Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   9   10   11   12   13   14   15   16   ...   149

25 
 
proseslərinin  canlandırılmasında  və  toxuma  terapiyasında  tətbiq  edilir.  Bu  maddələr  orqanizmin 
özünün  müdafiə  qabiliyyətini  artırır,  maddələr  mübadiləsini  yaxĢılaĢdırır,  canlı  orqanizmin  bütün 
həyati  proseslərinin  fəaliyyətinə  müsbət  təsir  göstərərək,  xəstənin  tez  sağalmasına  zəmin  yaradır. 
Əzvayın  ampulalarda  buraxılan  standartlaĢdırılmıĢ  və  sterilizə  edilmiĢ  sulu  ekstraktından  göz 
xəstəliklərində  (konyuktivitlərdə,  piqment  rinitində,  göz  sinirinin  atrofiyasında  (qlaukomada), 
traxomada,  billurun  bulanmasında,  blefaritdə  ,  buynuz  təbəqəsinin  iltihabında,  iritin  müalicəsində 
və s. geniĢ istifadə edilir.  
Əzvayın təzə  və qurudulmuĢ  yarpaqlarından alınan Ģirədən məlhəm formasında rentgen və 
Ģüa terapiyasında törənən yanıqlara və dermatitlərə qarĢı istifadə edilir. Emulsiyası II və III dərəcəli 
yanıqların müalicəsində iĢlədilir. Əzvayın təzə Ģirəsindən gec sağalan yaraların və trofik xoraların 
müalicəsində  yarasağaldıcı  dərman  kimi  istifadə  edilir.  Bundan  baĢqa  təzə  Ģirədən  qastritlərdə  və 
kolitlərdə  də  istifadə  olunur.  Əzvayın  dəmirlə  zəngin  Ģərbəti  qanazlığında  iĢlədilirdi. 
Preparatlarından  isə  iĢtahaçıcı,  həzm  sisteminin  nizama  salınmasında,  ödqovucu,  iĢlədici,  güclü 
tonusartırıcı,  soyuqdəymə,  yarasağaldıcı,  bakterisid  və  s.  xəstəliklərin  müalicəsində  geniĢ  istifadə 
edilir.  Bundan  baĢqa  əzvayın  təzə  yarpaq  və  Ģirəsi  müxtəlif  dəri  xəstəliklərinin,  çətin  sağalan 
yaraların,  kəsiklərin,  aybaĢının  nizamlanmasında  geniĢ  tətbiq  olunur.  Yarpaqlarından  alınmıĢ  təzə 
Ģirəni qaranlıq yeıdə saxladıqdan sonra ağ ciyər vərəminin müalicəsində iĢlədilir.  
Dünyanın  bir  sıra  xəstəxanalarında  əzvay  Ģirəsindən  dəri  vərəmində,  çətin  sağalan 
ekzemaların,  qurdeĢən  və  s.  xəstəliklərin  müalicəsində  yaĢ  sarğı  kimi  geniĢ  sitifadə  edilir.  Əzvay 
Ģirəsinin  spirtdə  konservləĢdirilmiĢ  preparatı  mədədə  olan  yüksək  turĢuluğun  azaldılmasında, 
xroniki kolitdə geniĢ tətbiq edilir.  
PolĢada  əzvaydan  hazırlanan  «Aloes  sicc»  ekstraktından  «Aloes  mikstura»,  «Ayaks  draji» 
və s. preparatlardan elmi təbabətdə geniĢ istifadə edilir. Burada əzvaya «müalicə kaktusu» deyirlər. 
Təəsüflər  olsun  ki,  min  bir  dərdin  dərmanı  olan  əzvay  bitkisindən  respublikamızın  tibb  aləmi 
istifadə  etməyi  unutmuĢdur.  Halbuki,  müxtəlif  xalqların  xalq  təbabətində  əzvaydan  müxtəlif 
preparatlar hazırlanıb bir çox xəstəliklərin müalicəsində geniĢ istifadə olunur. Bunların bir neçəsi ilə 
oxucuları tanıĢ etmək istərdik.  
Əzvaydan (aloyedən) müalicə preparatlarının hazırlanması. 
Orqanizmin  zəifləməsində,  mədə-bağırsaq  pozuntularında,  toxumaların,  maddələr 
mübadiləsinin  fəaliyyətini  artırmaq  üçün.  500  q  əzvay  yarpağını  ət  maĢınından  keçirib,  üzərinə 
500 q bal əlavə edin, su hamamında 50-60°C temperaturda qızdırdıqdan sonra 0,5 litr təbii qırmızı 
çaxır əlavə edin. AlınmıĢ qarıĢığı tünd ĢüĢə qaba doldurub ağzını möhkəm bağlayın və 5 gün soyuq 
yerdə saxlayın. Məlhəmdən aĢağıdakı qaydada istifadə edin. Birinci həftə gündə 3 dəfə yeməyə bir 
saat qalmıĢ 1 çay qaĢığı, ikinci həftə isə gündə 3 dəfə bir xörək qaĢığı qəbul edin. 
Müalicə kursu 2-3 həftədir. Məlhəmin müalicəvi təsiri 1-2 aydan sonra özünü göstərəcəkdir. 
Bu preparatları həmçinin vərəmin, daxili yaraların, qəbizliyin də müalicəsində iĢlətmək olar. 
Mədə  yaralarında,  mədənin  selikli  qişası  səthində  əmələ  gələn  yaraların,  kolit, 
enterokolit,  kəskin  qəbizlik  zamanı.  Əzvayın  3-5  illik  yarpağından  alınmıĢ  Ģirədən  gündə  3  dəfə, 
yeməyə  yarım  saat  qalmıĢ  1  xörək  qaĢığı  qəbul  edin.  20  dəqiqə  sonra  isə  1  çay  qaĢığı  kartof 
niĢastasından  götürüb,  50  ml  qaynanmıĢ  suyun  üzərinə  ehtiyatla  töküb,  çöküntü  yox  olana  qədər 
qarıĢdırıb  birbaĢa  qəbul  edin.  Sonra  bir  çay  qaĢığı  bal  udmağı  yaddan  çıxarmaym.  Müalicənin 
sürətlə  baĢa  çatdırılması  məqsədilə  içilən  niĢasta  ilə  yanaĢı,  50  ml  kartof  Ģirəsi  qəbul  etməyi 
məsləhət görürlər. 
Mədə  turşuluğunun  normaya  salınması  zamanı.  Təzə  hazırlanmıĢ  əzvay  Ģirəsindən  1 
xörək  qaĢığı  götürüb  gündə  3  dəfə  yeməyə  20  dəqiqə  qalmıĢ  qəbul  edin,  20  dəqiqə  keçdikdən 
sonra, 30 ml bağayarpağı Ģirəsi için. 
Bundan  baĢqa  2  xörək  qaĢığı  qurudulmuĢ  bağayarpağından  götürüb,  0,5  litr  qaynar  suya 
töküb dəmləyin. Sonra süzüb gündə 3 dəfə stəkanın 1/4 hissəsi qədər qəbul edin. 
İmmunitetin zəifləməsində, soyuqdəymə və zökəm zamanı. Təzə hazırlanmıĢ Ģirədən gündə 
3 dəfə 1 xörək qaĢığı yeməyə 30 dəqiqə qalmıĢ qəbul edin. 
Qanazlığı zamanı. Bunun üçün dəmirlə zənginləĢdirilmiĢ əzvay Ģirəsindən gündə  3 dəfə 1 
çay qaĢığı 50 ml otaq temperaturunda olan qaynanmıĢ su ilə qarıĢdırıb qəbul edin. 


26 
 
Qəbizliyi müalicə etmək üçün. 1 ədəd əzvay yarpağından alınmıĢ Ģirə, 1 çay qaĢığı dazıotu, 
1  xörək  qaĢığı  qaıa  kəndəlaĢ  çiçəyi,  1  çay  qaĢığı  adi  razyana  götürün.  Onları  qarıĢdırıb  2  stəkan 
qaynar suya töküb dəmləyin. Sonra süzüb gündə 1 stəkan qəbul edin. Müalicə kursu 2-3 gündür. 
Göz  xəstəliyinin  müalicəsində.  Təzə  əzvay  yarpağından  götürüb  təmiz  yuyun.  Sonra  əzib 
Ģirəsini  çıxarm  və  bir  stəkan  qaynar  suya  töküb  5-10  dəqiqə  qaynadın.  AlınmıĢ  «əzvay  suyu»nu 
apteklərdə  satılan  xüsusi  piyaləyə  töküb  gözünüzü  yuyun.  Yuma  zamanı  gözünüzdə  olan  ağrıya 
fıkir  verməyin.  «Əzvay  suyu»  uzun  müddət  sağalmayan  irinli  yaraların  müalicəsinə  effektli  təsir 
göstərir. 
Ağ  ciyər  varəminin  müalicəsində  yardımçı  vasitə  kimi.  500  q  qurudulmuĢ  və  doğranmıĢ 
əzvay  yarpağı,  200  q  qunduz,  donuz  və  yaxud  qaz  piyi,  təzə  inək  yağı,  100  q  bal,  10  q  kakao 
götürüb,  bunları  yaxĢı-yaxĢı  qarıĢdırın.  AlınmıĢ  qarıĢığı  soyuducuda  saxlayın.  Sonra  alınmıĢ 
məlhəmdən bir xörək qaĢığı 50°C temperaturda qaynadılmıĢ 1 stəkan südlə qarıĢdırıb səhər tezdən 
və axĢamlar yatmağa 3 saat qalmıĢ yeməkdən sonra qəbul edin. 
Rus xalq təbabətində vərəm xəstəliyini müalicə etmək üçün 20 q cökə balı, 1 stəkan xırda 
doğranmıĢ  əzvay,  100  ml  zeytun  yağı,  30  q  gökə  çiçəyi,  2  stəkan  qaynadılmıĢ  su  götürürlər. 
Əvvəlcə balı qazana töküb əridir, üzərinə əzvay əlavə edib biĢirirlər. Sonra 2 stəkan suya tozağacı 
tumurcuğunu və gökə çiçəyini töküb 2 dəqiqə qaynadırlar. Tozağacı tumurcuğunu və gökə çiçəyini 
süzüb  çıxarır  və  balın  üzərinə  töküb  qarıĢdırırlar.  QarıĢığın  üzərinə  zeytun  yağı  da  əlavə  edilir. 
Alınan məlhəmi qaranlıqda saxlayır və gündə 3 dəfə bir xörək qaĢığı qəbul edirlər. 
Barmaq və dırnaqlarda əmələ gələn dolama və buynuzlaşma prosesini aradan qaldırmaq 
üçün. 1 xörək qaĢığı əzvay Ģirəsi, 50 q tozağacı qatranı və yaxud sidr  yağı  götürün. Sonra onları 
yaxĢı  qarıĢdırın.  AlınmıĢ  emulsiyanı  50°C  temperaturda  qızdırıb,  100  q  həll  olunmuĢ  mumun 
üzərinə  əlavə  edib  qarıĢdırın  və  süzüb  ĢüĢə  qablara  doldurub  soyuducuda  saxlayın.  AlınmıĢ 
məlhəmdən (mazdan) gündə 3-4 dəfə ĢiĢmiĢ barmaq və dırnaqların üzərinə sürtün. 
Burun  nahiyəsində  əmələ  gələn  yaraların  müalicəsində.  Əzvay  Ģirəsindən  gündə  3  dəfə, 
hər dəfə də 5-8 damcı burun nahiyəsinə damızdırın. 
Əzvaydan bir neçə müalicəvi əhəmiyyətə malik balzamlar da hazırlanır. 
Diqqət!  Bətnində  6-7  aylıq  uĢaq  gəzdirən  hamilə  qadınlara,  kəskin  qanaxmalara  və 
bağırsağın  çıxıntı  xəstəliyi  (babasil)  olduqda  əzvay  qəbul  etməyi  məsləhət  görmürlər.  Çünki  o, 
uĢağın  vaxtından  qabaq  doğulmasına,  daxili  qanaxmaların  sürətlənməsinə  (artmasına)  və  kəskin 
qan itkisinə səbəb ola bilər. 
Əzvay  yarpağının  tərkibində  antraqlikozid  xüsusiyyətli  alonin,  aloye  emodin,  arabinoz, 
izobarbolin rabairberon (izoramnetin) və s. boyaq maddələri aĢkar edilmiĢdir. 
Əzvaydan  hazırlanan  məmulatlar  dünya  bazarında  satılan  zaman  həmin  məhsulların  adları 
bitkinin bitdiyi ərazilərin adları ilə adlandırılır. Məsələn, Cənubi Afıikada bitən Kap-aloye, Cənubi-
ġərqi Afrikada bitən Uqanda-aloye, ġərqi Afrika və Ərəbistan yarımadasında bitən Sokotra-aloye, 
Antil adalarında və Venesuelada bitən isə Kyurasao-aloye və s. adlandırılır. 
Avitaminoz,  asteniya,  qrip  və  göz  zəifliyi  zamanı.  Təzə  əzvay  yapağmdan  alınmıĢ  150  q 
əzvay Ģirəsi, 250 q may balı, 350 q qıımızı Ģərab (yaxĢı olar kaqor) götürün. Əzvay Ģirəsini 3-5 illik 
bitkidən  hazırlamaq  lazımdır.  3  gün  suvarılmayan  əzvay  yarpaqları  təmiz  yuyulur,  doğranılır  və 
onlardan  Ģirə  alınır.  Sonra  götürülən  xammalları  bir-birilə  qarıĢdırıb,  4-5  gün  sərin  zirzəmidə  və 
yaxud  soyuducuda  4-8°C  temperaturda,  qaranlıq  yerdə  saxlayın.  Aldığınız  məlhəmdən  gündə  3 
dəfə, yeməyə yarım saat qalmıĢ qəbul edin. 
Qadın  sonsuzluğunda.  Bunun  üçün  bitkinin  orta  dərəcədə  inkiĢaf  etmiĢ  yarpaqlarından 
kəsib  götürün.  Sonra  onları  xırda  doğrayıb  250-300  ml  suya  töküb  5  dəqiqə  biĢirin.  Ekstraktı 
soyudub süzün. AlınmıĢ dəmləmədən az miqdarda, 1- 2 gün ərzində qəbul edin. 
BaĢqa bir üsulla isə əzvay Ģirəsini buxarlandırıb tozunu alın. Sonra aldığınız tozdan bir çay 
qaĢığı  götürüb  1  stəkan  Ģərabın  üzərinə  töküb  bütün  gecəni  dəmə  qoyun.  Aldığınız  çaxır  qarıĢıqlı 
əzvaydan stəkanın 1/6 hissəsi qədər götürüb yeməyə yarım saat qalmıĢ qəbul edin. 
 Bronxitin müalicəsində. 25-30 q dazıotunu doğıayıb, narın toz halına salın və 250-300 ml 
əzvay  Ģirəsinə  qarıĢdırın.  AlınmıĢ  qarıĢığı  kiçik  həcmli  butılkaya  doldurub,  içərisi  isti  su  ilə  dolu 
qazanda  dəm  almağa  qoyun.  2-3  saat  keçdikdən  sonra  qabdakı  suyu  təzələyin.  Əməliyyatı  3  dəfə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə