Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə109/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   105   106   107   108   109   110   111   112   ...   149

217 
 
Jasq. 
Hər iki növ çoxillik bitkidir. Ağ küstüĢam sarmaĢan, uzunluğu 3-4 metr olan yarpaqları zəif 
tüklərlə  əhatələnmiĢdir.  Ağ  küstüĢamın  kökü  xaricdən  sarımtıl,  daxildən  isə  ağ  rəngdədir. 
Yarpaqları növbəli, saplaqlı barmaqvari-dilimlidir. Uzunsov ətli kok hissəsinin kütləsi 1 kq-a qədər 
olur.  Xalq  arasında  ağ  küstüĢama  «Ģeytan  turpu»  da  deyilir.  Avropa  botanika  bağlarında  bəzək 
bitkisi  kimi  əkilib  becərilən  nümunələrinin  kökü  5-6  kq-dan  artıq  olur.  Meyvəsi  qara  rəngli 
giləmeyvə olub diametri 7-8 mm-dir. 
Azərbaycanın əksər rayonlarının orta dağ qurĢaqlarında, meĢə kənarlarında, çay vadilərində, 
alaq  bitkiləri  içərisində,  dincə  qoyulmuĢ  torpaqlarda,  bağlarda,  bostanlarda  geniĢ  yayılaraq  bol 
ehtiyata malikdir. 
Ağ  küstüĢamın  kök  hissələrinin  tərkibində  sulu  karbohidratlardan  saxaroza,  polisaxaridlər, 
0,34% efır yağı, 0,24 alkaloid, zəhərli brionin, brionidin, 0,75% kumarin, yarpaqlarında efır yağı, E, 
C vitaminləri, karotin, çiçəklərində karotinoid birləĢmələri, toxumlarında isə 13,7-25%-ə qədər yağ 
və  likopin  maddələri  və  s.  aĢkar  edilmiĢdir.  Bitkinin  kök  hissəsindən  hazırlanmıĢ  cövhərindən 
«Akofit»  kompleks  preparatının  hazırlanmasında  istifadə  olunur.  Həmin  preparatın  köməyi  ilə 
revmatizm,  radikulit,  homeopatiya,  soyuqdəymə,  xroniki  artritdə,  nevrit  və  s.  xəstəliklərin 
müalicəsində  istifadə  edilir.  Ağ  küstüĢamdan  hazırlanan  preparatlar  bronxitini,  bronxitli 
pnevmoniyaların,  quru  pnevmoniyanın,  baĢ  ağrılarının,  göz  xəstəliklərinin  müalicəsində  də  tətbiq 
edilir.  Avropa  xalqları  çox  qədim  zamanlardan  baĢlayaraq  bitkini  astit,  ürək  xəstəliklərində,  eyni 
zamanda  podaqra,  qusma,  zəif  iĢlədici  vasitə  kimi  istifadə  edirdilər.  Bolqarıstanda  çiban  və 
səpkilərin, trofık yaraların, diatezin, ziyillərin, piqment ləkələrinin müalicəsində istifadə edilir. 
Qaraçay-Çərkəz  xalqları  vərəm,  pnevmoniya,  mədə  və  boğaz    xəstəlikləri,  revmatizm, 
paraliç, epilepsiya  və  s.  zamanı  iĢlədirlər.  Ağ  küstüĢamın  preparatlarından malyariyada,  miozitdə, 
miqrendə, öskürəkdə, yarasağaldıcı, istiqovucu  və s. kimi tətbiq edilir.  Ondan alınan cövhərlə qan 
laxtalanmasının,  xərçəng  çöplərinin  inkiĢafının  qarĢısını  alırlar.  Kök,  zoğ,  yarpaq  və 
giləmeyvələrindən  qədimlərdə  bəd  və  xoĢxassəli  ĢiĢlərin  müalicəsində  geniĢ  surətdə  istifadə 
edilmiĢdir. 
Bütün hissələri: yarpaq və zoğları, meyvəsi, xüsusən də kökləri zəhərli təsirə malikdirlər. 
Xalq  təbabətində  qurudulmuĢ  köklərindən  çay  dəmləyib  ağrıkəsici  vasitə  kimi,  eləcə  də 
malyariyaya qarĢı istifadə edilir. QurudulmuĢ köklərindən toz hazırlayıb kapliyar qanaxmalarında, 
dəri  yaralarının  müalicəsində,  araqda  hazırlanmıĢ  spirtli  cövhərindən  isə  revmatizmdə,  podaqrada 
xarici nahiyəyə sürtmə dərmanı kimi iĢlədilir. 
Toxumlarının  tərkibində  olan  piyli  maddədən  kustar  üsulla  sabun  hazırlanır. 
Giləmeyvələrindən  qırmızı  boyaq  alınır.  Müalicə  məqsədləri  üçün  ən  çox  ətli  kök  hissəsindən 
istifadə  edilir.  Kökünü  çiçək  açana  qədər  toplamaq  məsləhət  görülür.  Dərman  hazırlamaq  üçün 
nadir hallarda yarpaq və cavan zoğlarından istifadə edilir.  Ġkievli küstüĢam birevli küstüĢam kimi 
eyni müalicəvi xüsusiyyətlərə malikdir. 
Müalicə məqsədləri üçün kütləsi 1 kq-a qədər olan ətli kökündən, nadir halda isə gövdə və 
yarpaqlarından istifadə edilir. 
Bitkinin  bütün  hissələrinin  tərkibində,  xüsusilə  də  kök  hissəsində  zəhərli  amorf  (formasız) 
qlükozid  brionin  (C
48
H
66
O
18
,  hidroliz  olunaraq  formasız  briogenin  (C
30
H
46
O
6
)  və  qlükoza  əmələ 
gətirir,  az  öyrənilən  brionindir),  aĢı  maddəsi,  qətran,  sidik  cövhəri,  alma  turĢusu  duzu  və  s. 
maddələr,    toxumlarının  tərkibində  25%-ə  qədər  likopin,  yarpaqlarında  askorbin  turĢusu  aĢkar 
edilmiĢdir. 
Ağ  brioniyadan  hazırlanan  preparatlardan  bakterisid  kimi  ağrıkəsici,  yarasağaldıcı, 
bəlğəmgətirici, sidikqovucu, iĢlədici, diabet əleyhinə, ĢiĢ əleyhinə, parazit qurdların tökülməsində, 
arterial təzyiqin aĢağı salınmasında və ürək fəaliyyətinin iĢinin yaxĢılaĢdırılmasında tətbiq edilir. 
S.E.Zemlinskiyə  görə  ağ  brioniyadan  hazırlanan  ekstrakt  və  cövhərlərdən  ağrıkəsci  və 
qankəsici kimi istifadə edilir. Onun preparatları fəqərəarası sinir ağrılarında iĢlədilir. Az dozalarda 
(10%-li  cövhərindən  30  damcı)  götürməklə arterial  təzyiqin  aĢağı  salınmasında,  ürək  fəaliyyətinin 
yaxĢılaĢdırılmasında,  ürək  ağrılarının  aradan  qaldırılmasında,  miqrenin,  epilepsiya,  paraliç, 
həmçinin uĢaqlıq qanaxmalarında istifadə edilir (V.Ġ.Zavrajnov və b., 1977). 


218 
 
Xalq təbabətində sulu dəmləməsindən epilepsiyada, udlaq və diĢ ağrılarında istifadə edirlər. 
Bunun  üçün  1  çay  qaĢığı  bitkinin  kök  hissəsini  1  stəkan  qaynar  suya  töküb  dəmləyib  ilıq  halda 
qarqara  etməyi  məsləhət  görürlər.  Bitkinin  kök  hissəsindən  götürüb  çətin  sağalan  irinli  yaraların 
üzərinə qoyub bağlayır və yaranın tez deĢilib irindən təmizlənməsinə səbəb olur (B.Q.Nikolayeva). 
KüstüĢamdan  hazırlanan  preparatlar  bakteroid,  ağrıkəsici,  yarasağaldıcı,  soyuqdəymə, 
bəlğəmgətirici,  sidikqovucu,  zəif  iĢlədici,  Ģəkər,  xərçəng  ĢiĢi,  qurd  əleyhinə,  arterial  təzyiqi  aĢağı 
salan və ürək əzələlərinin iĢləmə qabiliyyətini artıran xassələrə malikdir. 
Astma, bronxit, plevrit, pnevmoniya xəstəliklərinin müalicəsində. 1 xörək qaĢığı doğranmıĢ 
kök hissəsindən 1 stəkan qaynar suya tökün və 20 dəqiqə su hamamında saxladıqdan sonra ikiqat 
tənzifdən süzüb, üzərinə isti sü əlavə edərək bir stəkan həcminə çatdırın. Yeməkdən sonra gündə 3 
dəfə, 1 çay qaĢığı qəbul edin. Müalicə kursu 5-7 gündür. Məhlulu soyuducuda saxlamaqla yanaĢı, 
uĢaqlardan qoruyun. 
Mədə  və  onikibarmaq  bağırsaq  yaralarında,  hipertoniyada,  ağ  ciyər  vərəmində, 
epilepsiyada, qıcolmalarda və miixtəlif mənşəli şişlərin müalicəsində. 1 çay qaĢığı doğranmıĢ ot 
hissəsindən  bir  stəkan  qaynar  suya  töküb,  su  hamamında  10  dəqiqə  saxladıqdan  sonra  süzün.  1 
stəkan  həcminə  gətirib  gündə  3  dəfə,  yeməkdən  sonra  1  xörək  qaĢığı  qəbul  edin.  5  gün  qəbul 
etdikdən sonra 2-3 gün fasilə verib, müalicə kursunu davam etdirin. 
Hipertoniyada,  ürək  çatışmazlığında,  ürək  ağrılarında.  2  xörək  qaĢığı  otundan  1  stəkan 
arağın üzərinə töküb, qaranlıq yerdə 1 həftə saxlayıb cövhərini aldıqdan sonra süzün. Gündə 3 dəfə, 
30  damcı  götürüb  stəkanın  1/4  hissəsi  qədər  suya  qarıĢdrraraq  yeməkdən  sonra  qəbul  edin. 
Müalicəni 7 gün davam etdirin. 
Damar və poliartrit revmatiznılərində, podaqrada, fəqərələr arası nevralgiyada, plevrit və 
bel  ağrılarında.  1  çay  qaĢığı  doğranmrĢ  kök  hissəsindən  0,5  stəkan  təmiz  bitki  yağının  üzərinə 
əlavə  edib,  gün  düĢən  yerə  qoyun.  2  həftə  hər  gün  çalxalamaqla  saxlayın.  Sonra  süzüb  xəstə 
nahiyəyə sürtün. 
Revmatizm,  həmçinin  diabet  zamanı.  Pəhriz  saxlamaqla  bitki  yığımlarından  istifadə  edin. 
Bunun üçün 5 xörək qaĢığı doğranmıĢ kökündən 1 litr qaynar suya töküb 15-20 dəqiqə qaynadın. 
Yarım  saat  saxladıqdan  sonra  süzüb  vannaya  tökün.  Yatmağa  1  saat  qalmıĢ  vanna  qəbul  edin. 
Vannanı günaĢırı qəbul etməyi məsləhət görürlər. Müalicə kursu 12-14 gündür. 
Diş  ağrılarında.  Yarım  çay  qaĢığı  otundan  0,5  litr  qaynar  suya  töküb,  15  dəqiqə  su 
hamamında saxladıqdan sonra soyudub süzün. Aldığınız dəmləmə ilə ağzınızı tez-tez yaxalayın. 
Apteklərdə  ağ  küstüĢamdan  hazırlanmıĢ  «Brioniya»  mazı  satılır.  Maz  soyuqdəymə, 
ağrıkəsici, damar revmatizmlərinin və artrit ağrılarının müalicəsində gözəl effekt verir. 
Diqqət! Bitki zəhərli olduğundan ondan hazırlanan preparatlardan daxilə qəbul edən zaman 
göstərilən  dozaların  düzgün  miqdarda  götürülüb  istifadə  edilməsinə  diqqət  yetirin.  Bitkinin 
preparatlarından hamilə qadınların və kəskin qlomerylonefritə tutulmuĢ xəstələlrin qəbul etmələrinə 
icazə verilmir. 
 
Qovun (Adi yemiĢ) – Melo sativus Sager. ex M.Roem. 
 
Balqabaqkimilər  fəsiləsi  120  cinsi  və  640-800-ə  qədər  növü  əhatə  edib  (Jukovski,  1971; 
Qurbanov  və  baĢqaları  1976)  birillik  və  yaxud  çoxillik  lianaoxĢar  ot  bitkisidir.  Nadir  hallarda 
kolcuq və ağac formalarında olub yer kürəsinin tropik və subtropik ölkələrinin ərazilərində təsadüf  
edilir.  Qovunun  vətəni  Orta  Asiya  ölkələri  hesab  edilir.  Balqabaq  fəsiləsinin  ən  qiymətli 
cinslərindən biri də qovundur. ġərq ölkələrinin xalqları qeyd edirlər ki, «Qovun tükləri parlaq edir, 
gözü  cavanlaĢdırır,  dodağı  təravətləndirir».  Qovun  haqqında  deyilən  həqiqətlər  təcrübədə  özünü 
təsdiq  edir.  Qovunun  tərkibində  10-15%-ə  qədər  Ģəkər,  fruktoza  olduğundan  o  çox  dadlı  və  xoĢ 
tamlıdır.  Qovun  nəinki  insanı  gözəlləĢdirir, 
həmçinin  onu  gümrah  və  sağlam  edir.  Qovunun 
geniĢ    əkilib-becərilməsinə  baxmayaraq  o  ekzotik 
qida  hesab  edilir.  Qarpız  qovunun  analoqudur. 
Elmi təsnifata görə bu tərəvəz desert (çərəz) hesab 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə