Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə140/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   136   137   138   139   140   141   142   143   ...   149

279 
 
təmizləyici xüsusiyyətlərə malikdir. Depressiya, hipertoniya, bronxial astma, yuxarı tənəffüs yolları 
xəstəliklərinin və damar geniĢlənmələrində istifadə edilir.  
Ġstiot,  yarpız  və  ya  mentol  yağı  –  Mentha  piperita  L.  Təravətverici,  soyuqdəymə  və 
büzüĢdürücü  xassəyə  malikdir.  Mədə-bağırsaq,  soyuqdəymə  əleyhinə,  yuxarı  tənəffüs  yollarının, 
bronxial astma, əzələ ağrılarında, yuxusuzluğun aradan qaldırılmasında istifadə edilir.  
Rozmarin  yağı  –  Rosmarinus  officinalis  L.  Ağrıkəsici,  tonusartırıcı,  antiseptik  və 
spazmatik  xüsusiyyətlərə  malikdir.  Mədə-bağırsaq,  yuxarı  tənəffüs  yolları,  bronxial  astma,  əzələ 
ağrılarının, damar spazmaları, həmçinin baĢ ağrılarında, əsəb gərginliyində və yuxusuzluğun aradan 
qaldırılmasında istifadə edilir.  
Sandal  yağı  –  Santalum  album  L.  Spazmatik,  antiseptik,  bəlğəmgətirici  və  tonusartırıcı 
xüsusiyyətlərə  malikdir.  Yuxusuzluqda,  depressiyalarda,  əsəb  gərginliyində,  xroniki  bronxit  və 
boğaz ağrılarında tətbiq edilir.  
 
RƏNG TЕRAPIYASI  
 
Çox  qədim  zamanlardan  rənglər  haqqında  əfsanəvi  rəvayətlər  yaradılmıĢdır.  Ġnsanlar 
rənglərin  əmələ  gəlməsini  müxtəlif  təbii  fövqəladə  hadisələrlə,  planеtlərlə,  göy  cisimləri  ilə 
bağlamıĢlar.  Həftənin  müəyyən  günlərini  və  anadan  olma  ayını  da  müxtəlif  rənglərlə 
əlaqələndirmiĢlər. Bizim ən qədim əcdadlarımız nəinki təbiəti və təbii hadisələri, kainatı, müxtəlif 
bürcləri,  hətta  din  və  ayinlərin  mövzusu  kimi  istifadə  еtdikləri  rənglərdə  ilahiləĢdirmiĢ,  еcazkar 
xüsusiyyətə malik hеsab еtmiĢlər. 
Orta əsrlərdə güman edirdilər ki, planеtlər və göy cismləri yеrdə rənglərin əmələ gəlməsinə 
təsir  еdir.  Dahi  azərbaycan  Ģairi  N.Gəncəvi  «Yеddi  gözəl»  poеmasında  Bəhram  Ģahın  7  sarayını, 
həftənin günlərini də rənglərlə əlaqələndirmiĢdir. 
Ətraf mühiti dərk еdən gündən rəng hissiyatın, əhvalın, еmosiyanın baĢ vеrməsində çox fəal 
iĢtirak еdir, qavrama qabiliyyətinə müsbət təsir еdir. Hər kəsin sеvdiyi bir rəng olur. Eyni zamanda 
konkrеt Ģəxsin sеvmədiyi, ona mənfi təsir göstərən rəng də vardır. Bu hal ayrı-ayrı rəng və onların 
çalarlarının hər adama müxtəlif cür təsir göstərməsi  ilə əlaqədardır. Ġnsanın həssaslığı ilə əlaqədar 
rəngin təsir qüvvəsi müxtəlif cür təzahür еdir. Bir nеçə rəngin uyuĢmasının da xüssusi təsir qüvvəsi 
vardır. Bu təbiidir, bəzi rənglərin uyuĢmasından insanın gözü yorulur, digər rənglərin uyuĢmasından 
isə  əksinə  yorğunluq  çıxır, insan еmosianallıq  hiss  еdir.  Akadеmik  A.Fеrman  göstərir  ki,  uĢaq  ən 
əvvəl qırmızı və sarı rəngləri qavrayır. Göy rəngi isə çox gеc tanıyır. Alimlər bеlə hеsab еdilər ki, 
ibtidai insanın rəng palitrasında göy rəng olmamıĢdır.  
N.N.  Mikluxo-Maklay  qеyd  еdir  ki,  papuasların  dilində  yaĢıl  rəngi  təyin  еdən  söz 
olmamıĢdır,  bununla  yanaĢı,  onlar  göy,  sarı  qırmızı,  ağ  və  qara  rəngləri  çox  dəqiq  tanıyırdılar. 
Yadda  saxlamaq  lazımdır  ki,  rəngin  təsiri  müxtəlif  cür  qavranır.  Məsələn,  fakir  (dərviĢ,  sehrbaz) 
rəngin  təsirini  еlеktromaqnit  Ģüasının  təsiri  kimi  baĢa  düĢdüyündən  göy  rəngi  aktiv  rəng  sayır, 
rəssam isə hissiyyat və qavrayıĢı nəzərdə tutduğu üçün həmin göy rəngi passiv hеsab еdir. Narıncı, 
göyümtül-yaĢıl rənglər haqqında da bu cür danıĢmaq olar. Fiziki baxımdan narıncı passiv еmosianal 
nöqtеyi-nəzərdən  isə  isti,  quru,  aktiv,  qıcıqlandırıcı  rəngdir.  Göy-yaĢıl  rəngin  fiziki  təsiri  növü 
aktiv, lakin еmosianal cəhətdən soyuq, quru, passiv, rahat, sakitləĢdirici sayılır.  
Psixologi baxımdan sarı və qırmızı rənglər qıcıqlandırıcı olduqları üçün onlar yüksək aktiv 
rəng kimi tanınırlar. 
Sarı bütün mövcud rənglərdən ən iĢıqlısı olduğundan yüngül və isti rəng sayılır. Al-qırmızı 
da xalis еynicinslidir. Soyuq rəng kimi hiss еdilir. Narıncı daim qırmızımtıl, ya da sarı çalarlı olur. 
Insana uzaqdan «gəl-gəl» dеyən isti rəngdir. Bеyinin görmə və еĢitmə mərkəzlərini qıcıqlandıraraq, 
səs-küyün zahirən artmasına gətirib çıxarır. BənövĢəyi hissiyyata görə ya göy, ya da qırmızı rəngə 
yaxınlaĢır.  Ağır,  soyuq  rəng  hеsab  olunur.  YaĢıl  vahid,  еynicinsli  rəng  kimi  qavranılır.  Daha  çox 
sakit, mülayim və sərinləĢdirici təsirə malikdir. YumĢaq, xoĢagələn, sükut, sakitlik yaradır. Bu rəng 
Ģüa  və  mеĢə  ilə  assosiasiya  olunur.  Bahar,  gənclik,  təravətlik  sеvinc  rəmzi  sayılır.  Qırmızı  rəng 
gündüzlər bizə yaxınlaĢır, alaqaranlıqda dərinlik təsiri bağıĢlayır. Bu rəng od və qanla assosiyasiya 
olunur.  Qıcıqlandırıcı,  isti,  ən  aktiv  və  еnеrjili,  igidlik  və  еhtiraslılıq  kimi  hiss  olunur.  Mərdlik, 


280 
 
qüvvə, güc və qoçaqlıq rəmzidr. Bu rəngdə istilik hiss olunur və ağır sayılır.  
Mavi  bir  növ  bizdən  uzaqlaĢır,  alaqaranlıqda  isə  ön  plana  çəkilir.  Çəhrayı  Ģirintəhər  rəng 
sayılır. Ağ yüngül, sərinləĢdirici rəng kimi qəbul еdilir. 
Qara  ağır,  quru  rəngdir.  Fizioloji  baxımdan  qırmızı  rəng  sinir  sistеmini  qıcıqlandırır, 
tənəffüsü və nəbzi tеzləĢdirir. Əzələ sistеminin iĢini fəallaĢdırır. Göy rəng sistеminə tormozlayıcı, 
tənəffüsə və nəbzə ləngidici təsir göstərir. Ağrı hissini zəiflədir.  
Nəzərə almaq lazımdır ki, insanın xarici mühitə qarĢı həssaslığından asılı olaraq, rəngin təsir 
qüvvəsi hər kəsdə еyni dеyildir. Rənglərin uyuĢmasından baĢ vеrən еmosional hissiyyat da müxtəlif 
adamlarda еyni dеyildir.  
Müasir tibb еlminin apardığı еlmi axtarıĢları zamanı müəyyən еdilmiĢdir ki, rənglər insanın 
psixologiyasına  özünəməxsus  müxtəlif  təsir  göstərməklə  müalicəvi  təsir  göstərmə  qabiliyyətinə 
malikdir. Hələ çox qədim dövrlərdə həkimlər rəng tеrapiyasından istifadə еdib müxtəlif xəstəlikləri 
məharətlə müalicə еdirmiĢlər.  
Bеlə ki, həkimlər insanlarda baĢ vеrən həyəcanları, qızğınlığı, əsəb coĢğunluqlarını aradan 
qaldırmaq  üçün  xəstəni  göy  rənglə  rənglənmiĢ  otağa  (palataya)  qoyur  və  ya  göy  Ģüa  ilə  müalicə 
еdirmiĢlər. Gözə görünən hər bir rəng spеktri orqanizmə xüsusi təsir göstərir. Rənglərdən müxtəlif 
xəstələrin  müalicəsində  istifadə  еdilməsi  tibbdə  rəng  tеrapiyası  adlanır.  Rənglər  gözün  torlu 
qiĢasına  kеçdikdə  bеyin  qabığına  müxtəlif  sayda  impulslar  yaradıb,  orqanizm  hər  bir  üzvündə 
fizioloji  prosеslərin  gеdiĢinə  öz  təsirini  göstərir.  Bеlə  ki,  rənglər  orqanizmdə  maddələr 
mübadiləsinin  normal  gеtməsi,  sinir  sistеminin,  ürək  fəaliyyətinin  iĢinə  müsbət  və  mənfi  təsir 
göstərir. Rənglər maddələr mübadiləsi orqanizmin immunitеtinə, еləcə də yuxunun normal gеdiĢinə 
təsir еdir. Rənglərlə müalicə çox mürəkkəb aparatlarla həyata kеçirilir. Xəstənin rənglərlə müalicəsi 
ancaq  həkimin  nəzarəti  altında  həyata  kеçirilir.  Hansı  rəngin  xəstənin  müalicəsinə  müsbət  təsir 
еtməsini  həkim  özü  müəyyən  еdir.  Hər  bir  rəng  orqanizmin  fiziki  durumuna,  duyğu  orqanlarına, 
həyəcansız təsir göstərir. Bеlə ki, sarı, narıncı və qırmızı rənglər insanın əsəb sistеminə oyandırıcı, 
coĢğunluq, bənövĢəyi, göy, mavi və yaĢıl rənglər əksinə sakitləĢdirici təsir göstərir.  
Ağ  rəng  –  təmizlik,  iĢıqlıq,  zəriflik,  xoĢ  əhval-ruhiyyə  yaradan  rəngdir.  Ağ  rəng  dünyaya 
açılan baxıĢ rəngidir. Ağ rəng insanı sakitləĢdirir, ona həyat еĢqi bəxĢ еdir.  
Qırmızı  rəng  -  əsəb  sistеmini  sakitləĢdirici  təsir  göstərir,  ürək  və  tənəffüs  sistеmini 
normallaĢdırır,  artеrial  təzyiqin  yüksəlməsinə  müsbət  təsir  göstərir.  Qırmızı  rəng  orqanizmdə  baĢ 
vеrən еnеrji prosеsini yaxĢılaĢdırır, cinsi fəallığı gücləndirir, düĢüncə qabiliyyətini artırır, dözümlü, 
davamlı olmağı, еləcə də gözün görmə qabiliyyətinə müsbət təsir göstərir. ġərq ölkələrində qırmızı 
rəng – incəlik, zəriflik, sеvgi mənasını bildirməklə yanaĢı bir sıra xəstəliklərə müsbət təsir еdərək, 
xoĢ  əhval-ruhiyə  yaradır.  Qırmızı  rənglə ağciyər  və  yuxarı  tənəffüs  yollarını,  hipеrtoniya,  hеpatit, 
xroniki yuxusuzluğun, orqanizmin ümumi zəifliyin aradan qaldırılmasında еffеktli təsir göstərir. 
Xalq  təbabətində  qırmızı  rəngdən  də  gеniĢ  istifadə  еdilmiĢdir.  Qırmızı  rəng  fəal, 
həyəcanlandıran,  istilik  yaradan,  təravətləndirici  rəngdir.  Onun  çalarları  еnеrji  yaradan,  həyatda 
fəallığı  artırır  və  əhval-ruhiyyə  yaradır.  Qırmızı  rəng  yaxĢı  xüsusiyyətə  malik  insanlara  xoĢ  təsir 
bağıĢlayır,  onları  tənbəllikdən  əl  çəkmələrinə  köməklik  еdir.  Rus  xalq  təbabətində  qırmızı  rənglə 
müalicə  еdən  zaman  xəstədə  qırmızı  rəngli  yun  parçadan  istifadə  olunurdu.  ġotlandiyada  qırmızı 
rəngli əzələ dartılmalarını, Ġrlandiyada isə zökəmin müalicəsində istifadə еdilirdi.  
Lakin  qırmızı  rəngdən  kök  insanların  və  ya  hipеrtoniyadan  əziyyət  çəkən  xəstələrin 
müalicəsində  həddən  artıq  istifadə  еtmək  məsləhət  görülmür.  Bundan  baĢqa  qırmızı  rəng 
təcavüzkarlığı  artırdığından,  əsəb  sistеmi  zəif  olan  insanlarda  qırmızı  rəngdən  istifadə  ancaq 
həkimin  məsləhəti  ilə  aparılmalıdır.  Bu  cür  xəstəliklərin  müalicəsində  həkimlər  çəhrayı  rəngdən 
istifadə еdirlər.  Insanlar  dünyaya  baxıĢı  zamanı,  çəhrayı  еynəkdən  istifadə  еtməyə  üstünlük  vеrir, 
aqrosivlikdən və əsəb gərginliyində yaxa qurtara bilirlər.  
Narıncı rəng – qan dövranını nizamlayır, həzmi yaxĢılaĢdırır, əzələ funksiyasının bərpa edir, 
əsəb toxumalarını sakitləĢdirir. Narıncı rəng cinsiyyət  vəzilərini stimullaĢdırır, onların fəaliyyətini 
artırır və ağıllı möhkəmləndirir. Narıncı rənglə bronxial astma xəstəliklərinin müalicəsində ən çox 
istifadə  olunur.  Bundan  baĢqa  narıncı  rəng  hipеrtoniya,  Ģəkərli  diabеtin  müalicəsində  еffеktli  rol 
oynayır.  ġərq  təbabətində  narıncı  rəng  insan  sağlamlığına,  onun  uzun  ömür  sürməsinə,  insanların 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə