Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   10   11   12   13   14   15   16   17   ...   149

27 
 
təkrar  edin.  QarıĢığı  qıfın  içərisinə  fıltr  qoyub  baĢqa  bir  ĢüĢə  qaba  süzün.  Aldığınız  məlhəmdən 
yeməyə 20-30 dəqiqə qalmıĢ gündə 3 dəfə daxilə qəbul edin. YaĢlı adamlar üçün 0,5 xörək qaĢığı, 7 
yaĢdan aĢağı uĢaqlara isə 1 çay qaĢığı qəbul etmək məsləhətdir. Müalicə kursu 2 həftədir. 
 Ağ  ciyər  bronxlarının  müalicəsi.  Dərman  preparatını  payızda  hazırlamaq  lazımdır. 
Əzvaydan  kəsilib  götürülmüĢ  yarpaqları  kətan  parçadan  tikilmiĢ  tünd  rəngli  kiçik  həcmli torbaya 
qoyun  və  soyuducunun  aĢağı  hissəsində  2  həftə  saxlayın.  Sonra  Ģirəsini  çıxarın.  Bundan  baĢqa 
birillik  pıtrağın  da  kökünü  çıxardıb  sakit  axan  suda  yaxĢı  yuyub  Ģirəsini  çıxarın.  Əldə  etdiyiniz 
Ģirələrdən (1:1 nisbətində) yəni 200 ml əzvay və 200 ml pıtraq Ģirəsindən götürüb bir-biri ilə yaxĢı 
qarıĢdırdıqdan sonra üzərinə 500 q bal və 500 ml araq əlavə edin. AlınmıĢ qarıĢığı 3 həftə saxlayıb, 
ehtiyatla  baĢqa  bir  qaba  süzün  və  üzərinə  200  q  Ģokolad  əlavə  edib  gündə  3  dəfə,  1  xörək  qaĢığı 
yeməyə 30 dəqiqə qalmıĢ qəbul edin. 
 Ağ  ciyər  soyuqdəymələrinin  müalicəsi.  150-200  q  doğranmıĢ  əzvay  yarpağı,  bir  o  qədər 
bal, keçi yaxud qoyun piyi götürün, qaba töküb qapağını örtün və sobaya qoyun. Nə vaxt ki, qarıĢıq 
bir-birilə  tam  qarıĢdı  onu  1  qat  tənzifdən  baĢqa  bir  qaba  süzün  və  gündə  3  dəfə,  1  xörək  qaĢığı 
yeməyə 1 saat qalmıĢ qəbul edin. Həmin qarıĢıqdan axĢamlar yatmazdan qabaq diĢ əti nahiyəsinə 
sürtüb özünüzü müalicə edə bilərsiniz. 
Əzvayın  yarpağını  kəsib  götürün,  tünd  parçaya  büküb  soyuducunun  aĢağı  hissəsinə  qoyub 
10 gün saxlayın. 11-ci gün soyuducudan çıxarıb xırda hissələrə doğrayın, sıxıb Ģirəsini alın. Sonra 
aldığınz Ģirənin içərisinə 1200-1300 q əridilmiĢ bal (yaxĢı olar ki, cökə balı olsun) əlavə edib yaxĢı-
yaxĢı  qarıĢdırın.  QarıĢığı  su  hamamında  30  dəqiqə,  60°C  temperaturda  qızdırın.  BaĢqa  bir  qaba 
stəkanın 2/3 hissəsi qədər tozağacı tumurcuğu və cökə çiçəyini töküb 0,5 litr qaynar su əlavə edib, 
zəif od üzərinə qoyub 2 dəqiqə qaynadın. AlınmıĢ cövhəri soyudub tənzifdən süzün və üzərinə bal 
ilə əzvay qarıĢığını əlavə edib qarıĢdırın. Sonra üzərinə 1 stəkan zeytun yağı əlavə edib soyuq yerdə 
saxlayın. AlınmıĢ məlhəmi yaxĢı-yaxĢı qarıĢdırıb gündə 3 dəfə 1 xörək qaĢığı, qəbul edin. 
Qaymoritin  müalicəsi.  1  çay  qaĢığı  dazıotu  tozu,  1  xörək  qaĢığı  bal,  1  xörək  qaĢığı 
günəbaxan yağı, 200 ml əzvay Ģirəsi götürüb bir-biri ilə yaxĢı qarıĢdrın. AlınmıĢ məlhəmdən gündə 
3 dəfə 4-6 damcı burnunuza damızdırın. 
Əzvayın yarpağından Ģirəni çıxarıb bərabər miqdarda çaytikanı yağı ilə qarıĢdırın. AlınmıĢ 
qarıĢıqdan hər gün 3 dəfə hər iki burun dəliyinə 4-6 damcı damızdırın. 
Orta  böyüklükdə  1  ədəd  sarımsağı  qabığından  təmizləyib  xırda  hissələrə  salıb  üzərinə  1 
stəkan  qaynar  su  töküb  bir  neçə  saat  hərdənbir  qarıĢdırmaqla  dəmləyin.  Cövhərin  hazır  olmasını 
dilinizin ucu ilə yoxlayın. Bir az sarımsaq dəmləməsindən götürüb 30-60 saniyə ağzınzda saxlayın. 
Bu  zaman  ağız  nahiyəniz  qıcıqlanma  və  yandırıcı  təsirə  məruz  qalacaqdır.  Bu  zaman  aldığnız 
sarımsaq  cövhərindən  1-2  xörək  qaĢığı  götürüb,  eyni  miqdarda  əzvay  Ģirəsi  və  bal  ilə  qarıĢdırın. 
Aldığınız  məlhəmdən  hər  3-4  saatdan  bir  8-10  damcı  götürüb  hər  iki  burun  dəliyinə  damızdırın. 
Eyni vaxtda istifadə olunmayan sarımsaq cövhərindən 1 xörək qaĢığı daxilə qəbul edin. 
2-3  xörək  qaĢığı  balı  üzərinə  eyni  miqdarda  əzvay  Ģirəsi  əlavə  edib  qarıĢdırın.  Elə  ki, 
bircinsli  məlhəm  alındı,  onda  prosesi  dayandırın.  Sonra  aldığınız  kütlədən  isti  halda  kətan  parça 
üzərinə yaxıb alın nahiyənizə qoyub bağlayın. Müalicə kursunu hər gün ağrı kəçənə qədər davam 
etdirin. 
Qastritdə, mədə və onikibarmaq bağırsaq yaralarının müalicəsində. 
1)
 
Bunun  üçün  gün  ərzində  yeməyə  20-30  dəqiqə  qalmıĢ  uzunluğu  3-5  sm  olan  əzvay 
yarpağı  yeməyi  məsləhət  görürlər.  Müalicəni  istirahət  vermədən  3  ay  müddətində 
aparmaq məsləhət görülür. Hərgah yara sağalmazsa müalicə kursunu 2-3 həftə saxlayıb, 
sonra davam etdirin. 
2)
 
Əzvay  yarpağını  ana  bitkidən  o  qədər  kəsib  götürün  ki,  ondan  300-350  ml  Ģirə  ala 
biləsiniz.  Aldığınız  əzvay  Ģirəsini  süzün.  Hazır  Ģirənin  üzərinə  1  stəkan  bal  və  zeytun 
yağı  əlavə  edin.  Alınan  kütləni  yaxĢı  qarıĢdırıb  ĢüĢə  butılkalara  doldurub  içərisində 
saman və yaxud ağac yonqarı tozu olan su ilə dolu qazana qoyun. Ġçərisində butulka olan 
qazanı  orta  dərəcədə  olan  odun  üzərinə  qoyub  3  saat  qaynadın.  Qazanda  olan  su 
buxarlanıb  azaldıqca  üzərinə  su  əlavə  edin.  Butılkanın  içərisində  olan  maye  kütləsini 
çalxalayıb  qarıĢdıraraq  gündə  3  dəfə  acqarına  bir  xörək  qaĢığı  qəbul  edin.  Aldığınız 


28 
 
məlhəmi soyuq yerdə saxlayın ki, o qıcqırıb xarab olmasın. 
Babasilin müalicəsində.  
1)
 
Bunun üçün suda yuyulub təmizlənmiĢ kartofdan Ģam düzəldib əzvay Ģirəsinə batırın və 
düz bağırsağa yeridin. Defekasiya əməliyyatından sonra imalə vasitəsilə həmin nahiyəni 
yuyub təmizləyin.  
2)
 
3-5 sm əzvay qabığını tikan ilə birlikdə soyub götürün. Sonra soyulub təmizlənmiĢ əzvay 
yarpağını burub Ģam formasına salaraq anal dəliyinə yeridin. 
3)
 
Aloyedən yarpaqlarını kəsib götürün. Xırda hissələrə doğrayıb, sıyıq halına salıb Ģirəsini 
çıxararaq eyni  miqdarda  distillə edilmiĢ su  əlavə  edib  qarıĢdırın.  AlınmıĢ  ekstraktı  Ģam 
formasına salıb soyuducuya qoyub dondurun. Ekstrakt donan zaman onu forma qabından 
çıxarıb günəbaxan yağına salıb düz bağrsağa yeridin. 
Qəbizliyin müalicəsində. 
1)
 
Əzvayın  Ģirəsini  çıxarıb  buxarlandırın  və  toz  halına  salın.  Sonra  həmin  tozdan  az 
miqdarda götürüb su və bir xörək qaĢığı bal əlavə edib qarıĢdırın. Bundan gündə 3 dəfə, 
bir xörək qaĢığı qəbul edin. Bu əməliyyat mədəni çox yaxĢı təmizləyir. 
2)
 
Çay  qaĢığının  1/4-i  qədər  sabun  tozu  və  dəvətikanı  samanı,  iki  fincan  kəndəlaĢ,  1  çay 
qaĢığı Ģüyüd toxumu götürüb bir-birilə qarıĢdırın. 2 stəkan həcmində alınmıĢ ekstraktdan 
2 gün ərzində daxilə qəbul edin. Təsirini 12-30 saat keçdikdən sonra hiss edəcəksiniz. 
Uşaq  orqanizminin  zəifliyində.  100  q  əzvay  Ģirəsi,  300  q  bal,  doğranmıĢ  50  q  qoz  ləpəsi 
götürüb bir-biri ilə qarıĢdırın. Gündə 3 dəfə  yeməyə az qalmıĢ qəbul edin. 6-9  yaĢında uĢaqlara 1 
çay qaĢığı, 9 yaĢından yuxarı olanlara isə 1 xörək qaĢığı qəbul etmək məsləhət görülür. 
Cinsi  fəallığın  artırılnıasında.  3-5  illik  əzvay  kolundan  250  q-a  qədər  sıyıq  hazırlayıb 
üzərinə arı balı, 16%-li qatılğında qırmızı Ģərab əlavə edib ehtiyatla qarıĢdırın. Əzvaydan sıyığı 5 
gün suvarılmayan xammalından hazırlamaq lazımdır. AlınmıĢ qarıĢıqları bir-birilə birləĢdirib 5 gün 
sakit halda saxladıqdan sonra istifadə edin. Birinci həftədə gündə 3 dəfə 1 çay qaĢığı yeməyə 1 saat 
qalmıĢ qəbul edin. 2-8 həftə ərzində isə gündə 3 dəfə yeməyə 1 saat qalmıĢ bir xörək qaĢığı qəbul 
edin. 
Psoriazın  müalicəsində.  Bunun  üçün  eyni  çəkidə  əzvay  yarpağı,  sarımsaq  və  kərə  yağı 
götürün.  QarıĢığı  ət  maĢınından  keçirin  və  yağ  əlavə  edib  od  üzərinə  qoyun.  Nə  vaxt  məlhəm 
qaynama dərəcəsinə çatdı, onda qabı odun üzərindən götürüb soyudun.  Sonra alınmıĢ məlhəmdən 
(mazdan) dəridə baĢ verən xoĢagəlməz yerlərə sürtüb müalicə edin. 
Mədə xərçənginin müalicəsində. 3 illik əzvay bitkisinin yarpağından kəsib götürün və sıxıb 
Ģirəsini əldə edin. 0,5 litr konyakın üzərinə töküb qarıĢdırın. BaĢqa bir qabın içərisinə 3 ədəd təzə 
dərilmiĢ ətirĢah yarpağı və 3 xörək qaĢığı qaynar su əlavə edib su hamamına qoyub buxarlandırın. 
AlınmıĢ  ətirĢah  ekstraktını  süzüb,  əzvay  və  konyak  qarıĢığının  üzərinə  töküb  qarıĢdırın.  Sonra 
həmin  qarıĢığın  üzərinə  3-4  damcı  5%-li  spirt  qarıĢığı  olan  yod  əlavə  edin.  AlınmıĢ  məlhəmdən 
gündə 2 dəfə - səhər və axĢam 1 konyak  qədəhi  qəbul etməyi məsləhət görürlər. Qəbulun birinci 
günləri  xəstədə  ola  bilsin  ki,  ağrılar  baĢ  versin  və  nəcisdə  qan  izləri  görünsün.  Tədricən  bu 
xoĢagəlməz simptomlar çəkilib gedəcəkdir. 
Uşaqlıq  yollarında  əmələ  gələn  xərçəng,  qaymorit,  otit,  radikulit,  hipertoniya,  əsəb 
pozuntularında,  mədə,  qara  ciyər,  qadın  xəstəliklərində.  Bunun  üçün  dazıotunun  yerüstü 
hissəsindən,  adi  yovĢan,  boymadərən,  Ģam  tumurcuqlarından  qarıĢıq  hazırlayın.  Həmin  qarıĢıqdan 
50 q götürüb üzərinə 3 litr qaynadılmıĢ soyuq su töküb 2 saat saxlayın. QarıĢığı odun üzərinə qoyub 
2 saat qaynadın. Sonra üzərini qalın parça ilə örtüb 24 saat dəmləyin.  AlınmıĢ dəmləməni fıltrdən 
süzüb,  200  q  çaqa  ekstraktı  (bunu  apteklərdə  satılan  befınrin  preparatı  ilə  də  əvəz  edə  bilərsiniz), 
200 q əzvay Ģirəsi, 200 q konyak və yaxud spirt, 599 q arı balı ilə yaxĢı-yaxĢı qarĢdırdıqdan sonra, 
qarıĢığı qalın parça ilə örtüb, isti yerdə 4 gün saxlayın. Aldığınız məlhəmdən gündə 3 dəfə 1 xörək 
qaĢığı yeməyə 30 dəqiqə qalmıĢ qəbul edin. Məlhəmi qəbul edəndən 4-5 gün sonra mədənizdə ola 
bilsin  ki,  ağrılar  baĢ  versin.  Bu  zaman  siz  2  gün  bütün  yeməklərdən  imtina  edib  ancaq  su 
içməlisiniz. 
Trofik yaraların müalicəsində. 
1)
 
Bunun üçün əzvay yarpağından hazırlanmıĢ təzə sıyıqdan yaranın üzərinə yaxıb bağlayın. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə