Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə100/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   96   97   98   99   100   101   102   103   ...   149

199 
 
gün təkrar edin. 1 həftə fasilədən sonra müalicəni davam etdirin. 
Dəri səpmələrində, zədələnmələrdə və çibanların müalicəsində. Kartofun sıyığından gündə 
bir neçə dəfə zədələnmiĢ nahiyələrə yaxıb bağlayın. Əməliyyatı hər 3-4 saatdan bir təkrar edin. 
Böyrək daşlarının müalicəsində. 2 ədəd qabığı təmizlənmiĢ təzə kartof götürüb yumĢalana 
qədər biĢirin. Sonra ondan məhlul düzəldib gündə 2-3 dəfə stəkanın 1/2 hissəsi qədər qəbul edin. 
Artrit zamanı. Bunun üçün biĢmiĢ kartof ekstraktından səhər və  yatmazdan  əvvəl 1 stəkan 
qəbul edin. Daha yaxĢı olar ki, hər gün qabığı ilə birlikə sürtgəcdən keçirilmiĢ təzə kartof sıyığını 
çiy-çiy qəbul edəsiniz. Müalicə kursu 10 gündür. 
Diqqət! Kartof Ģirəsindən Ģəkərli diabeti olan xəstələrin qəbul etmələri məsləhət görülmür. 
Kartofdan bir neçə yeni qida məhsullarının hazırlanması. 
Kartofdan «kəndli xoşbəxtliyi» yeməyinin hazırlanması. 0,5 kq kartof, 2 xörək qaĢığı un, 
50 q kərə yağı, 3 ədəd yumurta və duz götürün. Kartofu qabığı ilə birlikdə biĢirib, təmizləyin və iri 
dairələrə kəsib duzlayaraq üzərinə un səpin və yumurta vurub qızardın. 
Kartofdan «işıqlı oyun» yeməyinin hazırlanması. 8-10 ədəd kartof, 2 stəkan süd, 20 q kərə 
yağı,  2  ədəd  soğan,  göyərti,  zövqünüzə  görə  duz  götürün.  Kartofu  kub  formasında  doğrayıb,  8-20 
dəqiqə  biĢirib,  suyunu  süzün  və  üzərinə  isti  süd  əlavə  edib,  duz  səpib  hazır  olana  qədər  biĢirin. 
Sonra üzərinə kərə yağı, qızardılmıĢ soğan əlavə edib ehtiyatla qarıĢdırın. Süfrəyə verməzdən qabaq 
üzərinə göyərti səpin. 
Qozla  «şirin  kartof»  biskivitinin  hazırlanması.  6-8  ədəd  kartof,  0,5  stəkan  un,  0,5  stəkan 
Ģəkər tozu, 4 xörək qaĢığı bitki yağı, 0,5 stəkan xırdalanmıĢ qoz, 2 ədəd yumurta, çay sodası, darçın, 
limon qabığı götürün. Kartofun qabığını soyub biĢirib əzin. Sonra üzərinə Ģəkərlə çalınmıĢ yumurta, 
bitki  yağı,  əzilmiĢ  qoz,  darçın,  narın  doğranmıĢ  limon  qabığı,  çay  sodası  və  0,5  stəkan  un  əlavə 
edin. AlınmıĢ xəmirdən qalınlığı 3-4 sm iri hörüklər düzəldin və üzərinə kərə yağı tökərək mətbəx 
peçinə qoyun və hazır olana qədər qızardın. 
Kartofdan  «yeralması»  peçenyesiniıı  hazırlanması.  1  ədəd  kartof,  60  q  kərə  yağı, 
zövqünüzə görə duz götürün. Orta ölçülü kartofu yuyun, qurulayın üzərinə kərə yağı sürtün, tavanın 
içində  mətbəx  peçinə  qoyun.  Kartof    biĢib  yumĢaq  hala  düĢdükdən  sonra  götürün.  Onu  yarıya 
bölərək duzlayıb üzərinə kərə yağı sürtüb isti halda süfrəyə verin. 
 
Badımcan – Solanum melongena L. 
 
Badımcan cinsinə daxil olan növlərdən biri də badımcan - S. melongena L.-dir. Bu çoxillik, 
istisevən, mədəni halda becərilən tərəvəz bitkisidir. Bitkinin əsas vətəni olan Hindistan ərazilərində 
yabanı  növünə  rast  gəlmək  olar.  Bitkinin  mədəni  halda  Çində  və  Misirdə  əkilib-becərilməsi 
haqqında məlumat verilir. Orta əsrlərdə isə Ġtaliyada, Ġspaniyada və nəhayət qısa bir zamanda bütün 
Avropa  ölkələrinə  yayılaraq  becərilməyə  baĢlanmıĢdır.  Amerika  qitəsinə  səyahət  edən  X.Kolumb 
özü  ilə  bu  qiymətli  bitkini  də  ora  aparmıĢdı.  200  il  bundan  qabaq  bu  gəzəyən  ―hörmətli  qonaq‖ 
Türkiyəyə, Qafqaza, sonra da Rusiya ərazisinə gəlib çıxmıĢdır. 
Düzdür, ilk  vaxt tərəvəz əkməklə məĢğul olanlar hələ bu  «göy qonaqla» asanlıqla dil tapa 
bilməmiĢdilər. Tropik ölkələrin «sakini» olan badımcan bitkisinin birdən-birə Ģimala gəlib çıxması 
çoxlu çətinliklərlə qarĢılaĢdı. Ġlk vaxtlar badımcan Rusiyanın orta ərazilərində ancaq istixanalarda 
yetiĢdirilirdi.  Badımcan  Rusiya  ərazisində  özünü  çox  ―Ģıltaq‖  aparmasına  baxmayaraq,  ruslar  onu 
yunan balqabağı kimi sevməyə baĢladılar. 
Ġlk  əvvəl  badımcan  vətəni  sayılan  Hindistan  və  Çin 
xalqları  tərəfindən  ancaq  müalicə  məqsədələri  üçün  istifadə 
olunurdu.  Bu  ölkələrdə  badımcan  qida  kimi  aterosklerozdan 
əziyyət çəkən xəstələrə verilir, infarktın qarĢısını almaq üçün 
profilaktik  vasitə  kimi  istifadə  edilirdi.  Bitkinin  yumĢaq 
meyvəsinin  tərkibindəki  pektin  maddəsi  xolesterini  həll  edib 
orqanizmdən 
kənarlaĢdırır. 
Damarların 
divarlarını 
tullantılardan  təmizləyir  və  onların  elastiklik  qabiliyyətini 


200 
 
artırır və kapilyarları möhkəmləndirir. Badımcanın 90%-ni su, 2,5-4,0%-ni Ģəkər, 
 
1,5%-ni  sellüloza,  0,5%-ni  pektin  C,  PP  və  B  qrupu  vitaminləri,  A  provitamini,  çoxlu  miqdarda 
kalium, bunlardan baĢqa fosfor, kalsium, manqan, kobalt, dəmir makro- və mikroelementləri, zülal, 
sulu  karbohidratlar,  xüsusi  müalicəvi  keyfiyyətə  malik  melogen  (solanin)  və  s.  maddələr  aĢkar 
edilmiĢdir.  Uzun  müddət  badımcandan  qida  kimi  istifadə  edildikdə  qanda  piyin  və  xolesterinin 
kəskin  surətdə  azalması  müĢahidə  edilmiĢdir.  Badımcan  orqanizmdə  gedən  su-duz  mübadiləsini 
nizamlayır,  orqanizmi  artıq  sidik  turĢularından  azad  edir.  Tam  yetiĢmiĢ  meyvəsi  dalağın,  beyin 
iliyinin  fəaliyyətinə  kömək  edir,  qanda  hemoqlobini  artırır,  aybaĢı  qanaxmaları  zamanı  baĢ  verən 
ağrıları  sakitləĢdirir.  Badımcanın  buxarda  və  adi  halda  biĢirilmiĢindən  hamilə  qadınlara  və  kiçik 
yaĢlı uĢaqlara verdikdə uĢaqlar gumrah və xarici mühitin zərərli təsirlərinə qarĢı davamlı olurlar. 
Diqqət!   Badımcanın tərkibində solanin maddəsi olduğu üçün o orqanizmi zəhərləyə bilər. 
Ona görə də badımcanı çiy halda yemək məsələhət görülmür. 
Badımcanın  tərkibi  kalium  duzları  ilə  zəngin  olduğundan  ürəyin  fəaliyyətinə  təsir  edir, 
orqanizmdə olan artıq suyun kənar edilməsində mühüm rol oynayır. Buna görə də, skleroz baĢlanan 
yaĢlı adamlara və ürək-damar çatıĢmazlığından əziyyət çəkən xəstələrə badımcandan pəhriz qidası 
kimi vermək məsləhət görülmür. 
Badımcandan müalicə preparatlarının hazırlanması. 
Ürək-damar  xəstəliklərindəıı  əziyyət  çəkən  xəstələrin  müalicəsində.  13-14  badımcanı  
qurudub, qəhvəüyüdəndən keçirib əldə etdiyiniz tozu bankalara doldurub ağzını möhkəm bağlayın. 
Səhər  4-5  xörək  qaĢığı  götürüb  1/2  stəkan  ağ  çaxırın  üzərinə  töküb  Ģiddətli  yanan  odun  üzərinə 
qoyun  və  tez  götürüb  əldə  etdiyiniz  sıyığı  2  yerə  bölün.  Həmin  sıyığın  bir  hissəsini  səhər  tezdən, 
ikinci hissəsini isə günorta vaxtı yeyin. Müalicə kursu 14 gündür. 
Yanıq  zamanı.  Təzə  badımcanı  iki  bərabər  hissəyə  bölüb  yanmıĢ  dərinin  üzərinə  qoyub 
leykoplastrla bərkidin və hər yarım saatdan bir dəyiĢin. 
Çiban  və  yaralarıtı  müalicəsində.  Badımcandan  aldlığınız  Ģirəni  gündə  2-3  dəfə  xəstə 
nahiyələrə sürtmək məsləhət görürlür. 
Ağızın  selikli  qişası  (parodontit,  stomatit,  gingivit)  xəstəliklərinin  müalicəsində.  Təzə 
yumĢaq  badımcanı  sürtgəcdən  keçirib  1:1  nisbətində  duzla  qarıĢdırın.  Gündə  bir  neçə  dəfə 
hazırladığınız  pasta  ilə  diĢinizi  yuyun.  Əməliyyat  baĢa  çatdıqdan  sonra,  ağzınızı  soyuq  su  ilə 
yaxalayın. 
Damar genişlənmələrində. Bunun üçün gecələr yatmazdan qabaq ayaqlarınızı isti vannaya 
qoyun.  Sonra  badımcanı  uzununa  nazik  hissələrə  bölüb  günəbaxan  və  yaxud  qarğıdalı  yağında 
isladıb geniĢlənmiĢ damarların üzərinə bintlə bağlayıb, bütün gecəni saxlayın. 
Badımcandan müalicəvi xörəklərin hazırlanması. 
Pəhriz  kürüsü.  1  kq  çox  da  iri  olmayan  badımcan,  1/2  kq  pomidor,  1/2  ağ  çörəyin  içi,  2 
xörək qaĢığı zeytun yağı, zövqünüzə görə duz, istiot, sarımsaq götürün. Badımcanm saplağını kəsib, 
suya  tökün,  yumuĢalana  qədər  5-10  dəqiqə  saxlayın.  Sonra  sürtgəcdən  keçirib  suyunu  sıxın. 
Pomidor  və  badımcanın  qabığını  soyub  dörd  hissəyə  bölün,  çörək  və  sarımsaqla  birlikdə  ət 
maĢınından keçirin. Sonra üzərinə zeytun yağı, duz və istiot əlavə edin. Aldığınız ədviyyatlardan ət, 
makaron, kartof və düyü xörəklərində istifadə edin. 
«Krepis»  kotletinin  hazırlanması.  1  kq  badımcan,  1  kq  çəkilmiĢ  dana  əti,  4  xörək  qaĢığı 
zeytun mayonezi, 4 ədəd  biĢirilmiĢ yumurta, 1 stəkan fəsəli unu, 3/4 stəkan bitki yağı, zövqünüzə 
görə duz, qara istiot, ədviyyat götürün. Badımcanı saplağından təmizləyib, yumĢalana qədər biĢirin. 
Sonra  sürtgəcdən  keçirib  suyunu  çıxarın.  Ət  maĢınından  keçirib,  qiymə  ilə  qarıĢdırıb,  üzərinə 
mayonez,  yumurta,  ədviyyat  və  fəsəli  unu  əlavə  edin.  Sonra  kotlet  halına  salıb  unlayın  və  bitki 
yağında qızardın. 
Qiymədən hazırlanmış «dil» xörəyi. 3 ədəd iri badımcan, 2 ədəd kök, 2 biĢirilmiĢ yumurta, 
stəkanın 1/2 hissəsi qədər biĢmiĢ və doğranmıĢ göbələk, 4 xörək qaĢığı quru brinza pendiri, 1 ədəd 
soğan, stəkanın 3/4 hissəsi qədər bitki yağı, zövqünüzə görə qara istiot və duz götürün. Badımcanın 
qabığını  soyub  nazik  hissələrə  doğrayıb,  unlayıb,  bitki  yağında  qızardın.  Sonra  qızardılmıĢ 
göbələyi, kökü, soğanı, narın pendiri duz, istiot, doğranmıĢ yumurta ilə qarıĢdırın. Badımcanı orta 
hissədən kəsib rulet kimi içərisinə içdən doldurun. Sonra qaba düzüb 1 saat soyuducuda saxlayın. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə