Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə132/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   128   129   130   131   132   133   134   135   ...   149

263 
 
çobanyastığı biĢirməsi (500 q çiçək 5 litr suda 10 dəqiqə qaynadılır) əlavə edilir. Yarım vanna üçün 
250 q, oturaq vanna üçün 150 q, ayaq vannası üçün isə 100 q tətbiq edilir. Çobanyastığı vannaları 
həm də əsəbləri sakitləĢdirir, qıcolmaları aradan qaldırır. 
Ekzema, üzün yağlı seboreyası, dəri yaraları, xoraları, rentgen Ģüalarından sonrakı yanıqlar, 
göz qapaqlarının iltihabı zamanı çobanyastığı dəmləməsi ilə islatma yaxud kompres çox faydalıdır. 
Üz  dərisinin  müxtəlif  qıcıqlanmaları  və  iltihabı,  sızanaqlar  zamanı  çobanyastığı, 
boymadərən,  qatırquyruğu,  nanə  və  sürvə  bitkilərinin  bərabər  miqdarda  götürülmüĢ  qarıĢığından 
hazırlanmıĢ  dəmləmə  müalicəvi  təsir  göstərir.  Dəmləmə  hazırlamaq  üçün  1  xörək  qaĢığı  qarıĢığın 
üzərinə 1 stəkan qaynar su əlavə edilir, 30 dəqiqə isti yerdə saxlanılır, süzülür və zədələnmiĢ dərinin 
üzərinə islatma qoyulur. 
Çobanyastığı çiçəkləri yuxarıda göstərilənlərdən savayı digər bitkilərlə birlikdə ateroskleroz, 
hipertoniya,  böyrək  və  sidik  yolları,  xroniki  pankreatit,  saçların  tökülməsi  və  s.  xəstəliklərin 
müalicəsində müvəffəqiyyətlə istifadə edilir. 
Rumıniya  Respublikasında  «Romazulan»  adlı  preparat  buraxılır.  Tərkibinə  96  ml 
çobanyastığı ekstraktı, 0,3 ml çobanyastığı efır yağı və 4 q tvin-80 (emulqator kimi) daxildir. Ondan 
antiiltihab,  antiseptik,  dezodoredici  bir  vasitə  kimi  anginalar,  xroniki  tonzillitlər,  laringitlər, 
faıingitlər,  gingivitlər,  qlossitlər,  diĢ  xəstəlikləri  zamanı  və  həmin  xəstəliklərin  profılaktikası 
məqsədi ilə istifadə edilir. 
Bunun üçün 0,5-2 çay qarıĢığı «Romazulan» 1 stəkarı isti suda həll olunur, ağız boĢluğu və 
boğaz gündə 4-5 dəfə yeməkdən sonra qarqara edilir. Həmin məhlul dəri xəstəlikləri, neyrodermit, 
övrə, yara, xoralar zamanı, həĢəratlar diĢlədikdə xaricə kompres Ģəklində tətbiq edilir. 
«Romazulan»  məhlulundan  kolpitlər,  vaginitlər,  uĢaqlıq  boynunun  eroziyası,  uretritlər, 
sistitlər,  prostat  vəzi  və  digər  xəstəliklər zamanı  imalə  və  Ģırnaq  (2  xörək  qaĢığı  +  1  litr  su)  üçün 
istifadə edilir. 
Qastritlər,  duodenitlər,  kolitlər,  meteorizmlə  müĢayiət  edilən  bağırsaq  nasazlıqları  zamanı 
«Romazulan» məhlulu daxilə qəbul edilir. Bunun üçün 0,5 çay qaĢığı məhlul 1 stəkan isti suda həll 
edilir və gündə 2-3 dəfə içilir. 
Bir çox ölkələrdə qızlar və qadınlar arasında çobanyastığı çiçəklərindən kosmetik məqsədlər 
üçün  geniĢ  istifadə  edilir.  Məsələn,  PolĢada  qadınlar  həftədə  4  dəfə  üzlərini  çobanyastığının  tünd 
dəmləməsi  ilə  yuyurlar  (bu  zaman  üzü  qurutmurlar).  Bundan  baĢqa  üz  dərisinə  xüsusi  gözəllik, 
hamarlıq, zəriflik vermək üçün qonaqlığa, Ģənliyə, mədəni istirahətə çıxmazdan bir neçə saat əvvəl 
üz üçün çobanyastığı maskası hazırlanır. 
Çobanyastığı dəmləməsi üz dərisini dezinfekslya edir, qıcıqlanmaları aradan qaldırır, həssas 
dəriyə müsbət təsir edir, tonusu artırır, kəpəklənmənin qarĢısını alır. 
Yorğun və qızarmıĢ göz qapaqlarını gündə 2 dəfə (səhər və axĢam) çobanyastığı dəmləməsi 
ilə yumaq faydalıdır. Çobanyastığı dəmləməsi ilə islatma qoyduqda göz altındakı ĢiĢlər azalır. 
Üz  dərisini  tozdan,  çirkdən  və  tərdən  təmizləmək  üçün  çobanyastığı  dəmləməsi,  spirt  və 
qliserinin 2:2:1 hissə nisbətdə götürülmüĢ qarıĢığından istifadə edilir. 
Ayaqlar tərlədikdə çobanyastığı çiçəklərinin dəmləməsi, yaxud biĢirməsi ilə vanna edilir. Bu 
zaman həm tərləmə azalır, həm də ayaqlardan pis iy çəkilir. Bu məqsəd üçün çobanyastığının 40%-
li spirtdə (1:5) dəmləməsi də istifadə edilə bilər. 
BaĢ  dərisinin  yağlı  seboreyası  zamanı  müalicə  məqsədi  ilə  saçlar  həftədə  2-3  dəfə 
çobanyastığı  dəmləməsi  ilə  yuyulur.  Müalicə  1,5-2  ay  davam  etdirilir.  Müalicəni  bir  müddətdən 
sonra  təkrar  etmək  olar.  Bu  məqsəd  üçün  «Romazulan»  preparatı  da  tətbiq  edilə  bilər.  1  xörək 
qaĢığı  preparatı  500  ml  suya  əlavə  edir,  alınmıĢ  maye  baĢ  dərisinə  sürtülür  və  ondan  saçların 
yuyulması üçün istifadə edilir. 
Ağsaçlı  qadınlar  saçlarına  qızılı  rəng  vermək  üçün  onları  çobanyastığı  dəmləməsi  ilə 
yuyurlar. 
Ətriyyat  sənayesində  çobanyastığı  çiçəklərindən  qidalandırıcı,  vitaminli,  yumĢaldıcı 
kremlər, müxtəlif Ģampunlar, losyonlar hazırlamaq üçün istifadə edilir. Bir  çox ölkələrdə çiçək və 
təzə yarpaqlarından az halda ədviyyat kimi iĢlədilir. 
Çobanyastığının efır yağı likör cövhəri istehsalında da tətbiq edilir. 


264 
 
Bundan  ABġ,  Ġngiltərə,  Bolqarıstan  ölkələrində  tonusartırıcı,  yuxugətirici  çayların 
hazırlanmasında, Fransada isə çaxırların xoĢiyli olmasında istifadə edilir. 
Yadda saxlamaq lazımdır ki, digər bitki vasitələri kimi çobanyastığı vasitələrindən də uzun 
müddət (2-3 ay) istifadə edildikdə yaxĢı nəticələr əldə edilir. 
Nəhayət,  onu  da  xatırlamaq  istəyirik  ki,  ishala  meyilli  xəstələrə  çobanyastığı  vasitələri 
ehtiyatla  verilir;  onun  dəmləməsi  bəzi  adamlarda  göz  qızarmasına,  allergik  xarakterli  qaĢınmaya 
səbəb olur. 
Yığılması  və  qurudulması.  Çobanyastığı  çiçəkləri  may  ayından  sentyabradək  əllə,  yaxud 
xüsusi  daraqla  yığılır  və  tezliklə  quruducu  peçlərdə  40°C-də  qurudulur.  Çiçəkləri həm  qurudanda, 
həm də saxlayanda günəĢ Ģüasından qorumaq lazımdır. Xammalda efır yağlarının miqdarı 0,3%-dən 
az, nəmlilik 14%-dən çox olmamalıdır. 
Saxlanması.  Çobanyastığı  çiçəkləri  quru,  sərin  və  qaranlıq  yerdə,  kip  bağlanan  taxta  və 
karton qutularda saxlanılır. Saxlama müddəti bir ildir. 
Biz isə ilk dəfə olaraq çobanyastığının səbət çiçəklərindən boyaq ekstraktı hazırlayıb yun və 
ipək məmulatlarını sarı, tünd-sarı, parlaq-sarı, qızılı-sarı, sarı-narıncı, narıncı, narıncı-yaĢıl, narıncı-
qızılı,  parlaq-narıncı,  firuzəyi-yaĢıl,  tütünü-yaĢıl,  tütünü-qəhvəyi,  açıq  qəhvəyi,  yaĢılımtıl-tütünü, 
zeytunu və s. rəng və çalarlara boyadıq. 
Təbii  halda  yayıldıqları  ərazilərin  hər  hektar  sahəsindən  2-60  sentnerə  qədər,  əkilən 
sahələrdən  isə  4-12  sentner  quru  xammal  əldə  etmək  olar.  Əkilən  sahədən  ildə  4-5  dəfə  xammal 
(çiçək səbəti) tədarük olunur. 
Amerika  qitəsində  aptek  çobanyastığının  müalicəvi  xüsusiyyətlərinə  oxĢar  Chamomilla 
növünə təsadüf olunur. 
Çəmən çobanyastığı Azərbaycan xalqının ən sevimli çiçəklərindən biri sayılır. Xalq arasında 
gəlinlər,  yaĢlı  qızlar  ondan  çələng  hazırlayıb  saçlarına  düzür,  dil  Ģəkilli  çiçəklərini  bir-bir  qoparıb 
sevir-sevmir  deyə  özlərinə  təskinlik  verirlər.  Aptek  çobanyastığı  çiçəklərinin  iri,  yarpaqlarının 
lələkvarı formasına görə çəmən çobanyastığından fərqlənir. 
Müalicə məqsədləri üçün çəmən çobanyastığını çiçək açan dövrdə toplayırlar. 
Çəmən  çobanyastığmdan  hazırlanan  preparatlardan  qankəsici,  ağrıkəsici,  soyuqdəymə  və 
sidikqovucu, qurdqovucu vasitə kimi, spazma əleyhinə istifadə edilir. 
Soyuqdəymə, öskürək, qızdırma, yüksək temperaturda. 3 çay qaĢığı doğranmıĢ otu 1 stəkan 
qaynar  suya  töküb  qaynama  dərəcəsinə  çatdırıb  termosda  2-3  saat  dəmləyib  süzün.  Aldığınız 
ekstraktdan gündə 3-4 dəfə, yeməyə 10-15 dəqiqə qalmıĢ 1 xörək qaĢığı qəbul edin. 
Qasıq  yırtığı,  babasil,  yaşlılarda  sidiyin  saxlanmaması  zamanı.  1  xörək  qaĢığı  doğranımĢ 
quru  otu    0,5  litr  qaynar  suya  tökün,  vam  od  üzərinə  qoyub  3-5  dəqiqə  saxladıqdan  sonra  2  saat 
dəmləyin.  Sonra  süzüb  gündə  2-3  dəfə,  2  xörək  qaĢığı  qəbul  edin.  Bu  ekstraktla  xəstə  nahiyəni 
gündə 4-5 dəfə yuyun. 
Baş  ağrılarında.  Bunun  üçün  bərabər  miqdarda,  çobanyastığı,  çiyələk  və  cökə  çiçəyi  bir-
birilə  qarıĢdırın.  QarıĢıqdan  1  xörək  qaĢığı  1  stəkan  qaynar  suya  töküb  qaynadın.  Yarım  saat 
dəmləyib süzün. Aldığınız dəmləmədən stəkanın 1/4 hissəsi qədər balla qarıĢdırıb qəbul edin. 
Uşaqlıq  qanaxmalarında.  2  xörək  qaĢığı  doğranmıĢ  otunu  1  stəkan  qaynar  suya  tökün  və 
termosda 4 saat dəmləyin. Sonra süzüb gündə 3 dəfə, yeməyə 15 dəqiqə qalmıĢ 1 xörək qaĢığı qəbul 
edin. 
Xənazir  xəstəliyində.  5  xörək  qaĢığı  doğranmıĢ  otunun  üzərinə  2  litr  qaynar  su  əlavə  edib 
vam  od  uzərinə  qoyun,  10  dəqiqə  saxladıqdan  sonra  30  dəqiqə  dəmləyin  və  süzüb  36-37°C 
temperaturda 10-15 dəqiqə vannasını qəbul edin. 
Dəri, ekzema, səpki, neyrodermitdə. Təzə qurudulmuĢ çəmən çobanyastığından hazırlanmıĢ 
tozundan  götürüb  eyni  miqdarda  donuz  piyi  ilə  qarıĢdırıb  2  gün  otaq  temperaturunda  saxlayın. 
Gündə 1-2 dəfə xəstə nahiyəyə sürtün. 
Həzm sisteminin nizama salınmasında. 40 q çobanyastığı çiçəyini 30 q  yarpız  və bədrənc 
çiçəkləri ilə qarıĢdırın. Sonra qarıĢıqdan 1 xörək qaĢığını 3 stəkan qaynar suya töküb su hamamında 
15 dəqiqə qarıĢdırmaqla 45 dəqiqə saxlayıb süzün, yeməyə 30 dəqiqə qalmıĢ ekstraktı qəbul edin. 
Yağlı və çivzə basmış dəri üçün. 2 stəkan narın hala salınmıĢ çobanyastığı çiçəklərindən 3 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə