Elmi redaktorlar amea-nın müxbir üzvləri


Kəskin  qarın  köpmələrində



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə125/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   121   122   123   124   125   126   127   128   ...   149

249 
 
Kəskin  qarın  köpmələrində.  Bunun  üçün  1  xorək  qaĢığı  gülümbahar,  piĢikotu  kökü  və 
Ģüyüd yar qarıĢığını 1 stəkan qaynar suda dəmləyib süzün. Gündə 3 dəfə, stəkanın 1/4 hissəsi qədər 
daxilə qəbul edin. 
Gülümbahardan  hazırlanmıĢ  «Kaferit»  preparatından  qanazlığı  xəstəliklərində,  «Kaleflon» 
preparatından isə mədə və bağırsaq soyuqdəymələrinin müalicəsində istfadə edirlər. 
Dismenoreya, 
klimakteriya, 
yuxusuzluğun, 
hipertoniyanın 
başlanğıc 
dövründə. 
Gülümbahar çiçəyindən 1:10 nisbətində götürüb 70%-li spirtdə cövhərini hazırlayıb 21 gün qaranlıq 
yerdə saxlayın. Gündə 3 dəfə yeməyə 30 dəqiqə qalmıĢ 15-20 damcı 30 ml suya töküb qəbul edin. 
Qanı axan yaraların müalicəsi üçün. Gülümbahardan hazırlanmıĢ mayeni tənzifə hopdurub 
yaranın üzərınə qoyun. 
Oara  ciyər  sirrozunda.  40  q  gülümbahar  çiçəyi,  40  q  dazıotu,  20  q  çovdar  mahmızı,  30  q 
yolotu,  40  q  solmazçiçək,  10  q  çobanyastığı  qarıĢığından  3  xörək  qaĢığı    bir  stəkan  qaynadılmıĢ 
soyuq suya töküb 10-12 saat saxlayın. 5 dəqiqə qaynatdıqdan sonra süzün. 
Dalaq  şişmələrində.  Gülümbahar  və  boymadərən  çiçəyi  götürüb  qarıĢdırın.  AlınmıĢ 
qarıĢıqdan  3  xörək  qaĢığı  3  stəkan  qaynar  suya  töküb  dəmləyin.  Sonra  süzüb  gündə  3  dəfə, 
yeməkdən qabaq 1 stəkan qəbul edin. 
Xənazir  və  raxit  xəstəliklərdə.  3  xorək  qaĢığı  gülümbahar  çiçəyindən  götürüb  2  stəkan 
qaynar suda dəmləyib, uzun müddət stəkanın yarısı qədər gündə 3 dəfə qəbul edin. 
Kəskin  xroniki  faringitin,  kataral  anginanın,  stomatitin,  gingivit  və  paradontozun 
müalicəsiıtdə. 3 xörək qaĢığı doğranmıĢ gülümbahar çiçəyini bir stəkan suya tökün və su hamamına 
qoyub 15 dəqiqə qaynadıb 45 dəqiqə dəmləyib süzün. Sonra stəkana su əlavə edib əvvəlki həciminə 
gətirin. Ekstraktdan gündə 2-3 dəfə 1-2 xörək qaĢığı qəbul edin. 
Kəskin  uşaqlıq  yaralarının  eroziyası  zamanı.  Yuxarıda  göstərdiyimiz  üsulla  ekstraktı 
hazırlayıb 1 litr isti suyun üzərinə töküb zədələnmiĢ nahiyəni gündə 1-2 dəfə yuyun. 
Başgicəllənmələri zamanı. 3 xörək qaĢığı gülümbahar çiçəyini 1 stəkan qaynar suya töküb 
45 dəqiqə dəmləyib, süzün. Ekstraktdan gündə 1-3 xörək qaĢığı qəbul edin. 
Uşaqlardaraxıtin  müalicəsində.  3  xörək  qaĢığı  gülümbahar  çiçəyini  2  xörək  qaĢığı 
boymadərən  çiçəkləri  ilə  qarıĢdırıb  0,5  litr  qaynar  suya  töküb  10  dəqiqə  dəmləyib,  süzün.  Bu 
ekstraktdan tez-tez uĢağa çay kimi içirdin. 
Gülümbahardan qida məhsullarının hazırlanması. 
Gülümbahar çiçəklərindən dünyanın ən məĢhur ədviyyatı hesab edilən zəfəranm əvəzedicisi 
kimi istifadə edilir. Belə ki, narıncı-qırmızıya çalan gülümbahar çiçəklərini dərib qurudur, narın toz 
halına  salıb  zəfəranın  tərkibinə  qataraq  onun  həcimini  artırıb  satırlar.  Müasir  dietoloqlar  hesab 
edirlər ki, zəfəranı tamamilə gülümbahar ilə əvəz etmək olar. Gülümbahar plova yalnız parlaq sarı 
rəng  vermir,  həmçinin  də  tərkibini  müalicəvi  bioloji  aktiv  maddələrlə  zənginləĢdirir.  Gülümbahar 
çiçəklərindən ekoloji cəhətdən təmiz təbii boyaq kimi istifadə edən zaman onu yağla və yaxud südlə 
qarıĢdırıb  azca  qızdırıb  istifadə  edin.  Tozunu  (çiçəyi)  südlə  qarıĢdırıb  15-20  dəqiqə  qaynatdıqdan 
sonra istifadə edin. Süddə aldığınız sarı-zəfəranlı məhlulu un ilə qarıĢdırıb aldığınız xəmirdən sarı-
zəfəranı  kökə,  tapı,  qoğal,  kətə  və  s.  hazırlaya  bilərsiniz.  Gülümbahardan  aldığınız  pasta  formalı 
sarı-qırmızı  rəngli  boyaq  ilə  müxtəlif  xörəkləri,  yağı,  pendiri,  tortu,  dondurmanı  və  s.  gözoxĢayan 
rənglərə  boyaya  bilərsiniz.  AlınmıĢ  təbii  boyaq  pastasından  ətriyyat,  kosmetika,  tibb  və  əczaçılıq 
sənayesində də istifadə etmək olar. 
Qoyun pendiri ilə buterbrod pastasının hazırlanması. 50 q qoyun pendiri, 50 q kərə yağı, 2 
xörək qaĢığı təzə gülümbahar ləçəkləri, qaraqınıq tozu götürün. Qoyun pendirini əzib qaraqınıq tozu 
ilə  qarıĢdırın.  Gülümbaharı isə  əzib,  az miqdarda  yağla  qarıĢdırın.  Aldığınız  pastanı  yaxĢı  olar  ki, 
qara çörəyə yaxıb istifadə edəsiniz. 
Şəkərli rahathulqumun hazırlanması. 500 q un, 200 q kərə yağı, 200 q Ģəkər tozu, yumurta 
sarısı, spirtli içkilər: konyak, araq və yaxud romdan 50 ml, 2 çay qaĢığı gülümbahar tozu götürün. 
Kərə yağını gülümbahar tozu ilə yaxĢı-yaxĢı qarıĢdırın. Sonra yumurta sarısının üzərinə Ģəkər tozu 
tökə-tökə  qarıĢdırın, aldığınız  kütləni  gülümbahar tozu  qarıĢdırılmıĢ  kərə  yağı  ilə qarıĢdırıb,  sonra 
üzərinə  spirtli  içkini,  unu  ehtiyatla  əlavə  edib  yenidən  qarıĢdırmanı  davam  etdirin.  Aldığınız 
xəmirəbənzər kütləni soyuducuya qoyub 5-7 gün saxlayın. Xəmiri soyuducudan götürüb iriliyi 2,5-


250 
 
3,0  sm  olan  kündələr  düzəldin,  onları  yastı  hala  (qoğal  formasına)  salın.  Sonra  üzərlərinə  azca  un 
səpib vam yanan qaz üzərinə qoyub 5-7 dəqiqə saxlayın və götürüb süfrəyə verin. 
Gülümbahardan  tərəvəz  salatının  hazırlaması.  100  q  təzə  xiyar,  50  q  göy  soğan,  50  q 
gülümbahar çiçəyi, bir neçə qıça Ģüyüd, suda biĢmiĢ yumurta, zövqünüzə görə duz götürün. 
Xiyarın  qabığını  soyub,  xırda  doğrayın.  Soğanı  və  gülümbaharı  yuyub  qaynadın.  Sonra 
üzərinə xama, zövqünüzə görə Ģüyüd və duz əlavə edin. Salatın üzərini biĢmiĢ, halqaĢəkilli yumurta 
ilə bəzəyib süfrəyə verin. 
 
Adi çaqqalqanqalı – Onopordum acanthium L. 
 
Dünya  florasının  tərkibində  Onopordum  cinsinin  25-ə  qədər  növü  yayılmıĢdır.  Cinsin 
növlərinə  ən  çox  Avropa,  Qərbi  Asiya  və  ġimali  Afrika  ərazilərində  təsadüf  edilir. 
Çaqqalqanqalının  Qafqazda  4,  o  cümlədən  Azərbaycanda  2  növü  yayılmıĢdır.  Azərbaycan 
florasında rast gəlinən O. acanthium  L. növü qida və müalicəvi əhəmiyyətli bitki hesab edilir. Bir 
sıra xalqların təbabətində bu bitki ilə xoĢagəlməz xəstəlikləri müalicə edirlər. 
Adi  çaqqalqanqalı  -  Onopordum  acanthium  L.  kəskin  tikanlarla  əhatə  olunan  150-500  sm 
hündürlüyündə  olan  ikiillik  ot  bitkisidir.  Bunun  nektarla  zəngin  olan  qırmızı-moruğu  rəngli  ətirli 
çiçəkləri  bal  arılarını  uzaqdan  özünə  cəlb  edir.  Uzunsov  yarpaqlarının  kənarı  tikanlarla  əhatə 
olunmuĢdur. 
ġara  bənzər  olub  2-4  sm  enindədir.  Çiçək  tacı  tünd-qırmızı  rəngdədir.  Bitki  may-iyun 
aylarında çiçək açır, iyul-avqust aylarında meyvə verir. 
Adi  çaqqalqanqalı  Azərbaycanın  demək  olar  ki,  hər  yerində  yayılmıĢdır.  Ona  düzənlik 
sahələrdən tutmuĢ orta dağ qurĢaqlarına qədər rast gəlmək olar. Bitkiyə ən çox əkin sahələrində bağ, 
bostan 
Onopordum 
acanthium 

və 
zibilliklərdə,  çay 
kənarlarında, 
meĢə 
və 
kolluqlarda rast gəlinir. 
Xalq  arasında  bitkinin  kökündən,  cavan 
gövdəsindən, 
çiçək 
yatağından, 
yapaq 
saplaqlarından  qabığını  təmizləyib  qida  kimi 
istfıadə 
edirlər.  Xarici  görünüĢünə 
görə 
çaqqalqanqalı  adi  qanqalı  xatırladır.  Lakin 
qanqaldan fərqli olaraq o hər tərəfdən tikanlarla 
əhatə  olunmuĢdur.  Bunu  nəzərə  alaraq  çaqqal 
qanqalı 
ilə 
bağ 
və 
bağçaların 
ətrafını  
çəpərləyirlər.  Çaqqal  qanqalından  hələ  çox  qədim  dövrlərdə  xalq  təbabətində  mikrob  əleyhinə, 
yarasağaldıcı, qankəsici, sidikqovucu məqsədlər üçün istifadə edirdilər. 
Müalicə  məqsədləri  üçün  çiçək  açan  zaman  bitkinin  yuxarı  hissəsini  kəsib  götürür, 
tikanlardan təmizləyib dəstələyərək kölgəli yerdə qurudurlar. 
Çaqqalqanqalından müalicə preparatlarının hazırlanması. 
Soyuqdəymə,  öskürək,  bronxial  astma  zamanı.  3  xörək  qaĢığı  doğranmıĢ  təzə  otundan 
götürüb termosa töküb üzərinə 0,5 litr qaynar su əlavə edin, 2-3 saat saxlayıb süzün. Gündə 3 dəfə, 
yeməyə yarım saat qalmıĢ stəkanın 1/3 hissəsi qədər qəbul edin. 
Sistit,  uretrit,  sidikqovucu  vasitə  kimi,  həmçinin  müxtəlif  formalı  şişlərin  cərrahi  yolla 
aradan  qaldırılmasından  sonra.  3  xörək  qaĢığı  otundan  götürüb  0,5  litr  qaynar  suya  töküb,  vam 
odun üzərinə qoyub 15 dəqiqə saxlayın. Sonra odun üzərindən götürün və 45 dəqiqə saxlayıb süzün. 
Dəmləməni  0,5  litr  həcminə  gətirib  gündə  4  dəfə,  yeməyə  yarım  saat  qalmıĢ  stəkanın  1/2  hissəsi 
qədər qəbul edin. Müalicə kursu 2 həftədir. 
Yuxarıda  qeyd  etdiyimiz  xəstəlikləri  müalicə  etmək  üçün,  qurudulmuĢ  yarpağını  poroĢok 
(toz) halına salıb gündə 2-3 dəfə, 1 çay qaĢığı qəbul edin. 
Nefrit,  tonusun  aşağı  düşməsi,  depressiya  zamanı.  1  xörək  qaĢığı  doğranmıĢ  yarpağından 
götürüb 1 stəkan qaynar suya tökün  və 1 saat saxlayıb süzün.  Gündə 2-3 dəfə,  yeməyə  yarım saat 
qalmıĢ stəkanın 1/3 hissəsi qədər qəbul edin. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə