Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   15   16   17   18   19   20   21   22   ...   149

37 
 
dəmləyib süzün. Sonra üzərinə isti su əlavə edib bir stəkan həcminə gətirin. Cövhərdən gündə 3-4 
dəfə 1-2 xörək qaĢığı yeməyə 30 dəqiqə qalmıĢ qəbul edin. Müalicə kursu 2-3 həftədir. 
Diqqət!  Söyüd  qabığından  hazırlanan  çay  və  dəmləmələrdən  hamilə  qadınların,  xroniki 
qəbizliyi olan xəstələrin istifadə etmələri məsləhət görülmür. 
Söyüddən  hazırlanan  Ģirə  kosmetika  və  ətriyyat  sahəsində  də  iĢlədilir.  Bundan  əlavə 
söyüddən  alınan  cövhərlə  döyənək  və  ziyillərin  aradan  qaldırılmasında,  saçın  dibinin 
möhkəmləndirilməsində geniĢ istifadə edilir. Söyüdün qabığını yandırıb alınan külün tərkibində qatı 
sirkə  turĢusu  əlavə  edib,  ayaqda  əmələ  gələn  qaĢınmaları,  göbələk  xəstəliklərini,  döyənəkləri 
müalicə edirlər. Cövhəri ilə saçları yuduqda tüklər qızılı rəngə boyanır. 
Söyüd  qiymətli  bəzək  bitkisidir.  Söyüdlər  yarpaqlarının  rənginə,  formasına,  çətirlərinin 
müxtəlifliyinə görə həqiqətən gözəldir. Elə bir arx, çay, dərə və göl ətrafı yoxdur ki, oranı söyüdsüz 
təsəvvür  edəsən.  Elə  yerlər  də  var  ki,  söyüdlüyün  sıxlığından  keçmək  belə  olmur,  keçilməz 
cəngəllikləri  xatırladır,  ürəkaçan  biosenoz  yaradaraq  bir  çox  quĢ  və  heyvanlar  üçün  sığınacağa 
çevrilir. 
Budaqları  azacıq  küləkdən  belə  əsməyə  baĢlayır,  həzin  xıĢıltılı  bir  musiqi  əhəngi  yaradır. 
Bəzi  söyüdlərin  salxım  budaqları  suya  çatana  qədər  uzanaraq,  ləpələrə  qoĢulub  qəribə  mənzərə 
yaradır. Bu görünüĢ insanların zövqünü oxĢayır, onların əsəblərinin sakitləĢməsinə səbəb olur. Bəli, 
bir  çox  hikmətləri  ilk  baxıĢda  duyulmayan,  haqq-sayları  mizan-tərəziyə  qoyulmayan  söyüdlər. 
N.A.Obozovun  dediyi  kimi,  bitib  yayıldığı  yerlərdə  digər  ağac  və  kolların  yarada  bilmədiyi  qədər 
münasib mikroiqlim və bitkilər üçün əlveriĢli olan xüsusi fitoiqlim yaratmaq kimi özlərinə məxsus 
bioloji  keyfiyyətlərə  malikdir.  Elə  buna  görədir  ki,  bulaq  və  çaylar  üzərində  baĢ  əyən  söyüdlərin 
kölgəsində  torpağın  və  suyun  hərarəti  aĢağı,  havada  rütubətin  faizi  normal,  havanın  özü  saf  olur. 
Söyüdlər  kənarında  əkildikləri  arxların  suyunun  axma  sürətini  xeyli  azaldır,  ətrafı  yuyulmaqdan 
qoruyur,  pambıq  tarlaları  və  əkin  zəmiləri  üçün  qoruyucu  meĢə  zolağı  vəzifəsini  daĢıyır.  Kənd 
təsərrüfatı  bitkilərinin  ziyanvericiləri  ilə  qidalanan  quĢların  çoxalaraq  yaĢamaları  üçün  sığınacaq 
yaradır. Bir sözlə, söyüdlər gözəllik, sağlamlıq və maddi nemətlər bollluğunun rəmzidir. 
Biz  ilk  dəfə  olaraq  söyüdün  qabıq  hissəsindən  boyaq  məhlulu  hazırlayıb  yun  ipi  açıq 
qəhvəyi,  qəhvəyi,  tünd-qəhvəyi,  Ģabalıdı,  tütünü,  tütünü-qonur,  mixəyi  və  s.  rəng  və  çalarlara 
boyamağa nail olduq. Bundan baĢqa göstərdik ki, söyüdün qabığından aldığımız qatı aĢı və boyaq 
təbiətli ekstraktdan gön-dəri, ətriyyat-kosmetika, sabunbiĢirmə sənayesində də istifadə etmək olar. 
Söyüdün  qabıq  hissəsini  xammal  kimi  apreldən  baĢlayıb,  iyun  ayına  qədər  toplamağı 
məsləhət  görürlər.  Yığılan  xammalı  günəĢ  altında  sərib  qurudurlar.  Qabığın  saxlanma  müddəti  3 
ildir. 
 
 
 
 
Qovaq – Populus L. 
 
Dünya florasının tərkibində qovaq cinsinin 120-dən artıq növü yayılmıĢdır. Qafqazda 16, o 
cümlədən Azərbaycanda 11 növünə təsadüf edilir. 
Yazın əvvəllərində xoĢ ətirli iy hiss edirsən. Bu qovağın ĢiĢmiĢ tumurcuğunun iyidir. Qovaq 
insanlara  çox  yaxın  olan  bitkilərdən  biri  hesab 
edilir.  Deyilənlərə  görə  qovağı  Allah  gərgin  fiziki 
iĢlərdən  sonra,  insanların  yorğunluğunu  aradan 
qaldırmaq  üçün  onlara  bəxĢ  etmiĢdir.  Doğurdan  da 
qovaq  insanlara  sədaqətlə  qulluq  edir,  onların 
sağlamlığının  keĢiyini  çəkir.  Qovaq  havanı  zəhərli 
maddələrdən  təmizləyir,  radioaktiv  maddələri 
zərərsizləĢdirir,  tozu  və  karbon  qazını  udur  və 
oksigen  sintez  edir.  Bundan  baĢqa  bitkinin  bütün 
hissələri  fitonsid  xüsusiyyətlərə  malikdir.  Qovağın 


38 
 
ĢiĢmiĢ tumurcuqlarında olan yapıĢqanlı qatrandan arılar müalicəvi təsirə malik propolis hazırlayır.  
Qovağın qabıq,  yarpaq, hamaĢçiçəklərinin tərkibində qlükoza, fruktoza, saxaroza, 3-10%-ə 
qədər aĢı maddəsi, C vitamini və karotin aĢkar edilmiĢdir. Qabıq və yarpaqlarının üzərində olan qall 
hissəsindən  gön-dəri  sənayesində  istifadə  olunan  aĢı  maddəsi  istehsal  olunur.  Yarpaqlarını  iri  və 
xırda buynuzlu heyvanlar, dəvə və atlar tərəfindən yem kimi yeyilir. Tumurcuqlarından alınan efir 
yağından ətirli sabunlar istehsal olunur.  
Dərman məqsədləri üçün qovağın yarpaq, qabıq və tumurcuqlarından istifadə olunur. 
Qovaqdan  hazırlanan  preparatlar  soyuqdəymə,  antiseptik,  ağrıkəsici,  yumĢaldıcı,  istiliyi 
aradan qaldıran, tərqovucu, sakitləĢdirici, yarasağaldıcı xüsusiyyətlərə malikdir.  
Qovaqdan müalicəvi preparatların hazırlanması. 
Soyuqdəymə və temperaturun yüksəlməsi zamanı. 2 xörək qaĢığı təzə tumurcuğu 1 stəkan 
qaynar suya töküb, termos və ya ağzı bağlı qabda 4 saat dəmlədikdən sonra süzün. Hər 3-4 saatdan 
bir, 1 xörək qaĢığı daxilə qəbul edin. 
Mədə yarası üçün tumurcuğun yağda ekstraktının hazırlanması. 2 xörək qaĢığı təzə qovaq 
tumurcuğundan  götürüb  1  stəkan  təmizlənmiĢ  bitki  yağının  içərisinə  tökün,  su  hamamında  2  saat 
qaynatdıqdan sonra, 2 həftə saxlayın. Süzüb gündə 3 dəfə 2 çay qaĢığı daxilə qəbul edin. 
Revmatizm,  sistit,  babasilin  müalicəsi.  100  q  təzə  tumurcuğun  üzərinə  0,5  litr  araq  töküb, 
qaranlıq yerdə bir həftə saxlayın. Sonra süzüb, 15-20 damcı stəkanın 1/4-i qədər suya töküb gündə 3 
dəfə qəbul edin. 
Prostat  vəzinin  və  adenomanın  müalicəsində.  2  xörək  qaĢığı  və  yaxud  3  xörək  qaĢığı  tər 
yarpaqları  1,5  stəkan  qaynar  suya  töküb,  15  dəqiqə 
dəmləyiin  və  süzün.  AlınmıĢ  cövhəri  bütün  gün  4-5  dəfə 
qəbul edin. 
Eyni zamanda vannasını qəbul edin. Bunun üçün 4 
xörək  qaĢığı  doğranmıĢ  təzə  tumurcuğu  1  litr  qaynar  suya 
töküb 5 dəqiqə qaynatdıqdan sonra, 4 saat dəmləyin. Alınan 
cövhəri  süzüb  vannaya  tökün  və  hər  axĢam  2  həftə 
müddətində qəbul edin. 
Radikulit  zamanı.  Yarım  litrlik  ĢüĢə  bankanı  təzə 
qovaq tumurcuğu ilə doldurub üzərinə araq əlavə edin və bir 
həftə  qaranlıq  yerdə  saxlayın.  Sonra  tənzifə  və  yaxud 
pambığa hopdurub ağrıyan yerə sürtün. Bu cövhəri siz kəsiklərə, cızılmıĢ yerlərə də sürtə bilərsiniz. 
 
 
 
 
 
QOZ – Juglandaceae A. Rich. ex Kunth. fəsiləsi 
Qoz – Juglans L. 
 
Qoz fəsiləsinin dünya florasının tərkibində 8 cinsi, 60-a qədər növü yayılmıĢdır.  
Bir  çox  xalqlar  qozu  insanlara  xoĢ  güzəran  və  uzun 
ömür  bəxĢ  etmək  kimi  qəbul  edirlər.  Qədim  yunanlar 
bayram  günlərində  bir-birlərinə  qoz  meyvəsi  hədiyyə 
edirmiĢlər.  Roma  xalqının  toy  mərasimləri  qozsuz 
keçməzmiĢ.  Moldovanlar  arasında  gözəl  bir  adət-ənənə  bu 
günə  qədər  də  davam  edir.  Elə  ki,  ailədə  oğlan  uĢağı 
doğuldu, onun Ģərəfinə həyətdə bir qoz ağacı əkirlər. 
Qoz  haqqında  ilk  dəfə  elmi  məlumatı  «botaniklərin 
atası» Teofrast vermiĢdir. 
Sonralar  qoz  haqqında  dəyərli  elmi  məlumatlara 
Dioskoridin, Siseronun, Plinin, Vergilinin,  Hippokratın əsərlərində də rast gəlirik. Qozun meyvəsi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə