Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.

səhifə116/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
1   ...   112   113   114   115   116   117   118   119   ...   149

231 
 
ərazilərdə 10-a yaxın yabanı növü yayılmıĢdır. Yabanı növlər bu ərazilərdə geniĢ cəngəlliklər təĢkil 
edirlər.  Bunların  içərisində  gövdəsi  budaqlanan  kol  formalı  növlərinə  də  tez-tez  rast  gəlmək  olur. 
Belə güman edilir ki, guya ilk dəfə mədəni günəbaxanı hindular əkib-becərmiĢlər. Bu fikri bir çox 
alimlər  inkar  edirlər.  Avropaya  günəbaxanı  ilk  dəfə  XVI  əsrdə  ispanlar  gətirmiĢlər.  Həmin 
günəbaxanlar indiki günəbaxanlardan fərqli idi; ilk günəbaxan növünün iri, güclü 0,5 metr diametri 
olan  gövdəsi  və  nəhəng  səbəti  varmıĢ.  Avropa  ölkələrində  əkilən  bitkinin  hündürlüyü  2-3  metr 
olmuĢ,  yuxarı hissədən budaqlanan, hər budağın üzərində isə diametri 2-3 sm olan  çiçək səbətciyi 
varmıĢ. Çiçəklənməsi payızın axırlarına qədər davam edir və xırda toxumlar əmələ gətirir. 
1810-cu  ildə  birinci  dəfə  xaricdən  gətirilərək  Madrid  Botanika  bağına  əkilmiĢdir.  Sonralar 
günəbaxanı bir bəzək bitkisi kimi Portuqaliya,  Fransa,  Ġtaliya  və bir sıra  Avropa ölkələrində əkib-
becərmiĢlər.  Həvəskar  bağbanlar  günəbaxanın  daha  gözəl,  gözoxĢayan  sortlarını  yaradıb,  bəzək 
məqsədləri  üçün  park  və  bağçaları  bəzəyirmiĢlər.  Bu  dövrlərdə  onun  sədbək,  çoxləçəkli, 
yarımləçəkli,  georgin,  xrizantema  kimi  formaları  yaradılmıĢdı.  Bu  yeni  yaradılan  sortların 
çiçəklərinin rəngi ağımtıl, qırmızı, albalı-qırmızı və s. rəngdə olur. O vaxtlar bu yeni sortları «Peru 
xrizanteması»,  «Amerika  xrizanteması»,  «Hind  qızılçiçəyi»,  «Meksika  ğunəĢ  çiçəyi»  və  s. 
adlandırırdılar. 
Birinci dəfə günəbaxanın bioloji təsvirini 1568-ci ildə Hollandiya alimi Rembert Dedoneus 
(1517-1585) vermiĢdir. 8 ildən sonra botanik Matpas Lobelius (1538-1616) buna latınca ad qoyaraq 
bitkini  Heliantus  -  yəni  günəĢ  çiçəyi  (yunanca  «Helios»  günəĢ  və  «antus»  çiçək  deməkdir) 
adlandırmıĢdır. Sonralar Ġsveç təbiətĢünası K.Linney bu cinsin yanına onun növünü «annus» əlavə 
etmiĢdir.  Hazırkı  botanik  termin  kimi  günəbaxan  K.Linney  tərəfindən  verilmiĢ  adla,  yəni 
«Heliantus annus» adlandırılır. 
Vaxtilə  «günəĢçiçəyi»  Avropada  ən  geniĢ  yayılan  və  bəzək  bitkisi  kimi  sevilən  qiymətli 
bitkilərdən biri hesab edilirdi. ġairlər ona Ģerlər həsr etmiĢ, rəssamlar onun müxtəlif formada Ģəklini 
çəkmiĢlər. XVII əsrdə avropalılar günəbaxan toxumlarından hazırlanmıĢ çərəzlərdən, Ģirniyyatdan 
geniĢ  istifadə  etməyə  baĢlamıĢlar.  Onun  toxumlarından  qəhvə  əvəzi  kimi,  yaĢıl  hissələrindən  isə 
qida  kimi  istifadə  edilmiĢdir.  Bu  barədə  məĢhur  aqronom  A.T.Bolotov  belə  yazırdı:  «Cücərən 
zaman onun gövdəsinin cavan  və  yumĢaq hissələrini qırıb, açılmayan qönçələri də qabıq hissədən 
azad  edərək,  yumĢalıb  tam  biĢənə  qədər  qaynadırdılar.  Suyunu  süzüb  tullayır,  biĢmiĢ  tərəvəzin 
üzərinə bir az üzüm Ģərbəti, donuz piyi, duz, qoz çiçəyi (ədviyyə kimi) əlavə edib, Ģorba hazırlayıb 
ləziz  xörək  kimi  yeyərmiĢlər.  Günəbaxanın  cavan  zoğ  və  qönçələrindən  hazırlanan  bu  cür  ləziz 
xörək növləri xalq tərəfindən o qədər də rəqabətlə qarĢılanmadı. 
Bir qədər sonra, 1716-cı ildə ingilis mütəxəssisi A.Benua ilk dəfə günəbaxan toxumlarından 
yağalma  üsulunu  iĢləyib  hazırladı  və  bunu  həyata  keçirməyə  nail  oldu.  Əldə  olunan  yağdan  ilk 
dövrlərdə boyaq və gön-dəri sənayesində istifadə edilirdi. 
Sahibkarlar,  A.Benua  üsulu  ilə  toxumdan  alınan  yağ  məhsulunu  bir  sıra  xarici  ölkələrə  də 
satmağa  çalıĢırdılar.  Lakin  sahibkarlar  ilk  vaxtlar  bu  məqsədlərinə  nail  ola  bilməmiĢlər.  Çünki 
xaricilərin  bu  yağın  xüsusiyyətləri  haqqında  tam  təsəvvürləri  yox  idi.  Lakin  bu  çətinliklərə 
baxmayaraq  günəbaxan  bitkisi  öz  «xoĢbəxtliyini»  rus  torpaqlarında  tapdı.  «GünəĢ  çiçəyinin» 
Rusiyaya  nə  vaxt  gətirilməsi  barəsində  heç  bir  yazılı  mənbə  yoxdur.  Buna  baxmayaraq  bir  çox 
alimlər  bunun  I  Pyotrun  qrafı  A.Razumovski  tərəfindən,  digərləri  isə  A.V.Suvorov  Avropa 
yürüĢündən qayıdan zaman adı məlum olmayan əsgər tərəfindən gətirildiyini irəli sürürlər. Bəziləri 
bitkinin  toxumunun  rus  bağça  sevərləri  tərəfindən  xaricdən  alınmasını  və  yaxud  Rusiyaya  sürgün 
edilən  alman  koloniyaları  tərəfindən  gətirildiyini  deyirlər.  Bütün  deyilənlərə  baxmayaraq,  XVIII 
əsrin  ikinci  yarısında  bəzək  bitkisi  kimi  sayılan  günəbaxan  bitkisinin  çoxlu  səbəti  olan  yeni-yeni 
sortları  alınıb  əkilməyə  baĢlandı.  Bir  müddətdən  sonra  Qərbi  Avropa  ölkələrinin  bəzəyi  olan 
günəbaxan bitkisi sortlarının əksəriyyəti Rusiyanın bağ və bağçalarının bəzəyinə çevrildi. Sonralar 
isə  əkin  sahələrində  toxum  məqsədləri  üçün  geniĢ  əkilib-becərilmiĢdir.  Təbiidir  ki,  əkinçilər  ilk 
anlar  bunun  çoxsaylı  səbət  formalarından  yox,  əksinə  iri  toxumlu  və  iri  səbətçiyi  olan  formalarını 
əkib-becərməyə  baĢlamıĢdılar.  Sahələrdə  yaxĢı  ĢumlanmıĢ,  alaq  otlarından  təmizlənmiĢ, 
gübrələnmiĢ,  aqrotexniki  üsulları  tətbiq  etməklə  günəbaxan  bitkisinin  yeni-yeni  iritoxumlu,  yağla 
zəngin  olan  sortlarını    yaratmıĢlar.  Kənd  təsərrüfatı  bitkilərinin  tarixi  ilə  məĢğul  olan  məĢhur 


232 
 
tədqiqatçı  F.X.Baxteyev  qeyd  edirdi  ki,  mutasiyanın  köməyi  ilə  səbətinin  diametri  40  sm, 
toxumunun uzunluğu 25 mm olan günəbaxan sortları yaradılmıĢdır. XVIII əsrin ortalarında belə bir 
fıkir  irəli  sürməyə  baĢladılar  ki,  görəsən  günəbaxandan  daha  hansı  sahələrdə  istifadə  etmək  olar. 
Yalnız  çərəz  hazırlanması  üçün  Ukrayna,  eləcə  də  Saratov  vilayətində  geniĢ  sahələrdə  günəbaxan 
əkməyə  baĢlamıĢdılar.  Keçdikcə  sahibkarlar  sonralar  bitkinin  ən  əhəmiyyətli  cəhətlərindən  biri 
yüksək qidalılıq keyfiyyəti olan yağın alınmasını aĢkar etdilər.  
Lakin bir müddət bu gözəl xüsusiyyətlərinə baxmayaraq onun əkilməsi dayandırıldı. 
XIX əsrin 30-cü illərində Rusiyada yağ almaq məqsədi ilə günəbaxan bitkisini yenidən geniĢ 
sahələrdə  əkib-becərməyə  baĢlandı.  Bu  iĢlər  Alekseyevka  qəsəbəsində  qraf  ġeremetyev  tərəfindən 
həyata keçirilirdi. 
40-cı  illərdə  Alekseyev  malikanəsinin  məlumatına  görə  əkilən  günəbaxandan  30  min  puda 
qədər  toxum  əldə edilmiĢdi.  Lakin  Rusiyada  günəbaxan toxumundan  yağ  istehsalını  irəli  sürən  və 
buna təĢəbbüs göstərən adamın adı məlum deyildi. 
Birinci dəfə günəbaxan toxumundan yağalma təĢəbbüsünü irəli sürən Ģəxsin adı xalqa 1860-
cı ildə məlum oldu. 1860-cı ildə mülkədar A.Terentiyevin günəbaxanın becərilməsinə dair Moskva 
Kənd  Təsərrüfatı  Cəmiyyətinin  jurnalında  dərc  edilən  məqaləsində  deyilir:  «1841-ci  ildə  zadəgan 
ġeremetyevanın zavodunda xalqın xatirəsində qalan Bokarev adlı bir ixtiraçı mühəndis çalıĢmıĢdır.. 
Bokarev  əldə  etdiyi  günəbaxan  toxumunu  öz  əkin  sahəsində  əkməyi  qərara  alır.  O,  yay  aylarının 
sonunda əldə etdiyi toxumdan , əl üsulu ilə yüksək keyfiyyətli yağ  ala bilmiĢdir. 
O,  yağı  heç  yerdə,  hətta  bazarlarda  da  görməmiĢdi.  Bokarev  yüksək  keyfiyyətli  yağ  əldə 
etdiyi  üçün  onun  sevincinin  həddi-hüdudu  yox  idi.  O  birisi  ili,  yəni  1942-ci  ildən  baĢlayaraq 
Bokarev  günəbaxanın  əkin  sahəsini  ilbəil  artıraraq,  xeyli  toxum  əldə  etmiĢ,  çoxlu  miqdarda  yağ 
alıb, satıĢa göndərmiĢdi. Bokarevdən sonra Alekseyev qəsəbəsinin baĢqa bir əkinçisi də günəbaxan 
toxumundan yağ almağa baĢlamıĢdır. Bir müddətdən sonra Alekseyev və Biryuçinski qəzalarından 
əlavə  bütün  Voronej  quberniyası  tamamilə  günəbaxan  bitkisi  əkib-becərməklə  məĢğul  olmuĢdur. 
Buradan da Ukrayna, Kuban, ġimali Qafqaz, xüsusən Saratov quberniyasında və s. yerlərdə «günəĢ 
çiçəyi»  bitkisinin  yeyilən  «çırtlanılan»  sortları  geniĢ  sahələrdə əkilmiĢdir.  Yağ  almaq  məqsədi  ilə 
əkilən günəbaxan sahəsinin çoxluğuna görə o dövrlərdə Saratov quberniyası birinci yerə çıxmıĢdı. 
90-cı  illərdə  yalnız  Saratov  quberniyasında  günəbaxan  yağının  80  faizi  istehsal  olunmuĢdur.  Yağ 
istehsalı ilə məĢğul olan baĢqa 10 quberniyada isə ancaq 20 faizə qədər yağ istehsal etmək mümkün 
olmuĢdur. 90-cı illəıdə Saratov quberniyasının Volski, Saratov, Atkarski vilayətlərində əkilən tarla 
bitkilərinin  32-34%-dən  çoxu  günəbaxanın  payına  düĢürdü.  Bu  illər  çoxlu  toxum  məhsulu  əldə 
edilmiĢdi.  Belə  ki,  əkilən  hər  hektar  sahədən  98-100  puda  qədər toxum  əldə  olunurdu.  Bu  dövrdə 
günəbaxan  toxumu,  taxıl  toxumlarından  üstün  sayılırdı.  Günəbaxan  yağına  tələbat  günü-gündən 
artırdı.  Bunu  nəzərdən  qaçırmayan  sahibkarlar  əkin  sahələrini  durmadan  geniĢləndirirdilər.  Bu 
zaman  Voronej,  Saratov  və  digər  quberniyaların  seleksiyaçıları  məhsuldar  və  yağ  çıxımı  yüksək 
olan  sortların  yaradılması  ilə  məĢğul  olmuĢlar.  Bu  dövrlərdə  yüksək  məhsuldar  sortlar 
yaradılmıĢdır. BaĢqa ərazilərdən toxum əldə edilib, bu ərazilərdə əkilən toxumdan əmələ gələn bitki 
5  aydan  sonra  toxum  verdiyindən,  əkinçilər  bununla  qane  olmayıb,  yeni  tezyetiĢən  sortlar 
yaratmağa  çalıĢdılar.  Onların  gərgin  əməyi  hədər  getmədi.  Belə  ki,  70-80  gün  ərzində  vegetasiya 
dövrünü  baĢa  vuran  sortların  əldə  edilməsinə  nail  oldular.  Xalq  seleksiyaçıları  öz  təcrübələrini 
sürətlə  davam  etdirərək  yaxın  illərdə  10-a  qədər  yeni  məhsuldar  və  tezyetiĢən  sortlar  eldə  etməyə 
nail oldular. Sonralar isə yağ çıxımı yüksək olan sortlar yaradılmağa baĢlandı. Çırtlama - «yemək» 
məqsədi  ilə  yaradılan  günəbaxan  sortlarının  toxumları  uzun,  qabıqları  qalın,  yağ  təbiətinə  malik 
olanlar isə əksinə qısa, sıx rüĢeymə malik nazik qabıqlı, yağı yüksək olan ĢiĢtəhər toxumlu  sortlar 
idi. Beləliklə, günəbaxanı Rusiyada bir neçə istiqamətdə: toxumları xırda olub, bəzək bitkisi kimi, 
toxumları  iri  yemək  məqsədi  üçün,  tərkibində  çoxlu  yağı  olan  və  s.  sortları  inkiĢaf  etdirməyə 
baĢlamıĢdılar.  Ġldən-ilə  günəbaxanın  sahələrini  geniĢləndirən  əkinçilər,  mülkədarlar,  yağ  istehsal 
edən  sahibkarlar,  tacirlər,  satıcılar  böyük  miqdarda  gəlir  əldə  edib  varlanırdılar.  Birdən  əkin 
sahələrinin  üzərini  pas  göbələkləri  bulud  kimi  aldı.  Ani  halda  bitkinin  yarpaqları  qaralıb  külə 
döndü, bitki məhv olmağa baĢladı. Məhsuldarlıq demək olar ki, tamamilə yox dərəcəsinə endi. 
1869-cu ildə Voronejin zəngin sənayeçisi A.R.Mixaylov  «Yer quruluĢu» qəzetində  yazırdı: 




Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   149


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə