Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə103/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   99   100   101   102   103   104   105   106   ...   149

205 
 
tikələrə  bölüb,  tomat  Ģirəsi  əlavə  edib,  üzərinə  vetçina  qoyub  üstünü  kahı  yarpağı  ilə  örtün.  Hər 
buterbrodun üzərinə bir tikə çörək qoyub stola verin.  
Qırmızı bibərlə pomidordan salatın hazırlanması. Bu xörək olduqca acımtıl və çox faydalı 
olub sağlamlıqda böyük əhəmiyyət kəsb edir. 
Pomidor, yağ, xama və pendir tərkibli bu xörək xərçəng xəstəliyinə tutulmuĢ insanlar üçün 
hazırlanır. 
Bu  xörəyin  hazırlanmasında  çoxlu  ədviyyat  iĢlədildiyindən  bundan  çox  ehtiyatlı  istifadə 
etmək lazımdır. 
Allergiyası olan insanlar bu xörəyi yeməkdən bir qədət çəkinməlidirlər. 
Bunun  üçün  4  ədəd  iri  qırmızı  bibər,  3  ədəd  iri  pomidor,  200  q  bərk  pendir,  100  q  tumu 
çıxarılmıĢ yaĢıl zeytun, 1 ədəd soğan, 2 diĢ sarımsaq, 2 xörək qaĢığı zeytun yağı, 2 xörək qaĢığı qatı 
xama, 1 xörək qaĢığı kəklikotu, zövqünüzə görə duz və döyülmüĢ qara istiot götürün. 
Bibəri  2  bərabər  hissəyə  bölüb  toxumunu  təmizləyin.  Pomidoru  qaynar  suya  salıb  sonra 
soyuq suda ehtiyatla yuyub, qabığından təmizləyib xırda hissələrə doğrayın, pendiri isə sürtgəcdən 
keçirib zeytunu əzin. Soğanı və sarımsağı xırda hissələrə salıb zeytun yağında açıq-qızılı rəng alana 
qədər qızartdıqdan sonra pomidor və zeytunla qarıĢdırın. 
AlınmıĢ  kütləyə  ədviyyat,  duz,  kəklikotu  əlavə  edib  pendir  ilə  qarıĢdırın.  Əldə  etdiyiniz 
məhsula  yağ  sürtün.  Yarım  bibəri,  pomidor,  zeytun  kütləsini,  formaya  salıb  üzərinə  narın  pendir 
səpin. Mətbəxt sobasında 25 dəqiqə biĢirib qızardın. Hazır xörəyin üzərinə xama töküb stola verin. 
Pomidor  və  toyuqla  gürcü  xörəyinin  hazırlanması.  Yağlı  toyuq  ətinin  bulyonu,  tomat 
pastası  və  təzə  pomidor  bir-birlərini  gözəl  tamamlayırlar.  Bu  çox  müalicəvi  təsirə  malik  olub 
likopinin yaxĢı mənimsənilməsinə səbəb olur. 
Bunun üçün çox da böyük olmayan yağlı toyuq, 3 ədəd soğan, 3-4 pomidor, 2 xörək qaĢığı 
tomat pastası, 1 xörək qaĢığı sirkə turĢusu, 2 xörək qaĢığı çaxır (portveyn) stəkanın 1/2 hissəsi qədər 
ət bulyonu, 2-3 xörək qaĢığı bitki yağı, 1 ədəd limon, istiot, zövqünüzə görə cəfəri, Ģüyüd, keĢniĢ 
götürün.  Tükdən  təmizlənmiĢ  toyuğu  ehtiyatla  isti  suda  yuyub,  xırda  hissələrə  doğrayıb,  yağda 
qızardın. Sonra qızardılmıĢ toyuq ətinin içərisinə xırda doğranmıĢ soğan, tomat pastası, çaxır, sirkə, 
ət bulyonu əlavə edin. Ədviyyat əlavə etdikdən sonra qazanın ağzını qapaqla örtüb vam od üzərində 
2  saat  biĢirin.  Hazır  olmağa  5  dəqiqə  qalmıĢ  xörəyə  xırda  doğranmıĢ  pomidor  və  ətirli  göyərtilər 
əlavə edin. 
Stola  verməzdən  qabaq  xörəyin  üzərini  dairəvi  doğranmıĢ  limon  və  göyərti  qıçaları  ilə 
bəzəyin. 
 
Adi dəlibəng – Datura stramonium L. 
 
Dəlibəng cinsinin dünya florasının tərkibində 20-yə qədər növü  yayılmıĢdır. Bu növlərə ən 
çox  isti  və  mülayim  iqlimli  zonalarda  təsadüf  edilir.  Bunlar  ot  Ģəklindən  ağac  növlərinə  qədər 
müxtəlif  həyat  formalarına  malik  bitkilər  hesab  edilir.  Dəlibəng  cinsinin  Azərbaycan  ərazisində 1 
növünə: adi dəlibəngə - (D.stramonium L.)  rast gəlmək olar. 
Adi  dəlibəng  -    xoĢagəlməz  iyli,  hündürlüyü  120  sm,  kökü  ağ  rəngdə  birillik  ot  bitkisidir. 
Gövdəsi  dikduran  çəngəlvari  budaqlanan,  yuxarı  hissəsindən  çılpaqdır.  Yarpaqları  saplaqlı 
yumurtavari  2,5-3,0  sm  uzunluğunda  olub  ağ  rənglidir.  Meyvəsi  düzduran  yumurta  formalı 
qutucuqdan  ibarət,  uzunluğu  1  sm  olan  çoxsaylı  sərt  iynəvari  tikanlarla  əhatə  olunmuĢdur. 
Toxumları  böyrək  formasında  olub  qara  rənglidir.  Qutucuğun  içərisində  500-dən  800-ə  qədər 
toxumu olur. 
 
Dəlibəngə  Azərbaycanın  demək  olar  ki, 
hər  yerində,  düzənlik  sahədən  tutmuĢ  dağlıq 
zonalarına qədər rast gəlmək olar. Bitkiyə ən çox 
alaq  otları  arasında,  çay  vadilərində,  yol 
kənarlarında, bağ sahələrində və s. təsadüf etmək 
olar. 
Bitkinin  bütün  hissələri  çox  zəhərlidir. 


206 
 
Bitkini mal-qara, quĢlar səhvən yedikdə zəhərlənirlər. 
Müalicə məqsədləri üçün dəlibəngin yarpaqlarından istifadə olunur. Yarpağının tərkibindən 
0,37%-ə qədər alkaloid, qiostsianin, atropin və skopolamin, güclü tütün iyi verən 0,04%-ə qədər efır 
yağı, 0,1% karotin, 1,7%-ə qədər aĢı maddəsi və s. aĢkar edilmiĢdir. 
Bundan baĢqa yarpaqlarının tərkibində 12,36%-ə qədər kül, mq/q hesabı ilə 37,60 - K, 31,10 
- Ca, 7,00 - Mg, 0,35 - Fe makroelementləri, mkq/q hesabı ilə Mn - 0,26, Cu - 0,56, Zn - 093, Co - 
0,11, Mo - 72,00, Cr - 0,10, Al - 0,15, B - 15,23, Se - 4,10, Ni - 0,10, Sr - 2,18, Pb - 0,09, I - 0,45, B 
- 131,60 mikroelementləri və s. aĢkar edilmiĢdir. 
Dəlibəngin  yarpaqlarından  atropin  preparatı  hazırlanır  ki,  bundan  da mədə  və  onikibarmaq 
bağırsaq  yaralarının,  öd  kisəsində  əmələ  gələn  daĢların,  xolesistitin,  bağırsaq  və  sidik  yolları 
spazmalarının, bronxial astmanın, göz soyuqdəymələrinin müalicəsində geniĢ istifadə edilir. 
Yarpağının  tərkibində  0,15%  skopolamin,  qiostsiamin,  qiostsin,  tropin,  asetiltropin, 
kuskqiqrin  (bellaradin),  kökündən  0,08-0,6%  qiostsiamin,  skopolamin  və  s.  alkaloidlər  aĢkar 
edilmiĢdir. 
Dəlibəngdən hazırlanan preparatlardan əsəb sarsıntılarının, sinir hüceyrələrində əmələ gələn 
pozuntuların,  qıcolmaların,  pəltəkliyin,  iflicin,  göyöskürəyin,  epilepsiyanın,  meningitin,  mədə 
yaralarının, yanıqların, xərçəng ĢiĢlərinin, göz və s. xəstəliklərin müalicəsində istifadə edilir. Qafqaz 
xalqları  plevritin,  Qaraçay-Çərkəslilər  vilayətində  qurd  əleyhinə,  kökündən  hazırlanan 
preparatlardan  respirator  infeksiyalarının,  Koreyalılar    bronxial  astmada,  qusma,  qıcolmada  tətbiq 
edirlər.  Dəlibəngin  yağından  xarici  nahiyələrdə  baĢ  verən  pozuntuların,  səpkilərin,  revmatizmin, 
Koreyada  yarasağaldıcı,  kosmetikada  homeopatiyada,  Bolqarıstan  tibb  aləmində  tozundan 
hazırlanan  cövhərindən  -  fıkir  dağınıqlarında,  miqrendə,  nitq  pozuntularında,  Belorusda 
cövhərindən astma və epilepsiyada, Baykal ətrafında meyvəsindən mədədə əmələ gələn xərçəngin 
müalicəsində, qıcolmada, əsəb xəstəliklərinin və s. müalicəsində istifadə edilir. 
Dəlibəng əkilən hər hektar sahədən 1 ton quru kütlə əldə edilir. 
Qadınların döş nahiyələrində əmələ gələn xoşagəlməz tüklərin dəlibəng otu ilə müalicəsi. 
Bunun üçün 5 xörək qaĢığı dəlibəng otunu 1 litr qaynar suya töküb vam od üzərində biĢirin. Maye 
qabın yarısına qədər buxarlananda biĢirməni saxlayın. Alınan mayeni pambığa hopdurub tük çıxan 
sahələrə  sürtün.  Əməliyyatı  ən  yaxĢı  olar  ki, axĢamlar edəsiniz.  Qeyd  etmək  lazımdır  ki,  dəlibəng 
çox  zəhərli  olduğundan,  səhər  tezdən  yuxudan  duran  kimi  maye  sürtülmüĢ  nahiyələri  sabunla 
hökmən yumağı unutmayın. Müalicə kursu 15 gündür. 
BOYAQOTU – Rubiaceae Juss. fəsiləsi  
 
Dünya florasının tərkibində fəsilənin 400-ə qədər cinsi, 5000-ə qədər növü məlumdur. Həyat 
formalarına görə bunlar ot, kol və ağac bitkiləridir.  
 
Taclı dilqanadan – Cruciata (Galium) coronata Sibth. et Smith. 
 
Dünya florasının tərkibində cinsin 400-ə qədər növü yayılmıĢdır. Bunlardan Qafqazda 48, o 
cümlədən Azərbaycanda 41 növünə rast gəlmək olar. Yer kürəsinin hər yerində Dilqanadan cinsinin 
bütün növlərininə rast gəlmək olar. 
Xalq arasında dilqanadana «bal» adı verilmiĢdir. Dilqanadan südün çürüməsində, Ġngiltərədə 
isə fermerlər bitkinin otundan maya kimi istifadə etməklə xoĢ iyli pendir istehsal edirlər. 
Çox  qədim  dövrlərdən  baĢlayaraq  cinsin  əksər  növlərindən  xalq  təsərrüfatının  müxtəlif 
sahələrində, o cümlədən boyaq, aĢı, dərman, nektar, bəzək və s. 
məqsədlər üçün geniĢ istifadə edilmiĢdir. Hal-hazırda G.verum, 
G.triflorum, G.aparine, G.mollugo və s. növlərindən müalicə və 
təbii  boyaq  xammalı  kimi  istifadə  olunur.  Dünya  xalqları 
təbabətində  dilqanadanın  bir  neçə  növündən  bir  sıra 
xəstəliklərin  müalicəsində  geniĢ  istifadə  edilir.  Bunlardan 
hazırlanan  preparatların  köməyi  ilə  sağalmayan  yaraların, 
çibanların,  həmçinin  mədə,  böyrək,  suçiçəyi  və  s.  xəstəliklərin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə