Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə112/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   108   109   110   111   112   113   114   115   ...   149

223 
 
verilmiĢindən  pencər  və  bitki  yağları  ilə  birlikdə  qəbul  etmək  daha  faydalı  hesab  edilir.  Bu 
yeməklər orqanizmi enerji ilə təmin etməklə onları gümrahlaĢdırır. 
Yunan  balqabağının  toxumu  və  təzə  dərilmiĢ  çiçəkləri 
daha  faydalıdır.  Belə  ki,  onların  tərkibində  fosfor,  bitki  yağı, 
fermentlər  aĢkar  olunmuĢdur  ki,  bunlar  da  orqanizmdə  sidik 
yolları-cinsiyyət  sisteminin  normal  fəaliyyət  göstərməsində 
mühüm rol oynayırlar. 
Yunan  balqabağından  müalicə  preparatlarının 
hazırlanması. 
Qida  mənşəli  allergiya  və  qəbizliyə  qarşı.  Cavan 
meyvəsindən  götürüb  qabığı  ilə  birlikdə  sürtgəcdən  keçirib 
alınan salatından gündə 2-3 dəfə, 3-4 xörək qaĢığı yeyin. Bundan 
baĢqa  sürtgəcdən  keçirilmiĢ  sıyığını  2-3  qat  tənzifdən  keçirib 
aldığnız Ģirədən gündə 2 dəfə, yeməyə 15 dəqiqə qalmıĢ 1 xörək 
qaĢığı qəbul edin. Sonra get-gedə Ģirənin miqdarını artırıb 1,5-2 
ay müddətində, gündə 4 dəfə, 2 stəkana qədər qəbul edin. 
Şişlər və diş əti qanaxmalarında. 1 litr qaynar suya 500 q yunan qabağını qabığı ilə birlikdə 
vam  od  üzərinə  qoyub  15  dəqiqə  biĢirib  süzün.  Aldığınz  ekstraktdan  gündə  2  dəfə  stəkanın  3/4 
hissəsi qədər qəbul edin. Müalicə kursu 3 gündür. 
Endokrin  vəzin  xəstəliklərində,  ürək-damar  pozuntularında,  ürək  şişmələrində,  qan 
dövranının  yaxşılaşdırılmasında,  potensiyanın  gücləndirilməsində.  QurudulmuĢ  toxumlarını  xırda 
hissələıə salıb qəhvəüyüdəndən keçirib toz halına salın. Sonra tozdan 2 xörək qaĢığı götürüb 1 stəkan 
isti su ilə qarıĢdırıb yeməyə 15 dəqiqə qalmıĢ qəbul edin. 
Böyrək və sidik kisəsi xəstəlikləri zamanı sidikqovucu vasitə kimi. 10 ədəd təzə çiçəyindən 
götürüb 1  stəkan qaynadılmıĢ suda 10 dəqiqə dəmləyib  süzün. Sonra ekstraktdan gün ərzində hər 
dəfə yeməyə 20-30 dəqiqə qalmıĢ stəkanın 1/4 hissəsi qədər qəbul edin. 
Yunan  balqabağından  müalicəvi  qida  məhsullarının  hazırlanması.  Bir  çox  ölkələrin 
xalqları  yunan  balqabağını  qabığı  ilə  birlikdə  doğrayıb  xiyarla  birlikdə  zərif  və  dadlı  salatını 
hazırlayıb süfrəyə verir və iĢtahla yeyirlər. Orta Aralıq dənizi ətrafındakı ölkələrin əhalisi çiçəyini 
delikates hesab edib, Ģəkərli tort hazırlayır, bunu biĢirib qarnir kimi ətin yanına qoyub yeyirlər. 
Yunan qabağından «Şərq» qızartmasının hazırlanması.  4 ədəd orta ölçüdə yunan qabağı, 
stəkanın 3/4 hissəsi qədər bitki yağı, 500 q ət qiyməsi, 2 ədəd soğan, 1 xörək qaĢığı tomat pastası, 
bir o qədər də un, çalınmıĢ yumurta, yarım dəstə cəfəri, zövqüniizə görə duz, qara istiot və qırmızı 
istiot  götürün.  Tavaya  stəkanın  1/2  hissəsi  qədər  yağ  tökün.  Soğanı  nazik  doğrayıb  2-3  dəqiqə 
qızartmaq,  üzərinə  ət  qiyməsi  əlavə  edib  qarıĢdıra-qarıĢdıra  7-10  dəqiqə  qızardın.  Tavanı  odun 
üzərindən  götürüb  qara  və  qırmızı  istiot,  tomat  pastası,  duz,  xırda  doğranımĢ  cəfəri  əlavə  edib 
ehtiyatlara qarıĢdırın. 
Yunan  balqabağını  dairəvi  Ģəkildə  doğrayıb  duzlayın,  hər  iki  tərəfini  unlayıb  qızardın.  Əti 
yastıladıb  qızardılmıĢ  balqabağın  üzərinə  qoyun  və  tavanı  yağlayıb  ət  qoyulmuĢ  hissəsi  üstə 
olmaqla,  üstünə  çalınmıĢ  yumurta  yaxıb  vam  odun  üərinə  qoyub  üzəri  qabıq  bağlayana  qədər 
saxlayın. 
Bir  neçə  qatdan  ibarət  tərəvəz  piroqunun  hazırlanması.  0,5  kq  yunan  qabağı,  3/4  stəkan 
zeymn yağı, təbii alma və yaxud üzüm turĢusu, qaraqınıq otu, 4 diĢ sarımsaq, zövqünüzə görə istiot 
götürün. Yunan qabağının saplaq hissəsini kəsin, meyvəni qalın hissələrə salıb tavaya qoyub zeytun 
yağı əlavə edib, qızılı rəng alınana qədər qızardın. Sonra götürüb artıq yağı çəkilsin deyə salfetkaya 
bükün. Yunan balqabağının üzərinə ət yaxıb lay-lay edib, bir-birinin üzərinə qoyun. Sonra hər qatın 
üstünənə  yağ,  portveyn,  göyərti,  sarımsaq,  sirkə  əlavə  edin,  üzərini  folqa  ilə  örtüb  duxovkaya 
qoyun, 170ºC temperaturda 20 dəqiqə biĢirib götürün. 
Yunan balqabağından mürəbbə. 1 kq yumĢaq balqabaq, 1 kq Ģəkər tozu, 1 ədəd iri limon 
götürün.  Ġri  balqabağı  qabığı  ilə  birlikdə  kəsib  ayırın,  özəyini  çıxarın.  Sıx  ətli  hissəsini,  kubik 
Ģəklində  doğrayın,  nazik  doğranmıĢ  limonu  sürtgəcdən  keçirib  onun  üzərinə  əlavə  edin,  sonra 
üzərinə Ģəkər tozu səpib emallı tasa qoyub 1-2 saat saxlayın. ġirəsi çıxmağa baĢlayanda güclü odun 


224 
 
üzərinə  qoyub  qarıĢdıra-qarıĢdıra  qaynama  dərəcəsinə  gətirin.  Sonra  odu  azaldıb  yenidən  20-30 
dəqiqə biĢirib götürün. 
 
ZƏNGÇĠÇƏYĠ (ZINQIROVOTU) – Campanulaceae Juss. fəsiləsi  
Enliyarpaq zəngçiçəyi – Campanula latifolia L. 
 
Dünya  florasının  tərkibində  40  cinsinə  və  600-ə  qədər  növünə  təsadüf  edilir.Ġyunun 
ortalarında  və  iyulun  əvvəllərində  meĢə  açıqlıqlarında,  çöllərdə,  çəmənliklərdə,  yarğanlarda  sıx 
formada  toplaĢan  tünd-göy  rəngli  «zəngcik»  zınqırov  hamaĢçiçəkləri  açılmağa  baĢlayır.  Bu  gözəl 
görünüĢə  malik  zəngçiçəyi  əksər  bağ  sevənlərin  nəzər-diqqətini  özünə  cəlb  edir.  Həvəskar 
bağbanlar bunu öz həyətyanı sahələrində, bağlarında əkib-becərirlər. 
 Dərman  xammalı  kimi  bitkini  çiçək  açan  zaman,  toxumalarını  isə  meyvəsi  yetiĢən  zaman 
toplayırlar. 
Zəngçiçəyi  preparatları  antibakterial,  qankəsici, 
yarasağaldıcı,  ağrıkəsici,  sakitləĢdirici  vasitə  kimi 
soyuqdəymə zmanı istifadə edilir. 
Müalicə  məqsədləri  üçün  cinsin  enliyarpaq 
zəngçiçəyi  -  Campanula  latifolia  L.  növündən  istifadə 
olunur. 
Zəngçiçəyindən 
müalicə 
preparatlarının 
hazırlanması. 
Öskürək, qızdırma və baş ağrıları zamanı. 1 çay 
qaĢığı doğranmıĢ otu 1 stəkan qaynar suya töküb, termosda 2-3 saat dəmləyin. Sonra süzüb gündə 
3-4 dəfə, yeməyə 15-20 dəqiqə qalmıĢ 2 xörək qaĢığı daxilə qəbul edin. 
Uşaqlıq  və  aybaşı  qanaxmalarda.  1  xörək  qaĢığı  doğranmıĢ  otundan  götürüb  1  stəkan 
qaynar suya töküb, su hamamında 15 dəqiqə saxlayın və 45 dəqiqə dəmləyib süzün. Sonra ekstraktı 
1 stəkan həcminə gətirib gündə 5-6 dəfə, yeməyə 15-20 dəqiqə qalmıĢ qəbul edin. 
Ateroskleroz,  yaddaşın  kəskin  zəifləməsi  zamanı.  Bunun  üçün  yeməyə  15  dəqiqə  qalmıĢ 
gündə 2-3 dəfə, çay qaĢığının 1/5 hissəsi qədər qurudulub toz halna salınmıĢ meyvə və toxumundan 
qəbul edin. 
Epilepsiya və əsəb pozuntularında. 2 çay qaĢığı doğranmıĢ otu 1 stəkan qaynar suya tökün, 
termosda 1 saat dəmlədikdən sonra süzün, gündə 2-3 dəfə, 1 xörək qaĢığı qəbul edin. Bundan baĢqa 
7  xörək  qaĢığı  doğranmıĢ  otu  2  litr  qaynar  suya  töküb  10-15  dəqiqə  qaynadın.  Sonra  süzüb 
temperaturu 38-39ºC olan su vannasını qəbul edin. Müalicə kursu 12-13 əməliyyatdır. 
Stomatit,  gingivit,  angina  və  səs  tutulmalarında.  1  xörək  qaĢığı  doğranmıĢ  otu  0,5  litr 
qaynar  suya  tökün,  vam  od  üzərində  3-5  dəqiqə  saxladıqdan  sonra,  1  saat  dəmləyin.  Sonra  bu 
ekstraktla boğazınızı qarqara edin, gündə 3-4 dəfə ağzınızı yaxalayın. 
Oızılyel  və  dəri  soyuqdəymələrində.  1  xörək  qaĢığı  doğranmıĢ  otu  2  stəkan  qaynar  suya 
töküb  termosda  3-4  saat  dəmlədikdən  sonra  süzün.  Xəstə  nahiyəni  yuyun  və  yaxud  pambığa 
hopdurub silin. 
Göbələk xəstəliyinin, o cümlədən dəmrovun müalicəsində. Köklərdən təmizlənmiĢ otundan 
bir qədər götürüb sobaya qoyun və qurudub toz halına salın. Sonra həmin tozdan xəstə nahiyələrin 
üzərinə səpin. 
 
MÜRƏKKƏBÇĠÇƏKLĠLƏR – Asteraceae Dumort. fəsiləsi  
 
 
Dünya  florasının  tərkibində  mürəkkəbçiçəklilər  fəsiləsinin  920  cinsi  və  19000  növü 
yayılmıĢdır. 
 
Fəsilənin  növlərinin  içərisində  qiymətli  dərman,  qida,  yağ,  boyaq,  efiryağlı,  aĢı,  nektar 
təbiətli, yem əhəmiyyətli, bəzək üçün yararlı bitkilərin spektrinə rast gəlinir. 
 
Çoxillik qızçiçəyi – Bellis perennis L. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə