Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə104/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   100   101   102   103   104   105   106   107   ...   149

207 
 
müalicəsində istifadə edilir. 
Müalicə məqsədləri üçün taclı dilqanadandan da istifadə etmək olar. 
 Taclı dilqanadan - Cruciata (Galium) coronata. Çoxillik ot bitkisi olub, kökümsovu Ģaquli 
budaqlanan oduncaqvaridir. Gövdəsinin hündürlüyü 4-35 sm olub az-çox budaqlanandır. Çiçəkləri 
sarı rəngdə olub diĢiciyinin sayı çoxdur.  Taclı dilqanadana  Azərabycanda Quba  ərazisinin Ģərq və 
qərb zonalarında, Qobustanda, Kür-Araz ovalığında, Alazan-Əyriçay vadisində, Naxçıvanm dağlıq 
zonalarında rast gəlinir. Bitki quru daĢlı yamaclarda, kollar arasında bitir. 
Dilqanadandan  hazırlanan  preparatlar  bakteriosid,  soyuqdəymə,  yarasağaldan,  ağrıkəsici, 
sakitləĢdirici, sidikqovucu, büzüĢdürücü və s. xüsusiyyətlərə malikdir. 
Soyuqdəymə  nəticəsində  böyrəkdə  baş  verən  nasazlıqların  aradan  qaldırılmasında.  1 
xörək qaĢığı doğranmıĢ otunu 1 stəkan qaynar suya töküb  vam od üzərinə qoyun və 10-15 dəqiqə 
saxladıqdan sonra süzün. Aldığınız dəmləmədən gündə 3 dəfə, yeməyə yarım saat qalmıĢ stəkanın 
1/3 hissəsi qədər daxilə qəbul edin. 
Dizenteriya və mədə ağrılarında. 1 xörək qaĢığı doğranmıĢ otunu 0,5 litr qaynar suya töküb
qaynama  dərəcəsinə çatdırın.  4  saat  dəmlədikdən  sonra  süzüb,  gündə  3-4  dəfə  yeməyə  yarım  saat 
qalmıĢ 0,5 stəkan qəbul edin. 
Ürək və böyrək xəstəliklərində. 1 xörək qaĢığı doğranmıĢ otunu 1 stəkan qaynar suya töküb 
3 saat dəmləyin. Sonra aldığınız dəmləmədən gündə 2-3 dəfə, yeməyə 20 dəqiqə qalmıĢ qəbul edin. 
Revmatizm, dəri xəstəliklərində, o cümlədən ekzema, psoriaz, neyrodermitdə. 2 çay qaĢığı 
doğranmıĢ otunu 1 stəkan qaynar suya tökün və qaynama dərəcəsinə çatdırın 2 saat dəmləyin. Sonra 
süzüb gündə 4 dəfə, yeməyə 15-20 dəqiqə qalmıĢ stəkanın 1/4 hissəsi qədər qəbul edin. 
Burun  qanaxmalarında.  2  xörək  qaĢığı  doğranmıĢ  otunu  1  stəkan  qaynar  suya  töküb, 
qaynama  dərəcəsinə  çatdırın  2  saat  dəmlədikdən  sonra  süzün.  Aldığınız  qatı  cövhərdən  buruna  
damızdırın. Əməliyyatı gün ərzində 2-3 dəfə təkrar edin. 
Çətin sağalan yaraların, kəsiklərin və irinli yaraların müalicəsində. Bitkinin qurudulmuĢ 
çiçəklərindən  alınan  tozunu  yara  olan  nahiyələrin  üzərinə  səpib,  sarğı  ilə  bağlayın.  Gün  ərzində 
sarğının 2 dəfə dəyiĢilməsi məsləhətdir. 
Sarılıq (xənəzir), dəri səpkilərinin müalicəsində. 200 q doğranmıĢ otunu 3 litr qaynar suya 
töküb  3-4  saat  dəmlədikdən  sonra  süzüb  tasa  boĢaldın.  Tasda  olan  müalicə  ekstraktının  37-38ºC 
temperaturadək  soyudub  15  dəqiqə  ərzində  vannasını  qəbul  edin.  Əməliyyatı  günaĢırı  etmək 
məsləhət görülür. Müalicə kursu 10 vanna qəbul etməklə baĢa çatdırılmalıdır. 
 
Gürcü boyaqotu – Rubia iberica (Fisch. ex DC.) C.Koch. 
 
Dünya florasının tərkibində boyaqotu – Rubia  L. cinsinin 55-60-a  yaxın növü  yayılmıĢdır. 
Bunlardan Qafqazda 4, o cümlədən Azərbaycanda 3 növünə təsadüf edilir. Gürcü boyaqotu - Rubia 
iberica,  sərtyarpaq  boyaqotu  -  R.rigidifolia  Pojark.,  Zaqafqaziya  boyaqotu  -  R.transcaucasica 
Grossh.  daha  çox  yayılmıĢdır.  Bu  növlərin  içərisindən  xalq  təsərrüfatı  üçün  ən  qiymətlisi  gürcü 
boyaqotu hesab edilir. Gürcü boyaqotu - Rubia iberica çoxillik ot bitkisidir. Gövdəsi yerin 3 metrə 
qədər  dərinliyinə  iĢləyir.  Çiçəkləri  xırda,  lələkvari  sarı,  meyvəsi  qara  rəngdədir.  Kök  sistemi  qol-
budaqlı olub, əsas kökdən və kökümsovlardan ibarətdir. 
 Azərbaycanda  gürcü  boyaqotuna  təbii  halda  düzənlikdən 
baĢlayaraq  dəniz  səviyyəsindən  1000  m  hündürlüyə  qədər 
sahələrdə  rast  gəlmək  olar.  O,  ən  çox  Quba,  Dəvəçi,  Qusar, 
Xaçmaz,  ġamaxı,  AbĢeron,  Qazax,  AğdaĢ,  Lənkəran,  Masallı  və 
Naxçıvan MR-də yayılmıĢdır. 
3-4  illik  boyaqotunun  hər  hektarından  4  sentnerdən  10-12 
sentnerə qədər quru kök məhsulu, 0,3-3,4 sentnerə qədər isə toxum 
əldə etmək mümkündür. 
Xalq təsərrüfatı və tibbi əhəmiyyəti. Qədim zamanlardan baĢlamıĢ XIX əsrin axırları və XX 
əsrin  əvvəllərinə  qədər  pambıq,  ipək  və  yun  məmulatlarının  qırmızı  rəngə  və  onun  çalarlarına 
boyadılmasında  boyaqotu  kökündən  geniĢ  istifadə  olunmuĢdur.  Bitkinin  kökündən  alınan  boyaq 


208 
 
maddələri  rəssamlıqda,  keramikada,  abidələrin,  eləcə  də  mebellərin  rənglənməsində  geniĢ  tətbiq 
edilmiĢdir. 
Aparılan  elmi-tədqiqat  iĢlərinin  nəticəsində  məlum  olmuĢdur  ki,  boyaqotunun  kök  və 
kökümsovunun  tərkibindəki  üç  rəng  verən  alarazin  qlükozidi  (ruberitin  turĢusu  -  C
26
H
28
O
4
), 
dekstroza Ģəkərinə, bir də hələ təmiz halda əldə olunmayan purpurin qlükozidinə çevrilir. Purpurin 
qlükozidi  isə  öz  növbəsində  purpurin  (yəni  3-oksiantraxinona)  və  dekstroza  Ģəkərinə  çevrilir. 
Bitkinin  kök  hissəsindəki  rəng  verən  əsas  maddə  qırmızı  rəngdə  olan  alizarin,  həmçinin  yaĢıl 
piqment olan xlorovnindən (rubixlor turĢusundan) ibarətdir. QurudulmuĢ kök hissəsinin tərkibindən 
10%-ə qədər boyaq maddəsi, həmçinin alma və üzüm turĢusu, pektin, enzim, pentoza, zülali maddə, 
az miqdarda yağ maddəsi və s. tapılmıĢdır. Kökünün tərkibində 15-17%-ə qədər Ģəkər maddəsi də 
vardır.  Boyaqotu  bitkisinin  köklərindən  ikinci  dərəcəli  əsas  -  «krap  spirtinin»  tapılması  da  xüsusi 
elmi əhəmiyyət kəsb edir. 
Boyaqotunun kök və kökümsovlarında 11,30% kül maddəsi, mq/q hesabı ilə K - 28,80, Ca - 
19,30, Mg - 1,90, Fe - 2,50 makroelementləri, mkq/q hesabı ilə  Ba - 2,01, Mn - 0,43, Si - 1,71, Zn - 
1,43, Co - 0,04, Cr - 0,65, Al - 0,50, Ba - 2,01, V - 0,46, Se - 0,50, Ni - 0,63, R - 0,60, Pb - 0,13, I - 
0,09, B - 43,60 mikroelementləri aĢkar edilmiĢdir. 
Bitkinin kökləri hələ eramızdan əvvəl qədim Misirdə, Ġranda, Romada, Yunanıstanda nəinki 
rəngsazların, eyni zamanda təbabətlə məĢğul olanların da nəzərini özünə cəlb etmiĢdir. Hippokrat, 
Dioskorid,  sonralar  isə  Halen  öz  əsərlərində  boyaqotunun  dərman  xüsusiyyətləri  haqqında  dönə-
dönə  qeyd  etmiĢlər.  Onlar  boyaqotunun  köklərindən  hazırlanmıĢ  preparatların  böyrək 
xəstəliklərində,  sarılıqda,  raxitdə,  vərəmdə,  irinli  yaraların  sağaldılmasında  iĢlədildiyini 
göstərmiĢlər. Bundan baĢqa sınmıĢ və çatlamıĢ sümüklərin bitiĢdirilməsində kök hissəsindən alnmıĢ 
cövhərdən  (məlhəmdən)  geniĢ  istifadə  olunmuĢdur.  Tibet  təbabət  alimləri  Monqolustan  və 
Buryatiya  çəmənliklərinə  gələrək,  oradan  boyaqotu  köklərini  toplayıb  aparırdılar. Ġndi  bu  bitkinin 
kökləri təsdiq olunmuĢ dərman bitkiləri sırasına daxildir. 
Tibb  aləmində  boyaqotu  kökündən  hazırlanmıĢ  ekstraktdan,  həbdən  və  çay  kimi 
dəmləməsindən  istifadə  edilir.  Ekstrakt  böyrək  daĢı  xəstəliyində  iĢlədilir.  O,  daĢı  parçalamaqla  
insanı bu xəstəlikdən tamamilə azad edir. 
Boyaqotundan hazırlanan quru ekstrakt sidik kisəsi, öd və öd yollarında əmələ gələn daĢların 
təmizlənməsində istifadə olunur. Bu preparat böyrəkdə baĢ verən kəskin spazmatik ağrıları azaldır, 
kiçik  qum  və  daĢların  sidik  vasitəsilə  təmizlənməsinə  Ģərait  yaradır.  Boyaqotundan  hazırlanan 
cövhər  bir  çox  digər  dərmanların  tərkibinə  qatılaraq  «Sistenal»  preparatı  əldə  olunur  ki,  bundan 
sidik  kisəsi,  sidik  yolları,  böyrək  ləyənlərində  toplanıb  qalmıĢ  daĢların  xırdalanıb  əzilib 
orqanizmdən  kənar  olunmasında  istifadə  edilir.  Boyaqotu  preparatı  ilə  fosfat  və  oksalat  təbiətli 
daĢlar  əridilir.  Preparat  qəbul  edilərkən  alizarin  və  ruberitrin  turĢusunun  təsiri  nəticəsində  sidik 
qırmızı və çəhrayı rəngdə olur. 
Preparatdan gündə 3 dəfə, 2-3 həb qəbul etmək məsləhət görülür. Qəbuldan qabaq preparatı 
stəkanın 1/2 hissəsinə qədər doldurulmuĢ suda həll etmək lazımdır. Müalicə müddəti 20-30 gündür. 
Yenidən davam etdirmək lazım gələrsə müalicəni 4-6 həftədən sonra təkrar etmək olar. 
Professor  V.P.Maxlyuk  göstərir  ki,  boyaqotu  kökünün  həlimi  sidik  və  ödqovucu  dərman 
kimi yaxĢı təsir bağıĢlayır. Bu cür preparat bir sıra duzların həll edilməsinə və onların orqanizmdən 
çıxarılmasına  kömək  edir.  Bitki  preparatları  xalq  təbabətində  böyrək  və  öd  daĢı  xəstəliklərində 
iĢlədilir.  A.Ġ.ġreter  qeyd  edir  ki,  boyaqotunu  uĢaqlarda  iltihab  aradan  qaldıran,  qan  dövranını 
sürətləndirən,  hərarəti  azaldan,  oynaqlarda  ĢiĢ  əmələ  gəldikdə,  sümuk  və  əzələlərdə  ağrılar  baĢ 
verdikdə ağrıları azaldan, boğaz nahiyəsində iltihab və ĢiĢ əmələ gəldikdə, ilan sancdıqda, ishalda 
digər bu kimi xəstəliklərdə orqanizmə qüvvət verən bir dərman kimi də qəbul etmək olar. Boyaqotu 
kökünün ekstraktı keçmiĢ SSRĠ klinikalarında sınaqdan keçirilmiĢ, böyrək və öd daĢı xəstəliklərinin 
müalicəsində iĢlədilməsinə icazə verilmiĢdir. 
Orta Asiya respublikalarının xalq təbabətində sarılıq xəstəliyini müalicə etmək üçün və eləcə 
də yaddaĢ zəiflədikdə boyaqotu kökünün dəmləməsini iĢlədirlər. Kökün tərkibindəki qırmızı rəngli 
qlükozid maddəsi böyrəkdə olan daĢı yumĢalda bilir və sidik vasitəsilə xaric olunur. 
Müalicə  məqsədləri  üçün  boyaqotundan  aĢağıda  göstərilən  qaydada  istifadə  etmək  olar:  1 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə