Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   12   13   14   15   16   17   18   19   ...   149

31 
 
Leninqrad  Botanika  Ġnstitutuna  bitki  Almaniyadan  gətirilmiĢdir.  Almaniyaya  isə  Çindən 
gətirilmiĢdir. 
Hindistan soğanı otaq bitkisidir. Ondan alınan Ģirə ilə hələ çox qədimlərdə xalq təbabətində 
bir  sıra  xəstəliklərin  müalicəsində  geniĢ  istifadə  edilmiĢdir.  Bitkinin  soğanından  alınmıĢ  Ģirədən 
radikulit,  revmatizm,  artrit  və  s.  xəstəlikləri  müalicə  edirlər.  ġirəsi  həm  də    ekzemaların,  diĢ 
ağrılarının  və  dəri  yaralarının  müalicəsində  iĢlədilir.  Hind  soğanının  tərkibində  insan  sağlamlığı 
üçün  çox  qiymətli  bioloji  aktiv  maddələr  aĢkar  edilmiĢdir.  Həmin  Ģirədən  az  miqdarda  qəbul 
etdikdə  daxili  orqanların  fəaliyyəti  güclənməyə  baĢlayacaqdır.  Bitkinin  Ģirəsindən  normadan  artıq 
istifadə edilərsə xoĢagəlməz hadisələr baĢ verə bilər. 
«QuĢsüdü»  bitkisinin  tərkibində  çoxlu  miqdarda  kolxisin,  kolxisein,  kolxamin, 
qlikoalkoloid,  kolkxozid,  tiokolxisin  və  s.  alkaloidlər  aĢkar  edilmiĢdir.  Bu  alkaloid  maddələr 
orqanizmdə  gedən  fızioloji  prosesləri  yavaĢıdır  və  hüceyrə  bölünmələrini  dayandırır.  ġirədə  olan 
alkaloidlərin  bu  keyfiyyətlərini  nəzərə  alıb  bundan  xərçəng  xəstəliyinin  müalicəsində  istifadə 
edirlər.  Hindistan  soğanının  çiçəklərinin  tərkibində  çoxlu  miqdarda  efir  yağı  olduğundan  ondan 
mikrob,  soyuqdəymə  və  vərəm  əleyhinə  istifadə  edilir.  Belə  güman  edirlər  ki,  hərgah  sizin 
otağınızın  pəncərəsində  hind  soğanı  olarsa  onda  o  sizin  soyuqdəymə  xəstəliklərinə  tutulmanız 
ehtimalını demək olar ki, sıfıra endirər, sizi bir çox xəstəliklərdən qoruyar. Soğanın tərkibində olan 
sarı  rəngli  Ģirədə  flavonoid  maddələri  aĢkar  olunmuĢdur  ki,  bu  da  damar  divarlarını 
möhkəmləndirir,  kapilyar  damarların  qırılmasının,  eləcə  də  beyinə  qansızmanın  və  orqanizmin 
digər sahələrində baĢ verən qanaxmaların qarĢısını alır. Hind soğanından müalicə məqsədləri üçün 
istifadə edən zaman çox ehtiyatlı olmaq məsləhət görülür. Bitkidən normadan artıq istifadə etdikdə 
alkaloidin təsiri nəticəsində qıcolma, tənəffüs yollarının ifliçi, qan dövranını zəiflətməklə ürək  ürək 
döyüntülərini azaldıb çox vaxt ürək dayanmalarına gətirib çıxara bilir. 
Diqqət!  Hind soğanının preparatlarından hamilə qadınların, xroniki xəstəliklərə, böyrək  və 
qara ciyər xəstəliklərinə tutulanların, uĢaqların istifadə etmələri məsləhət görülmür. 
Rusiya  EA  müxbir  üzvü  tibb  elmləri  doktoru  Y.Y.Yeliseyev  «quĢsüdündən»  müalicə 
məqsədi ilə istifadə olunmasını düzgün hesab edir. Alim tibbi təcrübələrlə sübut etmiĢdir ki, bir sıra 
xəstəliklərin  müalicəsində  elmi  təbabət  gücsüzlüyünü  göstərən  zaman  «quĢsüdündən»  istifadə 
etmək çox vacibdir. Ən əsası odur ki, preparatdan düzgün istifadə olunsun. 
Hind soğanından müalicə preparatlarının hazırlanması. 
Kəskin zökəm zamanı. 1 çay qaĢığı hind soğanı Ģirəsi, 1 çay qaĢığı qurudulmuĢ propolis, 4 
xörək  qaĢığı  isti  su  götürün.  Komponentləri  bir-biri  ilə  qarıĢdıraraq  zəif  od  üzərinə  qoyub  azca 
qızdırın.  Hazır  məlhəmdən  götürüb  bir  neçə  qatdan  ibarət  olan  tənzifə  yaxıb  xəstə  nahiyəyə 
kompres qoyun və 30 dəqiqə saxlayın. Əməliyyatı günaĢırı təkrar edin. 
Soyuqdəymə  zamanı  bronxial  astmanın qarşısını  almaq  üçün.  3  ədəd  aspirin  tableti əzib 
narın  hala  salın,  üzərinə  1  xörək  qaĢığı  donuz  piyi  və  1  qaĢıq  hind  soğanı  Ģirəsi  əlavə  edin. 
Komponentləri bir-birilə yaxĢı-yaxĢı qarıĢdırın. Aldığınız mazdan gecələr ehtiyatla döĢ nahiyənizə 
sürtün.  Müalicə  kursu  10  gündür.  Qanaxmalara,  qansızmalarına,  vərəmə  meylli  olan  xəstələrin 
mazdan istifadə edən zaman  çox ehtiyatlı olmaları məsləhət görülür. Mazdan istifadə edən zaman 
çalıĢın ki, ürək nahiyələrindən kənar olsun. 
Bronxial  astma  zamanı.  Ən  mühüm  effekt  göstərən  vasitə.  3  diĢ  əzilmiĢ  sarımsaq,  çay 
qaĢığının 1/4 hissəsi (bir çimdik) qədər qırmızı istiot tozu və 1 ədəd hind soğanı  yarpağı götürün. 
Komponentləri  bir-birilə  qarıĢdırıb  üzərinə  araq  əlavə  edin.  Sonra  qarıĢığı  su  hamamında  qızdırıb 
aldığınız sıyıqdan götürüb ürəyə yaxın getmədən döĢ nahiyənizə, sürtün. 
Artriti olan xəstələrin vəziyyətinin yaxşılaşdırılması üçün. Bunun üçün 30 q təzə yığılmıĢ 
dazıotu çiçəyini götürüb ĢüĢə bankaya və yaxud  butulkaya dolduraraq üzərinə 2 stəkan zeytun yağı 
əlavə edin və ağzını qapaqla bağlayıb 5-7 həftə iĢıqlı yerə qoyub yağını çıxarın. Yağı qaranlıq yerdə 
saxlayın.  Yağdan  istifadə  etməzdən  qabaq  onun  üzərinə  2  xörək  qaĢığı  spirt  və  hind  soğanından 
alınmıĢ  Ģirə  əlavə  edin.  Hazır  olmuĢ  qarıĢıqdan  damarların  üzərinə  sürtün  və  yaxud  isti  kompres 
edin. Ġsti kompres əməliyyatını aparan zaman ehtiyatlı olun ki, mənfı təsir göstərməsin. 
Hind  soğanı  Ģirəsini  daxilə  qəbul  etməyin.  ÇalıĢın  ki,  hind  soğanının  Ģirəsi  gözünüzə 
düĢməsin. Çünki o dəqiqə gözünüzün selikli qiĢasını kəskin surətdə qıcılandırmağa baĢlayacaqdır. 


32 
 
Hərgah  «quĢsüdündən»  gözünüzə  azca  da  olsa  düĢərsə  tez  onu  ilıq  su  ilə  çoxlu  yuyun.  Bundan 
sonra göz damcısından istifadə edib gözünüzü 15 dəqiqə qapalı halda saxlayın. 
Hərgah, siz qərara alsanız ki, hind soğanını öz otağınızda dibçəkdə əkib-becərəcəksiniz  və 
bitki  ilə  sizdə  yaranan  xoĢagəlməz  xəstəlikləri  müalicə  edəcəksiniz,  onda  bir  neçə  məsləhətə  fikir 
verməyi  unutmayın.  YaĢıl  soğanaqdan  müalicəvi  məqsədlər  üçün  istifadə  etməyi  məsləhət 
görmürlər. YaĢıl soğanaqlar inkiĢaf edib cavan zoğlar və budaqlar əmələ gətirənə qədər gözləmək 
lazımdır. Həmin cavan zoğlardan qələmlər kəsib bitkini vegetativ üsulla artırıb-çoxaldın. Bu zaman 
ana  soğanaqdan  kiçik  soğanaqları  ülgüc  vasitəsilə  kəsib  götürün  və  qabaqcadan  hazırlanmıĢ 
dibçəklərə  əkin.  Nə  vaxt  ki,  cavan  soğanaqlardan  cavan  zoğlar  əmələ  gəlməyə  baĢladı,  onlardan 
müalicə vasitəsi kimi istifadə edin.  
 
SÜSƏNKĠMĠLƏR – Iridaceae Juss. fəsiləsi 
 Sarı süsən – Iris pseudacorus L. 
 
Süsənin (Iris L.) dünya florasının tərkibində 200-ə qədər növü yayılmıĢdır. Bunlara ən çox 
Orta Aralıq dənizi ölkələrinin dağlıq ərazisində, ġimal yarımkürəsinin mülayim iqlimli zonalarında 
rast gəlmək olar. Qafqazda 33, Azərbaycanda 26 növü yayılmıĢdır. Süsənin 
xalq təsərrüfatında ancaq bir neçə növündən:  sarı süsən - Iris pseudacorus 
L.,  Florensiya süsəni  - I. florentina L.,  Almaniya süsəni - I. germanica  L., 
solğun süsən - I. pallida Lam. və s. növlərindən istifadə olunur. 
Süsən  çiçəyi  təbiətin  yaratdığı  gözəl  canlı  abidədir.  Çox  qədim 
zamanlardan  bizə  qədər  gəlib  çatan  bir  xalq  əfsanəsində  bu  zərif  çiçək 
haqqında deyilir ki, min il bundan qabaq ilk süsən çiçək açır. O, qədər gözəl 
olur  ki,  bütün  quĢlar  və  heyvanlar  onu  sevməyə  baĢlayır.  Nə  vaxt  ki, 
toxumlar  yetiĢir,  külək  bunları  götürüb  dünyanın  hər  yerinə  aparır.  Bu 
zaman  yer  kürəsinin  hər  yerində  müxtəlif  rəng  çalarlarına  malik  süsən 
əmələ  gəlir.  Məsələn,  nəmli  çəmənliklərdə  qızılı-sarı  süsən,  səhralarda 
qəĢəng  süsən,  dəniz  kənarlarında  qırmızı  süsən,  ən  gözəli  isə  mavi  (hava) 
rəngli və ətirli dağ süsəni yaranmağa baĢlayır.  
Bitkinin  adı  «Ġris»,  «Ġdos»  yunan  sözü  olub,  «göy  qurĢağı»  mənası 
verir.  Beləliklə  müxtəlif  rənglərdə  olan  süsən  çiçəklərini  gözəllik  rəmzi  olan  göy  qurĢağına 
bənzədirlər 
Qədim  insanlar  hər  hansı  bitki  ilə  tanıĢ  olan  zaman  onun  müalicəvi  xüsusiyyətlərinə  fıkir 
verirdilər.  Yunan  həkimi  Dioskorid  (bizim  eranın  I  əsrində)  «Dərman  vəsaiti»  əsərində  süsənin 
müalicəvi  xüsusiyyətlərindən  geniĢ  söz  açır.  Süsənin  yarpaq,  kökümsov  və  kök  hissələri  dərman, 
aĢı maddəsi, ədviyyat və s. əldə etmək üçün əvəzsiz xammal sayıla bilər. Belə ki, 300 ildən artıqdır 
ki,  Ġtaliyada  «bənövĢə  kökü»  adı  ilə  məĢhur  olan  Florensiya  süsənindən  yüksək  keyfiyyətli,  xoĢ 
ətirli, iron maddəsi ilə zəngin efır yağı istehsal olunur. Bu yağdan isə incə bənövĢə çiçəyinin iyini 
xatırladan  ətir  alınır.  Süsənin  bir  çox  növlərinin  kökümsov  və  yarpaq  hissələrində  C  vitamini, 
karotin, flavonoid, aĢı maddəsi, kversetin, lyuteolin, 57%-ə qədər niĢasta, 9,6% piyli yağ, qətran və 
s. maddələr tapılmıĢdır. 
Sarı süsən - I. pseudacorus. Hündürlüyü 80-100 (110) sm olan çoxillik ot bitkisidir. Yerüstü 
hissəsi  budaqsızdır.  Sarı  süsən  yabanı  halda  su  kənarlarında,  bataqlıqlarda  və  rütubətli 
çəmənliklərdə bitir. Sarı süsənin torpaq altnda yaxĢı inkiĢaf etmiĢ iri kökümsov gövdəsi olur. Yayın 
əvvəllərində kökümsovlardakı tumurcuqlardan gövdə,  yarpaq, çiçək və meyvə inkiĢaf edir. Süsən 
sürətlə böyüyür, çəmən bitkilərindən hündürə qalxır, digər bitkilərin inkiĢafına imkan vermir, bütöv 
və  ya  adda-budda  təmiz  qruplaĢmalar  əmələ  gətirir.  Sarı  süsənin  yarpaqları  uzun  müddət,  hətta 
qıĢda  da  yaĢıl  qalır.  Yarpaqları  lansetĢəkilli  və  paralel  damarlıdır.  Çiçəkləri iri  və gözəl  görünüĢə 
malikdir. Ləçəkləri aĢağıdan bitiĢik olub, iri dairə üzrə üç-üç yerləĢir. Xarici dairədəki ləçəkləri iri 
olub,  aĢağıya  əyilir,  daxildəkilər  isə  kiçik  olub,  yuxarıya  qalxır.  Kasa  yarpağı  yoxdur.  Meyvəsi 
üçyuvalı qutucuqdan ibarətdir. Bitki may-iyun aylarında çiçəkləyir, meyvələri iyul-avqust aylarnda 
yetiĢir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə