Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə138/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   134   135   136   137   138   139   140   141   ...   149

275 
 
dəqiqə saxladıqdan sonra yuyun. Quru dərilər üçün 1:1 nisbətində bitki yağı ilə qarıĢdırıb istifadə 
edin.  
 Damar genişlənmələri və üzünsolğunlaşması zamanı. ƏzilmiĢ giləmeyvədən 2 çay qaĢığı 
götürüb,  üzərinə  o  qədər  də  kartof  unu əlavə  edib  qarıĢdırın.  Sonra alınan  kütlədən  götürüb  üzün 
nasaz olan hissəsinə çəkin, 15 dəqiqə saxlayıb yuyun.  
Yağlı  dərilər  üçün  təmizləyici  maska.  1  xörək  qaĢığı  giləmeyvəni  əzib  üzərinə  1  xörək 
qaĢığı itburnu Ģirəsi və az miqdarda buğda unu əlavə edib qarıĢdırın. Alınan qatı  kütlədən üzünüzə 
çəkib 15-20 dəqiqə saxlayın və sonra soyuq su ilə yuyub təmizləyin.   
Yağlı və problemli dərilər üçün maska. Eyni miqdarda mərsin, alma və portağal Ģirəsindən 
götürüb  qarıĢdırın.  Bu  cür  hazırlanmıĢ  maska  nəinki  dərini  təravətləndirir,  həmçinin  onun 
elastkliyini artırır.  
Üz  dərisində  əmələ  gələn  səpkilərin,  civzələrin  və  digər  soyuqdəymə  zamanı  əmələ  gələn 
problemlərin aradan qaldırılması üçün mərsin cövhərinin hazırlanması: 1 xörək qaĢığı qurudulmuĢ 
mərsin yarpağından götürüb 1 stəkan qaynar suya tökün, 1 saat dəmləyib süzün. Aldığınız cövhər 
ilə üzünüzü gündə 2-3 dəfə silin.  
Mərcanı (quşüzümü).  
Kosmetikada  quĢüzümünün  Ģirə  və  sıyığından  istifadə  edilir.  ġirə  səpki  və  civzələrin 
müalicə  edilməsində  müsbət  təsir  göstərir.  QuĢüzümündən  hazırlanan  maska  yağlı  dərilərə  yaxĢı 
təsir göstərərək dərinin geniĢlənməsinə və piylərin təmizlınməsinə səbəb olur.  Giləmeyvəni əzərək 
sıxıb Ģirəsini çıxarın. ġirəni salfet, pambıq, tənzif üzərinə hopdurub  üzünüzə qoyun, 15-20 dəqiqə 
saxlayın. Sonra üzünüzü yaĢ pambıq ilə silib təmizləyin, ardınca üzünüzü yuyun. Maskadan həftədə 
2-3  dəfə  istifadə  edə  bilərsiniz.  Müalicə  kursu  15  gündür.  2-3  ay  istirahət  verib  yenidən  davam 
etdirin.  
Toyuq yumurtasının sarı hissəsini 0,5-1 çay qaĢığı quĢüzümü Ģirəsi və 1-2 çay qaĢığı xama 
ilə  qarıĢdırın.  Aldığınız  maskadan  üzünüzə  çəkib  15-20  dəqiqə  saxlayıb  yuyun.  Sonra  çayla 
kompres edin. Əməliyyatı həftədə 2-3 dəfə təkrar edin. Müalicə kursu 12-15 maskadan ibarətdir.  
Genişlənmiş  və  piyli  dərilər  üçün  maska.  2  çay  qaĢığı  yumurta  zülalı  götürüb  ehtiyatla 
qarıĢdırmaqla üzərinə 0,5 çay qaĢığı quĢüzümü  Ģirəsi əlavə edin, alınan kütləni yaxĢıca qarıĢdırın. 
Maskanı üzünüzə çəkib 4-5 dəqiqədən sonra əməliyyatı təkrar edin. Birinci maskanı təmizləmədən 
yeni  maskadan  istifadə  edin.  Sonra  maskaları  pambıq  tamponlara  hopdurub  üzünüzü  silin.  Sizin 
dərinizi cavanlaĢdıran maskalardan biri də quĢüzümü Ģirəsi, yumurta sarısı və yaxud xama qarıĢığı 
ilə hazırlanan maskadır. Alınan maskanı həftədə 2-3 dəfə üzünüzə çəkib, 15-20 dəqiqə saxlayaraq 
yuyun. Müalicə kursu 20 əməliyyatdan ibarətdir.  
Quşarmudu.    QuĢarmudunun  tərkibində  160-170  mq%-ə  qədər  C  vitamini  vardır. 
Tərkibindəki  karotinoidin  miqdarına  görə  kökü  bir  neçə  dəfə  üstələyir.  Buna  görə  də  quĢarmudu 
meyvəsindən  hazırlanan  maskalar  istənilən  üz  dəriləri,  xüsusən  də  solğun  üz  dəriləri  üçün  çox 
əhəmiyyətli hesab edilir.  
Quşarmudundan  maskanın  hazırlanması.  Ġlk  öncə  quĢarmudu  giləmeyvəsi  dondurulur, 
sonra üzərinə qaynadılmıĢ su tökərək yumĢaldılır, əzilib üzərinə bal tökülərək qarıĢdırılır. Sonra isə 
qarıĢığın turĢuluğunu azaltmaq üçün yaxĢı olar ki, onun tərkibinə az miqdarda  xama və yaxud süd 
əlavə edilsin. Bu cür hazırlanan maska üzü hamarlaĢdırır, ona incə rəng verir.  
İtburnu.  Ġtburnunun  meyvə  və  yarpaqlarından  alınan  sıyığından,  toxum  və  cavan 
budaqlarından bütün dərilər üçün yararlı olan kosmetik vasitələr hazırlamaq olar. Bu cür maskalar 
dərini  vitaminləĢdirir,  tonusunu  artırır,  dərini  təmizləyir,  piqment  ləkələrinin  və  çibanların 
müalicəsində müsbət təsir göstərir.  
Göz soyuqdəymələrində və göz qapaqlarının qızartısı zamanı 50 ml itburnu cövhəri ilə 0,5 
stəkan tünd çayı qarıĢdırıb zədə almıĢ nahiyəni silin. Bu cövhərdən dodaq çatlamalarında da istifadə 
etmək olar.  
Başınağacı. BaĢınağacı giləmeyvəsi tonusartırıcı və möhkəmləndirici xüsusiyyətlərə malik 
olduğundan istənilən dəri üçün istifadə oluna bilər.  
Losyon.  YetiĢmiĢ  giləmeyvəsini  qaynar  suya  töküb  dəmləyin.  Bu  dəmləmədən  yuyunma, 
islatma, kompres kimi istifadə etməklə yanaĢı, çaya qarıĢdırıb içmək də olar.  


276 
 
Başınağacı  giləmeyvəsi  ilə  qara  qarağatdan  hazırlanan  qarışıq  şirə  ilə  maska.  Bərabər 
miqdarda baĢınağacı Ģirəsi ilə qara qarağat Ģirəsini qarıĢdırın. Salfeti Ģirə ilə isladıb üzünüzə qoyun, 
10 dəqiqə saxladıqdan sonra yenidən isladıb 10 dəqiqə də saxlayın.  
Balla  maska.  YetiĢməmiĢ  giləmeyvəni  əzib  az  miqdarda  bal  qatın.  QarıĢdırıb  sifətinizə 
sürtün və 30 dəqiqə saxlayın. Sonra ilıq suya limon Ģirəsi qatıb üzünüzü yuyun.  
Yumurta  zülalı  ilə  maska.  Təzə  giləmeyvədən  hazırlanmıĢ  baĢınağacı  Ģirəsini  yumurta 
zülalı ilə (1:1 nisbətində) qarıĢdırıb üzünüzə çəkin və 30 dəqiqə saxlayın. Bu maskadan əsasən yağlı 
dərilərdə istifadə etmək məsləhət görülür.  
Undan  hazırlanmış  maska.  DondurulmuĢ  giləmeyvəni  qaynar  suya  töküb,  sonra  əzərək 
üzərinə  qarğıdalı  unu  və  yaxud  niĢasta  əlavə  edin.  Bunları  yaxĢıca  qarıĢdırıb  alınan  maskanı 
üzünüzə sürtün. Bu maska üzü hamarlaĢdırıb ona incə çəhrayı rəng çaları verir. 
Qarpız  kosmetikası.  Qarpızın  lət  hissəsi  güclü  antioksidant  xüsusiyyətə  malik  olduğundan 
dərini  xarici  mühitin  zərərli  təsirlərindən  qoruyur,  üzə  parlaqlıq  verməklə  yanaĢı  onu 
möhkəmləndirir və elastikliyini artırır.  
Qarpız maskası. YetiĢmiĢ qarpızın lət hissəsini çəngəllə əzib üz və boyun nahiyənizə çəkin, 
20 dəqiqə saxlayıb soyuq su ilə yuyub təmizləyin. Bu cür maska dərini tonuslaĢdırır, təravətləndirir 
və cavanlaĢdırıcı təsir göstərir, ondakı piqmentləĢməni aradan qaldırır.   
Qarpız  buzu.  Qarpızdan  alınmıĢ  Ģirəni  soyuducuya  qoyub  dondurun.  Formaya  salınmıĢ 
qarpız buzu ilə üzünüzü masaj edin. 20 dəqiqədən sonra soyuq su ilə yuyub, qida kremi çəkin.  
Nəmləndirici və təravətləndirici losyonun hazırlanması. 2 stəkan qarpız Ģirəsinin tərkibinə 
1  xörək  qaĢığı  bal  və  1  çay  qaĢığı  duz  əlavə  edib  kütləni  qarıĢdırın,  üzərinə  1  stəkan  araq  tökün. 
Aldığınız losyonla üzünüzü sildikdən sonra yumadan 2 saat saxlayın. Losyonu soyuducuda saxlayıb 
bir neçə dəfə istifadə etmək olar.  
Təmizləyici  losyon.  Eyni  miqdarda  qarpız  və  xiyar  Ģirəsini  qarıĢdırın.  Bu  cür  losyon  üzü 
gözəl təmizləyir. Üzünüzdə səpki olarsa losyonun tərkibinə spirt əlavə edin.  
 
CAVANLAġMANIN YENĠ METOD VƏ ÜSULLARI 
 
Ġnsan cəmiyyəti təĢəkkül tapdıqdan sonra istər kiĢilər, istərsə də qadınlar həmiĢə cavan və öz 
gözəlliklərini  uzun  müddət  saxlamaq  barəsində  çox  düĢünmüĢ  və  müxtəlif  yollar  axtarmağa 
baĢlamıĢlar. Onlar, xüsusən də qadınlar təbiətin yaratdığı bitki aləminin çiçək, qabıq, yarpaq, kök, 
gövdə, toxum və s. hissələrindən ətirli sular, məlhəmlər, ətirli yağlar hazırlayıb bədənlərini, üzlərini, 
qaĢ və dodaqlarını bu vasitələrlə silər, dodaqlarını boyayar  yuyunarmıĢlar. YaĢı 30-u haqlayan hər 
bir qadın qırıĢlar, solğun dəri, yağlı-quru cillərlə mübarizə aparır. Dünya iqtisadiyyatının ən gəlirli 
sahələrindən olan kosmetika, plastik cərrahiyə biznesi ilə yanaĢı tibb elmi də səxavət kisəsini açıb 
töküb. Yəni, indi cavan görünmək üçün insanlar sözün əsl mənasında öz qanını qaĢığa tökür. Bəzən 
ana  bətnindən  yenicə  qoparılmıĢ  bir  körpənin  qanından  da  istifadə  edənlər  də  var.  Ġlahi,  gözəllik 
həqiqətən bu qədər qurban tələb edir? 
Öz  qani  ilə  gəncləşənlər  - ozon terapiyasından  kimlər  istifadə  edir? 
Biz  kitabda  XXI  əsrdə  cavanlaĢmaq  üçün  hər  cür  çılğınlığa  hazır  olanlardan  söhbət 
açacağıq.  BaĢlayaq  öz  qanını  qaĢığa  qoyanlardan.  Elmi  dildə  isə  bu  prosedurun  adı  ozon 
terapiyasıdır, yəni qanın yuyullması. Bu dünyada geniĢ yayılmıĢ dərmansız müalicə üsuludur. Belə 
bir  müalicə  orqanizm  üçün  zərərli  olan  kimyəvi  preparatların  tənzimlənməsinə  imkan  verir, 
orqanizmdə  tarazlığın  pozulmasını  nizamlayır,  müxtəlif  orqanların  vəziyyətini  yaxĢılaĢdırır, 
orqanizmin  müdafiə  qabiliyyətini  aktivləĢdirir.  Bunun  nəticəsində  insan  qocalıqla  daha  aktiv 
mübarizəyə  qoĢula  bilir.  Yəni,  dediyimiz  bu  üsul  həm  müxtəlif  xəstəliklərlə  mübarizədə  istifadə 
olunur, həm də estetik cərrahiyələrdən qaçmaq istəyənlər üçün ideal metoddur. 
QonĢu Türkiyə bu üsulla mərhum prezident Turqut Özalın təcrübəsində tanıĢ olmuĢdur. 15 il 
bundan  əvvəl  cənab  Özal  qanını  «yuduzdurmaq»  üçün  tez-tez  Ġsveçrəyə  gedib-gəlirdi.  Onun  bu 
üsuldan  istifadə  etməsinə  orqanizmindəki  xəstəliklər  səbəb  olsa  da,  hazırda  Türkiyədə,  eləcə  də 
dünyada ozon terapiyasından əksər məĢhur ulduzlar istifadə edir. Amma, gəncləĢmək üçün. Əsası 
Almaniyada  qoyulan  ozon  terapiyasının  istifadə  sahələri  olduqca  geniĢdir.  Revmatizma,  Ģəkər, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə