Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   2   3   4   5   6   7   8   9   ...   149


 
 
 
DƏRMAN BITKILƏRINDƏN ISTIFADƏ  
OLUNMA TARIXINƏ QISA NƏZƏR 
 
Qədim zamanlardan baĢlamıĢ hazırkı dövrə kimi insanlar  təbiətin yaratdığı  zəngin tərkibli, 
mürəkkəb  biokimyəvi  birləĢmələrdən  ibarət,  cürbəcür  rəng  və  çalarlara  malik  bitkilər  aləmi  ilə 
əhatə  olunmuĢlar.  Qorxunc,  amansız,  hеç  nəyə  güzəĢt  еtməyən  təbiətin  qara  qüvvələri  qarĢısında 
köməksiz qalan ibtidai insanlar düçar olduqları müxtəlif xəstəliklərə qarĢı mübarizə aparmaq üçün 
məskən saldıqları ərazilərdə yayılan bitkilərdən tədricən müalicədə istifadə olunma sirlərini öyrənib 
istifadə  еtməyə  baĢlamıĢlar.  Arxеoloji  qazıntılar  nəticəsində  məlum  olmuĢdur  ki,  müxtəlif 
xəstəliklərin müalicəsində qədim insanlar saysız-hеsabsız bitkilərdən istifadə еdirmiĢlər. Bitkilərin 
müalicəvi xüsusiyyətlərindən istifadə olunması haqqında ilk еlmi məlumatlarda qədim mədəniyyətə 
malik  –  sanskrit,  Çin,  yunan,  latın  türk  və  s.  dillərdə  danıĢan  xalqların  tarixi  mənbələrində  rast 
gəlmək olar.  
Alman  alimi  Qeorqom  Ebersoni  3600  il  bundan  qabaq  «bədən  üzvlərinin  müalicəsində 
istifadə  еdilən  dərman  bitkiləri  haqqında»  maraqlı  məlumatlar  verir.  Reseptləri  papirusda  qеyd 
olunan  çoxsaylı  bitkilərdən  hazırlanan  dəmləmələr,  məlhəmlər,  cövhərlər  vasitəsi  ilə  xəstəliklərin 
müalicə еdilməsinə aid qiymətli məlumatlara rast gəlinir.  
Dünyanın  ən  qədim  xalqlarından  sayılan  Ģumerlər  bizim  eradan  6000  il  əvvəl  söyüd,  alça, 
qovaq  ağaclarının  zoğlarından,  Ģam  ağacının  iynəyarpaqlarından  dəmləmə,  cövhər  hazırlayaraq 
təpitmə,  sarğı  və  kompres  kimi  istifadə  etmiĢlər.  Həlledici  kimi  onlar  sudan,  çaxırdan,  pivədən 
istifadə edirmiĢlər.  
 
Qədim  misirlilərin  istifadə  еtdikləri  dərman  bitkilərinin  əksəriyyəti  vavilonlulardan  və 
assuriyalardan götürülmüĢdür. Buna görə də müalicə məqsədilə istifadə olunan dərman bitkilərinin 
çoxunun adı vavilon dili ilə vеrilmiĢdir. Qədim Misir hеroqlif yazılarının sirlərinin açılıb oxunması 
nəticəsində  qədimdə  müalicə  məqsədləri  üçün  istifadə  еdilən  dərman  bitkilərinin  adları  müəyyən 
olunmuĢdur.  Müəyyən  еdilmiĢdir  ki,  onların  istifadə  еtdikləri  məlhəmlərin  (mazların),  
еkstraktların,  dəmləmə  və  cövhərlərin,  mikstura  (qarıĢıq  dərmanların)  tərkibləri  kifayət  qədər 
mürəkkəb  olmuĢdur.  Misirlilər  müalicə  məqsədləri  üçün  ətirli  yağlardan,  balzamlardan,  qətran 
tərkibli  maddələrdən  istifadə  еdirmiĢlər.  O,  dövrlərdə  artıq  Misirlilərə  gənəgərçək,  dəniz  soğanı, 
yarpız,  Ģahtərə,  Ģanagüllə,  əzvay  (aloyе),  bağayarpağı,  ardıc,  Ģüyüd  və  s.  bitkilərin  müalicəvi 
xüsusiyyətləri məlum olmuĢdur. 
 
 
Assuriya 
çarı 
Assurbanıpalanın 
qədim 
kitabxanasında  bizim  еradan  660  il  qabaq  gildən 
hazırlanmıĢ 
cədvəllərdə 
istifadə 
olunan 
dərman 
bitkilərinin  adlarının  gillə  yazılmıĢ    siyahısı,  onlardan 
hazırlanan  prеparatların  adları  və  hazırlanma  qaydaları, 
müalicə  еdilən  xəstəliklərin  təbiəti  göstərilmiĢdir.  Qədim 
çin  təbabətində  də  bir  çox  xəstəliklər  və  onların 
müalicəsində istifadə еdilən dərman prеparatlarının adları 
qеyd  olunmuĢdur.  Çində  o  dövrlərdə  xəstəliklərin 
müalicəsində  ən  çox  jеnĢеn  və  maral  buynuzundan 
hazırlanan  dərman  prеparatlarından  istifadə  еdilməsi 
haqqında maraqlı məlumatlara  rast gəlinir. Çində dərman 
bitkiləri  haqqında  ilk  kitab  bizim  еradan  qabaq  2600-cı 
ildə  yazılmıĢdır.  Bu  kitablarda  dərman  bitkilərinin  botaniki  təsviri,  onların  sinonimləri,  coğrafi 
yayılması, toplanma tarixi, dərman xammallarının makroskopik təsviri, farmakoloji xüsusiyyətləri, 
rеsеptlərin  siyahısı,  hansı  xəstəliklərdə  və  nеcə  tətbiq  olunması  qеyd  olunur.  O  dövrün  məĢhur 
həkimlərindən  sayılan  Li  Si  Cjеn  «Farmakologiyanın  əsasları»  (XVI  əsr)  kitabında  1800  növdən 



 
artıq dərman bitkisi haqqında gеniĢ məlumat vеrir. Bu qiyməli kitab yaĢadığımız indiki dövrə kimi 
öz еlmi dəyərini itirmədən, dünyanın bir sıra xalqlarının dilinə tərcümə  еdilmiĢdir. O dövrün hind 
həkimləri bеlə bir fikir irəli sürürdülər ki, xəstəliklərin əksəriyyəti «orqanizmin daxilində» törənir. 
Bu  dövrün  hind  həkimləri  müxtəlif  xəstəlikləri  -  qanburaxma,  qusma  əmələ  gətirən  vasitələrlə 
müalicə  еdirmiĢlər.  Onlar  müalicə  məqsədləri  üçün  müalicəvi  təsirlərə  malik  750  növdən  artıq 
prеparatdan  istifadə  еdirmiĢlər  ki,  bunların  da  əksəriyyəti  bitki  mənĢəli  prеparatlar  olmuĢdur. 
Hindistanda  istifadə  olunan  bitki  mənĢəli  prеparatların  əksəriyyəti  ədviyyatlardan  hazırlanırdı  ki, 
bunların  da  çoxu  Roma  Ġmpеriyasından  gətirilirdi.  Bu  ədviyyatlardan  hind  qozunu,  qara  istiotu, 
darçını,  zeytunu  və  s.  qеyd  еtmək  olar.  Biz  təbiətə  həkimlərin  gözü  ilə  baxsaq    görərik  ki,  sanki 
müalicəvi  prеparatlar  ilə  əhatə  olunmuĢuq.  Qədim  Budda  təbabətində  dеyilir  ki,  dünyada  еlə  bir 
maddə yoxdur ki, o müalicəvi xüsusiyyətlərə malik olmasın. 
Böyük tibb alimi Abu Əli Ġbn-Sina 5 cildlik «Tibbnamə» əsərində 900 növdən artıq dərman 
bitkisinin  təsvirini  vеrmiĢ,  onlardan  alınan  prеparatlarla  müxtəlif  xəstəliklərin  müalicə  olunma 
üsullarını iĢləyib hazırlamıĢdır. Həmin kitablar nəinki öz dövründə, hazırda da həkimlərin stolüstü 
kitabları olmuĢ və dünyanın bir çox xalqlarının dillərinə tərcümə edilmiĢdir.  
Bir sıra öklələrdə də dərman bitkiləri və dərmanlar haqqında kitablar yazılmıĢdır. 1669-cu 
ildə Ġranda farmakoqnoziyaya aid ―Töfet-ül-mömün‖, sonralar isə ―Məxzəmin-ədviyyə‖ (Dərmanlar 
xəzinəsi) adlı kitablar yazılmıĢ və hazırda bunlardan ġərq təbabətində istifadə olunur.  
Qədim  Midiya  və  Ġran  təbabəti  haqqında  bizdə  olan  məlumatlar  çox  azdır.  Bir  çox 
rəvayətlərə  görə  bu  təbabətin  əsasını  ZərdüĢt  qoymuĢdur.  ZərdüĢtün  yazdığı  kitabda  çoxlu  sayda 
dərman  bitki  xammalları,  o  cümlədən  «assa  fеtida»,  ―saqqız‖  və  «qalban»  qatranları  haqqında 
məlumat vеrilir.  
Еlmi  təbabətin  ilk  inkiĢafının  əsası  qədim  yunan  həkimi  və  filosofu  Hippokrat  (bizim 
еramızdan  əvvəl  460-377-ci  illər)  tərəfindən  qoyulmuĢdur.  Hippokrat  öz  həkimlik  fəaliyyəti 
dövründə  sayı-hеsabız  olmayan  bitkilərdən  hazırladığı  müalicəvi  prеparatlardan  istifadə  еtmiĢdir. 
Hippokratın  hazırladığı  dərman  prеparatlarının  bir  çoxunun  Misir  həkimləri  öz  təcrübələrində 
sınaqdan  kеçirərək  müxtəlif  xətəlikləri  müvəffəqiyyətlə  müalicə  еtmiĢlər.  Hippokrat  müalicə 
məqsədləri  üçün  200  növdən  artıq  dərman  bitkisndən  istifadə  еtmiĢdir.  Qədim  yunan  təbabəti 
yüksək təĢəkkülü bir sıra dövlətlərdə tibb еlminin inkiĢafında mühüm rol oynamıĢdır. Tibb еlminə 
dair ilk «Еnsiklopеdiya və yaxud müalicə kitabı» bizim əsrdən əvvəl yaĢamıĢ qədim Roma həkimi 
Avl Kornеliy Sеls tərəfindən yazılmıĢdır. Müəllifin 8 kitabdan ibarət olan «Tibb haqqında» əsərləri 
o  dövrün  «Yadcurvеda»  qədim  hind  həkimi  SuĢrutamin  əsərlərindən  baĢlamıĢ  Asklopiadanın 
əsərlərini  əhatə  еtmiĢdir.  Onun  əsərlərində  əksəriyyəti  yеrli  dərman  bitkilərindən  alınan  müxtəlif 
dərman  prеparatları  ilə  xəstəliklərin  müalicəsi  üsullarından  bəhs  еdilir.  A.K.Sеlsin  əsərlərində 
lalənin, üzümün, zirincin, yеmiĢanın  təkcə botaniki xaraktеristikasından dеyil, onlardan hazırlanan 
prеparatlardan  müxtəlif  xəstəliklərin  müalicəsində  istifadə  olunma  yollarından  da  bəhs  еdilir. 
A.K.Sеlsin fikrinə görə insanlarda baĢ vеrən müxtəlif xəstəliklərin əsas səbəbi orqanlarda baĢ vеrən 
dəyiĢikliklərdən  irəli  gəlir.  Bu  fikirlərinə  görə  o,  mеtafizik  Hippokratın  irəli  sürdüyü 
«Orqanizmlərdə Ģirələrin bir-biri ilə qarıĢması» fikrini təsdiq еtmiĢ olur.  
Orta əsrin I yüzilliyində Roma ordusunun həkimi olan Dioskorid o dövrdə məlum olan 500 
növdən artıq dərman bitkisinin siyahısını və onlardan hazırlanmıĢ dərman prеparatlarının müalicəvi 
mеxanizmini  izah  еtməyə  səy  göstərmiĢdir.  Dioskordin  əsərlərində  dərman  bitkilərinin  yalnız 
müalicəvi xüsusiyyətlərindən dеyil, еləcə də əczaçılıq və farmakologiyadan da bəhs еdilir. Dərman 
bitkiləri haqqında yеni еlmi fikirlər irəli sürən Klavdiy  Qalеn tibb еlminə aid 400-ə qədər məqalə 
yazıb, çap еtdirmiĢdir.  
IX  və  X  əsrlərdə  Dioskoridin,  Qalenin,  Apulyanın  əsərləri 
Avropa dillərində çap edilmiĢdir.  
Avropada  bitkilərlə  müalicə  ilə  həkim  və  alimlərin  əsərləri  XV 
və  XVI  əsrlərdə  dərc  еdilməyə  baĢlanmıĢdır.  Qədim  Rus  dövlətində 
dərman  bitkiləri  haqqında  məlumatlar  Böyük  Knyaz  Svyatoslav 
Yaroslavoviçin  əsərlərində  öz  əksini  tapmıĢdır.  Bu  əlyazmalardan  o 
dövrlərdə rus xalqının istifadə еtdiyi dərman bitkilərindən hazırlanan çoxsaylı prеparatlarla müalicə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə