Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə115/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   111   112   113   114   115   116   117   118   ...   149

229 
 
 Müalicə məqsədləri üçün yerüstü hissələrindən istifadə edilir. 
Adi pıtrağın bütün yerüstü hissələrinin tərkibində yod aĢkar edilmiĢdir. 
Xammalı bitki tam çiçək açan zaman toplamağı məsləhət görürlər. 
Bitkidən hazırlanan preparatlar bakterisid, antiseptik, qankəsici, yarasağaldıcı, sidikqovucu, 
tərlədici, istilik salan, sakitləĢdirici, zəif ağrıları aradan qaldıranvasitə kimi istifadə edilir. 
Hipertoniya zamanı. 1 xörək qaĢığı doğranmıĢ pitrağı  qaynar suya tökün və 10 dəqiqə vam 
od üzərində 1 saat dəmləyib sonra süzün. Aldığınız ekstraktdan  gündə 3-4 dəfə, yeməkdən qabaq, 
stəkanın  1/4  hissəsi  qədər  daxilə  qəbul  edin.  Bü  məqsədlər  üçün  pıtraq  cövhərindən  də  istifadə 
etmək olar. Bunun üçün yarımlitrlik ĢüĢə bankanı yarısına qədər doğranmıĢ ot hissəsi ilə doldurub, 
üzərinə  araq  əlavə  edin,  qaranlıq  yerdə  2-3  həltə  saxladıqdan  sonra  süzün.  Sonra  1  xörək  qaĢığı 
götürüb bir qədəh suya əlavə edin və gündə 2-3 dəfə, yeməyə yarım saat qalmıĢ qəbul edin. 
Revmatizm zamanı və böyrək daşının əridilməsində. 2 xörək qaĢığı doğranmıĢ otu 0,5 litr 
qaynar suya töküb termosda 2-3 saat dəmlədikdən sonra süzün. AlınmıĢ ekstraktdan gündə 2-3 dəfə, 
yeməyə yarım saat qalmıĢ, stəkanın 1/4 hissəsi qədər qəbul edin. 
Allergiyaya qarşı. 1 çay qaĢığı doğranmıĢ ot hissəsindən götürüb 1 stəkan qaynar suya töküb 
1 saat dəmləyin. Sonra alınmıĢ ekstraktdan stəkanın 1/3 hissəsi qədər gündə 3 dəfə  yeməyə  yarım 
saat qalmıĢ qəbul edin. 
Ekzemaya qarşı. 1 xörək qaĢığı doğranmıĢ otu 1 stəkan qaynar suya töküb, vam od üzərində 
10 dəqiqə qaynadın. AlınmıĢ ekstaktı tənzifə hopdurub xəstə nahiyəyə sarıyın. 
Dəri gicişmələrində, qaşınmalarda. 2 xörək qaĢığı doğranmıĢ otu təmizlənmiĢ bitki yağının 
üzərinə  töküb  ehtiyatla  qarıĢdırıb,  3  gün  qaranlıq  yerdə  saxlayın.  AlınmıĢ  məhlulu  süzüb  xəstə 
nahiyəyə sürtün. 
Göbələk xəstəliklərinə qarşı. 2 xörək qaĢığı doğranmıĢ otu 1 stəkan qaynar suya töküb, vam 
od üzərində 20 dəqiqə qaynadın. Sonra süzüb üzərinə isti su əlavə edib 1 stəkan həcminə çatdıırın. 
AlınmıĢ  ekstraktdan  xəstə  nahiyəyə  kompres  qoyun.  Əməliyyatı  xəstəlik  sağalana  qədər  davam 
etdirin. 
Ayaqda  olan  göbələk  xəstəliyinin  müalicəsində.  DoğranmıĢ  ot  hissəsindən  bir  qədər  qaba 
töküb, ağzı bağlı halda qaynar suda pörtlədib 10 dəqiqə vam od üzərində qaynatdıqdan sonra süzün. 
AlınmıĢ  məhlulu  tənzifə  hopdurub  həftədə  2  dəfə  xəstə  nahiyəyə  sürtün.  Müalicə  kursu 
uzunmüddətlidir. 
Diqqət!  Pıtraq  həddən  artıq  zəhərli  olduğu  üçün  daxilə  qəbul  edən  zaman  göstərilən 
xammalın miqdarına fıkir verin. Əgər məhluldan xarici nahiyələrə sürtən zaman giciĢmə baĢ verərsə 
müalicəni dayandırın. 
 
Günəbaxan – Helianthus annuus L. 
 
Günəbaxan  ilk  dəfə  1576-cı  ildə  botanik  M.Lobelius  tərəfindən  təsvir  edilmiĢdir.  O 
günəbaxanı «günəĢ çiçəyi» və yaxud «heliantus» adlandırmıĢdır. 
Günəbaxan  polimorf  bitki  olub  Amerika  qitəsinin 
«vətəndaĢı»  hesab  edilir.  Bentam  (Bentham)  və  Huker 
(Hooker)  günəbaxan  cinsinin  50-yə  qədər  növü    olduğunu 
qeyd  etdikləri  halda,  Uotson  (Wathson)  108,  Kokkerel  isə 
(Cockerell)  180  növünün  yayıldığını  göstərirlər.  Helianthus 
cinsi  L.  bölünmüĢ  arealara  malikdir.  Bunun  50  növü  əsas 
etibarilə  Kanadadan  baĢlamıĢ  ABġ-a,  oradan  da  Meksikaya 
qədər  yayılmıĢdır.  Cinsin  17  növü  Cənubi  Amerika,  And, 
Cənubi  Kolumbiya  daxil  olmaqla  Boliviyaya  qədər  gəlib 
çıxmıĢdır. 
Ġ.F.Satsıperova  və  bir  neçə  baĢqa  botaniklər 
bilməyərəkdən  süni  olaraq  Helianthus  cinsi  ilə  Viguiera 
Kunth.  və  baĢqa  cinsləri  qarıĢıq  saldıqlarına  görə  növlərin 
sayında  səhvə  yol  vermiĢlər.  Hal-hazırda  Amerika  qitəsində 


230 
 
günəbaxan cinsinin 50-yə qədər yabanı növü yayılmıĢdır. 
Günəbaxan növləri yem, qida, yağ, müalicə və bəzək təbiətli bitki hesab edilir. 
Azərbaycanda  2  növü  mədəni  halda  əkilib-becərilir.  Güclü  kök  sısteminə  malik  birillik  ot 
bitkisidir. 
Vegetasiya  dövrünün  sonunda  bitkinin  gövdəsi  iriləĢir  və  oduncaqlaĢır,  içərisi  məsaməli 
parenxim hüceyrələri ilə dolur. Gövdə xaricdən cod tüklərlə əhatə olunmuĢdur. 
Sortundan  asılı  olaraq,  hiindürliiyü  0,7-3,3  metrə  çatır.  Kökü  saçaqlıdır,  güclü  inkiĢaf  edib 
2,5  metrə  qədər  torpağın  dərinliyinə  iĢləyir.  Gövdə  üzərində  4-5  yarpaq  əmələ  gələn  zaman  onun 
kökü  yerin  50-60  sm  dərinliyində  olur.  Çiçək  açan  dövrdə  kök  öz  inkiĢafının  maksimum  həddinə 
çatır.  Yarpaqları  çox  iri,  tüklüdür,  diametri  10-40  sm  olur.  Yarpaq  saplağının  uzunluğu  30-60  sm 
olub,  xaricdən  cod  tüklərlə  örtülmüĢdür.  CodlaĢmıĢ  tüklər  yarpaq  ayasında  isti  vaxtlarda  bitkidən 
suyun kəskin dərəcədə buxarlanmasının qarĢısını alır. Çiçəkləri hamaĢ formalı səbətdir. Yağ verən 
sortlarında  yalnız  bir  çiçək  səbəti  olduğu  halda,  yabanı  və  mədəni  növ  və  sortlarında  isə  gövdə 
üzərində  bir  neçə  budaq  və  səbət  əmələ  gəlir.  Ġri  səbətinin  üzərində  sıra  ilə  iki  cərgədə  çiçəklər 
düzülmüĢ  halda  olur.  Bunlardan  birincisi  dil  Ģəkilli,  meyvə  əmələ  gətirməyən  parlaq-sarı  rəngdə 
olub,  həĢəratları  özünə  cəlbetmə  funksiyasını  yerinə  yetirir.  Bütün  səbətin  içərisi  boruĢəkilli 
çiçəklərlə  əhatə  olunub,  meyvə  verəndir.  Ekoloji  Ģəraitdən,  sortun  inkiĢafından  asılı  olaraq, 
boruĢəkilli  çiçəklərin  sayı  müxtəlif  dir.  Günəbaxan  bitkisinin  inkiĢafının  birinci  fazasında  onun 
gövdəsinin üzərində 5-7 həqiqi yarpaq əmələ gəlir. YaxĢı ĢumlanmıĢ, alaq otlarından təmizlənmiĢ, 
gübrələnmiĢ və yaxĢı aqrotexniki qulluq edilmiĢ sahələrdə bitki yaxĢı inkiĢaf edib, iri səbət və çoxlu 
miqdarda  boruĢəkilli  çiçəklər  əmələ  gətirir.  Bu  boruĢəkilli  çiçəklərin  sayı  1000-1200-ə  çatır. 
ƏlveriĢsiz  torpaq  Ģəraitində  günəbaxan  özünü  pis  hiss  edir,  səbəti  kiçik,  boru çiçəklərinin  sayı  az 
olur və məhsuldarliğı xeyli aĢağı düĢür. Günəbaxan toxumcuğunun içərisində toxumu (nüvəsi) olur. 
1000  ədəd  toxumunun  çəkisi  40-170  q  olur.  Meyvəsinin  örtüyü  isə  qabıq  adlanır.  Qabığın  yuxarı 
hissəsi epidermislə örtülü, müxtəlif rəngdə olur. 
Günəbaxan çox qəribə bitkidir. Amerikada  yabanı halda alaq otu kimi yayılmıĢdır. Avropa 
ölkələrinə  gətirildikdən  sonra,  o  bu  ölkələrin  park,  bağ  və  bağçalarının  gözəl  və  yaraĢıqlı  bəzək 
bitkisinə çevrilmiĢdir. 
Ġnsanlar  bitkinin  meyvəsini  qida  kimi  istifadə  etdikdən  sonra  tərkibində  yağ  maddəsinin 
olduğunu baĢa düĢmüĢlər. Bundan sonra ondan bəzək bitkisi kimi istifadə etməklə yanaĢı, yağverən 
bitki  kimi  geniĢ  sahələrdə  əkib-becərməyə    baĢlamıĢlar.  Əldə  olunan  toxum  məhsulundan  isə 
yüksək keyflyyətli yağ almıĢlar. 
Günəbaxan  toxumlarından  alınan  yağ  baĢqa  bitki  yağlarından  qidalılıq  və  həzmolunma 
keyfiyyətlərinə  görə  fərqlənir;  bir  çox  yeyinti  məhsullarının:  marqarin,  mayonez,  qənnadı  və  s. 
hazırlanmasında istifadə edilir. Qabığı təmizlənmiĢ toxumlarından isə halva, kozinaki və s. Ģirniyyat 
növləri hazırlamr. 
Dərman məqsədilə günəbaxanın yarpaqlarından,  yağından, çiçəklərindən və meyvələrindən 
istifadə  edilir.  Meyvələrinin  tərkibində  35%-ə  qədər  piyli  yağ,  14-16%  zülal  maddələri,  fıtin, 
xlorogen turĢusu, az miqdarda aĢı maddələri, üzvi turĢular və s. yarpaqlarında isə 11 mq%-ə qədər 
karotin  aĢkar  edilmiĢdir.  Dilcikvari  sarı  çiçəklərində  acı  maddələr,  betain,  xolin,  karotin, 
antosianidlər və s. aĢkar edilmiĢdir. 
Günəbaxan yağı skleroza qarĢı istifadə edilən menetolun tərkibinə daxildir. 
Çiçəklərindən  və  yarpaqlarından  hazırlanmıĢ  tinktura  xalq  təbabətində  iĢtahartırıcı  və 
mədənin həzm fəaliyyətini qüvvətləndirici dərman kimi, çiçəklərindən alınan sarı rəngli karotinoid 
yeyinti sənayesində boyayıcı kimi istifadə edilir. 
Günəbaxandan hazırlanmıĢ jmıx iribuynuzlu mal-qara və donuzlar üçün qiymətli konsentrat 
yem kimi istifadə edilir. Gövdə, səbət, püfə, qabıq, hissələri qiymətli xammal olub, potaĢ furfurol 
(zəhərli  həĢəratı  qırmaq  üçün  maye),  plastik  kütlə,  sınmayan  ĢüĢə  və  s.  hazırlanmasında  istifadə 
edilir. 
Günəbaxan çiçəkləri yaxĢı nektar verdiyindən bir hektar günəbaxan əkilən sahədən 30-40 kq 
bal əldə edilir. 
Günəbaxanın  vətəni  ġimali  Amerika  qitəsinin  cənub-qərb  hissəsi  hesab  edilir.  Onun  bu 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə