Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə102/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   98   99   100   101   102   103   104   105   ...   149

203 
 
sarımsaq,  1  litr  təmiz  bulyon,  paprika,  qara  istiot,  reyhan,  cəfəri  və  duz  götürün.  Salanı  xırda 
hissələrə  doğrayıb,  qazana  töküb  əridin,  kartofu,  ĢəkərlənmiĢ  meyvəni,  badımcanı,  soğanı  xırda 
hissələrə  salıb,  sarımsağı  əzin.  Bunların  hamsını  sala  olan  qazana  töküb  10-15  dəqiqə  biĢirin. 
Pomidoru  pörtlədib  qabığnı  soyun,  doğrayıb  qazana  tökün,  üzərinə  bulyonu  əlavə  edin.  Sonra 
ədviyyə əlavə edib, duzlayın, qazanın ağzını möhkəm örtün, 10 dəqiqə biĢirin. Üzərinə düyü, lobya 
əlavə edib yenidən 10 dəqiqə biĢirin. Hazır olan  Ģorbanın üzərinə doğranmıĢ göyərti səpib süfrəyə 
verin.  
Pomidorlu duru xörəyin  hazırlanması. 2-3 ədəd pomidor, 1-2 ədəd soğan, 3 l ət bulyonu, 
60 q kərə yağı və yaxud marqarın, 1/2 stəkan  darı yarması, 1-2 ədəd kök, 5-6 ədəd orta böyüklükdə 
kartof, xama, doğranmıĢ Ģüyüd, zövqünüzə görə duz götürün. 
Soğanı doğrayıb dərin tavaya töküb qızardın.  Soğan qızılı rəng  almağa baĢlayanda üzərinə 
qabığı təmizlənmiĢ pomidor və kökü əlavə edib, tavanın ağzını örtüb vam odun üzərinə qoyun və 
10  dəqiqə  biĢirin.  Tərəvəz  biĢənə  qədər  qazana  ət  bulyonu,  duz  əlavə  edib  qaynama  dərəcəsinə 
çatdırın. Kartofu nazik doğrayıb, darı yarmasını yuyub qanyar bulyona əlavə edin. Hazır olmağa 5 
dəqiqə qalmıĢ tavada olan biĢmiĢ tərəvəzi qazana tökün. Stola verməmiĢdən  əvvəl üzərinə göyərti 
və xama əlavə edin. 
Pomidor  və  çuğundurdan  şorbanın  hazırlanması.  Bu  Ģorba  nəinki  xeyirli,  həm  də  çox 
dadlıdır. 2-3 ədəd yetiĢmiĢ pomidor, 2 ədəd çuğundur, 3 ədəd kartof, 1 ədəd kök, 1 ədəd təzə xiyar, 
2 ədəd yumurta, Ģüyüd, zövqünüzə görə duz götürün. 
Hazırlanması:  pomidoru  yuyub,  doğrayıb,    duzlayıb  Ģirəsini  çəkin.  Çuğunduru  sürtgəcdən 
keçirib  onu  sıxaraq  Ģirəsini çıxarın.  Pomidor  və  çuğundurdan  qalmıĢ  lətli  (əzik)  hissəni  baĢqa  bir 
qaba  töküb  üzərinə  az  miqdarda  su  əlavə  edərək  odun  üzərində  10  dəqiqə  saxlayın.  Əldə  olunan 
həlimi süzüb soyudun, pomidor və çuğundur Ģirəsindən ibarət qarıĢığın tərkibinə əlavə edin. BiĢmiĢ 
kartof  və  kökün  qabığını  təmizlədikdən  sonra  soyulmuĢ  xiyarı  və  göyərtini  xırda-xırda  doğrayın. 
Sonra  alınan  qarıĢığı  boĢqablara  töküb  üzərinə  xama,  tərəvəz  həlimi  və  Ģirəni  əlavə  edin.  Stola 
verməmiĢdən qabaq xörəyin üzərinə xama əlavə edin. 
Pomidor və yumurta salatının hazırlanması. Bu salat vitaminlərlə və likopinlə zəngin olur, 
çünki proses qızdırmaqla (biĢirməklə) aparılmır. Pomidor salatının üzərinə xama və bitki yağı əlavə 
edilib süfrəyə verilir. 
 Bunun  üçün  3-6  ədəd  pomidor,  3  ədəd  yumurta,  2-3  xörək  qaĢığı  bitki  yağı,  1  çay  qaĢığı 
hazır qıtıqotu, 1 çay qaĢığı sirkə turĢusu, 2 xörək qaĢığı yağlı xama, istiot, cəfəri, zövqünüzə görə 
duz götürün. 
Pomidoru  və  yumurtanı  biĢirib  eyni  böyüklükdə  dairəvi  nazik  doğrayıb  xörəyin  içərisinə 
tökün.  Üstünə  doğranmıĢ  göyərti  səpib  duzlayın,  bitki  yağı,  xama,  qıtıqotu  və  sirkə  əlavə  edib 
süfrəyə verin. 
Brınza,  pomidor  və  zeytun  yağı  ilə  qəlyanaltının  hazırlanması.  Bu  xərçəng  əleyhinə 
hazırlanan xüsusi qəlyanaltıdır. Bunun hazırlanması üçün pomidor, xama, zeytun və yağ götürmək 
lazımdır. 
Qəlyanaltını  hazırlamaq  üçün  600  q  qoyun  brinzası,  10  ədəd  qara  zeytun,  10  ədəd  yaĢıl 
zeytun, 10 ədəd pörtlədilmiĢ bibər, 2 diĢ sarımsaq, 1 ədə pomidor, 2 xörək qaĢığı bitki yağı, 1 xörək 
qaĢığı  limon  Ģirəsi,  1  çay  qaĢığı  sirkə  turĢusu,  qırmızı  istiot,  çay  qaĢığının  1/2  hissəsi  qədər 
qaraqınıq, 1 çay qaĢığı xama, 1 ədəd soğan, keĢniĢ, cəfəri, zövqünüzə görə duz götürün.  
Brınzanı 1-2 sm qalınlığında doğrayıb, qril çəpərinin üzərinə qoyub, 200ºC-də qızılı-qəhvəyi 
rəng alana qədər 4 dəqiqə qızardın. Sonra 10 ədəd qara zeytunu və 10 ədəd  yaĢıl zeytunla birlikdə 
pörtlədilmiĢ bibəri dilimləyin, sarımsağı əzib, pomidoru kub Ģəklində doğrayın. Hamsını qarıĢdırıb 
üzərinə  bitki  yağı,  limon  Ģirəsi  və  sirkə  əlavə  edin.  Salatın  üzərinə  bir  çimdik  qırmızı  istiot, 
qaraqınıq  və  duz  səpin.  Soğanı  halqavari  doğrayın.  Qəlyanaltını  brınza,  zeytunun  üzərinə    kəsib 
kesniĢ, doğranmıĢ cəfəri və smetanla bəzəyib stola verin. 
Likopinlə zəngin salatın hazırlanması. Bu salatın tərkibinə əlavə olunmuĢ tomatın likopinlə 
zəngin olmasında yağ, pendir və xamanın rolu böyükdür.  
Bunun üçün 400 q spagetti, 1 xörək qaĢığı zeytun yağı, zövqünüzə görə duz götürün. 
Sous hazırlamaq üçün: 1 xörək qaĢığı bitki yağı, 1 diĢ sarımsaq, 4 xörək qaĢığı təmizlənmiĢ 


204 
 
badam, 1 çay qaĢığı acımtıl qırmızı istiot, 1 ədəd soğan, 400 q tomat Ģirəsi, 2 xörək qaĢığı  portağal 
Ģirəsi, 1 ədəd qurudulmuĢ portağal, 1 dəstə cəfəri, 1/2 çay qaĢığı karri, 3 xörək qaĢığı qatı xama, 4 
xörək qaĢığı sürtgəcdən keçirilmiĢ pendir, zövqünüzə görə duz və qırmızı istiot götürün. 
Sarımsağı,  badamı,  qırmızı  bibər  və  cəfərini  xırda-xırda,  soğanı  halqa  Ģəklində  doğrayın. 
Soğanı bitki yağında qızılı rəng alana qədər qızardın. Bundan sonra qızardılmıĢ soğanı baĢqa qaba 
qoyub, badamı da həmin yağda qızardın. Sonra onların üzərinə əzilib lət Ģəklinə salınmıĢ pomidor, 
xama, istiot və soğanı əlavə edib vam od üzərinə qoyub biĢirin. Sonra portağal Ģirəsini, qurudulmuĢ 
portağal qabığını, ədviyyə əlavə edib duzlayın və bütün qarıĢığı biĢirin. 
Spagettini  duzlu  suda  biĢirin.  Su  qaynayan  zaman  zeytun  yağı  əlavə  edin.  Hazır  olmuĢ 
spagettini  süzüb  iri  boĢqaba  qoyub  stola  verməmiĢdən  qabaq  üzərinə  sous,  sarımsaq,  badam,  və 
narın hala salınmıĢ pendir əlavə edib, duzlayin. 
Tomat  və  balıqdan  salatın  hazırlanması.  Xərçəngin  profilaktikasında  istifadə  edilən 
likopinlə zəngin salatın tərkibinə sous əlavə edilməsi məsləhət görülür. 
Bunun üçün 150 q balıq, 2 ədəd kartof, 3 yumurta, 2 ədəd orta dərəcəli Ģorbaya qoyulmuĢ 
xiyar, cəfəri, salat yarpağı, zövqünüzə görə duz və narın istiot götürün. 
Sous üçün: 1 stəkan tünd mayonez, 4 xörək qaĢığı tomat pastası götürün. 
Balığı,  kartofu  və  yumurtanı  biĢirin.  BiĢmiĢ  balığı  sümükdən  təmizləyib,  xırda  hissələrə 
doğrayın.  Kartofu,  duzlu  xiyarı,  yumurtanı  təmizləyib  dilimləyin.  Bunların  hamısını  ehtiyatla 
qarıĢdırın.  Sous  hazırlamaq  üçün,  mayonez,  tomat  pastası  və  zövqünüzə  görə  istiot  əlavə  edin. 
Salatı  sousa  əlavə  edib,  qarıĢdırıb,  üstünü  doğranmıĢ  cəfəri  və  kahı  yarpağı  ilə  bəzəyib  süfrəyə 
verin. 
Kabare  salatının  hazırlanması.  Bu  salat  vitaminlərlə  və  likopinlə  zəngindir,  ilin 
fəsillərindən asılı olaraq onu təzə və həmçinin konservrləĢdirilmiĢ pomidordan da hazırlamaq olar.  
0,5 kq təzə və yaxud 400 q konservləĢdirilmiĢ pomidor və yaxud tomat, 300 q lobya, 1 ədəd 
soğan,  3  ədəd  Ģirin  bibər,  3  diĢ  sarımsaq,  2  xörək  qaĢığı  zeytun  yağı,  4  yumurta,  1  çay  qaĢığı 
doğranmıĢ cəfəri, 50 q zeytun, zövqünüzə görə narın qara istiot və duz götürün. 
Lobyanı qabıqdan çıxarıb, duzlu suda 10 dəqiqə biĢirin. Yumurtanı biĢirib təmizləyin. Bibəri 
nazik doğrayın. 
Soğanı  və  sarımsağı  doğrayıb  yağla  qarıĢdırın.  Sonra  lobyanı,  bibəri  və  kəklikotunu  əlavə 
edin.  Bütün  bunları  3-4  dəqiqə  qızardın.  Sonra  çaxır  əlavə  edib  10  dəqiqə  biĢirin.  Pomidoru 
doğrayıb  tavaya  tökün  və  yarım  saat  saxlayın.  Sonra  duz  və  istiot  əlavə  edin.  Yumurtanı  xırda 
hissələrə bölüb, üzərinə doğranmıĢ cəfəri əlavə edərək salatla qarıĢdırıb süfrəyə verin. 
Valdorf salatının hazırlanması. Bu qəlyanaltı faydalı, heç bir zərəri olmayan bütün xərçəng 
xəstəlikləri  üçün əhəmiyyətlidir.  Bunun  hazırlanmasında  zəngin  qida  keyfiyyətli  qoz,  pomidor  və 
xamadan istifadə olunduğu üçün likopinin təsirini artırır. 
Bunun üçün 4 iri yetiĢmiĢ pomidor, 250 q kərəvüz, 3 ədəd alma, 2 xörək qaĢığı xırdalanmıĢ 
qoz  ləpəsi,  2  xörək  qaĢığı  mayonez,  2  xörək  qaĢığı  limon  Ģirəsi,  1  stəkan  xama,    zövqünüzə  görə 
duz götürün. Bəzək üçün 3-4 ədəd kahı yarpağı da götürün. 
Almanı  dörd  hissəyə  ayırıb  qabığını  və  toxumun  özəyini  təmizləyib,  dilimlərə  bölün. 
Kərəvüzü doğrayın, mayonez, limon Ģirəsi,qoz, qaymaq və yaxud xama ilə qarıĢdırın. Bütün kütləni 
bir-birilə qarıĢdırıb salatı soyuducuda 30-40 dəqiqə saxlayın. BoĢqaba kahı yarpağı  sərib dairələrlə 
və yaxud dilimlərlə doğranmıĢ bir qat pomidor və bir qat qəlyanaltı düzüb hazir   Pomidoru dairəvi 
və  yaxud  dilim  halında  doğrayıb  boĢqaba  salat  yarpağı  sərib,  bir  qat  pomidor  bir  qat  qəlyanaltı 
düzüb, hazır salatı stola verin.  
Sandviç,  pomidor və toyuqdan salatın  hazırlanması. Sandviçin tərkibindəki piy likopinin 
orqanizmdə asan mənimsənilməsinə çox yaxĢı təsir edir.  
Bunun  üçün  2  ədəd  pomidor,  300  q  sümüksüz  yağlı  beçə  əti,  8  tikə  çörək,  4  ədəd  kahı 
yarpağı, 2 xörək qaĢığı mayonez, 4 tikə vetçina kolbasası, 2 xörək qaĢığı kərə və  yaxud marqarin 
yağı, 3-4 dilim xiyar, cəfəri götürün. 
Pomidoru  doğrayıb,  vetçinanı  1  xörək  qaĢığı  yağda  qızardın.  Çörəyə  yağ  sürtüb  4  tikədən 
birini kahı yarpağına büküb azca mayonez yaxıb, sonra pomidor tikələrini, xiyarı, 1 qıça cəfəri, üst 
hissəyə isə zəif qızardılmıĢ vetçina qoyub stola verin. Sümüksüz  beçə ətini çox da böyük olmayan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə