Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə124/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   120   121   122   123   124   125   126   127   ...   149

247 
 
Gülümbahardan  müalicə  məqsədləri  üçün  ilk  dəfə  qədim  yunanlar  istifadə  edərək, 
gecsağalan,  uyuĢmayan  yaraların,  qızdırma  xəstəliklərinin,  ekzema  və  çibanların,  eləcə  də  bəd 
xassəli ĢiĢlərin sağaldılmasında istifadə etmiĢlər. 
XIX əsrin axırları XX əsrin əvvəllərində gülümbahar bitkisi alimlərin diqqətini özünə daha 
çox cəlb etmiĢdir. Biokimyaçı alimlər onun kimyəvi tərkibini tədqiq etməyə baĢlamıĢlar. 
Gülümbahar  dərman  bitkisi  kimi  xalq  təbabətinə  XII  əsrdən  məlumdur.  O  zamanlar  ondan 
tərlədici,  dezinfeksiyaedici,  büzüĢdürücü,  irinləmə  əleyhinə  və  s.  məqsədlər  üçün  geniĢ  istifadə 
olunmuĢdur.  Ġbn  Sina  qeyd  edirdi  ki,  gülümbahardan  hazırlanmıĢ  cövhərdən  tükün  tökülməsində, 
sinir xəstəliklərində, zəhərli həĢərat sancmalarına qarĢı istifadə olunmuĢdur. 
Gülümbahardan hazırlanan preparatlarla anginanı, stomatiti, alveolları və s. müalicə edirlər. 
Eyni  zamanda  dərman  gülümbaharından  hazırlanan  dərmanlarla  mədə  və  onikibarmaq  bağırsaq 
yaralarını,  qastriti,  uĢaqlıq  və  sidik  qanaxmalarını,  qara  ciyər  və  öd  axacaqlarının  xəstəliklərini 
sağaldırlar.  Bundan  baĢqa,  ondan  hipertoniya  xəstəliyi  zamanı  ürək  ritmini  tənzimləmək  üçün 
istifadə olunur. ġiddətlənmiĢ xərçəng xəstəliyinin təsirini zəiflətmək üçün «KN» preparatı iĢlədilir. 
«KN» orqanizmin zəhərlənməsini azaldır, xəstədə gəyirmə, ürək bulantısı, ağrı və digər xoĢagəlməz 
halların  qarĢısını  alır,  iĢtah  və  yuxu  gətirir.  «KN»  dərmanlarının  bir  hissəsini  gülümbaharın 
çiçəyindən alınmıĢ cövhərlər təĢkil edir. 
Müəyyən  edilmiĢdir  ki,  gülümbahar  dərmanları  mərkəzi  sinir  sistemini  sakitləĢdirir,  qan 
təzyiqini  azaldır,  ürək  döyünməsini  tənzimləyir.  Bu  bitki  çox  güclü  bakterisid  xassəyə  malik 
olduğundan  stafılokok  və  streptokoklara  yaxĢı  təsir  edir.  Xalq  təbabətində  qurudulmuĢ 
çiçəklərindən  çay  dəmləyib  öd  yolları,  ağız  boĢluğu,  diĢ,  boğaz  ağrısı  və  s.  xəstəliklərin 
müalicəsində istifadə edirlər. 
QurudulmuĢ  çiçəkləri  əvvəlcə  xırdalayır,  sonra  kərə  yağında  məlhəm  hazırlayaraq,  gec 
sağalan  yaraların,  eləcə  də  çibanın  üstünə  yaxırlar.  Gülümbahar  preparatları  soyuqdəymələrdə, 
ödqovucu kimi, böyrək daĢları və diatez əleyhinə də iĢlədilir. 
Gülümbahar  cövhərindən  ağız  boĢluğu  soyuqdəymələrində,  diĢ  əti  qanaxmasının 
kəsilməsində, qabar və ziyillərin, piqment ləkələrinin müalicəsində geniĢ istifadə olunur. 
Gülümbahar  çiçəklərindən  hazırlanan  yaxma,  krem  və  mazlardan  dəridə  əmələ  gələn 
yaraların,  qaĢınma  və  göbələk  xəstəliklərinin  müalicəsində  geniĢ  istifadə  edilir.  Çiçəklərindən 
hazırlanınıĢ  karotinlə  zəngin  kremindən  dərinin  epitel  toxumasının  tezliklə  bərpa  edilməsində 
əvəzolunmaz  vasitədir.  Hazırda  mağazalarda  gülümbahar  çiçəklərindən  hazırlanınıĢ  müxtəlif  adlı 
losyon, Ģampun, krem, maz və yaxmalar satılır. 
Biz  isə  dünyada  ilk  dəfə  olaraq  ciçəklərindən  karotinlə  zəngin  preparat  almıĢıq.  Bu 
texnologiya üçün bizə «patent» verilmiĢdir. 
Hazırda  elmi  təbabətdə  gülümbahar  çox  məĢhur  dərman  bitkisi  hesab  edilir.  Hələ  qədim 
zamanlarda  məĢhur  təbiblərdən  Hirppokrat,  Ġbn  Sina,  Halen,  Dioskorid,  Parasels  və  baĢqaları 
gülümbahardan hazırlanan preparatların çox güclü müalicəvi təsirə malik olduğunu dönə-dönə qeyd 
etmiĢlər.  Bitkidən  hazırlanan  preparatlarla  qanın  təmizlənməsində,  tərlədici,  öd  kisəsində  yığılıb 
qalmıĢ  qatı  ödün  təmizlənməsində,  soyuqdəymələrin  aradan  qaldırılmasında,  irinli  yaraların 
sağaldılmasında  və  sonsuzluğun  aradan  qaldırılmasında  istifadə  edilir.  Gülümbahar  çiçəklərindən 
baĢqa,  müalicə  məqsədləri  üçün  yarpaqlarından  da  istifadə  edilir.  Mazından  isə  bronxlarda 
bərkiyərək yığılıb qalmıĢ bəlğəmi kənar etmək üçün istifadə edilir. Toxumlarından köp zamanı, döĢ 
nahiyəsində baĢ verən ağrıların aradan qaldırılmasında, qızdırmada və s. istifadə edilir. 
Əczaçılar  kliniki  təcrübədə  isbat  etmiĢlər  ki,  gülümbahardan  hazırlanan  preparatlarla  qara 
ciyərin  fəaliyyətinin  artırılmasında  onun  sekretor  və  ifrazetmə  funksiyasının  gücləndirilməsində, 
bilirubin  qatılığının  norma  ya  salınmasında  və  qanda  xolesterinin  miqdarının  azaldılmasında 
istifadə  etmək  olar.  Dəri  çatlamalarında,  sulu  qabarların  əmələ  gəlməsinin  qarĢısını  almaq  üçün 
gülümbaharın  10%-li  ekstraktını  yağla  qarĢdırıb  üç  gün  xəstə  nahiyələrə  sürtdükdə  xoĢəgəlməz 
hallar dərhal aradan qalxır. 10 q təzə gülümbahar çiçəklərini əzərək sıyıq halına salın, üzərinə 100 
ml  günəbaxan  yağı  əlavə  edin  və  Ģəffaf  ĢüĢə  qaba  doldurub  ağzını  bağlayıb  2  həftə  günəĢin 
qabağında  saxlayın.  Bu  cür  alınmıĢ  maz  uĢaq  əmizdirmə  zamanı  döĢ  çatlamalarının  müalicəsində 
gözəl nəticə verir. 


248 
 
Gülümbahardanı müalicə preparatlarının hazırlanması. 
Piy  yığınları,  yanıqlar,  dəmrov,  dəridə  baş  verən  irinli  səpkilər  və  şaxta  vurmalarında. 
Gülümbahar çiçəklərinin sulu məhlulda hazırlanmıĢ qatı ekstraktından istifadə edilir. 
Qatı  məhlulun  hazırlanması.  50  q  təzə  çiçəyini  0,5  litr  qaynar  suya  töküb  axĢama  qədər 
dəmləyin. Səhər süzüb üzərinə 50 q iri duz parçası salıb tam əriyənə qədər qarĢdırın. Sonra tənzifı 
6-8  qat  edib  aldığınız  ekstraktla  isladıb  xəstə  nahiyəyə  yaĢ  sarğı  kimi  qoyun.  Əməliyyat  gündə  2 
dəfə təkrar olunmalıdır. Sarğını açdıqdan sonra xəstə nahiyənin üzərinə maz sürtün. 
Mazın hazırlanması. 10 q qaz və yaxud toyugun bərk yağından götürüb 50 q gülümbaharın 
spirtli  cövhərinin  üzərinə  əlavə  edib  su  hamamının  üzərinə  qoyun  və  spirt  buxarlanıb  qurtarana 
qədər qarıĢdırın. Ekstraktı gaynatmaq olmaz. 
AlınmıĢ maz Ģaxtavurma və trofık yaraların müalicə olunmasında iĢlədilir. 
Gülümbahar yağının hazırlatıması. ġüĢə bankanı götürüb içərisini gülümbahar çiçəkləri ilə 
doldurub 7-10 gün günəĢin qabağına qoyub saxlayın. Sonra bankanın aĢağı hissəsinə toplanan yağı 
süzüb qaranlıq soyuq yerdə saxlayın və lazım gəldikcə iĢlədin. 
Üzdə  gənələrin  törətdiyi  xəstəliklərin  müalicəsində.  3  xörək  qaĢığı  gülümbahar  çiçəyini 
qəhvəüyüdəndən keçirib, alınan tozun üzərinə 5 xörək qaĢığı su töküb sıyıq alınana qədər qarıĢdırın. 
Sonra sıyığın üzərinə yarım stəkan vələmir sıyığı əlavə edin. AlınmıĢ kütləni yaxĢı-yaxĢı qarıĢdırın 
və  üzərinə  yenidən  1  xörək  qaĢığı  limon Ģirəsi,  1 çay  qaĢığı  bal,  1  ədəd  yumurta  sarısı  əlavə  edib 
eynicinsli  kütlə  alınana  qədər  qarıĢdırın.  AlınmıĢ  kütlədən  1  çay  qaĢığı  götürüb  150  ml  suyun 
içərisinə  tökün  və  qarıĢdırın,  sonra  pambığa  hopdurub  üzünüzü  silib-təmizləyin.  Üzünüzə  əlavə 
olaraq gavalı sıyığı yaxıb 5-10 dəqiqə saxladıqdan sonra yuyun. Müalicə kursu uzunmüddətlidir. 
Avtos stomatitdə, gingivit, pioreya, distrofıya, parodontoz, soyuqdəymələrdə, tonzillitdə. 20 
q gülümbahar çiçəyini 100 q qaynar suya töküb axĢamdan səhərə qədər dəmə qoyun. Sonra süzüb 
ağız  nahiyəsini  yaxalayın  (burun  nahiyəsində  baĢ  verən  qüsurlarda  damcısından  istifadə  edilir). 
Prosesi  hər  yarım  saatdan  bir  təkrar  edin.  Kəskin  anginada  isə  hər  yarım  saatdan  bir  boğaz 
nahiyəsini qarqara edin. 
Trixinoz  (trixomonad)  kolitdə.  Bunun  üçün  1  həb  trixopol,  1  çay  qaĢığı  bal,  1  çay  qaĢığı 
soğan  sıyığından  götürüb  tənzifın  üzərinə  yaxıb,  tampon  Ģəklinə  salın.  Cüt  günlər tampondan, tək 
günlər isə gülümbahar mazından istifadə edin. Yadda saxlamaq lazımdır ki, əməliyatı aparan zaman 
1 çay qaĢığı gülümbaharın spirtli cövhərindən qəbul edin. Müalicə kursu 21 gündür. 
Blefaritin  yüngül  formasının  müalicəsində.  QatılaĢmayan  göz  yaĢı  vəzisinin  sekresiya 
kanalının təmizlənməsində, konyunktivitdə, itdirsəyində təzə gülümbahar çiçəklərindən hazırlanmıĢ 
dəmləməsini gözə damızdırmaqla müalicə edirlər. DoğuĢdan sonra üzdə əmələ gələn çil və piqment 
ləkələrini  müalicə  etmək  üçün  gündə  3  dəfə,  gülümbaharın  yarpaq  və  çiçəklərinin  Ģirəsindən 
istifadə edin. 
Qastirit,  onikibarmaq  bağırsaq  yaralarının,  enetrokolitin,  qara  ciyər  və  öd  yolları 
xəstəliklərinin  müalicəsiııdə.  Gülümbahar,  çobanyastığı  və  boymadərən  bitkilərini  bir-biriləri  ilə 
qarıĢdırın.  QarıĢdırdıqdan  sonra  2  xorək  qaĢığı  qarıĢığı  0,5  litr  qaynar  suya  töküb  axĢama  qədər 
dəmləyin. AlınmıĢ cövhərdən gündə 3 dəfə, stəkanın 1/4 hissəsi qədər daxilə qəbul edin. Müalicəni 
40 gün davam etdirin. 14 gün fasilədən sonra, yenidən daha 40 gün müalicəni davam etdirin. 
Ürək-damar  xəstəliyində.  Ürək  döyünmələrində,  təngnəfəslikdə,  ĢiĢmələrdə  gülümbahar, 
xoruzgülü  və  piĢikotunun  qarıĢığından  istifadə  olunması  məsləhət  görülür.  Bunun  üçün  1  xörək 
qaĢığı qarıĢığı 1 stəkan qaynar suya töküb 8-10  saat dəmləyin. Sonra süzüb 3  saat ara verməklə 1 
xörək qaĢığı daxilə qəbul edin. 
Kəskin  ürəkbulanmalarında  və  qusma  zamanı  (hamiləlik  toksikozları  zamanı).  Bunun 
üçün eyni miqdarda gülümbahar çiçəyi ilə quĢəppəyi qarıĢığından 1 xorək qaĢığı götürüb bir stəkan 
qaynar suya tökün və bütün gecəni dəmlədikdən sonra gündə 3 dəfə, yeməyə yarım saat qalmıĢ bir 
xörək qaĢığı daxilə qəbul edin. 
Mədə  soyuqdəymələrində.  Mədəaltı  vəzinin,  dalağın  fıbroz  dəyiĢilmələrində  gülümbahar, 
dəmrovotu,  zəncirotu,  eyni  miqdarda  dazıotundan  götürüb  bir-biri  ilə  qarıĢdırın.  2  xorək  qaĢığı 
qarıĢığı 0,5 stəkan qaynar suya töküb səhərə qədər dəmləyin. Gündə 3 dəfə yeməkqabağı stəkanın 
3/4 hissəsi qədər daxilə qəbul edin. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə