Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə129/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   125   126   127   128   129   130   131   132   ...   149

257 
 
biĢmiĢ  yumurta,  100  q  xama,  100  q  mayonez,  bir  dəstə  Ģüyüd  və  reyhan,  zövqünüzə  görə  duz 
götürün. Lobyanı qını ilə birlikdə iriliyi 3-4 sm olan hissələrə doğrayıb, pomidor və xiyarı dairə və 
yaxud  yarım  dairə  Ģəkildə  doğrayın.  Kahının  yarpaqlarının  yarısını  xırda  hissələrə  doğrayın. 
Hazırladığınız  tərəvəzi  bir-biri  ilə  qarıĢdırıb,  üzərinə  duz  səpin.  DogranmıĢ  yumurta,  xama, 
mayonez əlavə edib  üzərinə Ģüyüd və reyhan səpəndən sonra süfrəyə verin. 
Ətirli assorti. 1 ədəd kahı, 1 ədəd çox da böyük olmayan qırmızı soğan, alma, portağal, 100 
q qatıq, 1 xörək qaĢığı bitki yağı, Ģüyüd, duz, zövqünüzə görə qırmızı istiot götürün. Kahı yarpağını 
ehtiyatla  yuyub,  yarıya  bölüb  bir  hissəsini  salat  qabına  qoyun.  Soğanı  təmizləyib  xırda  hissələrə 
salın,  sonra  almanı,  portağalı  doğrayıb  yaxĢıca  qarıĢdırın.  Üzərini  qatıq,  bitki  yağı,  bibər,  duz  və 
göyərti ilə bəzəyib süfrəyə verin. 
Xama qarışdırılmış salatın hazırlanması. 2 ədəd 500-600 q çəkisi olan kahı baĢcığı, 2 ədəd 
biĢmiĢ yumurta, limon Ģirəsi, sirkə, Ģüyüd, göy soğan, Ģəkər və zövqünüzə görə duz götürün. Sonra  
komponentləri bir-birilə qarıĢdırıb üzərinə 100-150 q xama əlavə edin və salat qablarına doldurub 
süfrəyə verin. 
Məşhur  qarışıq  salatın  hazırlanması.  Kahının  yarpaqlarını  dərib  yuduqdan  sonra  üzərinə 
doğranmıĢ  xiyar,  pomidor,  soğan,  bibər,  Ģüyüd  əlavə  edin.  Sonra  üzərinə  limon  Ģirəsi,  azca  sirkə 
turĢusu əlavə edib bitki yağı, Ģəkər tozu və duz səpib qarıĢdırıb süfrəyə verin. 
Kahıdan  tez-tez  istifadə  edilən  yaşıl  salatın  hazırlanması.  Ġri  yarpaqlı  kahı  baĢı,  2  xörək 
qaĢığı bitki  yağı, limon Ģirəsi, sirkə, Ģəkər tozu, bibər və zövqünüzə  görə duz  götürün. Sonra kahı 
yarpaqlarını  yuyub  3-4  hissəyə  doğrayıb,  üzərinə  bitki  yağı,  limon  Ģirəsi,  bibər,  duz  əlavə  edib 
qarıĢdırın. Kəskin tama malik salatları sevən adamların istəyinə uyğun olaraq 2 xörək qaĢığı sirkə 
turĢusunun  tərkibinə  4-5  xörək  qaĢığı  bitki  yağı  və  yarım  çay  qaĢığı  sirkə,  Ģəkər  tozu,  bibər  və 
zövqünüzə  görə  duz  əlavə  edin.  Üzərinə  xırda  doğranmıĢ  Ģüyüd,  cəfəri,  səpib  20-30  dəqiqə 
soyuducuda saxladıqdan sonra salat qablarına doldurub süfrəyə verin. 
Bayramlarda, təntənəli yığıncaqlarda istifadə olunan şirin salatın hazırlanması. Ehtiyatla 
kahı  yarpaqlarını  yuyub,  azca  qurudub  iri  yarpaqları  3-4  hissəyə  bölüb  qarıĢdırın  və  üzərinə  bal, 
xırda  hissələrə  salınmıĢ  qoz  ləpəsi  əlavə  edib  30-50  dəqiqə  soyuducuda  saxlayın.  Sonra 
soyuducudan çıxarıb meyvə və sərinləĢdirici spirtsiz içkilərlə birlikdə süfrəyə verin. 
Faydalı  məsləhət.  Kahının  yarpaqlarının  Ģirə  və  qidalılıq  keyfiyyətini  uzun  müddət 
itirmədən saxlanması üçün onu bıçaqla kəsməyin. Əlinizlə xırda hissələrə bölüb saxlayın. 
Kahının əkilib-becərilmə tarixinə qısa nəzər. Kahının mədəni halda becərilməsi çox qədim 
dövrlərə gedib çıxır. K.Lindqvist (1960) və L.Keimer (1924) Misir sərdabələrini tədqiq edən zaman 
qəbir  daĢlarına  yazılmıĢ  kahının  adına  rast  gəlmiĢdilər.  L.Keimer  məlumat  verir  ki,  həmin  kahı 
bitkisi  silindrvari  formada  olmuĢdur.  K.Lindqvistin  məlumatına  görə  uzun,  nazik  yarpaqlarının 
kənarları iti formalı olan bitki müaĢir Ģəraitdə becərilən romena kahısına oxĢayırmıĢ. 
L.scariola kahısı insanlara bizim eradan əvvəl 665 il bundan əvvəl məlum olmuĢdur. Qədim 
yunan  tarixçisi  Herodot  yazırdı  ki,  bizim  eradan  550  il  bundan  əvvəl  kahı  fars  çarlarından  olan 
Kambezanın hakimiyyəti dövründə onun sarayında ən əziz tutulan tərəvəzlərdən biri hesab edilirdi. 
Kahının  Avropaya  nə  vaxt  gətirilməsi  elmə  məlum  deyildir.  Yunanlar  əkilən  kahını  qədim  Misir 
dövlətlərindən gətirmiĢdilər. Yunanıstanda kahı tərəvəz və dərman bitkisi kimi əkilib-becərilmiĢdir. 
Hippokrat, Aristotel, Teofrast, Dioskorid öz əsərlərində kahı haqqında qiymətli məlumatlar verirlər. 
Qədim dövrlərdə kahının gövdəsindən qida və müalicə məqsədləri üçün istifadə edilirdi. O dövrün 
məĢhur alim və həkimi hesab edilən Difıl bizim eranın IV əsrlərində kahı gövdəsinin yarpaqlarına 
nisbətən  daha  keyfiyyətli  qida  məhsulu  olduğunu  qeyd  edirdi.  Bizim  eranın  VI-V  əsrlərində 
yazılmıĢ  «Epixarma»  komediyasında  qadınların  kahı  gövdəsini  təmizləmələri  səhnəsi  təsvir 
edilmiĢdir. Buna baxmayaraq G.Hegri (1929) qeyd edir ki, qədim yunanların tezyetiĢən kahıdan və 
yaxud  onun  L.serriola,  L.viroza  və  yaxud  baĢqa  cinsə  aid  tərəvəz  növündən  istifadə  etməsi  alimə 
məlum olmamıĢdır. A.N.Bermer (1960) qeyd edir ki, doğrudan da qədim Roma və Misir əhalisi baĢ 
kahıdan istifadə etmiĢdilər. Alim hazırda əkilib-becərilən baĢ kahıdan yox, baĢqa növündən istifadə 
olunması haqqında məlumat verir. 
Qədim  dövrlərdə  Romada  kahıdan  baĢqa  digər  tərəvəz  növlərindən  istifadə  edilirdi. 
Ġtalyanlar  kahıdan  çərəz,  Domisian  dövründə  isə  kahıdan  iĢtahartırıcı  vasitə  kimi  istifadə  edilirdi. 


258 
 
Avqustun  imperatorluğu  dövründə  kahıdan  yalnız  təkcə  təzə  halda  yox,  onu  balla  qarıĢdırır, 
Ģorabasını, yaĢıl lobya kimi konservini hazırlayırdılar. Ġspaniyada  yaĢayan ərəblər (VIII-IX əsrlər) 
baĢ kahıdan istifadə edirmiĢlər. 
Mərkəzi  Avropa  ölkələrində  Böyük  Karlın  dövründə  (768-814)  salatından  istifadə  etməyə 
baĢlamıĢdılar.  Çarın  oğlu  Lüdovikin  (814-840)  iri  feodal  təsərrüfatlarında  geniĢ  kahı  sahələri 
mövcud olmuĢdur. 
«Physica» kitabınm müəllifı qeyd edir ki, qadın monastrının baĢçısı Hildeqard (Hildegard, 
1098-1179),  monastırın  həyətyanı  sahəsində  kahının  «wilden  ladeche»  və  mədəni  forması  olan  - 
L.domestica  becərirdi.  Ədəbiyyat  məlumatlarında  göstərilir  ki,  orta  əsrdə  kahının  növ  və  sortları 
Avropanın bir sıra ölkələrində geniĢ əkilib-becərilirdi. Ġngiltərəyə kahı I Karlın bağbanı tərəfindən 
(XIV əsrdə) gətirilib əkilmiĢdir, baĢqa bir mənbədə qeyd edilir ki, kahı Ġngiltərəyə 15-20-ci illərdə 
Niderlanddan gətirilmiĢdir. Ġ.Gerarda görə (1957) o dövrlərdə Ġngiltərədə kahının 8 sortu becərilirdi. 
1835-ci  ildə  Almaniyada  kahı  bitkisinin  qulançar  sortunun  becərilməsi  haqqında  məlumat 
verilir.  Kahının  bu  sortunun  gövdəsi  ətli  olduğu  üçün  buna  «qulançar  kahısı»  adı  verilmiĢdir. 
Almaniyada  yarpaq  formalı  kahı  1875-ci  ildə  əkilmiĢ  və  hazırkı  dövrə  kimi  geniĢ  əkin  sahələri 
mövcuddur. 
Kahı tərəvəz bitkisi kimi tezliklə Avropa və Amerika ölkələrinə yayılmağa baĢladı. 
Sturtevantsın  (1919)  məlumatlarına  görə  1612-ci  ildə  Fransada  kahının  6,  1690-cı  ildə  12, 
1828-ci  ildə  40,  1883-cü  ildə  isə  113  sortu  məlum  idi.  Ġngiltərədə  kahının  1597-ci  ildə  6  sortu, 
1765-ci  ildə  18  sortu,  Amerikada  1806-cı  ildə  16  sortu,  1885-ci  ildə  87  sortu,  Hollandiyada  isə 
1720-ci  ildə  47  kahı  sortu  əkilib-becərilirdi.  Bu  dövrlərdə  ġərqi  Asiya  ölkələrində  isə  «qulançar 
kahısı‖  geniĢ  əkilirdi.  Dekandol  (1885)  qeyd  edir  ki,  çinlilər  kahıdan  600-900-cu  illərdə  istifadə 
etməyə  baĢlamıĢlar.  Yapon  mənbələrində  göstərilir  ki,  çinlilər  kahı  Ģitillərini  ilk  əvvəllər  Ġran  və 
Qərbi Asiya ölkəılərindən alırmıĢ. Yaponlar kahıdan birinci dəfə X əsrdə istifadə etmiĢlər. BaĢarılı 
kahıdan  isə  yaponlar  1863-cü  ildə  istifadə  ctməyə  baĢlamıĢlar.  Yaponlar  kahını  ən  çox  xörəklərin 
bəzədilməsində  iĢlədirmiĢlər.  ABġ-da  isə  ən  çox  yumĢaq  kahı  sortundan  istifadə edilirdi.  Slavyan 
xalqı isə kahıdan xaçpərəstliyi qəbul edən günlərdən bəri istifadə etməyə baĢlamıĢlar. Qərb ölkələri 
ilə  əlaqəsi  nəticəsində  kahı  bitkisi  yavaĢ-yavaĢ  Rusiya  ərazilərində  görünməyə  baĢlamıĢdır. 
Q.V.Kovaleksi  (1938)  qeyd  edir  ki,  kahı  ilk  dəfə  Rusiyaya  Qərb  ölkələrindən  gətirilmiĢdir.  Rus 
tarixçiləri  yazırlar  ki,  I  Pyotr  kahının  sirkə  turĢusu  ilə  ləzzətlə  yeyirmiĢ.  1900-1908-ci  illərdə 
Rusiyada  bostançılığın  inkiĢafı materiallarında  göstərilir  ki,  əkilən tərəvəz  bitkiləri  içərisində  kahı 
xüsusi yer tuturmuĢ. 
Hazırda Rusiyada 100-dən artıq kahı sortu əldə edilmiĢ və müxtəlif rayonlarda əkin sahələri 
təĢkil edilmiĢdir. 
Kahının  xalq  təsərrüfatı  əhəmiyyəti.  Kahı  Orta  Aralıq  dənizi  ölkələrinin  ən  qədim 
bitkilərindən  hesab  edilir.  Kahı  dünyanın  bir  çox  ölkələrində  geniĢ  becərilir  və  dünya  xalqlarının 
sevimli tərəvəz bitkisinə çevrilmiĢdir. 
Əkin kahısından müxtəlif növ xörəklərin hazırlanmasında, yaĢıl hissəsindən isə keyflyyətli 
yem kimi ən çox cavan quĢların yemləndirilməsində istifadə edilir. Bitkinin gövdəsindən isə lateks 
(laktukariy) hazırlanır ki, bundan da tibdə, o cümlədən homeopatiyanın müalicəsində geniĢ istifadə 
olunur. Toxumundan keyfiyyətli yağ istehsal edilir. 
Yüksək  qida  keyfiyyətinə,  Ģaxtaya  davamlılığına,  tez  yetiĢkənliyinə,  məhsuldarlığına  görə 
kahı demək olar ki, dünyanın hər yerində əkilib-becərilir. ġimal rayonlarında kahı açıq sahələrdə və 
istixanalarda  becərildiyi  halda,  cənubun  subtropik  zonalarında  ilin  bütün  fəsillərində  açıq  tarla 
Ģəraitində berərilir. 
Uzun  müddət  sağalmayan  yaraların,  irinli  kəsiklərin  və  çibanların  müalicəsində.  Bunun 
üçün kahı çiçəyinin yağından istifadə etmək məsləhət görürlür. 
Çiçək yağının hazırlanması. 1 litr həcmində olan bankanı sabahgülü çiçəkləri ilə doldurub 
üzərinə  təmizlənmiĢ  günəbaxan  və  yaxud  zeytun  yağı  əlavə  edib  isti  və  iĢıqlı  yerdə  (məsələn, 
pəncərə qabağına) qoyub bir həftə saxlayın. Sonra iĢıqlı  yerdən götürüb 1 həftə daimi çalxalamaq 
Ģərti  ilə  qaranlıq  yerdə  saxlayın.  Yağı  tənzifdən  və  yaxud  pambıqdan  hazırlanmıĢ  tampona 
çökdürüb  xəstə  nahiyənin  üzərinə  qoyub  sarğı  və  yaxud  plastırla  bərkidin.  Əməliyyatı  hər  gün 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə