Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   11   12   13   14   15   16   17   18   ...   149

29 
 
2)
 
Əzvay yarpaqlarından hazırlanmıĢ 100 q təzə Ģirənin üzərinə 5 q mumiya əlavə edib həll 
etdikdən sonra yaranın üzərinə yaxıb bağlayın. 
3)
 
Tibb  sənayesində  əzvay  yarpağından  müxtəlif  müalicə  preparatları  hazırlanır.  Bunların 
əsasında  çaytikanı  yağından  1/20  hissə  götürüb  həmin  preparatlarla  qarıĢdırıb  yara 
nahiyəsinə yaxın. 
 Ağ ciyər vərəminin müalicəsində. 
1)
 
100  q  əzvayın  təzə  Ģirəsindən  götürüb  içərisinə  5  q  mumiya  əlavə  edin  və  yaxĢı 
qarıĢdırın. Sonra hazırladığınız məlhəmdən gündə 2 dəfə 4-5 q qəbul edin.  
2)
 
4-5  illik  əzvay  yarpaqlarını  götürüb  təmiz-təmiz  yuyub,  sıyıq  halına  salın.  Sonra 
tənzifdən  keçirməklə  Ģirəsini  çxarın.  Aldığınız  təzə  əzvay  Ģirəsindən  1  litr  götürüb 
üzərinə  10  ədəd  təzə  yumurta  sarısı,  1  kq  bal,  1  kq  donuzun  iç  piyi,  1  paçka  «Qızıl 
yarlık»  kakao  və  su  əlavə  edin.  Götürdüyünüz  məmulatları  bir-biri  ilə  qarıĢdırmazdan 
qabaq  balı  su  hamamında  əridib,  piyi  isti  Ģəraitdə  yumĢaldın.  Komponentləri  bir-birilə 
qarıĢdırıb  Ģokolad  rəngli  eynicinsli  kütlə  alındıqdan  sonra  qarĢdırmanı  dayandırın. 
Aldığınız kütləni bankalara doldurub soyuq yerdə saxlayın, gündə 3 dəfə, yeməyə 20-30 
dəqiqə  qalmĢ  daxilə  qəbul  edin.  Müalicə  kursunu  dayandırın,  aradan  bir  neçə  ay 
keçdikdən sonra davam etdirin. 
3)
 
100  q  donuz  və  yaxud  qaz  piyi,  100  q  duzlanmamıĢ  (Ģit)    kərə  yağı,  15  q  təzə  əzvay 
Ģirəsi, 50 q kakao götürüb bir-biri ilə qarıĢdırın. Aldığınız kütlədən gündə 2 dəfə, 1 xörək 
qaĢığı götürüb, 1 stəkan isti süd ilə qəbul edin. 
4)
 
2-3  illik  əzvay  yarpağından  təzə-təzə  dərib  ət  maĢınından  keçirib  sıyığını  alın.  AlınmıĢ 
sıyığın içərisinə sıyıqdan az olmaqla bal qatıb gündə 3 dəfə, 1 xörək qaĢığı yemək qabağı 
qəbul edin. 
Uşaqlıq  yolunda  baş  verən  eroziyaların  müalicəsində.  1  xörək  qaĢığı  təzə  əzvay  Ģirəsi,  1 
çay  qaĢığı  genəgərçək  yağı  və  1  çay  qaĢığı  bal  götürüb  bir-biri  ilə  qarıĢdırın.  Yatmazdan  qabaq 
hazırladığınız  tamponu  aldığınız  məhlula  hopdurub  uĢaqlıq  yoluna  yeridib  səhərə  qədər  saxlayın. 
Tamponu çıxartdıqdan sonra uĢaqlıq yolu ətrafını linimenton sintomisin və yaxud çaytikanı yağı ilə 
təmizləyin. Əməliyyatı hər gün davam etdirin. Müalicə kursu 10 gündür. Əgər müalicəyə  yenidən 
ehtiyac olarsa, onda müalicəni 2 həftə dayandırıb, sonra baĢlamağı məsləhət görürlər. 
İtdirsəyinin müalicəsində.  
1)
 
Əzyay  yarpağını  dərib,  təmiz  suda  yuyun.  Elə  ki,  yarpaq  solub  ölgünləĢdi,  ondan  Ģirəni 
çəkin, 1 hissə əzvay Ģirəsinə 10 hissə su əlavə edib yaxma kimi itdirsəyinin üzərinə sürtün.  
2)
 
Çox  da  iri  olmayan  əzvay  yarpağından  götürüb  onu  xırda  hissələrə  salıb,  üzərinə  200  ml 
qaynadılmıĢ  soyuq  su  əlavə  edib  8-10  saat  saxlayın.  Sonra  alınmıĢ  ekstraktdan  götürüb 
itdirsəyinin üzərinə sürtün. 
Əzvaydan kosmetik vasitələrin hazırlanması. 
Sirr  deyil  ki,  ən  faydalı  və  təhlükəsiz  kosmetika  məhsulları  bizim  bağda,  bağçada  və 
bostanda,  həmçinin  pəncərəmizin  qarĢısındadır.  YaĢıl  dostlarımızın  içərisində  əzvay  bitkisinin 
insanlar qarĢısında böyük xidmətləri vardır. Təbiətin bizə bəxĢ etdiyi əzvay öz tərkibində insanların 
sağlamlığının keĢiyində duran sirli bioloji aktiv maddələr gəzdirir. Bəs ev Ģəraitində əzvaydan hansı 
müalicəvi kosmetik vasitələri hazırlaya bilərik? 
Əzvaydan  kosmetik  gelin  hazırlanması.  Bunun  üçün  əzvay  yarpağını  xırda  hissələrə 
doğrayıb ət maĢınından keçirərək Ģirəsini çıxarın. ġirəni tənzifdən süzüb qaba tökün, odun üzərinə 
qoyub qatılaĢana qədər buxarlandırın. Aldığınız qatı geli ĢüĢə qablara töküb soyuducuda saxlayın. 
Ev  Ģəraitində  hazırladığınız  geldən  götürüb  yanıqları,  uzun  müddət  günəĢ  altında  iĢləyən  zaman 
dəridə  əmələ  gəlib  ağrı  verən  dəri  qaralmalarını,  əzələ  və  damar  ağrıları  müalicə  etməyiniz 
məsləhət  görürlür.  Ev  Ģəraitində  kosmetik  vasitə  kimi  ən  çox  əzvayın  aktivləĢdirilmiĢ 
yarpaqlarından  alınan  təzə  Ģirədən  istifadə  etməyə  üstünlük  verirlər.  Bunun  üçün  əzvayın 
yarpaqlarını təzə  halda  kəsin.  DoğranmıĢ  yarpaqları  sxıb  Ģirəsini  çıxarın  və  fıltrdən  keçirin.  Hazır 
olmuĢ  Ģirədən  kosmetik  vasitə  kimi  istifadə  edə  bilərsiniz.  Aldığınız  kosmetik  Ģirəni  siz  ancaq 
soyuducuda  saxlamaqla  istifadə  edə  bilərsiniz.  ġirəni  soyuducuda  2  gündən  artıq  saxlamaq 
məsləhət  görülmür.  ġirəni  uzun  müddət  saxlamaq  üçün  onu  40%-li  spirt  və  yaxud  araqla  4:1 


30 
 
nisbətində qarĢdırın. 
Cavan qızlar üzlərində əmələ gələn xoĢagəlməz səpgilərin, civzələrin qarĢısını almaqda çox 
çətinlik  çəkirlər.  Bunun  üçün  100  q  xırda  doğranmıĢ  əzvay  yarpağını  0,5  litr  təbii  alma  Ģirəsinin 
içərisinə töküb 7 gün saxladıqdan sonra süzün.  Məlhəmdən 1 çay qaĢığı  götürüb  1 stəkan qaynar 
suya  töküb  bir  az  saxlayın.  Bu  ekstrakt  üzünüzə  sürtmək  üçün  ən  ideal  vasitələrdən  hesab  edilir. 
Aldığınız ekstraktdan boğaz ağrlarında və digər soyuqdəymələrdə istifadə etmək olar. 
Əzvaydan  çox  qəribə  müalicəvi  xüsusiyyətləri  ilə  fərqlənən  mazın  hazırlanma  reseptini 
bilirsinizmi?  Bu  mazdan  gözəllər  gözəli  Kleopatra  istifadə  edirmiĢ.  Bunun  üçün  40  ml 
aktivləĢdirilmiĢ əzvay Ģirəsindən götürüb o qədər də distillə edilmiĢ su ilə qarıĢdırıb üzərinə 1 çay 
qaĢğı bal, 20 ml çəhrayı su əlavə edin (bu su ətriyyat mağazalarında və apteklərdə satılır). Bundan 
baĢqa çəhrayı suyu qızıl gül ləçəklərindən almaq olar. Cövhəri aĢağıdakı kimi hazırlaya bilərsiniz. 2 
xörək  qaĢığı  xırdalanmıĢ  əzvay  yarpağından  1  stəkan  qaynadılmıĢ  suya  tökün.  20-30  dəqiqə 
saxlayıb  cövhərini  aldıqdan  sonra  soyudub  süzün.  QarıĢığı  su  hamamında  qızdırın,  sonra  tədricən 
onun üzərinə 100 q əridilmiĢ təzə donuz ya da keçi piyi əlavə edin. ÇalıĢın ki, qarıĢıq çox qızmasın. 
Hazır  olmuĢ  kremi  ĢüĢə  bankaya  doldurub  soyuducuda  saxlayın.  Gündə  1  dəfə  kremdən  üz  və 
boyun nahiyənizə nazik halda sürtün. 
Beləliklə,  ev  Ģəraitində  kosmetik  müalicə  məlhəmləri  hazırlamaq  o  qədər  də  çətin  deyil. 
Evdə  hazırlanan  kosmetik  məhəmləri  100-200  ml  həcmində  olan  ĢüĢə  qablara  doldurub  ağzını 
möhkəm bağlayıb soyuducuda saxlayın. 
Bal ilə əzvay qarışığından kosmetik vasitənin hazırlanması. 1 xörək qaĢığı balı bir o qədər 
əzvay Ģirəsi ilə qarıĢdırın. Sonra aldığınız qarıĢıqdan götürüb yuyulmuĢ təmiz üzünüzə sürtün və 20 
dəqiqə saxladıqdan sonra isti su ilə yuyun. 
Üz iiçüıı qidalı kosmetik vasitənin hazırlanması. 1 xörək qaĢığı bal, o qədər də əzvay Ģirəsi, 
kənaf yağı (istənilən bitki yağından istifadə edə bilərsiniz) və 1 ampula E vitamini götürüb bir-birilə 
yaxĢı-yaxĢı qarıĢdırın. Aldığınız qidalı kremdən (çimdikdən sonra) maska Ģəklində üzünüzə sürtüb 
20  dəqiqə  saxlayıb,  isti  su  ilə  yuyub  təmizləyin.  Bundan  baĢqa  ev  Ģəraitində  əzvay  yarpağından 
götürür və onları tünd kağızlara və yaxud zər vərəqlərə möhkəm bükürlər ki, yarpaqlara heç yerdən 
iĢıq düĢməsin. Sonra bükülmüĢ yarpaqları soyuducunun aĢağı gözünə qoyub 10-12 gün saxlayırlar. 
Soyuducuda saxlanılan yarpaqlardan ―bioloji stimulyator‖ ifraz olunmağa baĢlayacaqdır. Bu bioloji 
aktiv  maddə  solub  məhv  olmaq  üzrə  olan  toxuma  hüceyrələrini  qıcıqlandırıb  oyadır,  onlara  yeni 
«həyat  enerjisi»  bəxĢ  edir.  Bu  cür  yarpaqlardan  alınan  Ģirə tonusartırıcı,  sakitləĢdirici,  yumĢaldıcı 
xüsusiyyətlərə  malikdir.  Bu  bioloji  Ģirədən  üzdə  əmələ  gələn  qırıĢların  aradan  qaldırılmasında, 
elastikliyin bərpa olunmasında geniĢ istifadə edilir. Bu Ģirəni hər cür dəri tiplərində istifadə etmək 
olar. 
Hazırladığınız  müxtəlif  kosmetik  vasitə  xaricdə  istehsal  olunan  vasitələrdən  nəinki  geri 
qalmır, hətta bir sıra xüsusiyyətləri ilə onlardan üstün sayılır. 
Biz laboratoriya Ģəraitində ilk dəfə olaraq əzvay bitkisinin  yarpaqlarından boyaq ekstrtaktı 
hazırlayıb  yun  ipdə  yaĢılı,  yaĢılımtıl-qəhvəyi,  açıq  qəhvəyi,  tünd  qəhvəyi,  tütünü,  zeytunu, 
qonurumtul, mixəyi, mixəyi-qonur, narıncı və s. rəng və çalarlar almağa nail olduq. 
Hind soğanı – Ornithogalum indicum Willd. ex Schult. & Schult.f. 
 
Belə  təsəvvür  edin  ki,  evinizdə  və  yaxud  ofisinizdə  əyləĢib  iĢləyir  və  yaxud  qəzet 
oxuyursunuz.  Qəflətən baĢınızda Ģiddətli ağrılar baĢlayır, bu zaman otağınıza daxil olan hər hansı 
bir  adamdan  baĢ  ağrısını  kəsən  analgin  tableti  istəyirsiniz.  O,  isə  əllərini  yellədib  gülərək 
pəncərənizdə  çiçək  açan  bitkini  göstərib  deyir:  bitkinin  yarpağından  bir  ədəd  dərib  ovcunun 
içərisində  əzib  aldığınız  Ģirədən  ağrıyan  nahiyəyə  sürtsəniz  1-2  dəqiqə  keçdikdən  sonra  baĢınızın 
ağrısı kəsəcəkdir. 
Bu  qəribə  xüsusiyyətə  malik  olan  hind  soğanı  və  yaxud  quyruqlu  quĢsüdü  bitkisidir. 
Bitkinin latınca adının mənası «Ornitoqalum» yunanca mənası isə «ornis» (quĢ) və «qalum» (süd) 
mənasını  bildirir.  Bəzən  bu  bitkini  «Çin  və  ya  monqol  soğanı»  da 
 
dlandırırlar.  Bitkinin  bir  neçə  adla  adlandırılmasının  səbəbi  1961-ci  ildə 
SSRĠ  EA  Leninqrad  Botanika  Institutunda  becərilməsi  olmuĢdur.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə