Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə142/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   138   139   140   141   142   143   144   145   ...   149

283 
 
Bitkinin yerüstü hissəsindən istifadə etmək lazım gəldikdə onu yeni çiçək açmağa baĢlayan 
zaman, yarpaq, gövdə və çiçəkləri ilə birlikdə toplamaq lazımdır. Çiçəkləri isə bitki təzə çiçək açan 
vaxt toplamaq lazımdır. Bu, xüsusən daha çox mürəkkəbçiçəklilər fəsiləsindən olan bitkilərə aiddir. 
Çobanyastığı, solmazçiçək, gülümbahar və darçın bitkilərinin çiçəklərini isə tam çiçək açan dövrdə 
toplamağı  məsləhət  görürlər.  Tumurcuqları  yaz  fəslində,  onların  tökülməsinə  az  qalmıĢ,  ĢiĢməyə 
baĢlayan zaman toplayırlar. 
Dərman bitkilərinin toxumlarının, meyvə və giləmeyvələrini tam yetiĢdikləri vaxt toplamaq 
lazımdır.  Onların  yeraltı  hissələrini,  köklərini,  kökümsov  gövdələrini,  soğanaqlarını  və  yeraltı 
yumru gövdələrini payızın son ayında, nadir hallarda yazın ilk aylarında toplamaq lazımdır. Çünki 
bu  dövrə  kimi  bitkilərin  yarpaqları  tökülür  və  bitkisinin  hasil  etdiyi  qida  maddəsinin  çoxu  onun 
kökündə toplanır.  
Kökləri toplayarkən aĢağıdakı ümumi qaydaya riayət etmək lazımdır:  
a) birillik dərman bitkilərinin kökləri bitki çiçək açmağa baĢladığı anda;  
b) ikiillik bitkilərin kökləri ya payızda, ya da ikinci ilin yazında; 
c)  çoxillik  dərman  bitkilərinin  köklərinin  əsas  hissəsi  payızda,  bir  qismi  isə  erkən  yazda 
toplanmalıdır (altey, xammotu bitkisinin kökləri kimi). 
Torpaqdan  qazılıb  çıxarılmıĢ  kök,  kökümsov  gövdələr,  kök  yumruları,  soğanaqları  əvvəl 
soyuq  su  ilə  yuyub  təmizləmək,  sonra  yerüstü  hissədən,  qurumuĢ  və  çürümüĢ  hissələrdən  ayırıb 
qurutmaq lazımdır. 
Dərman bitkilərinin yerüstü hissələrini (bitkinin çiçək, yarpaq və gövdəsini) bitki tam çiçək 
açan zaman toplamağı məsləhət görürlər.  
Zoğlar payızın son və yazın ilk ayında, qabıqlar isə bitki Ģirə ilə zəngin olarkən  – yazın ilk 
ayında toplanılmalıdır. 
Ümumiyyətlə yazda, bitkinin qabıq hissələrində təsiredici maddələr daha çox olur.  
Sitrus  bitkilərinin  qabıqları  isə  meyvələr  tam  yetiĢdikdən  sonra  toplanır.  Bitkilərin 
qabıqlarını adətən cavan gövdəsindən və qol-budaqlarından toplayırlar. Qabıqlar gövdədən ayırmaq 
üçün xüsusi bıçaqlardan istifadə olunur. Bu məqsədlə bitkinin  gövdəsinin üzərini çərtərək qabıqlar 
soyur,  sonra  isə  qurudurlar.  Dərman  bitkilərinin  yerüstü  hissələrini  Ģehsiz  və  yağınursuz,  aydın 
günəĢli havada toplamaq lazımdır. Yağınurlu, dumanlı və çiskinli havada toplanılan bitkilər çox gec 
quruyur, adətən qızıĢaraq təbii rəngini dəyiĢib, tünd qonur rəngə çevrilir. Bitkilərin çiçək, yarpaq və 
meyvələrini əl ilə, nadir hallarda isə ağac Ģanalarla toplayırlar. Ot halında olan dərman bitkilərinin 
yerüstü hissələrinin qayçı, bıçaq və ya çinlə biçib toplayırlar. Kökləri, kökyumurularını, kökümsov 
gövdələri  və  soğanaqları  isə  ya  bel  və  kərki  vasitəsilə,  ya  da  yeri  Ģumlamaqla  (məsələn,  biyan, 
boyaqotu,  dəvədabanı  və  s.)  toplayırlar.  Dərman  bitkilərin  toplayarkən  onların  qurd  yemiĢ, 
həĢəratdan zədələnmiĢ, göbələk xəstəliyinə tutulmuĢ və baĢqa səbəblərdən çürümüĢ hissələrini seçib 
ayırmaq lazımdır. 
Bitkinin  yarpağı,  çiçəyi  və  otları  adi  səbətlərə  yığılır.  Təzə  giləmeyvələri  təmiz  səbətlərə, 
quru meyvələri, kökləri və qabıqları isə kisələrə yığmaq, toplanmıĢ dərman xammalını qurutmazdan 
əvvəl  çeĢidlərə  ayırmaq  lazımdır.  Meyvə  və  toxumlarını  toplamazdan  əvvəl  yetiĢməmiĢ,  əzilmiĢ 
hissələri  kənar  etmək  lazımdır.  Kök  və  kökümsov  gövdələri  xəlbirin  içərisində,  axar  suda  yumaq 
yaxĢı  nəticə  verir.  Kökündə  selik  maddə  saxlayan  dərman  bitkilərini  suda  çox  saxlamaq  olmaz. 
Toplanan  kök  və  kökümsov  gövdələrin  yerüstü  hissələrini  kəsib  atmaq lazımdır. Çox  yoğun  olan 
köklər daha yaxĢı qurusun deyə uzununa kəəsib xırdalanmalı və qabıqdan çıxarılıb qurudulmalıdır.  
Dərman bitkilərinin qurudulması. 
ToplanmıĢ  dərman  bitkiləri  çeĢidlərə  ayrıldıqdan  sonra  dərhal  qurudulmalıdır.  Təzə 
toplanmıĢ  bitki  xammalını  uzun  müddət  qurutmayıb  kisələrdə,  səbətlərdə  və  ya  topa  halda 
saxladıqda  bitkilərin  rəngi  tündləĢir,  kif  atır,  qıcqırma,  parçalanma  prosesi  baĢlayır.  Bitkilərin 
tərkibindəki  təsiredici  maddələrin  miqdarı  azalır  və  ya  tamamilə  itir.  Bu  dəyiĢikliklər  bitkidən 
Ģirənin miqdarından (təzə toplanan bitki xammalında Ģirənin miqdarı 80% və daha artıq ola bilər) və 
münasib  temperatur  Ģəraitindən  asılı  olaraq,  fermentlərin  (enzimlərin)  fəallaĢması  və  onların  
müxtəlif  kimyəvi  prosesləri  sürətləndirməsi  nəticəsində əmələ  gəlir.  GünəĢin  ultrabənövĢəyi  Ģüası 
və  hüceyrə  Ģirəsində  olan  turĢuların  təsiri  nəticəsində  bitki  xammalının  əvvəlki  təbii  yaĢıl  rəngi 


284 
 
dəyiĢib tünd-qonur rəng alır. Buna görə də bioloji aktiv maddələrdən ibarət olan bitki xammalları 
asan  parçalandığı  üçün  onları  tez  və  yaxĢı  qurutmaq  lazımdır.  Ümumiyyətlə  qurutma  prosesi  nə 
qədər tez gedərsə, alınan materialın keyfiyyəti də bir o qədər yaxĢı  olar. Lakin tərkibində efir yağı 
olan elə bitkilər vardır ki, onların tədricən qurudulması bitkinin tərkibindən efir yağının itməsinin 
qarĢısını alır. BənövĢə, səhləb, sarıkök, darçın və s. növlərini misal gətirmək olar.  
Dərman  bitkisi  xammallarını  yaxĢı  qurutmaq  üçün  onların  uzun  müddət  yararlı  qalmasını, 
saxlanmasını təmin etmək lazımdır. ġirəli meyvələri əvvəlcə ya günəĢin altında ya da sobada azca 
qurutduqdan  sonra  götürüb  açıq  havada  meh  vuran  sahədə  sərib  qurutmaq  lazımdır.  Tərkibində 
alkoloid  və  qlükozid  olan  dərman  bitkilərini  50-60
o
C  də  tərkibində  vitamin  olan  bitkiləri  isə 
(itburnu  meyvəsini,  novruzgülünü  isə)  tərkibindəki  C  vitamini  oksidləĢməsin  deyə  80-100ºC 
temperaturda qurutmaq lazımdır. Bu üsülla bir çox meyvələrə, o cümlədən qarağat bitkisinə də aid 
etmək  olmaz.  Belə  ki  qarağatın  meyvəsinin  tərkibində  C  vitaminindən  baĢqa  efir  yağı  da  vardır. 
Bunun  üçün  qarağatın  meyvəsini  50-60ºC  temeraturda  qurutmaq  məsləhətlidir.  Dərman  bitkisi 
hissələrini  (ot,  çiçək,  qabıq  və  s.)  35-45ºC  istilik  olan  sobalarda,  çardaqlarda,  dəmir  örtüklü 
anbarlarda, nadir hallarda isə açıq havada brezent və həsir üzərində qurudurlar. Bitki materialların 
qurudarkən onları nazik halda qat-qat sərib, gündə 1-3 dəfə çevirmək lazımdır. Yer üstə qurutmaq 
lazım gəldikdə bitkini nəm çəkməsin deyə bitkini brezentdən, binada qurutduqda isə üzərinə həsir 
döĢənmiĢ  taxta  döĢəmələrdən,  qəfəslərdən,  məftil  Ģəbəkədən  və  ya  üzərinə  çit  çəkilmiĢ  taxta 
çərçivədən  istifadə  olunur.  Belə  taxta  çərçivələri  qat-qat  bir-birinin  üzərinə  qoymağı  məsləhət 
görürlər. Dərman otların daha yaxĢı və keyfiyyətli qurutmaq üçün, onları dəstə-dəstə bağlayıb, asıb 
qurutmaq daha səmərəli üsuldur. Bitki materialları qurudulan otağın havası daim dəyiĢdirilməlidir. 
Havası  daima  dəyiĢilən  dəmir  örtüklü  çardaqlarda  aparılan  qurudulma  daha  yaxĢı  nəticə 
verir. Çünki belə Ģəraitdə temperatur kifayət qədər olub, 40-50 dərəcəyə çatır.  
Bitki  günəĢ  altında  qurudularkən  onun  təkibində  olan  xlorofill,  karotin  və  xüsusən 
çiçəklərdə  olan  antosianlar  parçalanır,  nəticədə  bitki  materialı  öz  rəngini,  qismən  təsiredici 
maddəsini itirir. Tərkibində efir yağı olan bitkiləri günəĢin altında qurutmaq olmaz. Bitki xammalı 
süni  yollarla  da  qurudulur.  Bu  zaman  temperaturu  40-60  dərəcəyə  çatdıraraq  qurutma  prosesini 
daha  da  sürətləndirmək  olar.  Təzə  dərilmiĢ  giləmeyvələrin  qurudulması  üçün  yüksək  temperatur 
(70-80º) tələb olunur. 
Efir  yağlı  bitkilər  qurudularkən  temperatur  25-30ºC–dən  aĢağı  olmalıdır.  Dərman 
xammalının tədarükünün həcmindən və imkanından asılı olaraq, qurutma prosesi uyğunlaĢdırılmıĢ 
sobalarda və ya xüsusi quruluĢlu quruducularda aparılır.  
Ümumiyyətlə,  dərman  bitkisi  xammalından  qurudulması  üçün  aĢağıdakı  quruduculardan 
istifadə olunur:  
Belə qurutma prosesi iki cür quruducuda aparılır: 
a) dövrü sürətdə iĢləyən quruducu – burada, qurutmaq üçün hazırlanmıĢ material kameraya 
eyni zamanda doldurulur və boĢaldılır. 
b)  arası  kəsilmədən  iĢləyən  quruducu  –  burada  material  kameraya  mütəmadi  olaraq 
doldurulur və boĢaldılır. 
Hava  cərəyanı  vasitəsilə  qurutma.  Bu  üsulla  qurutma  prosesi  adətən  örtüklü  çardaqlarda 
aparılır. Bu tip quruducularda hava sorucu borular vasitəsi ilə tez-tez dəyiĢdirilir. 
Bundan baĢqa, buxarla, odla, günəĢ altında və elektrik vasitəsilə qızdırılan quruduculardan 
da istifadə olunur. Bitki xammalının ayrı-ayrı hissələrinin qurudulması aĢağıdakı qaydada aparılır. 
Tumurcuqları (tərkibində qətran, karotin və efir  yağın olmasını nəzərə alaraq) nazik qatlarla sərib 
tez-tez qarıĢdırmaqla və kiflənməsin deyə normal istilikdə qurutmaq lazımdır. 
Qabıqları  (tərkibində  nisbətən  az  su  olduğu  üçün)  açıq  kölgəli  və  mehvuran  havada  və  ya 
havası  quru  olan  otaqlarda  qurudurlar.  Qabıqlar  qurudularkən  tərkiblərindəki  boyaq  və  aĢı 
maddələri oksidləĢdiyinə görə rəngləri tünd rəng alaraq qonurlaĢır. Qurudarkən qabıqları bir-birinin 
üzərinə qoymaq olmaz, onlar tez kif atar və tərkibindəki kimyəvi maddələr məhv olar.  
Müalicəvi bitki xammalının qablanması. 
Dərman  bitki  materiallarının  qablanması  üçün  qəbul  olunmuĢ  standartlara  əsasən  bir  neçə 
növ qablardan istifadə olunur:  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə