji şəraitədək geniş dairəni əhatə edir.

3)  Kütləvi  düşüncədə  dinin  mənəvi-etik  şərhi  və  anlaşılması 

üstünlük  təşkil  edir.  Dinin  qavranıİmasının  ənənəvi  və  etnomədəni 

komponentləri də mühüm rol oynayır.

4)  İnsanlarda din haqqında yeni müfəssəl informasiya, obyektiv, 

təhrifsiz  məlumat  və  hətta  ixtisaslaşdırılmış  bilik  almağa  tələbat 

yaranıb. Dini informasiyanın həcmi kəskin şəkildə artmışdır.

-

37



-


A nar Həsənli

5)  Dindarlığın  ümumi  artımı  biliklər  və  təsəvvürlər  sahəsində 

əhəmiyyətli keyfiyyət dəyişiklikləri yaratmayıb.

6)  Dini  amilin  güclənməsi  etnik  amilləri  bir  qədər  arxa  plana 

keçirir.  Belə  ki,  Azərbaycanda  yaşayan  azərbaycanlı,  ləzgi,  talış, 

kürd,  avar,  saxur  və  digər  etnosların  nümayəndələri  həm  də  islam 

inancı və Azərbaycan dövlətçiliyi əsasında vahidlik və birlik nümayiş 

etdirə bilirlər.

Azərbaycanda dinin yayılması və inkişafını izləyərkən o da aydın 

olur  ki,  bu  prosesə  yaxın  İslam  ölkələri  və  Qərbin  missioner 

təşkilatları  güclü  təsir göstərir.  İslam dininin  inkişafında qonşu  İran 

və  Türkiyənin,  habelə  ərəb  ölkələrinin,  digər  dinlərin,  xüsusilə 

xristianlığın  m üxtəlif  icmalarının  yaranm asında  isə  Qərb 

ölkələrindən gəlmiş missionerlərin mühüm rolu hiss olunmaqdadır.

Bu  gün  biz  sivilizasiyalararası  toqquşmadan  danışdığımız 

zaman, sivilizasiyaların öz arasında da bir mübarizə olduğunu qeyd 

etməliyik. Bunun qabarıq forması Azərbaycanda göründü. Sələfıliyin 

timsalında  bir  ərəb  islamı  var,  şiəliyin  timsalında  İran  islamı  və 

nurçuluğun  timsalında  Türkiyə  islamı  var.  Hazırda  hər  3  qrup 

bölgədə,  eləcə  də  Azərbaycanda  möhkəmlənmək  istəyirlər.  İlkin 

yayılma  mərhələsində  hər  3  qrup  çətinliklə  üzləşmədi.  Çünki 

birincisi,  əhalinin  dini  maarifçiliyi  aşağı  idi,  ikincisi  isə  yerli  dini 

qurum  olan  Qafqaz  Müsəlmanları  İdarəsi  xaricdən  gələn  təbliğata 

qarşı  xeyli  zəif idi.  QMİ-nin  ruhaniləri  yeni  gələnlərlə  müqayisədə 

daha aşağı savad göstəricilərinə malik idilər. Azərbaycanın iki böyük 

m üsəlm an  qonşusu  var.  Şim aldan  Rusiyadakı  m üsəlm an 

təşkilatlarının,  din  alimlərinin  Azərbaycana  elə  bir  ciddi  təsiri  ola 

bilməz. Azərbaycana daha çox təsir edən İran və Türkiyədir.  Hər iki 

ölkə  Azərbaycanda  böyük  təsirə  malikdir.  Xüsusən  də  Türkiyə 

təbliğatı intel lektual camiyədə geniş tərəfdar toplayıb.

Akademik  R.Mehdiyev yazır ki, müstəqillik əldə etdikdən sonra 

Azərbaycan islamın Türkiyə, İran, Səudiyyə Ərəbistanı modellərinin 

ölkənin  ictimai  həyatında  sınaqdan  keçirilməsi  üçün  meydana 

çevrilmişdi.  Müstəqillik  qazanıldıqdan  az  sonra  ölkədə  İran

-

38

-



Müasır şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin  inkişaf xüsusiyyətləri

/ * 



. .

tərəfindən maliyyələşdirilən çoxlu sayda mədrəsələr meydana gəldi. 

Ali  məktəblərdə  ilahiyyat  fakültələri  açıldı.  Səudiyyə Ərəbistanı  və 

Küveyt  xeyriyyə  cəmiyyətləri  Azərbaycanda  çox  böyük  İslam 

Universitetinin  tikintisini  maliyyələşdirməyə  başladılar.  Nəticədə, 

əhali Azərbaycan cəmiyyətinin eyniləşdirilməsinə imkan verən milli 

dini modeli axtarmaq dilemması qarşısında qaldı. Tamamilə aydındır 

ki, əhalisinin əksəriyyəti müsəlman olan ölkə üçün qlobal qərbləşmə 

müstəmləkəçiliyi  epoxasında  cəmiyyətdə  islamın  rolu  və  yeri 

haqqında  dəqiq  müəyyən  edilmiş  xəttin  olmaması  ciddi  nəticələrə 

gətirib  çıxara  bilər.  Bu  mənada  ideya  müstəmləkəçiliyi  ən 

təhlükəlidir.  O,  zehinləri  zəbt  edərək  daha  ağır  nəticələrə  gətirib 

çıxara bilər [ 134].

Göründüyü  kimi,  hazırkı  dövr  qloballaşmanın  güclü  təsiri  ilə 

m üşayiət  olunur  və  şəhər  m əkanında  yeni  etnom ədəni 

xüsusiyyətlərin yaranmasına səbəb olur.  Bununla yanaşı şəhər həyat 

tərzi  özünün  milli  özəlliklərinə  malikdir.  Buna  görə  də  şəhərlilərin 

həyat  tərzi  ümumi  və  milli-spesifik  xüsusiyyətlər  əsasında  daha 

səmərəli öyrənilə bilər.

Sovet  alim ləri  SSRİ  xalqlarının  şəhər  həyat  tərzinin 

komponentlərindən  bəhs  edərkən  aşağıdakıları  ümumiləşdirirlər:  1) 

SSRİ  xalqlarının  hamısı  üçün  vahid,  ümumi  komponentlər;  2)  şəhərin 

yaşayış şəraiti  ilə əlaqədar spesifik komponentlər (şəhər həyal tərzi); 3) 

müasir və yaxın keçmişdə formalaşmış xalqların spesifik sosial-iqtisadi 

xarakteristikası  şəraitinin  komponentləri  (urbanizasiyanın  tempi  və 

xarakteri:  xalq  təsərrüfatının  strukturu);  4)  Nəhayət  həyatın  mədəni 

özünəməxsusluğuna  səbəb  olan  xüsusi  etnik  törəmə  komponentləri 

(fəaliyyət  üsulları).  Qeyd  etmək  lazımdır  ki,  bu  bölgü  aktualdır  və 

istənilən  şəhərə  tətbiq  etməklə  müəyyən  nəticələr  almaq  mümkündür/ 

Nəzərə  alsaq  ki,  Bakı  sovet  dövrünün  ən  böyük  və  beynəlmiləl 

şəhərlərindən biri idi və bu xüsusiyyətlərini indi də saxlamaqdadır, onda 

həmin komponentləri müvəffəqiyyətlə burada da axtara bilərik.

Bakı şəhərinin tarixi-coğrafi mövqeyi, iqlim şəraiti, tarixi-spesifik 

xüsusiyyətləri,  memarlıq  quruluşu,  əhalinin  həyatı  və  mədəni

-

39

-




Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə