Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə134/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   130   131   132   133   134   135   136   137   ...   149

267 
 
həmçinin  qlükoza,  saxaroza,  stevinol  və  bir  sıra  baĢqa  mürəkkəb  birləĢmələr  də  aĢkar  edilmiĢdir. 
Ekstraksiya  yolu  ilə  steviidın  steviozid  maddəsi  alınır  ki,  bu  da  Ģirinliyinə  görə  Ģəkər 
çuğundurundan 200-300 dəfə Ģirin olur. Steviozid hal-hazırda bizə məlum olan təbii məhsullardan 
ən yüksək Ģirinliyi ilə fərqlənir. Onun Ģəkərdən fərqi ondan ibarətdir ki, o çox az kaloriliyə malik 
olması  ilə  yanaĢı,  qanda  qlükozanın  artmasının  qarĢısını  alır.  Buna  görə  də  steviya  Ģəkəri  əvəz 
etməklə  yanaĢı,  insanların  sağlamlığında  əvəzolunmaz  rol  oynayır.  Steviyanın  tərkibindəki 
mürəkkəb  üzvi  birləĢmələr  maddələr  mübadiləsinin  nizama  salınmasında,  ürək-damar 
pozuntularında,  mədə  və  onikibarmaq  bağırsağın  soyuqdəymələrində,  qan-damar  sisteminin 
(dövranının)  möhkəmləndirilməsində,  qanda  olan  ―pis  xolesterin‖in  azaldılmasında,qara  ciyər, 
mədəaltı vəzin və öd kisəsinin normal iĢləməsində mühüm rol oynayır.  
Asetilsalisil  turĢusu  butadion  və  bir  sıra  soyuqdəymələrə  qarĢı  istifadə  edilən  dərman 
preparatlarını    stevillə  birlikdə  qəbul  etdikdə  mədə-bağırsaq  divarlarının  zədələnmələrinin  qarĢısı 
alınır.  Hazırda  stevildən  hazırlanan  ekstraktla  orqanizmdən  nikotin  və  spirtli  içkilərin  kənar 
edilməsində  istifadə  edilir.  Stevilin  tərkibində  çoxlu  miqdarda  vitamin  qrupu,  mineral  maddələr, 
eləcə də qiymətli bioloji fəal maddələrlə zəngin olduğundan meyvə və tərəvəzdən az istifadə edilən 
Ģimal zonalarında yaĢayan əhalinin stevil bitkisindən daha çox istifadə etmələri məsləhət görülür.  
Steviya kulinariyada. 
Steviyanın yarpaqlarının tərkibində olan ətirli ədviyyə xüsusiyyətli maddələr öz tərkiblərinə 
görə  qəhvə  və  darçına  yaxın  olduğundan  onu  xörəklərin  tərkibinə  əlavə  edirlər.  Ondan  xoĢ  ətirli 
müxtəlif xörəklər hazırlanır. Qəhvə və çay kimi dəmlənib içilir.  
Vələmir və almadan bulkanın hazırlanması.  1 stəkan buğda unu, 1 stəkan vələmir lopası, 
çay  qaĢığınən  1/2  hissəsi  qədər  duz,  3  çay  qaĢığı  yumĢaldıcı,  2  çay  qaĢığı  darçın,  1xörək  qaĢığı 
steviya poroĢoku, 1 ədəd  yumurta, stəkanın 3/4 hissəsi qədər süd, stəkanın 1/4 hissəsi qədər bitki 
yağı,  1  ədəd  xırda  doğranmıĢ  alma,  stəkanın  3/4  hissəsi  qədər  üzüm  götürün.  Götürdüyünüz 
komponentləri  iki  yerə  bölüb  yaxĢı  qarıĢdırın,  sonra  hər  iki  qarıĢığı  yenidən  birləĢdirib  yaxĢı 
qarıĢdırın. Xəmiri formaya  salıb, üzərinə  yağ  yaxıb duxovkaya qoyun, 200ºC temperaturda 15-20 
dəqiqə saxlayıb götürün.  
Dondurulmuş çiyələkdən desertin hazırlanması. Bunun üçün stəkanın 1/2 hissəsi qədər isti 
su,  çay  qaĢığının  1/4  hissəsi  qədər  steviya  ekstraktı,  2  litrlik  bankada  yuyulmuĢ  çiyələk,  1  xörək 
qaĢığı  təzə  limon  Ģirəsi  götürün.  Ġsti  suda  steviya  ekstraktını  həll  edib  üzərinə  buz  əlavə  edib 
qarıĢığın  tam  həll  olmasına  qədər  qarıĢdırın  (yaxĢı  olar  ki,  mikserlə  qarıĢdırasınız).    Ehtiyatla 
üzərinə  çiyələyi  əlavə  edib,  ardınca  limon  Ģirəsini  tökün.  Yenidən  bütün  komponentləri  yaxĢıca 
qarıĢdırın. Sonra qarıĢığı formaya salıb soyuducuya qoyun, 1,5 saat saxlayın. Hər 20 dəqiqədən bir  
qarıĢdırın. Deserti sıyıq formasında olmalıdır. Süfrəyə verməmiĢdən qabaq çiyələk giləmeyvəsi ilə 
bəzəyin.  
Yaşıl tropik kokteylin hazırlanması. 2 stəkan ananas Ģirəsi, 1 ədəd banan, 1 ədəd qabıqsız 
kivi, 0,5-1,0 çay qaĢığı yaĢıl steviya poroĢoku götürün. Bütün komponentləri mikserlə qrıĢdırın.  
Təzə  steviya  yarpağı.  Bitkinin  bütün  inkiĢaf  fazalarında  yarpaqlarını  toplayırlar.  ġəkərli 
maddə  bitki  çiçək  aĢan  dövrdə  daha  çox  toplanır.  Təzə  yarpaqları  çaya  tökür  və  yaxud  desertləri 
bəzəyirlər.  
Quru steviya yarpağı. Steviyanın  yarpaqlarını  budaqlardan toplayıb, adi üsulla qurudurlar. 
QurudulmuĢ yarpaqları doğrayıb, un halına salaraq yaĢıl rəngli toz  alınır. 1,5-2,0 xörək qaĢığı yaĢıl 
poroĢok bir stəkan Ģəkəri əvəz edir.  
Steviyadan ekstraktın hazırlanması. Yarpaq və ya yaĢıl poroĢokdan götürüb spirt və yaxud 
arağın  iĢərisinə  tökün,  bir  gün  saxlayıb  süzün.  Spirtin  faizini  azaltmaq  üçün  ekstraktı  zəif  odun 
üzərinə  qoyub  (qaynatmadan)  15-20  dəqiqə  saxlayın.  Çay  qaĢığının  1/4  hissəsi  qədər  spirtli 
ekstraktı 1 stəkan Ģəkəri əvəz edir. Bu üsulla sulu çıxarıĢını da hazırlamaq olar. Spirtli çıxarıĢından 
fərqli  olaraq  sulu  çıxarıĢında  Ģəkərin  miqdarı  nisbətən  az  olacaqdır.  Spirtli  və  sulu  çıxarıĢını 
qarıĢdırıb  qatı  sirop alırlar.  Bu  qatı  siropdan  bir  sıra  xörəklərin tərkibinə  qatmaq olar.  Steviyadan 
konserv sənayesində də istifadə edilir.  
 
ADENOMA VƏ PROSTATIN BITKILƏRLƏ MÜALICƏSI 


268 
 
  
Həkimlər kiĢilərin cinsi sferası ilə qadınların cinsi orqanlarına az fikir verirlər. Tibb elminin 
ildən-ilə inkiĢaf etməsi ilə əlaqədar olaraq, kiĢilərin cinsi orqanlarında baĢ verən qüsurların aradan 
qaldırılmasına  diqqət artmıĢdır. Məlumdur ki, kiĢi və qadınlarda yaĢla əlaqədar cinsi orqanlarında 
köklü dəyiĢikliklər baĢ verir. Belə ki, qadınların yumurtalığında, kiĢilərin cinsi vəzlərində sönmələr 
baĢ verir. KiĢilərdə baĢ verən hormonal dəyiĢikliklər nəticəsində prostatda dəyiĢikliklər əmələ gəlir. 
PeĢəkar  dildə  bunu  prostatın  xoĢxassəli  hiperplaziyası  adlandırırlar.  Bu,  adenomaya  gedən  yola 
bənzəyir.  
Prostatın  vəzi  orqanizmdə  hansı  vəzifəni  yerinə  yetirir?  O  mayalanma  prosessində 
sperma  istehsal  edir,  sperma  ilə  birləĢərək  onun  hərəkətinin  enerjisini  artırmaqla  spermatazoidin 
hərəkətini sürətləndirir. Prostat vəzinin normal iĢləməsi üçün vəzə hormon lazım gəlir ki,  bunu da 
yumurtalıq  yerinə  yetirir.  Prostatın  çəkisi  18  yaĢında  olan  oğlanlarda  20  q təĢkil  edir.  Bu  çəki  25 
yaĢına  çatana  qədər  olduğu  kimi  qalır.  60  yaĢına  çatan  kiĢilərdə  prostat  vəzi  öz  çəkisini  50%,  80 
yaĢında isə 80-90% qədər artırır. Bu proses get-gedə adenomaya çevrilərək 400 qrama qədər artır. 
KiĢilər  yaĢa  dolduqca  və  qocalığa  doğru  getdikcə  orqanizmdə  hormon  dəyiĢikliyi  baĢlayır  və 
nəticədə adenoma ilə baĢa çatır. Bu zaman kiĢilərdə dihidrotestoseronun və qadınlarda isə estradiol 
hormonlarının  artması  mühüm  rol  oynayır.  Müəyyən  ediblər  ki,  adenomator  toxumada  bu 
hormonlar normadan bir neçə dəfə çox olur.  
Prostat adenomasının geniĢ surətdə yayılmasının əsas səbəblərindən biri kiĢilərin qocalması 
ilə əlaqədar olduğuna görə bu xəstəliyi kiĢilərin klimaksı adlandırırlar.  
Adenomanın  əlamətləri.  Prostatın  adenoması  zamanı  baĢ  verən  böyümə  sidik  kanalına 
təzyiq edərək sidiyin çıxmasına problem yaradır. Sidik sıxılmıĢ sidik çıxaran kanala yönələn zaman 
sidik kisəsi əzələlərində güclü gərilmə hadisəsi baĢ verir. Get-gedə daralma və istənilən əzələlərdə 
qalınlaĢma  baĢ  verir.  Ġstənilən  əzələdə  mütəmadi  idman  hərəkətləri  edilərsə,  bu  zaman  sidik 
kisəsinin  həcmi  kiçilməyə  baĢlayır,  nəticədə  sidik  kanallarından  daha  təmiz  və  az  miqdarda  sidik 
artmağa  baĢlayacaq.  Sidik  kisəsində  baĢ  verən  kiçilmənin  sidik  kisəsinə  təsir  mexanizmi  artdıqca 
sidiyin miqdarı artmağa baĢlayır. Bu zaman sidik nəinki sidik kanalından əks istiqamətdə - böyrəyə 
doğru  hərəkət  edib,  onun  funksiyasını  pozmağa  baĢlayır.  Tədricən  sidik  kisəsi  büzüĢmüĢ  kisəyə 
çevrilərək sidiyi itələmək qabiliyyətini itirir. Bu zaman sidik buraxan kanalda sidik tamamilə azalır, 
sidik kisəsinin tamamilə dolmasına baxmayaraq.sidik kiçik hissələrlə  hətta damcı-damcı buraxılır. 
Adenomanın əmələ gəlməsinin 3 forması vardır:  
1.
 
Ġlk mərhələdə ―sidik qalığı‖ sidik kisəsində qalmır, demək olar ki, yox dərəcəsindədir.  
2.
 
Ġkinci  mərhələdə  sidik  kisəsində  sidiyin  az  hissəsi  qalır,  böyrəyin  funksiyası  nisbətən 
pozulur və yuxarı sidik kanalında pozuntular müĢahidə olunmağa baĢlayır.  
3.
 
Üçüncü mərhələdə sidik kanallarında tam tutulmalar baĢ verir və sidik təmamilə buraxılmır, 
dayanır.  Bundan  sonra  böyrəkdə  xroniki  çatıĢmazlıqlar  baĢ  verir.  Belə  bir  səhv  fikir  irəli 
sürülür  ki,  artıq  bu  zaman  adenomada  prostatın  xərçəngi  əmələ  gəlir.  Bu  fikir  düzgün 
deyildir.  Bu  hadisə  prostat  vəzinin  müxtəlif  hissələrində  baĢ  verən  çatıĢmazlıqların 
səbəbindən də baĢ verə bilər. Adenoma və prostatın əlaməti əksərən eyni vaxtda baĢ verir, 
prostat vəzinin xoĢxassəli hiperplaziya əsasən yaĢlı insanlarda olur. Bununla mübarizə çox 
çətin olsa da onun inkiĢafını dayandırmaq mümkündür. 
Adenomanın fizioterapik üsulla müalicəsi. Adenomanın müalicəsi əsasən cərrahiyə metodu 
ilə aparılır. Bundan əlavə prostatı konservativ üsullarla da müalicə etmək mümkündür. Bu müalicə 
üsulları içərisində ən mühümü bitkilərlə müalicə üsuludur. Hazırda çoxlu sayda iĢlənib hazırlanmıĢ 
preparatlar  tez-tez  reklam  olunur.  Belə  ki,  bu  preparatlarla  uzun  müddətli  müalicə  lazım  gəlir. 
Lakin,  adenoma  tam  müalicə  olunmur.  Ancaq,  prosesin  inkiĢafını  dayandırmaq  mümkündür. 
Dərman  bitkiləri  ilə  müalicə  üsulları  çox  uzun  bir  dövr  keçdikdən  sonra  öz  effektini  verməyə 
baĢlayır. Prostatı bitkilərlə müalicə etmək olar, tərkibində kifayət qədər sitosterin və baĢqa bioloji 
aktiv maddələrin olması prostat vəzinin hiperplazmasının inkiĢafının qarĢısının alınmasına kömək 
edər.  Bu  bitkilərdən  ən  əhəmiyyətliləri:  ikievli  gicitkən,  balqabaq,  fındıq,  at  Ģabalıdı,  qovaq  və  s. 
qeyd etmək olar. Ən əhəmiyyətli vasitələrdən biri çiçək tozu və perqa hesab edilir.  
At şabalıdı. Tibbi məqsədlər üçün yetiĢmiĢ toxumlarından onun yetiĢib yerə tökülən zaman 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə