Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   20   21   22   23   24   25   26   27   ...   149

47 
 
qızılağacından  alınan  aĢı  və  flavonoid  təbiətli  maddələr  cəmindən  gön-dəri,  ətriyyat-kosmetika 
sahələrində də istifadə etmək olar.  
 
FISTIQ – Fagaceae Dumort. fəsiləsi  
Palıd – Quercus L. 
 
Dünya florasının tərkibində fıstıq fəsiləsinin 9 cinsi, 900-ə qədər növü yayılmıĢdır. Bunların 
əksəriyyəti  ağac,  nadir  hallarda  kol  olub,  yer  kürəsinin  bütün 
ərazilərində yayılmlĢdır.  
Palıd  qiymətli  dərman,  aĢı,  boyaq,  texniki,  yem  və 
bəzək bitkisidir. Azərbaycanda isə 12 növünə rast gəlinir. Onun 
3  növü  mədəni  hala  keçirilərək  yaĢıllaĢdırma  məqsədilə  geniĢ 
istifadə  edilir.  Respublikamızın  ərazisində  palıd  növləri 
uzunömürlü  olub,  hündürlükləri  12-40  m-ə  çatır.  Palıd  növləri 
ən  çox  ġimal  yarımkürəsinin  mülayim  tropik  zonalarında 
yayılmıĢdır.  Ərazimizdə  Ģabalıdyarpaq  palıd    (Quercus 
castaneifolia  C.A.Mey.),  ġərq  palıdı  (Q.  macranthera  Fisch.  et  C.A.Mey.),  uzunsaplaq  palıd  (Q. 
longipes Stev.), kövrək palıd (Q. erucifolia Stev.), gürcü palıdı (Q. iberica Stev.=Q. Peduneuliflora 
C.Koch.), qırmızı (qızıl) palıd (Q. crispata Stev.) daha çox və geniĢ yayılmıĢdır. 
Palıd  növləri  Ģiddətli  Ģaxtaya,  kəskin  istilərə  davamlı  olduğu  üçün  Yer  kürəsinin  hər 
zonasında bitir. 
Hələ çox qədim dövrlərdə xalq təbabətində palıdın müalicəvi əhəmiyyəti öyrənilmiĢ və onun 
köməyi  ilə  bir  sıra  xəstəliklər  müalicə  edilmiĢdir.  Hazırda  palıddan  bir  çox  dərman  preparatları 
hazırlanır.  Dərman  məqsədilə  cavan  palıd  ağaclarının  qol-budaqlarının 
qabıqlarından  istifadə  edilir.  Yazın  ilk  ayında  qabıq  altında  Ģirələrin 
axımının çoxalması zamanı xüsusi alət vasitəsilə qabıqdan çevrə formasında 
kəsir,  soyur  günəĢli  havada  qurudurlar.  Qabığının  tərkibində  2,5-25%-ə 
qədər  aĢı  maddəsi  vardır.  Bu  aĢı  maddəsindən  qədimlərdə  gön-dəri 
məmulatlarının  aĢılanmasında  geniĢ  istifadə  edilib.  Palıd  ağacının 
qabıqlarında  dərman  əhəmiyyətli  əsas  təsiredici  aĢı  maddəsi  olduğu  hesab 
edilir.  Bununla  yanaĢı  qabıqlarda  qall,  ellaq,  katexin,  qallokatexinqallat, 
pantoten  turĢusu,  flavonoidlərdən  -  kversetin,  kempferol,  kversitrin, 
leykosianidin,  vitaminlərdən  B
1
,  B
2
,  B
6
,  C,  PP  və  s.  aĢkar  edilmiĢdir. 
Bundan  əlavə  qabığının  tərkibindən  6,21%  zol  (kül),  1,40  mq%,  Ca  -  23,00,  Mg  -  0,6  Fe  -  0,20 
makroelementləri, Mn - 142,60, Cu - 142,60, Zn - 10,20, Cr - 0,80, Al - 116,08, Ba - 537,12, V - 
0,08, Se - 0,04, Ni - 1,84, Sr - 212,00, Pb - 3,04, B - 74,80 və s. mikroelementləri aĢkar edilmĢdir. 
Palıdın  gövdə,  qabıq,  çanaq,  yarpaq  və  tullantılarının  tərkibində  15-18%-ə  qədər  aĢı  və 
flavonoid  tərkibli  boyaq  maddəsi  tapılmıĢdır.  Palıddan  alınan  boyaq  ekstraktından  yun  və  ipək 
məmulatlarını  boyamaq  üçün  qonur,  açıq  qəhvəyi,  qonur-qəhvəyi,  tünd-qəhvəyi.  Ģabalıdı, 
bozumtul-qara, zeytunu, bozumtul-zeytunu, qaramtıl-boz, yaĢılı-bozumtul, yaĢılı-qəhvəyi və s. rəng 
və çalarlar almağa nail olduq. Aparılan tədqiqatlar nəticəsində məlum olmuĢdur ki, 1 inkiĢaf etmiĢ 
ağacdan 1,5-2 kq çanaq toplamaq olar. Boyaq maddəsi ən çox palıdın yarpaq və çanaq hissəsindən 
alınır. Hər il respublikamızın palıd bitən meĢələrindən 100 tonlarla çanaq məhsulu toplamaq olar. 
Biz  ilk  dəfə  olaraq  çanaq  hissədən  boyaq  məhlulu  hazırlayıb  yun  ipi  sarımtıl-boz,  bozumtul, 
bozumtııl-qonur,  qonurumtul-zeytunu,  zeytunu,  qonur,  qonurumtul,  qonurumtul-yaĢıl,  yaĢılımtıl, 
açıq-qəhvəyi, tünd-qəhvəyi. Ģabalıdı-qara, qaramtıl və s. rəng və çalarlar boyamağa nail olduq. 
Palıddan  düzəldilmiĢ  çənlərdə  uzun  müddət  saxlanılan  ağ,  Ģəffaf  konyak  spirtinin  rənginin 
getdikcə tündləĢərək  çayabənzər  rəng  alması  palıd  oduncağında  10-12%-ə  qədər rəngləyici  və  aĢı 
maddələrinin  olması  nəticəsində  baĢ  verir.  Palıdın  cavan  qabıqlarından  tanin  və  tannalbin  adlı 
dərman  preparatları  alınır.  Həmin  dərman  maddələri  mədə-bağırsaq  xəstəliklərində,  qarın 
nahiyəsində  Ģiddətli  ağrılar  zamanı,  ishala  və  dizenteriyaya  qarĢı  dezinfeksiyaedici  dərman  kimi 
istifadə  olunur.  Hələ  eramızdan  çox  əvvəllər  xalq  təbabətində  palıdın  qabığı,  çanağı,  yarpaqları 


48 
 
dəmlənərək daxilə qəbul edilmiĢ və həmin xəstəliklərin qarĢısı vaxtında alınmıĢdır. 
Elmi  təbabətdə  palıd  ağacı  qabıqlarından  sulu  biĢirmə  formasında  hazırlanmıĢ  preparat 
boğaz  ağrılarında,  diĢ  ətinin  iltihabında,  stomatitlərdə,  gingivitlərdə  iltihabı  aradan  qaldırıcı, 
antiseptik və büzüĢdürücü dərman vasitəsi kimi istifadə edilir. Bundan baĢqa ağır metal duzlarından 
(civə,  qurğuĢun  və  s.)  zəhərlənmələr  zamanı  zəhər  əleyhinə  də  iĢlədilir.  Palıdın  qurudulmuĢ 
qabığını,  çanağını,  qozasını  çay  kimi  dəmləyərək  bir  çox  xəstəliklərin  müalicəsində  (ağız 
boĢluğunun  iltihabında,  qırtlaq,  udlaq  və  diĢ  ətinin  iltihabında,  stomatitdə  və  s.)  qarqara  kimi 
istifadə  edirlər.  Bu  məqsədlə  10  qram  qurudulmuĢ  palıd  qabığını  və  ya  yarpağını  200  ml  suda 
dəmləyib qarqara etmək lazımdır. Palıd qabığı, qozası, yarpağı və çanağının yüksək konsentrasiyalı 
dəmləməsindən  isə  (20  q  palıd  qabıgı,  yaxud  qozası  200  ml  suya  nisbətdə)  dəri  nahiyəsində  baĢ 
vermiĢ  yanıqları  müalicə  etmək  üçün  istifadə  edilir.  Bu  məqsədlə  dəmlənmiĢ  ekstraktla  tənzifi 
isladaraq yanmıĢ nahiyəyə qoymaq lazımdır. 
Aparılan kimyəvi analizlər zamanı müəyyən edilmiĢdir ki, palıd qozasının meyvəsində 6% 
pektin, 13-41% pentoza, Ģəkər, flabofen, 40%-ə qədər niĢasta, zülal maddələri, 5% piyli yağ vardır. 
Məhz buna görə palıdın qozası iribuynuzlu mal-qara və ev donuzu üçün yüksək kalorili yem sayılır. 
SiloslaĢdırılmıĢ palıd qozası iribuynuzlu mal-qaranın südünü artırmaqla bərabər, onun keyfiyyətini 
də yaxĢılaĢdırır. Palıd qozasından hazırlanmıĢ surroqat (saxta) qəhvə uĢaqlarda uzun sürən xroniki 
ishalın müalicəsində yaxĢı nəticə verir. 
Qozadan  alınmıĢ  quru  ekstrakt  diabetin  (Ģəkər  xəstəliyinin)  müalicəsinə  müsbət  təsir 
göstərir. Ağır zəhərlənmələr zamanı qoz hissəsini çay kimi (30 q 200 q suya nisbətdə) dəmləyərək  
imalə etmək çox yaxĢı müalicəvi təsir göstərir. Palıd qabığının tərkibindəki aĢı maddəsi zəhərlənmə 
verən  maddələrlə  birləĢərək  suda  həll  olmayan  çöküntülər  əmələ  gətirir.  Həmin  çöküntülər  qana 
sorulmayaraq  çökür  və  tezliklə  orqanizmdən  xaric  olur.  Müxtəlif  növ  dəri  iltihabında  palıdın 
qurudulmuĢ  qabıq  və  çanaq  hissəsinin  dəmləməsində  (biĢirilməsində)  tənzifi  isladıb  iltihablaĢmıĢ 
nahiyəyə qoyurlar. Hər 10-15 dəqiqədən bir tənzif isladılmalıdır. Ġltihab keçənə kimi bir neçə gün 
bunu  təkrar  etmək  lazımdır.  Palıd  qabığının  və  ya  çanaq  hissəsinin  dəmləməsi  ilə  qliserinin 
qarıĢığından (10 hissə dəmləmə, 1 hissə qliserin) tər əleyhinə istifadə edilir. Yəni bədənin tərləyən 
nahiyəsinə  (əl,  ayaq  və  s.)  həmin  qarıĢıqdan  sürtdükdə  tərləmənin  qarĢısını  almaq  mümkündür. 
Palıdın yarpağından duzlu xiyara və digər tərəvəzlərə ətirli və xoĢ tam vermək üçün ədviyyat kimi 
istifadə edilir. 
15-20 illik palıd ağacından 20 kq-a qədər qoza və 500 q-a qədər çanaq tədarük etmək olar. 
Bir hektar sahədən 500 kq palıd qozası, 100 kq-a qədər çanaq məhsulu əldə olunur. 
Hələ XVIII-XIX əsrdə palıdın «qall» hissəsindən dəmir duzunun iĢtirakı ilə qara mürəkkəb 
hazırlayıb  yazı  iĢlərində  istifadə  olunurdu.  «Qallın»  tərkibində  58-60%-ə  qədər  aĢı  maddəsi 
olduğundan bundan hazırlanan tannin ekstraktından gön-dəri sənayesində geniĢ istifadə edilir. Palıd 
yarpaqlarının  havaya  buraxdığı  uçucu  maddə  təngnəfəslik  və  yuxusuzluğa  tutulmuĢ  xəstələrin 
müalicəsində geniĢ istifadə edilir. Bu məqsədlə «Aerofin» adlı müalicəvi preparat buraxılır. 1 hektar 
palıd ağacı sahəsi bir gün ərzində 9 tona qədər CO
2
 udur və 6,5 tona qədər oksigen buraxır. Palıdın 
buraxdığı uçucu ətirli maddələrin köməyi ilə insan orqanizmi üçün zərərli təsirə malik bakteriyalar 
məhv edilir. 
Palıd  ağacı  ən  yaxĢı  tikinti  materialı  hesab  olıınur.  Ondan  bir  çox  tikinti  materialları 
hazırlamaqla yanaĢı göz oxĢayan əntiq mebel növləri hazırlanır. Palıd yağıĢa, qara, rütubətə olduqca 
davamlı xammaldır. 
Qeyd  etdiyimiz  kimi  palıdın  qabıq,  yarpaq  və  çanaq  hissələrindən  tibb  sahəsində  də  geniĢ 
istifadə edilir. Bu məqsədlər üçün palıdın qabıq, cavan budaqlarını tədarük edib, doğrayıb qurudur 
və saxlayıb yeri gəldikcə preparatlar hazırlayıb müxtəlif xəstəlikləri müalicə edirlər. 
Palıd möhkəm sağlamlıq, güc və uzunömürlülük simvolu hesab edilir. Qədim slavyan, eləcə 
də bir sıra ölkələrin xalqları palıdı müqəddəs bir qüvvə sanmıĢ, ona itaət etmiĢ, mahnılar qoĢmuĢ, 
ondan çələnglər düzəldib, müharibədə, idmanda qalib gələnləri təltif edirmiĢlər. 
Din xadimlərinin icazəsi olmadan bu nəhəng ağacı kəsmək və budaqlarını qırmaq  qadağan 
idi.  Çox  qədim  dövrlərdə  insanlar  palıdın  müalicəvi  xüsusiyyətləri  ilə  tanıĢ  olduqdan  sonra  onun 
müxtəlif hissələrindən  - qabıq, çanaq, yarpaq və s. hissələrindən dəmləmə və cövhərlər hazırlayıb 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə