Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə119/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   115   116   117   118   119   120   121   122   ...   149

237 
 
olmaq  olar.  O,  həmçinin  yuxusuzluq  və  yorğunluğa  qarĢı  da  müsbət  təsir  göstərir.  Bu  gün 
yeralmasından  fəal  surətdə  nəinki  xalq  təbabətində,  həmçinin  elmi  təbabətdə,  farmakologiyada  və 
kosmetikada geniĢ istifadə olunur. 
ġəfa  bitkisi  topinamburun  tərkibində  orqanizm  üçün  vacib  olan  bir  sıra  bioloji  aktiv 
maddələr  aĢkar  edilmiĢdir.  Bitkinin  kök  yumrularının  tərkibində  10-17%  inulin  maddəsi  aĢkar 
edilmiĢdir  ki,  bunu  saxaroza  və  niĢastadan  fərqli  olaraq  orqanizm  yaxĢı  mənimsəyir  və  Ģəkərli 
diabet  əleyhinə  təsirə  malikdir.  Ġnulindən  baĢqa  bitkinin  kök  yumruları  fruktoza  ilə  də  zəngindir. 
Kartof,  yerkökü  və  çuğundurun  kök  yumruları  ilə  müqayisədə  topinamburun  tərkibində  dəmir, 
silisium,  sink,  vitaminlərdən  C,  B
l
,  B
2
  daha  çoxdur.  Yeralmasının  digər  tərəvəzlərdən  fərqi 
tərkibində yüksək miqdarda zülalın olmasıdır. Yeralmasından müxtəlif formada istifadə etmək olar. 
Belə  ki,  bunun  kök  hissəsindən  çiy  halda  salat  hazırlayır,  suda  və  yaxud  sobada  biĢirib,  digər 
tərəvəzlərlə  birlikdə    istifadə  edirlər.Gündə  yeralmasından  300  qram  yesəniz  və  ya  1  stəkan  təzə  
Ģirəsindən  içsəniz  aĢağıdakı  sadaladığımız  xoĢagəlməzliklərdən  qurtula  biləsiniz.  O,  orqanizmdən 
toksiki  maddələri  çıxarır,  qanda  Ģəkərin,  xolesterinin  miqdarını  azaldr,  piylənmənin  qarĢısını  alır. 
Orqanizmdə  təbii enerji  balansını,  arterial  təzyiqin  sabitliyini,  qanda  hemoqlobinin  miqdarın  sabit 
saxlayır.  DuzlaĢma,  miokard  infarktı,  mədə-bağırsaq  və  digər  xəstəliklərin  profılaktikası  zamanı 
faydalıdır. 
Xalq təbabətində yeralmasından hazrlanan preparatlar. 
Güclü  təsiredici  məlhəm.  Müasir  tədqiqatçılar  müəyyən  ediblər  ki,  bu  bitki  və  ondan 
hazırlanan  məhsullar  çox  güclü  dərman  və  profılaktika  vasitəsidir.  Müəyyən  edilmiĢdir  ki, 
yeralması  hətta  xərçəng  xəstəliyinə  qarĢı  da  təsir  göstərir.  ġəkər  xəstəliyindən  əziyyət  çəkən 
insanlar  yeralmasından  istifadə  etməklə  qanda  Ģəkərin  miqdarını  azaldırlar.  Diabet  və  qara  ciyər 
xəstəlikləri  zamanı  yeralmasının  təzə  yarpaqlarından  salat  Ģəklində  istifadə  edirlər.  Yeralmasının 
Ģirəsi  müxtəlif  xəstəliklər  zamanı  yaxĢı  təsir  göstərir.  Təmiz  yuyulmuĢ  yeralmasını  Ģirəçəkən 
maĢından  keçirib  soyuducuda  saxlayın.  Ürəkbulanma,  baĢ  ağrısı,  yüksək  qan  təzyiqi  olan  zaman 
səhərlər  2  xörək  qaĢığı  Ģirəsini  eyni  miqdarda  su  ilə  qarıĢdırıb  qəbul  edin.  Mədə-bağırsaq 
xəstəlikləri, qəbizlik zamanı yeralması Ģirəsindən gündə 2-3 dəfə, yeməkarası 1-2 xörək qaĢığı için. 
Müalicə kursu 20 gündür.  Polartrit zamanı isə Ģirədən gündə 3 dəfə  yarım stəkan  həcmində qəbul 
edin. ġirədən qalmıĢ çöküntünü isə ağrıyan nahiyələrə kompres Ģəklində qoyun. 
Ġndi  aprektlərdən  yeralmasının  hazır  preparatlarını  da  almaq  mümkündür.  Klinik  sınaqlar 
zamanı  müəyyən  edilib  ki,  bu  preparatlar  müxtəlif  toksiki  maddələrdən,  alkoholdan 
zəhərlənmələrdə, o cümlədən yanıqlar zamanı çox effektlidir. Preparatlardan həmçinin qan dövranı 
pozğunluqlarında,  dayaq-hərəkət  aparatı xəstəliklərində,  disbakterioz,  ekzema,  yuxusuzluq  zamanı 
istifadə edilir. Bu preparatlar tez-tez xəstələnən uĢaqlara, infarktdan və insultdan sonra bərpaolunma 
və digər xəstəliklər zamanı təyin edilir. 
Hipertoniya,  anemiya,  şəkərli  diabet,  pankreatit  zamanı.  Yeralmasnın  qurudulmuĢ  və 
yaxud çiy halda kök yümrülarından istifadə edilir. Bunun üçün 1 litr suya 5 ədəd çiy yeralması və 
ya  3  xörək  qaĢığı  qurudulmuĢ  yarpağndan  töküb,  10-15  dəqiqə  (qurudulmuĢunu  30  dəqiqə) 
qaynadın.  Bu  dəmləmədən  həm  soyuq,  həm  də  isti  halda,  həftədə  1-2  dəfə,  gün  ərzində  1  litr 
həcmində qəbul edin. 
Sistit, pielonefrit, leykoz, vərəm, anemiya, şəkərli diabet, ateroskleroz, taxikardiya, işemik 
xəstəliklər zamanı yeralmasından hazırlanan dəmləmədən istifadə etmək faydalıdır.  
Dəmləmənin  hazırlanması.  2  xörək  qaĢığı  yeralması  yarpaqlarının  və  ya  xırdalanmıĢ  kök 
yumrularının  üzərinə  2  stəkan  qaynar  su  töküb,  axĢamdan  səhərə  qədər  saxlayın.  Dəmləmədən 
gündə 3-4 dəfə, yeməkdən 10-15 dəqiqə əvvəl  stəkanın 1/3 hissəsi qədər qəbul edin. Müalicə kursu 
20 gündür. 
Şəkərli  diabet,  skleroz,  hipertoniya,  anemiyadan  əziyyət  çəkənlərə  yeralmasının 
gövdəsindən hazırlanmıĢ dəmləmədən istifadə etmək yaxĢı təsir göstərir. 2 xörək qaĢığı xırdalanmıĢ 
gövdəsinin  üzərinə  2  stəkan  qaynar  su  əlavə  edib,  soyuyana  qədər  gözləyin.  Dəmləməni  gündə  4 
dəfə yarım stəkan həcmində qəbul edin. Müalicə kursu 20 gündür. Yeralmasını sürtgəcdən keçirin. 
AlınmıĢ  sıyığı  ekzema,  dəri  yaraları,  civzələr,  yanıqlar  və  vitiliqo  dəri  xəstəliyi  zamanı  zədəli 
nahiyələrə kompres Ģəklində qoyun. Müalicəni gündə 2 dəfə, 20 dəqiqə müddətində yerinə yetirin. 


238 
 
Bitkinin Ģirəsindən qəbul etmək olar. 
Yeralmasından kosmetik vasitələrin hazırlanması. 
Yeralması,  həm  də  əla  kosmetik  vasitədir.  Məsələn,  qıcıqlanmıĢ,  iltihablı  üzün  dərisinə 
bitkini  sıyıq  Ģəklinə  salaraq  maska  qoymaq  çox  faydalıdır.  Əməliyyatı  həftədə iki  dəfə,  20  dəqiqə 
müddətinə  yerinə  yetirin.  Sonra  üzünüzü  ilıq  su  ilə  yuyub,  krem  çəkin.  Müalicə  kursu  10-15 
seansdır.  Bu  cür  maskanı  yeralması  Ģirəsindən  də  edə  bilərsiniz.  QırıĢlı  və  quru  dərisi  olanlar 
həftədə  iki  dəfə  yeralmasından  hazırlanan  sıyıqla  üzünü  masaj  etməlidirlər.  Əgər  bu  proseduru 
müntəzəm  yerinə  yetirsəniz,  üzünüzün  dərisi  zərif,  təmiz  və  elastik  olacaq.  QırıĢlar  da  tədricən 
itməyə  baĢlayacaq.  Yeralması  bitkisinin yarpaqlarından  hazırlanan  dəmləmə  ilə  saçları  yaxalamaq 
çox  faydalıdır.  Dəmləmənin  hazırlanma  qaydası  belədir:  1  xörək  qaĢığı  qurudulmuĢ  yarpaqlarıın 
üzərinə  1  stəkan  qaynar  su  töküb,  30  dəqiqə  saxlayıb  süzün.  Bu  dəmləmə  ilə  saçlarınızı 
yaxaladıqdan sonra onlar sağlam, gözəl və parlaq olacaqlar. 
Yeıalmasını  Azərbaycanın  istənilən  iqlim-torpaq  Ģəraitində  çox  asanlıqla  əkib-becərməklə, 
ondan qida, Ģəkərli maddə və müalicəvi preparatların istehsalını təĢkil etmək olar. 
 
Üçbölümlü yatıqqanqal – Bidens tripartita L. 
 
Cinsin  dünya  florasının  tərkibində  200-ə  qədər  növü  yayılmıĢdır.  Qafqazda  3,  o  cümlədən 
Azərbaycanda  1  növünə  rast  gəlinir.  Üçbölümlü  yatıqqanqalın  elmi  adı  isə  «Bidens»  latın  sözü 
olub, ―bi‖ - iki, ―dens‖ - diĢ deməkdir. Bu da iki iti diĢĢəkilli meyvə deməkdir. Növünün elmi adı 
isə «tripartita» üç bölünən mənasında, yarpağının aynasının qurluĢunu göstərir. Xalq arasında bunu 
«itciyər», «iliĢkən», «xənəzir otu», «keçi buynuzu» kimi tanıyırlar. Üçbölümlü yatıqqanqal - 
 
 Bidens  tripartita  L.  hündürlüyü  15-60(100)  sm  olan, 
kökü  saçaqlı  Ģaxələnən,  nazik,  samanı  rəngli  birillik  ot 
bitkisidir. Gövdəsi düzduran, yoğun silindrvari yaĢıl və yaxud 
qırmızımtıl  rəngli  olub,  qarĢı-qarĢıya  düzülmüĢ  yarpaqlarla 
əhatə  olunmuĢdur.  Yarpaqları  qısa  saplaqlı  dərin  üçbölümlü 
lansetvari,  gövdənin  yuxarı  hissəsində  yerləĢənləri  sadə, 
kiçik,  kənarları  miĢardiĢli  olduğu  halda,  ortada  yerləĢən 
yarpaqları  nisbətən  iri  və  bütövdür.  Sarı-qonur  boruĢəkilli 
çiçəkləri  iri  səbətlərdən  ibarət  olub,  yarımgirdə  formasında, 
tək-tək  hallarda  budaq  və  gövdələrin  qurtaracağında 
yerləĢmiĢdir. Çiçək səbətləri ikiqat zəngvari yaĢıl qınla əhatə 
olunmuĢdur.  Kənar  yarpaqları  çiçək  səbətindən  uzundur.  Çiçəkləri  solub  meyvəsi  yetiĢən  zaman 
səbəti qaralır və qonurlaĢır. Ġyul ayında çiçək açır, çiçəklənməsi sentyabr ayına qədər davam edir. 
Meyvəsi toxumcuq olub, iki ədəd iynəvari qılçıq formasındadır. 
Üçbölümlü yatıqqanqal Azərbaycanın demək olar ki, hər yerində geniĢ yayılmıĢdır. Buna ən 
çox nəm yerlərdə, su basmıĢ çəmənliklərdə, çayların, göllərin, bataqlıqların kənarlarında daha çox 
rast  gəlmək  olar.  Bundan  baĢqa  bitkiyə  zibilliklərdə,  əkin  sahələrinin  kənarlarında,  alaq  otu  kimi 
bostanlarda təsadüf etmək olar. 
Yatıqqanqal otunun tərkibində bir sıra bioloji fəal maddələr aĢkar edilmiĢdir. Bunlardan 50 
mq%  karotin,  60-70  mq%  askorbin  turĢusu,  4,5-5,8%  aĢı  maddəsi,  1,2-2,8%  butein,  kversetin, 
izokreopsin,  auronlar,  kempferol,  luteolin,  sinarozid,  sulfuretin,  maritimetin,  kumarinlərdən 
umbelliferon,  skopoletin,  eskuletin  və  s.  tapılmıĢdır.  Bundan  əlavə  darçın  turĢusu  törəmələri,  efir 
yağı  (izi),  aĢı  maddələri,  selik  və  qatranlı  maddələr,  toxumlarından  isə  11%-ə  qədər  piyli  yağ 
tapılmıĢdır. 
YaĢıl hissəsinin tərkibində 8,60% kül, mq%q olmaqla: 40,40 K, 1l,40 - Ca, 3,50 - Mg, 0,20 - 
Fe mikroelementləri, mkq/q olmaqla: 0,1 - Mn, 0,45 - Cu, 0,81 - Zn, 0,02 - Co, 0,02 - Cr, 0,14 - A1, 
0,08 - V, 4,17 - Se, 0,08 - Ni, 3,11 - Sr, 0,03 - Pb, 87,20 - B makroelementləri tapılmıĢdır. 
Hələ  çox  qədim  zamanlarda  üçbölümlü  yatıqqanqal  bitkisinin  yarpağından  hazırlanan 
çaydan,  cövhərlərindən  dizenteriya,  ekzema,  damar  və  s.  xəstəliklərin  müalicəsində  istifadə 
edilmiĢdir.  Üçbarmaq  otunun  müalicəvi  əhəmiyyəti  o  qədər  böyük  idi  ki,  keçmiĢ  Rusiyanın  çar 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə