Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə130/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   126   127   128   129   130   131   132   133   ...   149

259 
 
yatmağa az qalmıĢ yerinə yetirin. Müalicə kursunu zədələnmiĢ sahə sağalana qədər davam etdirin. 
 
MollabaĢı (Çobanyastığı) – Chamomilla recutita (L.) Rauschert. 
 
Dünya  florasının  tərkibində  çobanyastığının  50  növü  yayılmıĢdır.  Cinsin  Qafqazda  3,  o 
cümlədən Azərbaycanda 2 növünə təsadüf edilir. 
Botanika  elmində  iĢlədilən  bitki  adlarının  nomenklaturasında  dərman  çobanyastığı  baĢqa 
adla,  yəni  səhv  olaraq  ―vulgare‖  kimi  təqdim  edilmiĢdir.  Sonralar  1708-1777-ci  illərdə  yaĢamıĢ 
alman  botaniki Haller bitkiyə matircaria‖ adı vermiĢdir. Matircaria latın sözü olub  «balalıq» və 
«uĢaqlıq»,  «mater» isə  «ana» mənalarını verir. Alim çobanyastığının güclü mualicəvi təsirə malik 
olduğunu  qeyd  edərək  bildirir  ki,  bitki  ilə  bir  çox  xəstəlikləri,  o  cümlədən  də  «uĢaqlığı»  müalicə 
edirmiĢlər. Bitkinin növ adı isə «rectuta»dır (recutitus - hamar, çılpaq sözlərindən götürülmüĢdür). 
Qədim  romalılar  isə  bitkiyə  «chamaemelon»  adı  vermiĢlər.  «Chamai»  alçaq,  «melon»  isə  «alma» 
mənalarını  daĢıyır.  Bir  sıra  botaniklər  çobanyastığının  incə  və  xoĢ  ətirli  odluğunu,  sanki  ağacda 
yenicə  yetiĢmiĢ  almanın  iyini  xatırlatdığını  qeyd  edirlər.  Lakin  Dioskorid  və  Pliniyə  görə  isə 
təssüflər  olsun  ki,  bitkinin  iyi  almanın  qoxusunu  xatırlatmır.  Bitkinin  əsl  adı  isə,  yəni  «romaĢka» 
birinci dəfə XVIII əsrdə yaranmıĢdır. Orta əsrlərdə bitkinin latınca adı Anthenus romana, bir qədər 
sonra Chamaemeum romana olmuĢdur.  Buradan da bizə aydın olur ki,  «romaĢka»  sözü  «romana» 
sözündən formalaĢmıĢdır. 
Çobanyastığı qiymətli dərman bitkisi kimi hələ qədim yunan və Roma, eləcə də orta əsr tibb 
alimlərinə  məlum  olmuĢdur.  Ġnqilaba  qədər  apteklərdən  «çobanyastığı  çiçəkləri»  əldə  etmək  üçün 
insanlar uzun yollar qət edirmiĢlər. Dərman bitkilərinə yaxından bələd olan yazıçı M.B.Retov «Rus 
dərman  bitkiləri»  əsərində  yazır  ki,  tacirlər  dünyanın  müxtəlif  ölkələrindən  külli  miqdarda 
çobanyastığı toplayıb Almaniyaya, oradan da Rusiyaya gətirərək çox baha qiymətə satırmıĢlar. 
Dərman, kosmetika və boyaq sahəsində istifadə olunan ən qiymətli növü isə adi çobanyastığı 
(mollabaĢı) - Chamomilla recutita  (L.)  Rauschert. hesab edilir. Bu, hündürlüyü 15-30 sm-ə qədər 
olan,  kökü  saçaqlı  birillik  ot  bitkisidir.  Gövdəsı  düzduran  əsas  hissədən  çoxsaylı  budaqlanandır. 
Yarpaqları  növbəli  üçər  lələkvari  uzunluğu  5  sm,  eni  1,8  sm  qalxanvari  iti  olub  qurtaracağı 
oturaqdır.  Çiçəklərinin  orta  hissəsində  sarı  boruĢəkilli,  kənarlarında  isə  dilĢəkilli  12-18  ədəd  ağ 
ləçəklərdən  ibarət  olub,  səbətdə  gövdənin  qurtaracağında  toplanmıĢdır.  Meyvəsi  uzunsov 
qonurumtul-yaĢıl  rəngdə  olub,  azca  yuxarıya  doğru  əyilən,  5 
qabırğalı toxumcuqdan ibarətdir. 
1000  ədəd  toxumunun  çəkisi  0,026-0,053  qramdır. 
Bitki  may-sentyabr  aylarında  çiçək  açır, iyunda  toxum  verır. 
Bitkinin bütün hissəsi güclü xoĢ ətirli iyə malikdir. DilĢəkilli 
çiçəkləri  saat  4-də  üfüqi  istiqamət  alıb  açılır,  saat  7-də 
bağlanır.  
Adi 
çobanyastığı  yabanı  halda  çəmənliklərdə, 
düzənlikləıdə,  meĢə  açıqlıqlarında,  çay  və  kanalların, 
bulaqların  kənarlarında,  əkin  sahələrinin  ətrafında,  eləcə  də 
quru  yerlərdə  təsadüf  edilir.  Azərbaycanda  Kür-Araz  ovalığında  geniĢ  yayılmıĢdır.  Bundan  əlavə, 
buna  çöllüklərdə,  yol  kənarlarında  da  rast  gəlmək  olar.  Eyni  zamanda  bitkiyə  yabanı  halda 
Avropanın orta və cənub ərazilərində, Hindistan və Pakistana qədər geniĢ bir sahədə təsadüf edilir. 
ABġ və Avstraliyaya isə baĢqa yerlərdən gətirilmiĢdir. 
Xalq arasında çobanyastığını «yabanı çobanyastığı», «qızartı otu», «romen otu», «roma otu» 
«ana otu», «ənlik otu» və s. adlarla tanıyırlar. 
Müalicə məqsədləri üçün əsasən çiçək səbətindən istifadə olunur. Çiçək səbətinin tərkibində 
40-dan  artıq  komponenti  olan  0,2-0,8%  efır  yağı  tapılmıĢdır  ki,  bunun  da  əsas  tərkib  hissəsini 
xamazulen  (C
14
H
16
,  qatı  göy  rəngli  maye)  təĢkil  edir,  terpen  (C
10
H
15
),  10%-ə  qədər  seskviterpen 
(C
15
H
24
),  20%-ə  qədər  C
15
H
24
O
2
  və  C
15
H
26
O
2
  seskviterpen  spirtləri,  kadinen  (C
15
H
26
,  üç  tsiklli 
spirt), həmçinin kapril, nonil və izovalerian turĢuları aĢkar edilmiĢdir. Bitkidən efır yağından baĢqa 
çiçək  səbətindən  apiin  (C
26
H
28
O
14
),  hidrolizə  uğrayaraq  apigenin  (C
15
H
10
O
5
),  qlükoza  və  apioz, 


260 
 
kversimeritririn  (C
21
H
20
O
2
)  hidroliz  olunaraq  kversetin  (C
25
H
10
O
5
)  və  qlükoza,  proxamazulen 
matrisin  (C
17
H
22
O
5
),  matrikarin  (C
17
H
22
O
5
),  umbelliferon  və  onun  metil  efıri  -  qerniarin, 
dioksikumarinbirdən  triakantin,  (C
30
H
62
O
5
),  nikotin  turĢusu,  taraksasterol  (C
30
H
50
O),  xolin, 
fıtosterin və onun qlükozidi, salisil turĢusu, qliserid piy turĢusu, olein, palmitin və stearin turĢuları, 
C  vitamini,  karotin,  acımtıl  maddə,  selik,  qatran  və  s.  tapılmıĢdır.  Bundan  əlavə  səbət  çiçəkləri 
tərkibindən  10,57%  kül, mq/q  olmaqla:  41,8  -  K,  83,0  -  Ca,  3,1  -  Mg,  0,3  -  Fe  makroelementləri, 
(MSK) 0,29 - Mn, 0,78 - Cu, 0,8 - Zn, 0,16 - Co; 0,09 - Cr, 0,27 - Al, 0,2 - Ba 0,08 - V, 7,2 - Se, 
0,24 - Ni, 0,12 - Sr, 0,07 - Pb, 0,07 - S və s. mikroelementləri müəyyən edilmiĢdir. 
Farmakoloji xassələri. Eksperimental və kliniki məlumatlar.  
Çobanyastığının  efır  yağını  heyvanlar  üzərində  təcrübədən  keçirərək  belə  nəticəyə 
gəlmiĢdilər  ki,  reflektor  fəaliyyəti  gücləndirir,  uzunsov  beyini  oyandırır,  ürək  ritmini  tezləĢdirir, 
tənəffüsü  dərinləĢdirir,  beyin  damarlarını  geniĢləndirir,  böyük  dozalarda  mərkəzi  sinir  sistemini 
sakitləĢdirir və əzələlərin tonusunu aĢağı salır. 
Çobanyastığı  çiçəklərinin  sulu  ekstraktı, dəmləməsi  və  efır  yağı  kliniki  təcrübələrdə  nazik 
bağırsağın  izolyasiya  edilmiĢ  bir  hissəsinin  yığılmasının  intensivliyini,  tonusunu  azaldır, 
asetilxolinin və barium xloridin yaratdığı spazmanı aradan qaldırır. Sulu ekstrakt və efır  yağı həm 
də ödqovucu təsirə malikdir. 
Çobanyastığı  çiçəkləri  preparatlarının  bədənə  təsiri  tərkibindəki  fızioloji-aktiv  maddələrin 
kompleks farmakoloji xassələri ilə bağlıdır. 
Çobanyastığı  preparatları  spazmolitik,  antiiltihab,  antiseptik  (dezinfeksiyaedici), 
sakitləĢdirici, ödqovucu, tərlədici, sedativ, zəif ağrıkəsici və s. təsir göstərir. Bağırsaqlarda qıcqırma 
və  çürümə  prosesini  azaldır.  Qeyd  edilmiĢdir  ki,  çobanyastığının  sulu  ekstraktı  ultrabənövĢəyi 
Ģüalar tərəflndən törədilən iltihaba qarĢı zəif ağrıkəsici və güclü antiiltihab təsir göstərir. 
Çobanyastığının antiiltihab, dezinfeksiyaedici xassələri efır yağının tərkibindəki xamazulen 
ilə bağlıdır. Xamazulen bir çox tədqiqatçıların flkrincə, həm də spazmolitik və antiallergetik təsirə 
malikdir. 
Çobanyastığının  qlikozidləri  zəif  atropinsayağı  təsir  göstərərək  saya  əzələlərin  tonusunu 
boĢaldır,  qarın  boĢluğu  orqanlarının  spazmasını  aradan  götürür.  Qlikozidlərin  təsirindən  mədə-
bağırsaq Ģirələrinin, ödün ifrazı güclənir, iĢtah artır. 
Çiçəklərin  sulu  ekstraktı  qazlı  stafılokokkların  və  hemolitik  streptokkların  inkiĢafını 
dayandırır. Ədəbiyyatda çobanyastığının qazqovucu xassələri barədə də məlumat vardır. 
Çobanyastığının efır yağının heyvanlara yeridilmiĢ 0,05-1,0 ml/kq dozası ümumi vəziyyətə, 
hemolitik  göstəricilərə  və  daxili  orqanlara  zəhərli  təsir  göstərmir,  mədə-bağırsaq  sistemi 
orqanlarının  selikli  qiĢalarını  qıcıqlandırmır.  Efır  yağının  yüksək  dozaları  isə  baĢ  ağrıları,  ümumi 
zəiflik yaradır. 
Xalq təbabəti, elmi təbabət və kosmetikada istifadəsi. 
Çobanyastığı  çiçəklərindən  müalicə-profılaktika  və  kosmetika  məqsədilə  dünyanın  əksər 
ölkələrində  istifadə  edilir.  Çiçəklər  dəmləmə,  biĢirmə,  toz  və  digər  Ģəkildə  ayrıca  və  yaxud 
mürəkkəb qarıĢıqlar tərkibində tətbiq olunur. 
Təzə hazırlanmıĢ dəmləməsi yaxud biĢirməsi antiseptik, antiiltihab, spazmolitik, ağrıkəsici, 
antiallergetik,  sakitləĢdirici  vasitə  kimi  mədə-bağırsaq,  dəri,  ağız  boĢluğu,  tənəffüs  yolları,  qadın 
xəstəlikləri və digər xəstəliklər zamanı tətbiq edilir. 
Çobanyastığı  dəmləməsi  spazmolitik  vasitə  kimi  kəskin  və  xroniki  qastritlər,  mədə  və 
onikibarmaq bağırsaq xorası, bağırsaqlarda qıcqırma ilə müĢayiət edilən xroniki spazmatik kolitlər 
və enterokolitlər zamanı iĢlədilir. 
Dəmləmə  hazırlamaq  üçün  15  q  çiçək  xammalı  emal  örtüklü,  yaxud  paslanmayan  metal 
qaba  yerləĢdirilir,  üzərinə  1  stəkan  (200  ml)  qaynar  su  əlavə  edilir,  qabın  qapağını  qoyur  və  «su 
hamamında» (içində çobanyastığı çiçəkləri və su olan kiçik qab, su ilə doldurulmuĢ digər iri qaba 
yerləĢdilir) 30 dəqiqə qızdırılır. Sonra dəmləmə otaq temperaturunda 10 dəqiqə soyudulur, süzüliir, 
çiçəklər sıxılır. Dəmləmənin həcmi qaynar su ilə 200 ml-ə çatdırılır və istifadə edilir. Dəmləmənin 
saxlama müddəti 2 sutkadır. 
Ağrılar,  qıcqırma  və  ürəkbulanma  ilə  müĢayiət  edilən  mədə  və  onikibarmaq  bağırsaq 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə