Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə121/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   117   118   119   120   121   122   123   124   ...   149

241 
 
formasında istifadə edilir. 
Alaqanqalın  toxumlarından  alınan  yağdan  müalicə  məqsədləri  üçün  geniĢ  istifadə  edilir. 
Yağı  özünüz  də  hazırlaya  bilərsiniz.  Bunun  üçün  0,5  litr  zeytun  yağının  üzərinə  5-6  çay  qaĢığı 
toxumundan töküb su hamamında qaynadın. Sonra soyudub  süzün. Alınan  yağ daxildə və xaricdə 
baĢ  verən  xəstəliklərin  müalicəsində  istifadə  edilir.  Alaqanqalın  toxumlarından  alınan  yağın 
keyfiyyəti çaytikanından alınan yağdan heç də geri qalmır. Qanqalın yağından yaraların, yanıqların, 
qara  ciyərin  qoruyucusu  kimi  istifadə  edilir.  Yağından  bağırsaqlarda  olan  trixin  parazitlərinin, 
qadınlarda uĢaqlıq yollarında olan yaraların müalicəsində sürtmə yolu ilə istifadə edirlər.  
Alaqanqaldan  hazırlanan  preparatlardan  əsəb,  nevroz,  epilepsiya  xəstəliyi  olan  xəstələrə 
vermək  məsləhət  görülmür.  Bundan  əlavə  bitkinin  tərkibində  çoxlu  miqdarda  kalium  və  fosfor 
olduğundan ondan ürək-damar və təngnəfəslik xəstəliklərinə tutulanlara vermək olmaz.  
Alaqanqal  quraqlığa,  Ģaxtaya  dözümlü  olduğundan  o  qədər  də  qulluq  tələb  etmir.  O, 
ziyanvericilərə və xəstəliklərə qarĢı davamlıdır. Bitkini həyatyanı bağ və bağçalarımızda asanlıqla 
əkib  becərə  bilərsiniz.  Bu  zaman  bitki  yaz  və  payız  aylarında  öz  gözəlliyi  ilə  orqanizmin 
müqavimətinin artmasna və sağlam olmağınıza səbəb olar. Alaqanqal üçün ən yaxĢı torpaq yüngül 
və qida ilə zəngin torpaq hesab edilir. Əkin qabağı toxumları bir neçə saat isladıb əkin. Toxumları 
bir-birindən 30-40 sm aralı olmaqla 2-3 sm dərinliyində basdırın. Cərgələrarası 45-50 sm olmaqla 1 
m

sahəyə  4  kq  kopress  və  yaxud  peyin,  40-60  q  mineral  gübrə,  1-2  stəkan  odun  külü  verilir. 
Toxumları  səpildikdən  8-10  gün  sonra  cücərməyə  baĢlayır.  Bitki  sürtələ  boy  ataraq,  yayın 
ortalarında gövdə və çiçək verməyə baĢlayır. Səbətləri qıĢa qədər qönçələyib çiçəkləyir. Toxumları 
avqustun axırlarında yetiĢir.  
Toxumlar  cücərmə  qabiliyyətini  3  ilə  qədər  saxlayırlar.  Kökləri  müalicə  məqsədləri  üçün 
yerdən qazıb çıxardır soyuq suda yuyur 40-50 dərəcə temperaturda qurudurlar. Kökləri öz müalicə 
təsirini 1 il saxlayırlar. Otundan  yaĢıl  gübrə kimi istifadə edilir. Göz oxĢayan  çiçəklərindən gözəl 
gül buketləri düzəldilir.   
       
Adi dağtərxunu – Tanacetum vulgare L. 
 
Dünya  florasının  tərkibində  dağtərxunu  cinsinin  50-yə  qədər  çoxillik  ot  formalı  növləri 
yayılmıĢdır. Qafqazda 5, o cümlədən Azərbaycanda 4 növünə təsadüf edilir. Dağtərxunu növlərinə 
ən çox Yer kürəsinin Ģimal ərazilərində rast gəlmək olar. 
Dağtərxununun  Azərbaycanda  yayılan  növlərinə  isə  Naxçıvan  MR-in  ərazisində  təsadüf 
etmək olar. 
 Dağtərxunu  növlərinin  əksəriyyəti  dərman,  efıryağlı, 
ədviyyat, boyaq təbiətli və bəzək xüsusiyyətli bitkilərdir. 
Bu  növlərin  içərisində  ən  mühümü  və  əhəmiyyətlisi  adi 
dağtərxunu  -  Tanacetum  vulgare  L.  hesab  edilir.  Adi  dağtərxunu 
hündürlüyü  140-150  sm-ə  qədər  qalxan,  budaqlanan  gövdəyə, 
üfüqi  odunlaĢmıĢ  kökümsova  malik,  çoxillik  ot  bitkisidir. 
Yarpaqları  növbəli,  lələkvari  daraqlanan  olub  7-20  sm 
uzunluğunda,  üzəri  nöqtə  Ģəkilli  vəzlərlə  əhatə  olunmuĢdur. 
AĢağıda  yerləĢən  yarpaqları  saplaqlı,  yuxarıdakılar  isə  oturaqdır. 
Çiçək  səbəti  sıx  qalxanvari  hamaĢçiçəkdən  ibarətdir.  Bütün  çiçəkləri  boruĢəkilli  olub,  narıncı-sarı 
rəngdədir. Bitki iyul-oktyabr aylarında çiçək açır, avqustda meyvəsi yetiĢir. Toxumları pazformalı, 
daralmıĢ, uzunsovdur. 
Dağtərxunu dünyanın bir çox yerlərində yabanı quĢarmudu, qurdqovucu, cənnət çiçəyi, çöl 
quĢarmudu, fıncan, düymə və s. adlarla adlandırılır. 
Adi dağtərxunu keçmiĢ SSRĠ-nin bütün ərazilərində yayılmıĢdır. Ən çox isə çəmənliklərdə, 
müxtəlif  otlardan  ibarət  fitosenozlarda,  meĢə  açıqlıqlarında,  çöllərdə,  çay  kənarlarında,  yaĢayıĢ 
binalarının ətrafında, yol kənarında təsadüf etmək olar. 
Dağtərxununun  müalicəvi  xüsusiyyətləri çox  qədim  dövrlərdən  insanlara  məlum  olmuĢdur. 
Bir  rəvayətdə  deyilir  ki,  qadınlar  cavan,  gözəl  və  cazibədar  görünmələri  üçün  Olimp  allahına 


242 
 
yalvarırlar  ki,  onlara  kömək  etsin.  Qadınların  xahiĢini  yerinə  yetirən  Olimp  allahı onlara çiçəkləri 
parlaq,  narıncı-sarı  rəngli,  ətirli  iyə  və  gözəl  müalicəvi  xüsusiyyətlərə  malik  dağtərxununun 
toxumlarını göndərir. Buna görə də xalq arasında dağtərxununa «qadınların çiçəyi» deyirlər. 
Qədim  romalılar  dağtərxununun  çiçəklərindən  hazırlanan  cövhərlərlə  qadın  aybaĢısının 
nizama  salınmasında,  qədim  misirlilər  isə  ölmüĢ  fironların  bədənlərinin  balzamlaĢdırılmasında 
istifadə edirdilər. 
Dağtərxunundan  soyuqdəymədə,  ishalda  büzüĢdürücü,  ödqovucu,  tərlədici,  qızdırmasalıcı, 
yarasağaldıcı, qankəsici, qurdsalıcı kimi iĢlədilir. 
Bitkinin  yarpaq və çiçəklərinin tərkibində 0,8-0,9% efır  yağı, akasetin, kversetin, apigenin, 
lüteolin,  osmosinin,  tiliantin,  sinarozid,  kversimeritrin,  xrizoeriol,  diosmetin,  akisillarin, 
izoramnetin, sinarozid flavonoidləri, 0,1% aĢı və acımtıl maddələr, alkaloid, üzvi turĢular, 8 mq% 
askorbin  turĢusu,  2,3  mq%  karotin  və  s.  aĢkar  edilmiĢdir.  Bundan  baĢqa  çiçəklərinin  tərkibindən 
7,03% kül maddəsi, mq/q olmaqla 32,50 - K, 6,50 - Ca, 80 - Mg, 0,10 - Fe makroelementləri, mkq/q 
olmaqla 0,22 - Mn, 0,55 - Si, 0,71 - Zn, 0,01 - Co, 88,00 - Mo, 0,02 - Cr, 0,02 - I, 8,50 - Se, 0,51 - 
Ni, 0,02 - Sr, 0,01 - Pb, 68,80 - V mikroelementləri aĢkar edilmiĢdir. 
Dağtərxununun  çiçəklərindən  hazırlanan  preparatlardan  qurdqovucu,  əsəb  sakitləĢdirici, 
isteriya, epilepsiya, revmatizm, aybaĢı pozuntularında və s. iĢlədilir. Dağtərxununun efır  yağından 
hazırlanan  emulsiyalardan,  0,04-0,1  qramından  və  yaxud  bir  damcısmdan askarid və  digər  parazit 
qurdların  tökülməsində  istifadə  olunur.  Dozadan  artıq  qəbul  etdikdə  zəhərlənmələr  baĢ  verir. 
Bitkinin  tozundan  və  cövhərindən  qara  ciyər  hepatitində,  angioxolik  və  bağırsaq  xəstəliklərində 
iĢlədilir.  Heyvanlar  üzərində  aparılan  təcrübələrə  əsasən  məlum  olmuĢdur  ki,  dağtərxununun 
çiçəklərindən  hazırlanan  cövhər  ürək  döyüntülərinin  amplitudunu  artırır,  döyüntüləri  azaldır,  qan 
təzyiqini normallaĢdırır, öd ifrazını artırır. Bununla  yanaĢı mədə- bağırsaq sistemini nizamlayır və 
Ģirə  ifrazetmə  qabiliyyətini  artırır.  MəĢhur  rus  ginekoloqu  V.F.Demiç  1889-cü  ildə  qeyd  edir  ki, 
dağtərxunundan qurd əleyhinə istifadə etməklə yanaĢı, aybaĢının nizama salınmasında, sarılıqda və 
mədə-bağırsaq xəstəliklərində də istifadə oluna bilər. Tibbi praktikada dağtərxunu cövhərindən qara 
ciyər  və  bağırsaq  xəstəliklərində  öd  ifrazının  və  sekresiya  vəzilərinin  fəaliyyətinin 
gücləndirilməsində  tətbiq  edilir.  M.A.Nosal  və  L.M.Nosal  1959-cu  ildə  qeyd  edirdilər  ki,  bitkinin 
efır yağından düzəldilmiĢ cövhərindən sidikqovucu vasitə, eləcə də həĢərat əleyhinə istifadə oluna 
bilər. Müəlliflər göstərirlər ki, dağtərxunu çiçəklərindən 20 q götürüb 1 litr suya töküb əldə edilən 
dəmləməsindən  xalq  təbabətində  mədə  sancılarında,  ishalda,  qızdırmanın  aĢağı  salınmasında, 
həzmin  yaxĢılaĢdırılmasında  iĢlədilir.  Q.N.Kovolova  1971-ci  ildə  qeyd  edir  ki,  dağtərxununun 
yuxarı  hissəsini  çiçəkləri  ilə  birlikdə  kəsib  götürür,  ondan  cövhər  hazırlayıb  zəif  dozasından 
soyuqdəymədə, öd ifrazının  artırılmasında, mədə turĢuluğunun aĢağı salınmasında, böyrək, sidik və 
öd  kisəsi  xəstəliklərində  iĢlətdikdə  gözəl  nəticələr  verir.  Sibir  əhalisi  isə  bitkinin  yarpaq  və 
çiçəklərindən  hazırladıqları  cövhər  və  dəmləmələrdən  baĢ  ağrılarının,  podaqranın,  revmatizmin, 
sarılığın, epilepsiyanın və s. müalicəsində istifadə edirlər. V.L.Zavarjinov 1977-ci ildə qeyd edirdi 
ki, dağtərxunu ilə çətin sağalan yaraları, ən çox isə lamblioz və s. parazitlərin törətdiyi bağırsaqların 
kataral iltihabı, öd kisəsi iltihablarının, mədə və onikibarmaq bağırsaq xəstəliklərinin müalicəsində, 
ginekoloji  təcrübələrdə,  ĢiĢ  və  çibanların  yuyulmasında  istifadə  edilir.  M.A.Qarbares  1982-ci  ildə 
göstərirdi  ki,  qurd  (invaziya)  xəstəliklərindən  baĢqa  dağtərxunu  ilə  mədə-bağırsaq  sisteminin 
(axialis  qastritin,  mədə  və  bağırsaq  yaralarının,  eləcə  də  bağırsaq  soyuqdəymələrinin),  hepatit, 
sarılıq,  irinli  yaraların,  dəri  qaĢınmaları,  arı  sancmaları,  podaqra  və  artritin  müalicəsində  iĢlədilir. 
N.K.Fruentov  1972-ci  ildə  yazdığı  əsərində  qeyd  edir  ki,  Tomski  Tibb  Ġnstitutu  əməkdaĢlarının 
apardıqları  təcmbələrin  nəticəsində  məlum  olmuĢdur  ki,  dağtərxunundan  alınan  preparatlar  gözəl 
ödqovucu xüsusiyyətə malikdir. 
Dağtərxununun qurdqovucu xüsusiyyətləri onun yayıldığı sahələrdən, toplanma dövründən, 
qurudulma Ģəraitindən, eləcə də tərkibindəki efır yağının keyfiyyətindən asılıdır. 
Dağtərxunundan müalicəvi preparatların hazırlanması və istifadə edilməsi. 
Qara ciyər hepatitində. 5 xörək qaĢığı doğranmıĢ qurudulınuĢ çiçəyin 0,5 litr qaynar suya 
töküb qaynama dərəcəsinə çatdırın. Bir saat dəmlədikdən sonra süzüb gündə 3 dəfə, yeməyə yarım 
saat qalmıĢ yarım stəkan qəbul edin. Müalicə müddəti 7-10 gündür. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə