Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   19   20   21   22   23   24   25   26   ...   149

45 
 
qızdırılmıĢ südlə qarıĢıdırıb gündə 3 dəfə, yeməkdən qabaq qəbul etmək olar. Tozağacı qatranı ilə 
də  vərəm  xəstəliyini  müalicə  etməyi  məsləhət  görürlər.  Bunun  üçün  bir  damcı  qatranı  50  ml  isti 
süddə həll edib bir həftə ərzində, gündə 3 dəfə acqarına daxilə qəbul etmək lazımdır. 2-ci həftədə 2 
damcı  əlavə  etməklə  müalicəni  davam  etdirirlər.  2  həftə  ara  verdikdən  sonra  müalicə  kursunu 
yenidən  6  ay  davam  etdirmək  lazımdır.  Qatran  yalnız  təmiz  tozağacından  hazırlananda  heç  bir 
zərərli təsir göstərmir. 
Dəridə baş verən psoriaz, ekzema, dermatit və şişin müalicəsində. Üz üçün istifadə olunan 
kremi qətranla qarıĢdırıb xəstə dəriyə sürtürlər. Əgər ayaq nahiyəsində  göbələk xəstəliyi  varsa, bu 
zaman  həmin  nahiyələrinizi  sodalı  isti  və  yaxud  qıtıqotu  məhlulunda  10  dəqiqə  saxlayın,  sonra 
qurudaraq üzərinə bu mazdan sürtün. 1 xörək qaĢığı paltar sabunu tozu götürüb qatranla yaxĢı-yaxĢı 
qarıĢdırın,  sonra  kətan  parçaya  yaxıb,  dəridəki  çiban  və  irinli  yaraların  üzərinə  qoymaq  məsləhət 
görülür.  UĢaqlarda  müĢahidə  olunan  parazit  qurdları  tökmək  üçün,  göbək  nahiyəsinə  qatran 
sürtülmüĢ pambıq yapıĢqanlı lentlə yapıĢdırılır, 2 gün saxladıqdan sonra, qatranlı pambığı götürüb 
həmin  nahiyəyə  uĢaq  kremi  çəkir  və  prosesi  yenidən  təkrar  edirlər.  Bu  əməliyyatı  3  dəfə  təkrar 
etmək məsləhət görülür. 3-cü əməliyyatdan sonra qurdlar tədricən tökülməyə baĢlayacaqdır. Hərgah 
uĢağın qarnı ağrıyarsa, onda ona neft iylətməyi məsləhət bilirlər. Bu əməliyyat zamanı uĢaq ancaq 
Ģirin  qida  məhsulları  yeməlidir.  UĢağa  sarımsaq,  soğan  və  acımtıl  yeməklərin  verilməsi  məsləhət 
deyildir.  
Kəskin  irinli  bronxiti  müalicə  etmək  üçün.  Üzərində  ĢiĢmiĢ  tumurcuqları  olan  cavan 
budaqlarını  kiçik  hissələrə  doğrayın.  DoğranmıĢ  xammaldan  2  xörək  qaĢığı  götürüb  1  litr  südün 
üzərinə əlavə edin, zəif od üzərinə qoyub südün həcmi 0,5 litrə çatana qədər qaynadın. Alınan süd 
konsentratından yarım stəkan götürüb içərisinə 1 çay qaĢığı ayı yağı əlavə edib səhər və günorta 0,5 
stəkan,  axĢamlar  isə  yatmazdan  əvvəl  isti  halda  1  stəkan  qurtum-qurtum  içmək  məsləhət  görülür 
(bizim  Ģəraitdə  ayı  yağı  əvəzinə  keçi,  qoyun  və  dana  yağlarından  da  istifadə  etmək  olar).  Ayaq 
nahiyələrində baĢ verən kəskin ağrıları aradan qaldırmaq üçün axĢamlar yorğan örtüyünün içərisini 
təzə  toplanmıĢ  tozağacı  yarpaqları  ilə  doldurub,  üstünüzə  örtün.  Bir  az  keçmiĢ  siz  ayaqlarınızın 
istiləĢməyə baĢladığını hiss edəcəksiniz. Sonra bütün bədəniniz tərləyəcək. Onda yumĢaq dəsmal ilə 
yaxĢıca qurulanın və yeni alt paltarınızı dəyiĢib yatın. Səhər duran zaman sizin ayaq nahiyələrinizdə 
ağrıdan heç bir niĢanə qalmadığının Ģahidi olacaqsınız. 
Qoltuq  altında  tər  vəzisinin  ifraz  etdiyi  xoşagəlməyən  iyi  aradan  qaldırmaq  üçün.  1  xörək 
qaĢığı toz halına salınmıĢ tozağacı yarpağından götürüb, 2 xörək qaĢığı limon turĢusu ilə qarıĢdırıb, 7 
gün  pambığa  hopdurub  qoltuq  altına  qoyub  xoĢagəlməz  tər  iyini  aradan  qaldıra  bilərsiniz.  Ətriyyat 
sənayesində tozağacı qatranından qatranlı sabun istehsal edilir. Yarpaqlarından müalicəvi süpürgələr 
hazırlanır, heyvandarlıqda yem kimi istifadə edilir.  
Tozağacının yarpaq və tumurcuğundan dərman preparatlarının hazırlanma qaydaları. 
Yarpaqlardan  cövhərin  hazırlanması.  DoğranmıĢ  tozağacı  yarpağından  2  çay  qaĢığı 
götürüb  200  ml  qaynar  suyun  üzərinə  töküb  30  dəqiqə  dəmləyir,  sonra  soyumuĢ  ekstraktı  süzüb, 
üzərinə bir çay qaĢığı natrium karbonat əlavə edərək gündə 3-4 dəfə, 3-4 saat ara verməklə qəbul 
etmək məsləhət görülür. 
Tumurcuqlardan  dəmləmənin  hazırlanması.  Tumurcuqdan  10  q  götürüb  200  ml  suda  30 
dəqiqə qaynadın.  
 
Boz qızılağac – Alnus incana (L.) Moench. 
 
 Dünya  florasında  qızılağacın  40-a  qədər  növü  yayılmıĢdır.  Bunlar  ağac  və  iri  kollardan 
ibarətdir.  Qafqazda  4,  o  cümlədən  Azərbaycanda  3 
növünə rast gəlmək olar. 
Təbabətdə  və  kosmetikada  əsasən  iki  növü  - 
boz qızılağac - A. incaııa (L.) Moench., yapıĢqanlı və 
ya saqqallı qızılağac A.glutinosa (L.) Gaertn. istifadə 
edilir. Hər iki növ ağac formasındadır. 
Saqqallı  qızılağac  girdə,  kənarı  diĢ-diĢ  olan 


46 
 
yarpaqlarının  üstü  parlaq  tünd  yaĢıl,  altı  isə  tutqun  yaĢıldır.  Boz  qızılağacın  yarpaqları  isə  ellips 
Ģəklində  olub,  kənarı  diĢ-diĢ,  yaĢılımtıl-boz  rəngdədir.  Hər  iki  növ  ağac  yarpaqlamazdan  əvvəl  - 
yazın  ilk  ayında  çiçək  açır.  Çiçəkləri  bircinsli  və  birevlidir.  Tac  çiçəkləri  3-5  ədəd  uzıın  sırğa 
Ģəklində,  diĢi  çicəkləri  isə  8-10  ədəd  saplaqsız  sünbüldə  toplaĢmıĢdır.  Belə  deyiılər  ki,  «Elə  ki, 
qızılağac çiçəklədi, demək yaz gəldi», «harada ki, qızılağac bitir, orada bol ot olur». Doğrudan da 
bu ağacın yayıldığı sahələrdə bol yem olur. ġaxtaya davamlı bitki olan qızılağac qiymətli dərman, 
aĢı, boyaq bitkisidir. Bitkinin qoz və hamaĢ meyvəsinin tərkibindən 25%-ə qədər aĢı maddəsi, 3,7% 
qal  turĢusu,  yarpaqlarının  tərkibindən  23-25%-ə  qədər  aĢı  maddəsi,  flavanoid  maddələrindən 
C
21
H
20
O
12
  -  hiperozid,  kversitrin  -  C
21
H
20
O
11
,  miristrin,  fustin,  qabıq  hissəsindən  25-30%  aĢı 
maddəsi,  tarakserol  -  C
30
H
50
O,  tarakseron  -  C
30
H
48
O  və  s.  maddələr  tapılmıĢdır.  Bundan  baĢqa 
hamaĢ  meyvəsinin  tərkibindən  2,88%  kül,  mq/q  olmaqla  K  -  5,8,  Ca  -  5,0,  Mg  -  0,8,  Fe  -  0,2 
makroelementləri,  mkq/q  olmaqla  Mn  -  56,10,  Cu  -  9,44,  Zn  -  18,60,  Mo  -  0,08,  Cr  -  1,68,  Al  - 
86,24,  V  -  1,20,  Se  -  0,13,  Ni  -  2,96,  Sr -  12,00,  Pb  -  3,76,  B  -  57,20,  I  -  54,00  mikroelementləri 
aĢkar  edilmiĢdir.  Qızılağacın  hamaĢ  meyvələrinin  biĢmiĢi  mədə-bağırsaq  xəstəliklərində,  ishala 
qarĢı büzüĢdürücü və dezinfeksiyaedici, qankəsici, dərman kimi iĢlədilir. Xammaldan tinktura, quru 
ekstrakt halında və həmçinin büzüĢdürücü, qankəsici yığıntıların (çayların) tərkibində istifadə edilir. 
Elmi  təbabətdə  qızılağacın  qoz  və  hamaĢ  meyvəsindən  sırğa,  qabıq  və  yarpaqlarından  hazırlanan 
preparatlarından büzüĢdürücü, qankəsici, mədə-bağırsaq xəstəliklərində, xüsusən də uĢaqlarda baĢ 
verən ishala qarĢı iĢlədilir. 
Xalq 
təbabətində 
boz 
qızılağacın 
hamaĢ 
meyvəsindən alınan sulu və spirtli çıxarıĢdan büzüĢdürücü 
və qankəsici vasitə kimi istifadə edilir. Elmi təbabətdə isə 
dəmləmələrindən  enterit,  dispepsiya  (mədə  fəaliyyətinin 
pozulması,  enterokolit,  dizenteriya,  xroniki  kolit),  yoğun 
bağırsağın iltihabı və s. xəstəliklərin müalicəsində istifadə 
edilir.  Kliniki  təcrübəyə  əsasən  qoz  meyvəsindən  alınan 
preparatlar  mədə,  onikibarmaq  bağırsaqlarda  əmələ  gələn 
yaraların müalicəsində iĢlədilir. Yarpaq və qoz meyvəsinin 
ekstraktı  poliartrit  revmatizminin  və  soyuqdəymə  zamanı 
baĢ verən pozuntuların müalicəsində tətbiq edilir. Yarpaqlarından hazırlanan vannada uzun müddət 
ayaq  üstə  gəzmə  nəticəsində  yorulmuĢ  ayaqları  yuduqda  tezliklə  yorğunluq  aradan  qalxır,  insan 
özünü yaxĢı hiss edir. Sulu ekstraktından burun və diĢ qanaxmalarının kəsilınəsində iĢlədilir. 
Təzə  dərilmiĢ  yarpaqlarını  irinli  yaraların,  sifətdə  əmələ  gələn  civzə  və  səpgilərin  üzərinə 
plastır kimi qoyub müalicə edirlər. 
Boz qızılağacın qoz meyvəsindən cövhərin hazırlanması. 
Xammalından  2  xörək  qaĢığı  götürüb  200  ml  qaynar  suya  tökün,  qabın  qapağını  örtüb  15 
dəqiqə  su  vannasında  qızdırın.  Otaq  temperaturunda  45  dəqiqə  soyutduqdan  sonra  baĢqa  bir  qaba 
süzüb, qaynama dərəcəsinə gətirin. AlınmıĢ ekstraktdan stəkanın 1/3 hissəsi qədər gündə 2-3 dəfə 
qəbul edin. 
Qızılağacın hamaĢ meyvəsindən alınan sulu dəınləməsindən kosmetika sahəsində,  yanıqlar 
zamanı,  bədənin  hər  hansı  bir  hissəsində  əmələ  gələn  ağrıların  aradan  qaldırılmasında  yaĢ  sarğı 
kimi,  diĢlərin  dibinin  bərkidilməsində,  dərinin  müqavimətinin  artırılmasında  və  s.  istifadə  edilir. 
Qızılağacdan  hazırlanan  məlhəm  və  cövhərlərdən  dəri  xəstəliklərində,  baĢ  tükünün  töküiməsinin 
qarĢısının alınmasında istifadə edilir. Qızılağacın meyvələrini meĢədə budama iĢləri aparan zaman 
toplamaq  məsləhətdir.  Meyvənin  tərkibində  su  az  olduğundan  onu  tez  qurutmaq  olur.  Xammalın 
saxlama müddəti 3 ildir. Boyaq sənayesində qiymətli xammal sayıla bilər. 
Boz  qızılağacın  qabıq,  tumurcuq,  qoz  və  hamaĢ  meyvələrinin  tərkibində  5,5-17,7%  aĢı 
maddələri, hiperozid, kversetin, kempferol flavonoidləri aĢkar edilmiĢdir.  
Biz ilk dəfə boz qızılağacının qabıq, yarpaq, qoz və hamaĢ meyvələrindən aĢı və flavonoid 
təbiətli  qatı  boyaq  maddəsi  alıb  yun  ipi  açıq  qəhvəyi,  qəhvəyi,  tünd  qəhvəyi,  Ģabalıdı,  qonur, 
sarımtıl qonur, yaĢılımtıl tütünü, zeytunu, narıncı və s. rəng və çalarlara boyamağa nail olduq. 1 kq 
toz  halına  salınmıĢ  hissəsindən  alınan  boyaq  ekstraktı  ilə  10-15  kq  yun  ipi  boyamaq  olar.  Boz 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə