Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə127/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   123   124   125   126   127   128   129   130   ...   149

253 
 
0,09 - V, 1,11 - Se, 0,36 - Ni, 0,04 - Sr, 0,06 - Pb, 0,50 - B və s. mikroelementləri aĢkar edilmiĢdir. 
Elmi-təbabətdə  mavi  göyçiçəyin  güllərindən  sulu  dəmləmə  hazırlayıb  sidikqovucu  və 
ödqovucu dərman kimi qəbul edilir. Cövhərindən sidik kisəsi və bronxlarda əmələ gələn iltihabın, 
ĢiĢ və irinli yaraların müalicəsində istifadə edilir. 
Xalq təbabətində göyçiçək çayından ürək ağrılarını sakitləĢdirmək üçün iĢlədilir. 
Hələ  çox  qədim  zamanlarda  göyçiçəyin  toxumlarını  yığıb  qurudar,  narın  toz  halına  salıb, 
ziyil,  qaĢınma  və  ekzema  əleyhinə  iĢlədərdilər.  Ləçəklərindən  alınan  cövhərlərdən  isə  göz 
qıcıqlanma, ağrı və yaralarında istifadə olunmuĢdur. 
Hal-hazırda  kosmetika  sahəsində  göyçiçəyin  ləçəklərindən  alınan  dəmləmələrdən, 
cövhərlərdən  dəridə  əmələ  gələn  yaraların,  ekzemaların,  qaĢınmaların  müalicəsində  geniĢ  istifadə 
edilir.  Ondan  göz  ağrılarında,  bədəndə  əmələ  gələn  qıcıqlanmalarda  da  iĢlədilir. Dəri  səpkilərində 
isə vannasının qəbul edilməsi məsləhət görülür. 
Çiçəklərindən yeyinti sənayesi üçün göy rəngli təbii boyaq alınır. 
Müalicə və kosmetika məqsədilə tam çiçək açan dövrdə toplanır. Çiçək səbətlərini qayçı ilə 
kəsib  qıfvari  və  bir  qədər  boruĢəkilli  çiçəkləri  ayırıb,  talvar  altında  sərib  qurudurlar.  QurumuĢ 
çiçəkləri kağız kisələrə doldurub quru yerlərdə saxlayırlar. 
 
 
 
 
Əkin kahısı – Lactuca sativa L. 
 
Kahı  sözünün  mənası  latınca  Lactuca  «süd»  deməkdir.  Belə  ki,  bitkinin  tərkibində 
südəoxĢar,  acımtıl  qlükozid  -  laktusindən  ibarət  birləĢmənin  olması  ilə  xarakterizə  olunur.  Salat 
hazırlanan  bitkilər  insanlar  tərəfindən  uzun  müddət  aparılan  seleksiya  iĢlərinin  nəticəsində 
yaradılmıĢdır. 
Bunlara  misal  olaraq  kahını  (yarpaq  və  baĢ),  yolotunu,  kələmi,  xardal  yarpağını  və  s. 
 
g
östərmək olar. Bunların içərisində ən çox yayılanı mədəni halda əkin kahısıdır  (L. sativa L.). Əkin 
kahısı  Mərkəzi  Avropa,  Kiçik  Asiya  ölkələrinin  ərazilərində,  eləcə  də  Rusiyanm  orta  və  cənub 
ərazilərində  yabanı  halda  yayılmıĢdır.  Bitkinin  çoxlu 
formalarına təsadüf edilir. 
Əkin  kahısı,  kahının  yabanı  formalarının  bir-biri  ilə 
çarpazlaĢdırılması nəticəsində əldə olunmuĢdur. 
Hazırda dünyanın müxtəlif ölkələrində qiymətli tərəvəz 
bitkisi kimi 5 növmüxtəlifliyindən və onlardan alınan 1000-dən 
çox sort və formalarından istifadə edilir. Kahı cinsinin təsnifatı 
ilk  dəfə  1753-cü  ildə  K.Linney  tərəfindən  verilmiĢdir. 
K.Linney  kahının  2  növmüxtəlifliyi  haqqında  məlumat 
vermiĢdir.  Lakin  1960-cı  ildə  botanik  T.V.Zizqunova  Lactuca  cinsinin  5  növmüxtəlifliyinin 
təsnifatı haqqında düzgün elmi məlumatlar vermiĢdir. Hal-hazırda bütün botaniklər T.V.Zizqunov 
təsnifatına üstünlük verirlər. 
Kahının 5 növmüxtəlifliyi aĢağıdakılardır: 
1.
 
Yarpaq növu (Lactuca sativa var. acephala Alef.) iri, güclü, Ģirəli, pozet yarpaqları olan 
kol  əmələ  gətirir.  Müxtəlif  irilikdə  olan  yarpaqlı  sortları  (Avstraliya,  Qrend,  Repids, 
Rubin) geniĢ surətdə əkilib-becərilir. 
2.
 
Dərilib  toplanan  növün  (Lactuca  sativa  var.  acephala  Alef.)  rozet  yarpaqları  kol  əmələ 
gətirir. Müxtəlif sortları əkilib-becərilir. 
3.
 
BaĢ  formalı  kahı  (L.  sativa  var.  capitata  L.)  əkilən  sortlardan  sıx  yarpaqları  və 
baĢcıqlarının uzunsov olmaları ilə bir-birilərindən fərqlənirlər. 
4.
 
Romen  kahısı  (L.  sativa  var.  remena  Lam.).  Bunun  sortlarının  yarpaqları  və  baĢcıqları 
müxtəlif formada və ölçüdə olması ilə fərqlənir. 
5.
 
Qulançarabənzər  kahı  (L.sativa  var.  angustana  Irish).  Uzunsov  gövdə  və  ensiz  uzun 


254 
 
yarpaqlardan ibarətdir. 
  Kahı  cinsinin  növmüxtəlifliklərinin  kimyəvi  tərkibləri  əkildikləri  ərazilərin  ekoloji 
Ģəraitlərindən  asılı  olaraq  müxtəlif  tərkibə  malik  olur.  Kahıdan  tərəvəz  bitkisi  kimi  bizim  eradan 
4500  il  bundan  qabaq  misirlilər,  yunanlar  və  romalılar  istifadə  etmiĢlər.  Ruslar isə  kahı  bitkisi  ilə 
XVII əsrdə tanıĢ olmağa baĢlamıĢlar. 
  Kahı  qiymətli  tərəvəz  bitkisi  kimi  ABġ-da  120  min  hektar  sahədə,  əkilib-becərilir.  Hər 
hektar sahədən 20 ton yaĢıl kahı məhsulu əldə edilir. Hər il bir Amerika vətəndaĢma orta hesabla 10 
kq  yaĢıl  kahı  məhsulu  düĢür.  Ġtaliyada  hər  il  750-800  min  ton  kahı  məhsulu  əldə olunur  ki,  bu  da 
əkilən  kökdən  5  dəfə,  çuğundurdan  15  dəfə  çoxdur.  Hollandiyada  isə  hər  il  130  min  ton  kahı 
məhsulu  əldə  olunur.  Bütünlükdə  Qərbi  Avropa  ölkələrindən  hər  il  1,5  milyon  ton  kahı  məhsulu 
tədarük  olunur.  Dünya  bazarlarına  kahını  əsas  ixrac  edən  ölkələr  Hollandiya,  Ġtaliya,  Fransa, 
Ġspaniya hesab edilir. Ġkinci yerləri isə Macarıstan, PolĢa və Kuba tutur. 
  Hal-hazırda dünyada əkilən 1000-dən artıq kahı sortlarını onların yarpaq və baĢ hissələrinin 
iriliyinə,  müxtəlif  rəng  çalarlarına,  tez,  orta  və  gec  məhsul  verdiklərinə,  eləcə  də  kimyəvi 
tərkiblərinə görə təsnifatlaĢdırırlar. 
Hələ  vaxtilə  Ġbn  Sina  kahının  yarpaqlarının  faydalı  xüsusiyyətləri  haqqında  geniĢ məlumat 
vermiĢdir.  Bitkinin  yarpaqlarından  hazırlanan  mazdan  səpkilərin,  Ģirəsindən  isə  yaraların 
müalicəsində  geniĢ  istifadə  edilirdi.  Kahı  südverən  anaların  südünün  ifrazını  artırır,  onların  döĢ 
nahiyələrini  yumĢaldır.  Yarpaqlarından  mədənin,  qara  ciyərin  normal  iĢləməsində,  yuxusuzluğun 
aradan  qaldırılmasında  istifadə  edilir.  Heç  bir  Ģeylə  əvəz  olunmayan  salatından  vitamin 
çatıĢmazlığında  istifadə  edlir.  Kahı  tərkibindəki  B,  E  və  K  vitamininin  çoxluğuna  görə  heç  bir 
tərəvəz  bitkisi  ilə  müqayisə  olunmur.  Yarpağının  tərkibində  çoxlu  miqdarda  karotin,  askorbin 
turĢusu,  dəmir,  kalsium,  fosfor,  yod,  kobalt,  sink  manqan  və  s.  maddələr  tapılmıĢdır.  Kahıdan 
hazırlanan salatlardan uĢaqlara, yaĢlılara, ―piylənməyə meylli insanlara‖, pəhriz xörəyi kimi qəbul 
etmələri məsləhət görülür. 
Bunun  Ģirəli  yarpaqları  ilə  soyuqdəymədə,  sidik  kisəsi  xəstəliklərində,  həmçinin 
qalxanabənzər  vəzi  pozuntalarının  aradan  qaldırılmasında  istifadə  edilir.  Kahının  yarpağından 
alınan  Ģirənin  30%-ni  kalum  elementi təĢkil  etdiyindən  ürək  əzələlərinin iĢini  nizama  salır,  ürəyin 
fəaliyyətinə  köməklik  göstərir.  ġirənin  ən  qiymətli  xüsusiyyətlərindən  biri  də  ondan  ibarətdir  ki, 
qanda  eritrositlərin  əmələ  gəlməsinə  səbəb  olur.  Bundan  baĢqa  kahının  yarpağının  tərkibində  olan 
xlorofıl  orqanizmdən  xolesterini  kənar  edir  və  infeksion  xəstəliklərin  qarĢısını  alır.  Xlorofıl  kahı 
yarpağının  tünd  yaĢıl  hissəsində  daha  çox  olur.  100  ml  Ģirəsi  insanın  əsəb  və  əzələlərinin 
fəaliyyətini  normaya  salır,  mədədə  həzmi  yaxĢılaĢdırır,  üz  dərisini  saflaĢdırmaqla  yanaĢı  
elastikliyini artırır. Bundan baĢqa kahı Ģirəsi susuzluğu aradan qaldırır, spirtli içki qəbul edənlərin 
sərxoĢluğunun dərəcəsini yüngülləĢdirir. 
Kahının  növmüxtəlifliklərindən  alınan  sortların  kimyəvi  tərkibləri  də  müxtəlifdir.  Belə  ki, 
yarpaq  formalı  tərəvəz  sortunda  üzvi  maddələrin  miqdarı  o  biri  sortlara  nisbətən  üstünlük  təĢkil 
edir.  Yarpaq  formalı  kahı  sortunda  azot  maddələri  quru  çəkinin  20-30%-ni  təĢkil  edir.  Kövrək 
yarpaq  sortunun  tərkibində  monosaxarid  birləĢmələri  o  biri  sortlara  nisbətən  daha  çoxdur.  Yağ 
təbiətli  formasının  yarpaqlarının  tərkibində  piy  maddələri  üstünlük  təĢkil  edir.  Kahının  yarpaq 
formasında çoxlu miqdarda vitamin kompleksi aĢkar edilmiĢdir. Belə ki, yarpaqlarının tərkibində 90 
mq% C vitamini, 3 dəfə çox B
1
 və B
2
 vitaminləri, 16 mq% karotin, nikotin turĢusu PP, rutin (P) və 
s. aĢkar edilmiĢdir. YaĢıl yarpaqlarında olan fol turĢusu qan xəstəliyi olan insanların vəziyyətlərinin 
yaxĢılaĢmasına yardım edir. Yağda həll olan E vitamininin miqdarı 1,5% təĢkil edir. Yağ çox olan 
formalarının yarpaqlarında E vitamininin miqdarı daha çoxdur. 
Kahı öz biokimyəvi xüsusiyyətlərinə və genetik vəziyye- tinə görə Ģirin tərəvəz qrupuna aid 
edilir.  Yarpaqlarının  tərki-  bindən  2,5-3,8%  Ģəkər,  çoxlu  sulu  karbohidratlar,  protein,  kal-  sium, 
kalium,  demir,  narıium,  fosfor,  amin  turĢularından  olan  manit,  asparagin,  həmçinin  alma,  limon, 
quzu  qulağı,  yantar  və  s.  aĢkar  edilmiĢdir.  Tərkibindəki  kalsiumun  miqdarına  görə  kahı  bütün 
tərəvəz bitkilərinə nisbətən üstünlük təĢkil edir. Mineral duzların miqdarına görə ancaq ispanaqdan 
geri  qalır.  Kahının  yarpaqlarından  alınan  süd  Ģirəsinin  tərkibində  acımtıl  laktusin  alkaloidi 
tapılmıĢdır ki, o orqanizmdə baĢ verən maddələr mübadiləsinin nizama salınmasına, əsəb sisteminin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə