Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə135/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   131   132   133   134   135   136   137   138   ...   149

269 
 
toplayırlar. Sonra toxumun yaĢıl iynələrlə əhatə olunmuĢ qabıqdan təmizləyib əldə olunan toxumu 
isti  yerlərə  bir  qat  qalınlığında  sərməklə  və  ya  quruducuda  (peçlərdə)  40-60ºC-də  qurudun.  Bəzi 
hallarda  yayın  birinci  yarısında  toplanmıĢ  yarpaqlarını  istifadə  edirlər.  YetiĢmiĢ  toxumlarının 
qabığından hazırlanan sulu çıxarılıĢından istifadə edilir.  
Toxumun qabığından cövhərin hazırlanması. 25 q xammaldan götürüb 250 ml spirtə töküb 
10 dəqiqə dəmləyib süzün. Cövhərdən yemək qabağı gündə 2 dəfə 10 damcı 20 gün ərzində qəbul 
edin. Hər müalicə kursundan sonra 10 gün istirahət verdikdən sonra müalicəni davam etdirin.  
Qabıqdan  sulu  ekstraktın  hazırlanması.  40  q  toxumun  qabığından  götürüb  0,6  l  qaynar 
suya töküb 12 saat dəmləyin. Sonra aldığınız dəmləməni 200 ml qalana qədər buxarlandırıb gündə 3 
dəfə 30-40 damcı yeməkdən  sonra qəbul edin.  
İkievli  gicitkən  -  Urtica  dioica  L.  Prostatın  adenoması  zamanı  təzə  gicitkən  növündən 
alınmıĢ ekstraktdan və ya poroĢokundan qəbul etməyi məsləhət görürlər. Gicitkənin kökümsovunu 
payızın sonunda və yazın əvvəllərində çıxarıb xırda hissələrə doğrayın, ət maĢınından keçirib ĢüĢə 
bankaya doldurun,  üzərinə çıxana qədər 45%-li araqla doldurun,  2 həftə dəmləyib süzün. Aldığınız 
ekstraktdan gündə 2-3 dəfə, yeməkdən sonra bir çay qaĢığı qəbul edin.  
Kökümsovundan tozun hazırlanması. YaxĢı qurudulmuĢ kökümsovun sekator ilə uzunluğu 
1-2  sm  olmaqla  xırda  hissələrə  ayırın  ehtiyyatla  qəhvəüyüdəndən  keçirib  toz  halına  salın.  Sonra 
aldığınız tozdan 1 çay qaĢığı götürüb gündə 3 dəfə, yeməyə yarım saat qalmıĢ qəbul edin. Tozu hər 
gün təzə halda hazırlayıb istifadə edin. Uzun müddət gicitkən kökündən hazırlanan toz  saxlandıqda 
öz müalicəvi təsirini itirir.  
Adi fındıq – Corylus avellana L. Müalicə məqsədləri üçün fındığın yarpaq, cavan zoğunun 
qabığından,  qozun  meyvəyanlığından  istifadə  edilir.  Bunun  üçün  yarpaqlarını  yazın  ortalarında 
toplayıb  həmiĢə  havası  dəyiĢilən  zirzəmilərə  nazik  qat  halında  sərib  qurudun.  Cavan  zoğlarının 
qabığı may-iyun aylarında Ģirə çox olan dövrdə qabıq asan soyulduğu dövrdə toplayın. Topladığınız 
xammalı  ya  günəĢ  altında,  ya  da  çardaqda  qurudun.  Bitkinin  qabığında  olan  efir  yağı  və  digər 
bioloji  aktiv  maddələrdən  hazırlanan  preparatlardan  damardaraldıcı,  kapilyarları  möhkəmləndirən 
və soyuqdəymə əleyhinə vasitə kimi istifadə edilir.  
Yadda saxlamaq lazımdır ki, fındığın qabığı arterial hipertoniyaya əks təsir göstərir.  
Qabıq  hissədən  ekstraktın  hazırlanması.  1  xörək  qaĢığı  doğranmıĢ  fındıq  qabığından 
götürüb  0,5  litr  qaynar  suya  tökün,  10  dəqiqə  qaynadıb  soyuyana  qədər  saxlayıb  süzün,  gündə  4 
dəfə, yeməkdən əvvəl  stəkanın 1/2 hissəsi qədər qəbul edin.  
Yarpaqdan dəmləmənin hazırlanması. 2 xörək qaĢığı doğranmıĢ yarpaqdan götürüb 0,5 litr 
qaynar suya töküb 10 dəqiqə qaynadıb süzüb sıxın. Sonra aldığınız dəmləmədən gün ərzində su ilə 
qəbul edin.  
Qozun  qabığından  ekstraktın  hazırlanması.  Qozun  qurudulmuĢ  meyvələrindən  1  kq 
götürüb 2 litr suya töküb vam od üzərində qaynadıb 1 litr cövhər alınana qədər buxarlandırıb sıxın, 
üzərinə 1 kq bal qatın. Aldığınız məlhəmdən gündə 3 dəfə yeməkdən əvvəl qəbul edin. Fındıqdan 
yığım halında istifadə etdikdə daha effektli olur:  
Yığım 1.   Fındıq (yarpağından) – 40 q  
Qara qarağat (yarpaq) – 40 q 
Kəklikotu (ot) – 40 q.  
1  xörək  qaĢığı  doğranmıĢ  qarıĢığından  qaynar  suya  töküb  30  dəqiqə  dəmləyib  süzün.  Ġsti 
halda bütün gün ərzində birdəfəlik qəbul etmək məsləhət görülür.  
Yığım 2. Fındığın meyvəyanlığından – 50 q  
  Ġri at pıtrağından – 50 q  
  Qovaq (tumurcuğundan) – 50 q  
  Toz ağacı (yarpağı) – 50 q. 
Bu yığımdan 1/2 çay qaĢığı götürüb 1 stəkan qaynar suya töküb 15 dəqiqə qaynadıb süzün. 
Aldığınız ekstraktdan stəkanın 1/2 hissəsi qədər gündə 2 dəfə yeməyə 30 dəqiqə qalmıĢ qəbul edin.  
Adi  qovaq  –  Populus  L.  Bu  məqsədlə  tumurcuq,  yarpaq  və  qabığından  istifadə  edilir. 
Tumurcuqları ağac təzəcə çiçək açan zaman toplayırlar. Bu dövrdə onlar nisbətən bərk olur, sıx, ələ 
yapıĢqan təbiətli, ətirli qətranlarla yapıĢmıĢlar. YığılmıĢ tumurcuqları ya peçlərdə, ya da quru havası 


270 
 
dəyiĢilmiĢ  yerlərdə  qalınlığı  2-3  sm  olmaqla  sərib  mütəmadi  qarıĢdırmaqla  qurudun.  Bunları  açıq 
hava  Ģəraitində  sərib  qurutmaq  olar.  Yarpaqlarını  yayın  birinci  yarısında  toplayıb  çardaq  və  ya 
eyvan  altında  nazik  kağız  üzərinə  sırib  mütəmadi  qarĢdırmaqla  qurudun.  Qabığının  isə  yalnız 
hamar,  çatı  olmayan,  yaĢıl  olmayan  cavan  budaqlarının  qabığını  toplamağı  məsləhət  görürlər. 
Qabığını istənilən üsulla qurutmaq olar.  
Qovaqdan alınan preparatlar soyuqdəymə əleyhinə, ağrıkəsici, və sidikqovucu xüsusiyyətinə 
malikdir. 
Qovağın 
hissələrindən 
dəmləmə, 
cövhərlərindən 
kəskin 
sidik 
kisəsinin 
soyuqdəymələrində, sidiyin çətin ifraz olunmasında, eləcə də cərrahiyə əməliyyatı apardıqdan sonra 
xoĢxassəli prostatın hiperplaziyası zamanı qəbul etməyi məsləhət görürlər.  
Qabığından  cövhərin  hazırlanması.  ƏlveriĢli  və  profilaktik  vasitə  kimi  ən  çox  xoĢxassəli 
prostatın ilk əlaməti zamanı qəbul etməyi məsləhət görürlər. Bundan baĢqa adenomanın gecikmiĢ 
formasında  cərrahiyə  əməliyyatının  əks  təsir  göstərməməsi  üçün  bu  zaman  ağacın  daxili  cavan 
budaqlarının  iç  qabıqlarından  toplayıb  cövhərini  hazırlayıb  hipertoniya  və  prostat  vəzinin 
xərçənginə qarĢı daxilə qəbul edirlər.  
Tumurcuqlarından  cövhərin  hazırlanması.  2  çay  qaĢığı  doğranmıĢ  xammaldan  götürüb  2 
stəkan  qaynar  suya  töküb  15  dəqiqə  dəmləyib  süzün.  Aldığınız  cövhərdən  gün  ərzində  3-4  dəfə 
qəbul edin.  
Tumurcuq  və  ya  qabıqdan  qatı  məlhəmin  hazırlanması.  45  q  doğranmıĢ  xammaldan 
götürüb  0,5  litr  qaynar  suya  töküb  qaynadın.  Qaynamanı  ekstraktın  yarısına  qədər  buxarlanana 
qədər  davam  etdirib  süzün.  Sonra  aldığınız  qatı  məhluldan  gündə  3-4,  dəfə  stəkanın  1/4  hissəsi 
qədər qəbul edin.    
 
XALQ TƏBABƏTĠ ÜSULLARI ĠLƏ  
YUXUSUZLUĞUN ARADAN QALDIRILMASI 
 
Yuxusuzluq  gecə  yuxusunun  qısalması,  gec  yuxuya  getmək,  tez  oyanmaq,  gecə  ərzində 
yuxudan  tez-tez  oyanma  ilə  özünü  biruz\ə  verir.  Yuxusuzluq  zamanı  yuxu  həm  də  keyfiyyət 
baxımından pozulur, daha səthi olur, dərin yuxunun müddəti azalır.  
Yuxusuzluqla,  əsasən  nevrozlar,  bəzi  ürək-damar  və  ruhi  xəstəliklər,  neyroinfeksiyalar,  o 
cümlədən  yuxu  ilə  oyaqlıq  arasındakı  düzgün  əvəzlənməni  nizama  salan  beyin  törəmələrinin 
zədələnmələri  zamanı  rastlaĢırıq.  Sağlam  insanlarda  yuxusuzluq  fiziki  və  zehni  gərginlikdən, 
yorğunluqdan,  güclü  həyəcandan  sonra  yarana  bilər.  Yuxunun  pozulması  və  yuxusuzluq 
xəstəliklərin  simptomlarından  xəbər  verir.  Havası  təmiz  olmayan  otaqlar,  yoluxucu  xəstəliklıər, 
uzun müddətli ağrı hissləri, ailədə və ya iĢ yerində gərginlik kimi səbəblər yuxunun pozulmasına və 
yuxusuzluğa gətirib çıxarır. Normal yuxunun olmaması gələcəkdə əhvalın pisləĢməsinə, orqanizm 
müqavimətinin azalmasına və nəticədə orqanizmdə müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. 
Bunadan  əlavə  yuxusuzluq  baĢ  verdikdə  diqqət  yayınır,  əsəbilik,  nevrotik  hallar  ailədə,  dostlarla, 
eləcə də iĢ yerində münasibətlərə mənfi təsir göstərən simptomlar yaradır. Yuxusuzluğu Ģikayətlər 
əsasında  və  xəstənin  xarici  görünüĢünə;  göz  altında  ĢiĢlərə,  gözlərin  qırmızılığında,  dodaqların 
quruluğuna, süstlüyə, ruh düĢkünlüyünə görə asanlıqla müəyyən etmək olar. 
Bəs yuxusuzluğu necə aradan qaldırmaq olar? Yuxusuzluqla mübarizə aparmaq üçün bir çox 
tibbi  və  xalq  təbabəti  üsulları  mövcuddur.  Ən  vacib  üsullardan  biri  orqanizmi  oksigenlə 
zənginləĢdirməkdən  ibarətdir.  Yəqin  ki,  çoxlarınız  müĢahidə  etmisiniz  ki,  açıq  havada  gəzməklə 
daha rahat yuxuya getmək olar. Sağlam və uzun yuxu üçün aĢağıdakı qida məhsullarından istifadə 
etmək  məsləhətdir.  Bu  qida  məhsulları  əzələ  yorğunluğunu  aradan  qaldırır.  Beyin  gərginliyini 
azaldır və yuxu hormonlarının yüksək miqdarına görə sakitləĢdirici təsir göstərir. 
Banan- bu meyvəni yuxu dərmanı da adlandırmaq olar. Bananın tərkibində çoxlu miqdarda 
vitaminlər makro- və mikro elementlər aĢkar edilmiĢdir. Yatmazdan əvvəl banan yeməklə siz rahat 
yuxunuzu təmin etmiĢ olarsınınz. Melatonin və seratonindən baĢqa onun tərkibində maqnezium da 
var.  
Çobanyastığı  çayı  –  çobanyastığı  əla  sakitləĢdirici  təsirə  malikdir.  Bu  daima  gərgin  hal 
keçirən insanlar üçün ən yaxĢı sakitləĢdirici vasitə hesab edilə bilər.  Məhz buna görə çobanyastığı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə