Elmi redaktorlar amea-nın müxbir üzvləri


Əsəb  pozuntularında,  xolesistitdə,  soyuqdəymə  və  vərəm  xəstəliklərində



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə122/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   118   119   120   121   122   123   124   125   ...   149

243 
 
Əsəb  pozuntularında,  xolesistitdə,  soyuqdəymə  və  vərəm  xəstəliklərində.  1  xörək  qaĢığı 
quru çiçəyini götürüb termosa töküb üzərinə 0,5 litr qaynar su əlavə edin və gecədən səhərə qədər 
dəmləyin. Sonra süzüb gündə 2-3 dəfə yeməyə 20-30 dəqiqə qalmıĢ stəkanın 1/4-i qədər qəbul edin. 
Baş  ağrılarında,  həmçinin  damar  sancmalarında.  2  q  quru  çiçəyini  200  ml  qaynar  suya 
töküb 1 dəqiqə qaynadın. Yarım saat dəmlədikdən sonra süzüb, gün ərizində stəkanın 1/4-i qədər 2-
3 dəfə qəbul edin. 
Vaxtından qabaq baş verən klimaksda. Yarım çay qaĢığı quru çiçəyini 200 ml qaynar suya 
töküb 1 dəqiqə qaynadın, sonra 30 dəqiqə dəmləyib, süzün və bütün günü 4-5 dəfə qəbul edin. 
Askarid  və  digər  parazit  qurdların  tökülməsində.  20  q  quru  çiçəyindən  götürüb  200  ml 
qaynar  süya  töküb,  qaynama  dərəcəsinə  gətirin.  2  saat  dəmlədikdən  sonra  süzüb,  gündə  3  dəfə 
yeməyə yarım saat qalmıĢ 1 xörək qaĢığı daxilə qəbul edin. Eyni vaxta dağtərxunu çiçəyi ilə yovĢan 
otunu  qarıĢdırın  və  qaynama  dərəcəsinə  gətirin.  Sonra  dəmləmənin  üzərinə  1  diĢ  sarımsaq  əzib 
əlavə  edin,  3  saat  saxladıqdan  sonra  süzüb  məhluldan  30-60  ml  götürüb  yatmazdan  qabaq  düz 
bağırsaqdan  imalə  edin.  Əməliyyatı  qurtardıqdan  sonra  30  dəqiqə  uzanmaq  məsləhət  görülür. 
Müalicə kursunu 5-7 dəfə təkrar etmək məsləhətdir. 
Kəpəyin  təmizlənməsi  və  tükün  tökülməməsi  üçün.  1  xörək  qaĢığı  quru  çiçəyini  200  ml 
qaynar suya töküb 2 saat dəmləyin. Sonra süzüb həmin dəmləmə ilə baĢınızı həftədə 3 dəfə yuyun. 
Bu əməliyyatı 10-12 dəfə təkrar etmək məsləhətdir. 
Diqqət!  Dağtərxunundan  hamilə  qadınların  və  kiçik  yaĢlı  uĢaqların  qəbul  etməsi  məsləhət 
görülmür.  Dağtərxununun  qurudulmuĢ  yarpaq  və  çiçəklərindən  az  miqdarda  konserv,  qənnadı 
məhsullarının,  likörlərin  ətirləndirilməsində    istifadə  olunur.  Bunun  cavan  zoğlarından,  yarpaq  və 
çiçəklərindən  çay  qaĢığınm  1/4-i  qədər  götürüb  ət,  toyuq  və  balıqdan  hazırlanan  xörəklərində 
ədviyyat  kimi  istifadə  edirlər.  Dağtərxunu  çox  vaxt  yeyinti  sənayesində  darçın,  müĢk  qozu  və 
zəncəfıl əvəzi kimi yeyinti sənayesində istifadə olunur. 
 
YovĢan – Artemisia vulgaris L.  
 
Allah ağacı – Artemisia vulgaris L. bu yovĢan cinsinə aid olan növlərdən biri olub qiymətli 
müalicəvi  təsirə  malik  çoxillik  ot  bitkisidir.  Bu  qəribə  bitki  xarici  görünüĢünə  görə  kiçik  sərv 
ağacını  xatırladır.  Bitkinin  gümüĢü-bozumtul,  ağ  tüklərlə  əhatə  olunmuĢ  yarpaqları  vardır.  Bu 
əfsanəvi adı yovĢana «cənnət bağında» yetiĢdiyinə görə vermiĢlər. Allah ağacı acı yovĢana oxĢayır. 
Lakin  acı  yoĢvanın  hündürlüyü  100-150  sm-dir.  Acı  yovĢana  oxĢayan  «Allah  ağacı»  ən  çətin, 
əlçatmaz  yerlərdə,  əkinə  yararlı  olmayan  torpaq  sahələrində,  çay  və  yol  kənarlarında  yayılmıĢdır. 
Müalicə məqsədləri üçün bitkinin yuxarı üst hissəsindən istifadə edilir. 
Hələ çox qədim dövrlərdə bitkinin yarpaqlarından alınan 
preparatların  köməyilə  bir  çox  xəstəliklərin,  o  cümlədən 
zökəmin,  sarılığın,  kökündən  hazırlanan  preparatların  köməyi 
ilə  isə  epilepsiyanın,  vərəm  meningitinin  müalicəsində  geniĢ 
istifadə edilmiĢdir. 
«Allah 
ağacı»ndan 
müalicə 
preparatlarının 
hazırlanması. 
Mədə turşuluğunun aşağı salınması, öd vəzisinin və öd 
yolları  xəstəlikləri  zamanı.  2  xörək  qaĢığı  təzə  doğranmıĢ 
otundan  götürüb  0,5  litr  qaynar  suya  töküb  1  saat  saxladıqdan 
sonra süzün. Gündə 3 dəfə, yeməyə yarım saat qalmıĢ stəkanın 1/2 hissəsi qədər qəbul edin. 
Revmatizm  zamanı.  4  xörək  qaĢığı  təzə  doğranmıĢ  otunu  1  litr  qaynar  suya  töküb  2  saat 
saxlayıb süzün. Gündə 3 dəfə, yeməyə yarım saat qalmıĢ stəkanın 1/2 hissəsi qədər qəbul edin. 
Zökəm  zamanı  2  xörək  qaĢığı  təzə  yarpağını  0,5  litr  suya  töküb  2  saat  saxlayıb  süzün. 
Aldığınız dəmləmədən gündə 5-6 dəfə boğaz nahiyəsini qarqara edin. 
Sümük  soyuqdəymələri  zamanı.  2  xörək  qaĢığı  təzə  doğranmıĢ  yarpağını  1  stəkan  arağın 
üzərinə töküb 1 həftə saxlayıb süzün. Sonra təmiz pambığa hopdurub ağrıyan nahiyəyə sürtün. 
Şaxta vuran zaman. 1 xörək qaĢığı doğranmıĢ yarpağını 4 xörək qaĢığı əridilmiĢ donuz yağı 


244 
 
ilə qarıĢdırın və mazdan götürüb gündə 1-2 dəfə ağrıyan nahiyəyə sürtün. 
Çibanın  tez  yetişib  sağaldılması  zamanı.  2  xörək  qaĢığı  təzə  doğranmıĢ  yarpağını  qaynar 
suya  töküb  pörtlədin  və  çıxarıb  soyudun.  Sonra  kütlədən  götürüb  çibanın  üzərinə  qoyub  sarğı  ilə 
sarıyın. Sarğını hər gün təzələyin. 
Döşgəlmə (mastit) zamanı. Təzə yarpağını qaynar suya töküb 15 dəqiqə saxlayın. Sonra bir 
az soyudub döĢ nahiyəsinin üzərinə kompres Ģəklində qoyub salfetka və yaxud dəsmalla örtüb 40-
50 dəqiqə saxlayın. 
İrinli  kəsiklər  və  yaraların  müalicəsi  zamanı.  Yarpağından  və  hamaĢçiçəyindən  götürüb 
təmiz yuyun, zədələnmiĢ nahiyənin üzərinə qoyub sarğı ilə bağlayın. Sarğını günaĢırı təzələyin. 
Ayaq tərləmələri zamanı. 100 q təzə otunu 1 litr qaynar suya töküb vam od üzərinə qoyun 
və  5-7  dəqiqə  saxladıqdan  sonra  götürüb  yarım  saat  saxlayın.  Sonra  süzüb,  üzərinə  3  litr  isti  sü 
əlavə edib qarıĢdırın. Hər gün axĢamlar ayaqlarınızı ekstraktdan düzəldilmiĢ vannada 10-15 dəqiqə 
saxlayın. 
 
Dəvədabanı – Tussilago farfara L. 
 
Dünya florasının tərkibində 1 növü yayılmıĢdır. Bitkiyə «ot anası», «ögey ana», «yaraotu», 
«torpağın Ģahı» və s. də deyilir. Latnca botaniki adı «Tussilago» iki söz birləĢməsindən əmələ gəlib 
«qov» və «öskürək», yəni öskürəyi çıxaran (qovan) mənasmı verir. Növün adı isə («farfara») «elə 
bil ki, üzərinə un səpilib» mənasını verir ki, bu da yarpağının xarici göränüĢünü xarakterizə edir. 
Dəvədabanı  -  T.farfara  L.  hündürlüyü  10-25  sm  olan,  sürünən  kökümsova  malik  saçaqlı 
çoxillik  ot  bitkisidir.  YumĢaq  tükcüklərlə  örtülmüĢ  çiçək  saplağı  erkən  yazda,  yarpaq  əmələ 
gəlməmiĢdən  qabaq  kökümsovdan  inkiĢaf  edir.  Kökətrafı 
yarpaqlarının  uzunluğu  20-25  sm  olub,  uzun  saplaqlı  dairəvi, 
ürəkvari, üst hissəsi yaĢımtıl, alt hissəsi yumĢaq keçəvari tüklərlə 
örtülmüĢdür.  Yarpaq  ayasının  yuxarı  hissəsi  hamar,  «ögey  ana» 
kimi soyuq, yumĢaq tüklə örtülmüĢ alt hissəsi «ana» kimi istidir. 
Xırda  yarpaqlarla  sıx  əhatə  olunan,  gödək  çiçək  gətirən  gövdəsi 
var.  Qızılı-sarı  rəngli  və  borucuqvari  çiçəkləri  gövdəsinin 
zirvəsində  səbət  çiçək  qrupunda  yerləĢir.  Çiçək  yatağı  çılpaqdır, 
bir  sıralı  örtüyün  qaidəsində  xırda  yarpaqcıqları  vardır.  NəmiĢli 
və  yağmurlu  havada  çiçəkləri  örtülür  və  aĢağı  sallanır.  Bitkidə 
çiçəkaçma prosesi baĢa çatdıqdan sonra kökətrafı yarpağı inkiĢaf 
etməyə baĢlayır. Mart aprel aylarında çiçək açır, meyvələri may-
iyun  aylarında  yetiĢir.  Azərbaycanın  Dəvəçi  ovalığında  (indiki  ġabran),  Naxçıvan  MR  da  daxili 
olmaqla  Böyük  və  Kiçik  Qafqaz  ərazilərində  axan  çay  və  arxların  kənarlarında  geniĢ  yayılmıĢdır. 
Bundan  əlavə    köhnə  kanalların  ətraflarında,  yamaclarda,  dəmir  yolu  kənarlarında  da  rast  gəlmək 
olar. 
Dəvədabanı  ən  tez  çiçəkləyən  çiçəklər  qrupuna  daxildir.  Çayların  ətrafında  qar  əriməyə 
baĢlayanda xoĢ ətirli qızılı-sarı rəngli çiçəklər açılır. Təbiət sanki sarı kəlağayıya bürünmüĢ «gəlin»i 
xatırladır, füsünkar gözəlliyə tamaĢa edən insanlara xoĢ əhval-ruhiyyə, sevinc bəxĢ edir. 
Çiçək  səbətinin  tərkibində  faradiol  (C
30
H
50
O
2
),  arnidol  (C
30
H
50
O
2
),  taraksintin  (C
40
H
56
O
4
), 
siqmasterin  (C
29
H
48
O),  n-heptakozan  (C
27
H
56
),  aĢı  maddələri,  rutin,  hiperozid  flavonoidləri,  efır 
yağı, 2,63% tuesillagin qlikozidi, 6-7% selikli maddə, polisaxaroidlər, insulin və dekstrin, qall, alma 
və çaxır turĢuları, 5,18 mq% karotinoid, C vitamini və s. tapılmıĢdır. 
Yarpaqlarında  10,20%  kül  maddəsi,  mq/q-la  37,70  -  K,  10,90-0,78  -  Cu,  0,60  -  Zn,  0,27  - 
Co, 0,40 - Mo, 0,03 - Cr, 0,07 - Al, 0,05 - Ba, 0,02 - V, 25,00 - Se, 0,21 - Ni, 0,01 - Sr, 0,24 - Pb, 
8,00 - Ag, 0,09 - I, 107,10 - Br, 40,00 - B makro və mikroelementləri aĢkar edilmiĢdir. 
Bitkinin  müalicəvi  xüsusiyyətləri  qədim  romalılara  məlum  idi.  Dioskorid  və  Plini  onun 
yarpaqlarından  alınan  cövhərdən  və  yaxud  onun  tüstüsündən  öskürəyə  qarĢı,  Hippokrat  isə 
bəlğəmgətirici vasitə kimi istifadə etmiĢlər. 
Elmi  təbabətdə  dəvədabanının  qurudulmuĢ  yarpaqlarını  çay  kimi  dəmləyib  soyuqdəymələr 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə