Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə113/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   109   110   111   112   113   114   115   116   ...   149

225 
 
 
Dünya  florasının  tərkibində  5-10  növü  yayılmıĢdır.  Cinsin  növlərinə  Avropa  və  Asiyada, 
Suriyada, ġimali Afrikada rast gəlmək olar. 
Ġncə,  çəhrayı,  al-qırmızı  və  qar  kimi  ağappaq  çiçəkləri  yaz  çəmənliklərinə,  olduğu  bağ-
bağçalara yaraĢıq verir. 
Azərbaycan  ərazisində  ən  geniĢ  yayılan  növ 
çoxillik qızçiçəyi – Bellis perennis L. hesab edilir. 
Bu  zəif  və  sıx  çəmənliklərlə  əhatə  olunan  və 
qısa  kökümsovlu  çoxillik  ot  bitkisidir.  Gövdəsi  tək, 
bəzən  isə  bir  neçə  ədəddən  ibarət  olub  517  sm 
hündürlükdədir.  Bitki  may-iyun  aylarında  çiçək  açır, 
iyun-iyul aylarında meyvə verir. 
Çoxillik 
qızçiçəyi 
Azərbaycanda 
Quba 
ərazisində,  Kiçik  Qafqazın  Ģimal  və  cənub 
rayonlarında,  eləcə  də  meĢəliklərdə,  çöllük  və 
çəmənliklərdə təsadüf edilir. 
Belə bir rəvayətdə deyilir ki, qızlardan kim birinci bunu dərib balıĢının altına qoyub yatarsa, 
onun ürəyində tutduğu niyyət tez yerinə yetər. 
Qızçiçəyi ilə vərəm xəstəliyinin müalicəsi özünü çoxdan doğrultmuĢdur. 
Çoxillik  qızçiçəyi  çiçəklərindən  hazırlanan  preparatlarla  soyuqdəymə,  bəlğəmgətirici, 
ödqovucu, sidikqovucu, qankəsici, ağrıkəsici vasitə kimi istifadə edilir. 
Ağ  ciyər  vərəminin,  bronxial  astmanın,  yuxarı  tənəffüs  yolları  xəstəliklərinin  və  çətin 
təmizlənən bəlğəmin aradan qaldırılmasında. 3 çay qaĢığı doğranmıĢ ot və çiçəklərindən  2 stəkan 
qaynadılmıĢ soyuq  suya töküb 3 saat dəmlədikdən sonra süzün. AlınmıĢ ekstraktdan gündə 4 dəfə 
yeməyə 30 dəqiqə qalmıĢ 0,5 stəkan daxilə qəbul edin. 
Mədə və onikibarmaq bağırsaq yaralarında, nazik və yoğun bağırsaq soyuqdəymələrində, 
böyrək  və  sidik  kanalında  baş  verən  xəstəliklərin  müalicəsində  istifadə  etmək  üçün.  2  xörək 
qaĢığı doğranmıĢ ot və çiçəklərindən 1 stəkan qaynar suya tökün və  qapaqla örtüb, 2 saat dəmləyin. 
Sonra gündə 3 dəfə, yeməyə 20 dəqiqə qalmıĢ stəkanın 1/3 hissəsi qədər daxilə qəbul edin. 
Sistit  və  pielonefritin  müalicəsində.  10  ədəd  təzə  qızçiçəyi  və  1  xörək  qaĢığı  ayıqulağı 
qarıĢığını  1  stəkan  qaynar  suya  töküb  1  saat  dəmlədikdən  sonra  süzün.  Gündə  4  dəfə  yeməkdən 
yarım saat sonra 1 xörək qaĢığı qəbul edin. 
Revmatizm, podaqra, artrit və artrozda. Bunun üçün təzə yarpaqlarını qaynar suda pörtlədin 
və ağrıyan nahiyənin üstünə qoyub sarıyın. Əməliyyatı axĢamlar aparın. 
 
Qafqaz qurucası – Omalotheca caucasica (Sommier & Levier) Czerep.  
(Gnaphalium caucasicum Sommier & Levier) 
 
Dünya  florasının  tərkibində  Q.Axundova  (1961)  görə  qurucanın  300,  S.A.Qurbanov  və  b. 
(1976)  görə  200  növü  məlumdur.  Cinsə  daxil  olan  növlərin  hamısı  birillik  və  çoxillik  ot  bitkiləri 
olub,  Yer  kürəsinin  hər  yerində  yayılmıĢdır.  Bitkinin  Qafqazda  6,  o  cümlədən  Azərbayacnda  5 
növünə  rast  gəlinir.  Cinsin  bir  neçə  növündən  xalq  təbabətində  geniĢ  istifadə  edilir.  Bunladan  biri 
də Qafqaz qurucası - Gnaphalium caucasicum Sommier & Levier-dir.  
 Bu, hündürlüyü 10-30 sm olan düz qalxan çoxillik ot bitkisidir. Yarpaqları lanset və yaxud 
xətvari-lanset  formalı,  ortasında  yerləĢən  damarlar  aydın  görünən  yaĢılımtıl  rəngdədir.  Çiçək 
səbətləri  qoltuqda  yerləĢməsinə  baxmayaraq  bəzən  gövdənin  yuxarı  hissəsində  mürəkkəb 
sünbülvari hamaĢçiçək əmələ gətirir. Ġyul-avqust aylarında çiçək açır və meyvə verir. 
Qafqaz  qurucası  Azərabycanda  Böyük  Qafqazın  dağlıq  sahələrindən  Göyçay  rayonunun 
ərazisinə  qədər  yayılmıĢdır.  Bundan  baĢqa  bitkiyə  yuxarı  meĢə  ərazilərindən  baĢlayıb  subalpdan 
alpın  aĢağı  hissələrinə  qədər  təsadüf  edilir.  Bitki  kollar  arasında  otluqlarda  və  çəmənliklərdə  də 
yayılmıĢdır.  Quruca  preparatlarından  soyuqdəymə,  qıcolma,  təzyiqin  aĢağı  düĢməsi  zamanı, 
bakterisid ağrıkəsici və sakitləĢdirici, yarasağaldıcı vasitə kimi geniĢ istifadə edilir. 


226 
 
Qurucadan müalicə preparatlarının hazırlanması. 
Mədə  və  onikibarmaq  bağırsaq  xəstəliklərinin  müalicəsində.  Bunun  üçün  doğranmıĢ 
quruca,  dazıotu,  boymadərən,  bağayarpağı,  çöl  qatırquyruğu,  gülümbahar  çiçəyi,  kənaf  toxumu 
yaxĢı  qarıĢdırın.  QarıĢıqdan  2  xörək  qaĢığı  0,5  litr  qaynar  suya  tökün,  vam  od  üzərinə  qoyub  3-5 
dəqiqə  saxlayın.  Yarım  saatdan  sonra  süzün.  Aldığınız  ekstraktdan  isti  halda,  gündə  2-3  dəfə, 
yeməyə 30 dəqiqə qalmıĢ daxilə qəbul edin. Müalicə kursu 2 aydır. 
Hipertoniyanın ilk  aylarında, əsəb  gərginliyinin  artmasında,  beyinə  çoxlu  nıiqdarda  qan 
axması, baş ağrıları, taxikardiya zamanı. 1 xörək qaĢığı doğranmıĢ ot hissəsindən 1 stəkan qaynar 
suya tökün və 2-3 saat dəmləyib süzün. Aldığınız ekstraktdan gündə 3 dəfə, yeməyə 20-30 dəqiqə 
qalmıĢ qəbul edin. 
Kəskin  xroniki  qastritin  müalicəsində.  2  xörək  qaĢığı 
doğranmıĢ  otu  0,5  litr  qaynar  suya  tökün  və  vam  od  üzərində  5 
dəqiqə  saxlayıb,  götürün,  2  saat  dəmləyib  süzün.  Aldığınız 
ekstraktdan gündə 2-3 dəfə, yeməyə yarım saat qalmıĢ 0,5 stəkan 
qəbul edin. 
Ağ ciyər vərəminin müalicəsində köməkçi vasitə kimi. 5 
xörək  qaĢığı  doğranmıĢ  otunu  1  stəkan  arağın  üzərinə  töküb,  2 
həftə  ərzində  cövhərini  çıxarın.  Sonra  süzüb  gündə  3  dəfə,  
yeməkdən əvvəl 1 çay qaĢığı qəbul edin. 
Uşaqlıq yolu eroziyalarının müalicəsində. 2 xörək qaĢığı 
doğranmıĢ  otu  0,5  litr  qaynar  suya  töküb  3-4  saat  dəmləyib 
süzün.  Aldığınız ekstraktdan gündə 3 dəfə, 1 çay qaĢığı azca su 
əlavə etməklə için. 
Yanıqların, 
kəsiklərin, 
çətin  sağalan  yaraların 
müalicəsi  üçün  mazın  hazırlanması.  Quruca  tozu,  bal  və  kərə  yağını  bərabər  miqdarda  götürüb 
qarıĢdırın, 3 4 gün saxlayın. Aldığınız mazdan gündə 1-2 dəfə xəstə nahiyəyə sürtün. 
Diqqət!  Quruca  ekstraktından  arterial  təzyiqi  aĢağı,  qanı  qatı  olan  və  tromba  meylli 
xəstələrin istfıadə etmələri məsləhət görülmür. 
 
Qatlı quruçiçək – Helichrysum plicatum DC. 
 
Solmazçiçəkdən 
(Quruçiçəkdən) 
hazırlanan 
preparatlardan 
ödqovucu,  sekresiya, 
sidikqovucu,  tərlədici,  dezinfeksiyaedici,  qankəsici,  büzüĢdürücü,  bəlğəmgətirici,  qantəmizləyici, 
hipertoniya, ağrıkəsici, turĢuluğu azaldan, qara ciyərin, öd kisəsinin ifrazat fəaliyyətini artıran vasitə 
kimi istifadə edilir. 
Hindistanda solmazçiçəyindən Ģəkər xəstəliyində, iĢemiya, ateroskleroz, piylənmə, mədəaltı 
vəzinin  fəaliyyətinin  gücləndirilməsində,  revmatizmdə,  podaqra,  əsəb,  qara  ciyər  və  yumurtalıq 
xəstəliklərinin  müalicəsində  iĢlədilir.  Tibet  təbabətində  solmazçiçəyindən  hipertoniya  və  iĢlədici, 
Rusiyada qara ciyər, sidikqovucu, böyrək qıcıqlanmalarında və həmçinin böyrək və sidik kisəsində 
olan daĢ və qumların təmizləmnəsində iĢlədilir. 
Qatlı quruçiçək - H.plicatum DC. hündürlüyü 20-40(50)  sm olan  çoxillik ot bitkisidir. Düz 
qalxan  gövdəsi  yumĢaq  yunlu,  sıx  ağ  tüklərlə  örtülmüĢdür.  Zoğlarının  üzərindəki  yarpaqları 
uzunsov,  tərs,  lansetĢəkillidir.  Xırda,  seyrək  qalxan  çıçək  qrupunda  toplanmıĢ  çoxsaylı  çiçək 
səbətindən  ibarətdir.  Çiçəkləri  limonu-sarı,  narıncı,  sarğının  yarpaqcıqları  iri  tüksüz,  parlaq,  sarı, 
bəzən  isə  açıq-sarı  rəngdədir.  Meyvəsi  uzunsov-yumuıtavari,  kəkilli  toxumcadır.  Bitki  iyun-iyul 
aylarında çiçəkləyir, çiçəkləri bitki quruyana qədər üstündə qalır, meyvələri iyul-avqustda yetiĢir. 
Qatlı quruçiçək yabanı halda Naxçıvan MR-in və Diabarin orta dağ qurĢağından baĢlayaıaq 
subalp zonasına kimi yayılmıĢdır. Buna ən çox quru, gilli, daĢlı-çınqıllı yamaclarda və kolluqlarda 
rast  gəlmək  olar.  Çiçəkləri  qurudulduqda  belə  rəngini  dəyiĢmədiyinə  görə  xalq  arasında  buna 
solmazçiçək  də  deyirlər.  Müalicə  məqsədi  ilə  bitkinin  çiçəklərindən  istifadə  olunur.  Çiçəyindən 
hazırlanmıĢ  dəmləmələr  və  ekstraktlar  xəstələr  üzərində  sınaqdan  keçirilərək  gözəl  ödqovucu 
xassəsi  aĢkar  edilmiĢdir.  Çiçəklərinin  ödqovucu  təsiri  onun  tərkibindəki  flavonoidli  birləĢmələrlə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə