Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə120/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   116   117   118   119   120   121   122   123   ...   149

239 
 
quberniyasının 29 əyalətində bunun toplanıb tədarükü ilə məĢğul olmuĢlar. Çin və Tibet təbabətində 
də üçbarmaq otundan soyuqdəymədə, ishalda geniĢ istifadə olunmuĢdur. 
Xalq  təbabətində  üçbarmaq  otundan  hazırlanan  məlhəmlərdən,  cövhərlərdən  xənazir,  raxit, 
iltihab  əleyhinə,  oynaq  xəstəliklərində  istifadə  olunmaqla  yanaĢı,  sidikqovucu  və  tərlədici  vasitə 
kimi  də  iĢlədilir.  Qədim  zamanlarda  ilan  sancmasına  qarĢı  mübarizə  effektli  dərman  preparatları 
olmadığı  dövrdə  üçbarmaqdan  hazırlanan  məlhəmlərdən  istifadə  edilmiĢdir.  Otundan  hazırlanan 
cövhərindən  iĢtahaaçıcı,  çətin  həzm  olunmaya  qarĢı,  eləcə  də  böyrək  və  dalaq  xəstəliklərində 
istifadə edilir. 
Tərkibində  çoxlu  və  qiymətli  bioloji  aktiv  maddələr  olduğundan  kosmetika  və 
dermatologiya  sahəsində  geniĢ  istifadə  edilir.  Belə  ki,  ondan  hazırlanan  məlhəmlərdən  dəri 
ekzemasına,  qoturluğa,  xənazirə,  körpə  uĢaqlarda əmələ  gələn  qartmağa  qarĢı  geniĢ  istifadə  edilir. 
Toxumundan əldə olunan yağdan yaraların tez sağalmasında, dəri yanıqlarında, epitel hüceyrəsinin 
sürətlə  bərpa  edilməsində  iĢlədilir.  Otundan  hazırlanan  vannalarından  insanların  sağlam,  gümrah, 
bədənin  təravətli  olmasında  istifadə  edilir.  Üçbarmaq  otunun  tozağacı,  gicitkən,  atpıtrağı,  çovdar, 
zəncirotu,  qaraqınıq  qarıĢığından  hazırlanan  vannasından  sağlamlaĢdırıcı,  qüvvətləndirici  vasitə 
kimi həm də dəriyə sağlam rəng veıilməsində də istifadə edilir. 
Yatıqqanqal  otunun  qönçə  və  ilk  açan  çiçəklərindən  hazırlanan  vannasından  dəri 
xəstəliklərində,  diatezin  müxtəlif  formasında,  qaĢınmalarda,  səpkilərin  müalicəsində  geniĢ  istifadə 
edilir. Yayın axır aylarında, bitki qönçə və çiçək açan dövrdə gövdəni 30 sm hündürlüyündə kəsib 
götürürlər. Bəzən onun yarpaq və yaxud kiçik yan budaqlarını da toplayırlar. Bir müddət keçəndən 
sonra elə ki, bitkidə cavan budaqlar əmələ gəldi təkrar ikinci dəfə toplama iĢləri aparılır. 
Üçbölümlü  yatıqqanqal  əkilən  sahələri  otbiçən  maĢınlarla  toplayır,  silos  kombaynları 
vasitəsilə  doğrayıb  xırdalayır,  talvar,  çardaq  və  yaxud  od  quruducularında  45-50°  temperaturda 
qurudurlar.  Hektar  sahədən  ~5-9  sentner  yaĢıl  quru  kütlə  əldə  edildiyi  halda,  mədəni  Ģəkildə 
becərildikdə  isə  24  sentner  məhsul  götürmək  olar.  Bitkinin  kombaynlarla  toxumunu  döyüb 
çıxarırlar.  Yatıqqanqal  otu  yaxĢı  ĢumlanınıĢ,  mala  çəkilmiĢ  nəm  torpaqlarda  əkilib  becərilsə  bol 
məhsul  əldə  etmək  olar.  Taxıl  əkilən  sahələrdə  yaxĢı  inkiĢaf  edib  bol  məhsul  verir.  Dondurma 
Ģumundan sonra hər hektar sahəyə 40 ton peyin və yaxud kompast, 30 kq mineral gübrə, əkinqabağı 
isə  8-10  kq  fosfor,  verməyi  məsləhət  görürlər.  Yatıqqanqal  otunun  toxumlarını  əkindən  qabaq 
skarifikasiya  edib,  qıĢ  dövründə  sərin  Ģaxtalı  günlərdə  yaxud  erkən  yazda  əkirlər.  Toxumları  bir-
birindən cərgələrarası 60 sm olmaqla, 1 sm dərinliyində əkirlər. Bir hektar sahəyə norma olaraq 8-
12  kq  toxum  səpilir.  Vegetasiya  dövründə  4-5  dəfə  kultivasiya  iĢləri  aparılır  və  sahə  alaqdan 
təmizlənir.  XIX  əsrin  əvvəllərində  yatıqqanqal  otundan  yun,  ipək  və  pambıq  məmulatlarını 
boyamaq üçün Rusiyada geniĢ əkilib becərilmiĢdir. 
Yatıqqanqal otunun təbii boyağından saçları qızılı sarı rəngə boyamaq olar. 
 
Alaqanqal – Silybum marianum (L.) Gaertn.  
 
Alaqanqal  –  Silybum Adans. cinsinin dünya florasının tərkibində 2 növünə təsadüf edilir. 
Qafqazda,    o  cümlədən  də  Azərbaycanda  1  növü:  adi  alaqanqal  -  Silybum  marianum  (L.)  Gaertn. 
yayılmıĢdır.  Hündürlüyü  150  sm  olan  ikillik  ot  bitkisidir.  Kökü  saçaqlı  olub,  birinci  ili  çoxsaylı 
iynəvari  yarpaqlar  əmələ  gətirir.  Ġkinci  ili  seyrək  budaqlı  iri  gövdə  əmələ  gətirir.  Yarpaqları 
uzunsov-ovalvari  iri  tünd-yaĢıl,  üzəri  ağımtıl  keçəvari  tüklərlə  əhatə  olunmuĢdür.  Çiçəkləri  boru 
formasında  olub,  bənövĢəyi  çiyələk  və  yaxud  qırmızı  rəngdə  olub,  dairəvi  olan  səbətdə 
toplanmıĢdır.  Meyvəsi  parlaq,  toxumları  kəkilli  olub,  sarımtıl,  tünd  uzunsov  lələklərlə  əhatə 
olunmuĢdur.  Ġyul  ayından    payızın  sonuna  qədər 
çiçəkləyir.  Toxumları  sentyabr-oktyabr  aylarında 
yetiĢir.  
Adi  qanqal  Azərbaycanın  Samur-Dəvəçi,  Kür-
Araz düzənliklərində, Böyük Qafqazın  Ģərq hissəsində, 
Qobustanda,  AbĢeronda,  Kür  sahillərində,  Kiçik 
Qafqazın  cənub  ərazilərində,  Lənkəran  Muğanında 


240 
 
yayılmıĢdır.  Bundan  baĢqa  bitkiyə  düzənlikdən  tutmuĢ  orta  dağ  qurĢaqlarına  qədər  təsadüf  etmək 
olar.  
Adi alaqanqal dərman, efir yağlı, qida və bəzək təbiətli bitkidir. Bitkidən müalicə məqsədləri 
üçün qədim dövrlərdə istifadə olunmağa baĢlanmıĢdır. Halen bitkidən «qarın xəstəliklərini» müalicə 
edər  preaparatlar  hazırlayırmıĢ.  Hazırda  da  alaqanqaldan  hazırlanan  preparatlardan  qara  ciyər 
pozuntularında  geniĢ  istifadə  edilir.  Müalicə  məqsədləri  üçün  alaqanqal  bir  sıra  ölkələrin 
ərazilərində  geniĢ  əkilib  becərilir.  Alaqanqalı  məĢhur  edən  onun  toxumlarının  tərkibində  nadir 
keyfiyyətlərə  malik  flavanoid  birləĢmələrinin  aĢkar  edilməsidir.  Bundan  əlavə  toxumlarının 
tərkibində  30-32%-ə  qədər  piyli  yağ,  0,08%  efir  yağı,  biogen  təsirli  amin  turĢularından  tirazin, 
histamin  amin  turĢuları,  qatran,  selik,  silibin,  silidianin,  taksifolin,  silixristin  flavonoidləri  aĢkar 
edilmiĢdir. Bundan baĢqa onun tərkibində A, D, E, K,  F  və B  vitamini qrupları, 5,08% kül, mq% 
olmaqla: K – 9,20, Ca – 16,60, Mg – 4,20, Fe – 0,08 makroelementləri, mkq/q olmaqla: Mn – 0,10, 
Cu – 1,16, Zn – 0,7, Cr – 0,15, Al – 0,02,  V – 0,01, Se – 22,90, Ni – 0,20, Sr – 0,08, Pb – 0,08, I – 
0,09, B – 22,40 mikroelementləri və Co, Mo, Cd, La, Ba, Au, Br aĢkar edilmiĢdir. Cu, Se, xüsusən 
də Se çoxluq təĢkil edir. Alaqanqal yaxĢı antioksidant xüsusiyyətlərə malik olub, vaxtından  əvvəl 
qocalmanın  qarĢısını  alır.  Müalicə  məqsədləri  üçün  onun  toxumundan,  yetiĢmiĢ  meyvəsindən, 
kökündən, ot və Ģirəsindən istifadə edilir. Alaqanqal xırda buynuzlu heyvanlar üçün zəhərli hesab 
olmasına baxmayaraq, ondan hazırlanan preparatlardan tipdə geniĢ istifadə olunur. Spirtli içkilərin, 
zəhərli  göbələklərin,  zəhərli  dərman  preparatlarının  zəhərləyici  təsirlərindən  qara  ciyəri  qorumaq 
üçün  alaqanqal  preparatlarından  istifadə  edilir.  Bundan  baĢqa  bitkidən  hazırlanan  preparatlardan 
qara  ciyər  pozuntularında,  serrozun,  kəskin  və  xroniki  hepatitin müalicəsində  geniĢ  istifadə  edilir. 
Qeyd  etdiyimiz  preparatların  orqanizmə  heç  bir  mənfi  təsir  göstərmədiyi  də  müəyyən  edilmiĢdir. 
Alaqanqal  böyük  müalicəvi  spektrli  olduğundan  ondan  müxtəlif  formalarda  Ģrot,  toxumlarından 
hazırlanan tozundan (poroĢokundan), yaĢıl hissələrindən hazırlanan dəmləmə cövhər və çaylarından 
geniĢ  istifadə  edilir.  Alaqanqal  az  zəhərli  olduğundan  ondan  hazırlanan  preparatların  reseptlərinə 
düzgün riayət edilməlidir. 
Alaqanqaldan müalicəvi preparatların hazırlanması. 
Qara  ciyər,  o  cümlədən  assitin,  toplanmış  mayenin  kənar  edilməsi  zamanı  toxumundan 
dəmləmənin hazırlanması: 30 q toxumu narın üyüdüb  0,5 litr qaynar suya tökün. Həmçinin 2 dəfə 
azalana qədər su hamamında  buxarlandırın. Sonra 3 qat tənzifdən keçirib hər saatdan bir, 1 xörək 
qaĢığı  qəbul  edin.  Müalicə  kursu  1-2  aydır.  Lazım  gələrsə  müalicəni  iki  həftədən  sonra  davam 
etdirmək olar.  
Dizenteriya, sidiyin gecikməsi, radikulit və qıcolma zamanı. 1 xörək qaĢığı xırda doğranmıĢ 
kökünü  200 ml qaynar suya töküb su hamamına qoyun, ağzını örtüb 30 dəqiqə saxlayın. Ġsti halda 
3 qat tənzifdən süzüb əvvəlki həcminə gətirmək üçün üzərinə qaynar su tökün. AlınmıĢ ekstraktdan 
gündə 3 dəfə yeməkdən əvvəl 1 xörək qaĢığı qəbul edin.  
Xərçəng xəstəliyi zamanı. Istifadə olunan kimyəvi preparatların orqanizmdə əmələ gətirdiyi 
toksiki maddələri kənar etmək üçün: kök və otundan 2 xörək qaĢığı 0,5 litr qaynar suya töküb, 7-8 
saat dəmləyib (bütün gecəni saxlaya bilərsiniz). Süzüb gündə 3 dəfə, 150 ml qəbul edin.      
Revmatizm,  xroniki  qəbizlik,  bronxit,  babasil  xəstəlikləri  zamanı.  Alaqanqalın  doğranmıĢ 
otundan  50  q  götürüb  üzərinə  0,5  litr  araq  tökün.  Sonra  qarıĢığı  tünd  ĢüĢə  qaba  töküb,  2  həftə 
qaranlıq yerdə çaxlayıb, tez-tez çalxalayın. Aldığınız cövhərdən gündə 4 dəfə, yeməkdən qabaq 20-
25 damcı qəbul edin.  
Sarılıq, öd daşlarının, xroniki öskürəyin, soyuqdəymə və damar genişlənmələri zamanı. 
çay  qaĢığı  toxumundan  və  yaxud  suya  töküb  15-20  dəqiqə  dəmləyib  süzün.  Səhər  və  axĢam  isti 
halda  yeməkqabağı  qurtum-qurtum  için.  Alaqanqaldan  hazırlanan  çayı  tamlı  və  ətirli  etmək  üçün 
1:1 nisbətində yarpız əlavə edin. 
Damar  genişlənmələri,  dəri  xəstəlikləri,  qanda  şəkərin  aşağı  salınması  zamanı: 
Alaqanqalın toxumlarından hazırlanan tozundan 1 çay qaĢığı götürüb  gündə 3 dəfə  yemək qabağı 
isti  halda  qəbul  edin.  Müalicəni  40  gündən  sonra  dayandırıb,  2  həftə  fasilə  verin.  Müalicə  bir  il, 
yaxud  daha  uzun  çəkə  bilər.  Müalicəni  xəstəliyin  sağalmasına  qədər  davam  etdirin.  Tozundan 
hazırlanan ekstraktından sızanaqların və uzun müddət sağalmayan yaraların müalicəsində kompres 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə