Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   21   22   23   24   25   26   27   28   ...   149

49 
 
ishal, irinli yaraların, ağız və diĢlərdə baĢ verən qanaxmaların, soyuqdəymələrin müalicəsində geniĢ 
istifadə edirmiĢlər. 
Palıddan müalicəvi preparatların hazırlanması.  
İshal, sidik saxlamamalarında (ifrazında), xıoniki enterokolitdə, mədə yaralarında. 2 çay 
qaĢığı doğranmıĢ qabığını 1 stəkan qaynar suya tökün və 2 saat dəmlədikdən sonra süzün. Aldığınız 
ekstraktdan gündə 3-4 dəfə, yeməyə 30 dəqiqə qalmıĢ 2 xörək qaĢığı qəbul edin. 
Angina,  laringit,  tonzilitlər  zamanı.  Bərabər  miqdarda  xırdalanmıĢ  palıd  qabığı,  gülxətmi 
kökü  və  qızılağacın  qoz  hissəsindən  götürüb  bir-birilə  qarıĢdırın.  Sonra  1  çay  qaĢığı  götürüb  1 
stəkan soyuq suya töküb, 2 saat dəmləyib süzün. Aldığınız ekstraktla boğaz nahiyəsini 5-6 dəfə qar-
qara edin. 
 Trixomonad  kolitdə,  uşaqlıq  yollarnının  eroziyasında.  1  xörək  qaĢığı  doğranmıĢ 
qabığından  0,5  litr  qaynar  suya  töküb,  qaynama  dərəcəsinə  çatdırın.  2  saat  dəmləyin  və  süzün. 
Aldığnıız ekstraktla xəstə nahiyəni gündə 2 dəfə səhər və axĢam yuyun. 
 Parodontoz  və  stomatit  zamanı.  XırdalanmıĢ  palıd  qabığından  1  çay  qaĢığı  götürüb  1 
stəkan  qaynar  suya  töküb,  qaynama  dərəcəsinə  çatdırın  və  1  saat  dəmləyib  süzün.  Aldığınız 
ekstraktla ağız nahiyəsini yeməkdən sonra gündə 3-4 dəfə yaxalayın. 
Babasil  zamanı.  4  xörək  qaĢığı  doğranmıĢ  qabıq  hissəsindən  götürüb  0,5  litr  qaynar  suya 
tökün, 15 dəqiqə vam od üzərində saxladıqdan sonra, 2 saat dəmləyib süzün. Aldığınız ekstraktı 37º 
temperatura çatdırıb bankaya tökün. 15-20 dəqiqə oturaq halda vannasını qəbul edin. 
Babasilin palıd «buzu» ilə müalicəsi. Bu üsul babasilin müalicəsində çox böyük köməklik 
göstərir. Bunun üçün 2 xörək qaĢığı palıd qabığından götürüb 1 stəkan qaynar suya töküb qaynama 
dərəcəsinə  gətirib  20  dəqiqə  dəmləyin.  Dəmləməni  formaya  salıb  soyuducuya  qoyub  dondurun. 
Alınan  palıd  «buzundan»  Ģam  kimi  gündə  1  dəfə  istifadə  edin.  Müalicə  kursunu  vəziyyətiniz 
yaxĢılaĢana qədər davam etdirin. 
Uşaqlıq boğazının eroziyası zamanı. 1 xörək qaĢığı doğranmıĢ palıd qabığını 0,5 litr qaynar 
suya  töküb  qaynama  dərəcəsinə  gətirin  və  3-4  dəqiqə  biĢirdikdən  sonra  götürüb  2  saat  dəmləyin. 
Ekstraktdan Ģırnaq üsulu ilə gündə iki dəfə səhər və axĢam xəstə nahiyəni yuyun. Müalicə kursu 1-2 
aydır. 
Uşaqlarda  əmələ  gələn  qasıq  yırtıqlarının  azaldılmasında  (kiçildilməsində)  zamanı.  
stəkan 9%-li sirkə turĢusundan götürüb soyuq halda ehtiyatla uĢağın qarın nahiyəsini silin. Bıından 
sonra palıd qabığından yırtığın üzərinə  kompres formasında  qoyub bağlayın.  Bunun üçün 1 xörək 
qaĢığı doğranmıĢ palıd qabığını 1 stəkan qaynadılmıĢ suya tökün və 10 dəqiqə biĢirdikdən sonra 5 
dəqiqə  saxlayıb  süzün.  Tənzifdən  hazırladığınız  salfeti  ekstrakta  hopdurub  azca  sıxıb,  xəstə 
nahiyəyə qoyaraq, bintlə sarıyın. Kompresi gündə 1-2 dəfə, 20-30 dəqiqə müddətində edin. Müalicə 
kursu 3-4 həftədir. 
Mədə-bağırsaq  və  kəskin  aybaşı  qanaxmalarının,  xroniki  enterokolitin  müalicəsində.  
xörək qaĢığı doğranmıĢ palıd qabıgını 2 stəkan qaynar suya tökün, odun üzərinə qoyub 15 dəqiqə 
biĢirib süzün. Gündə stəkanın 1/3 hissəsi qədər 2-3 dəfə yeməkqabağı qəbul edin. Müalicə kursu 2 
həftə-dən ay yarıma qədər aparılmalıdır. 
Xroniki, irinli yaraların, çətin sağalan kəsiklərin, ekzemanın, donvurmanın və yanıqların 
müalicəsində.  1  stəkan  quru  doğranmıĢ  palıd  qabığından  götürün.  5  stəkan  qaynar  suya  töküb 
qaynama  dərəcəsinə  gətirin  və  20  dəqiqə  biĢirdikdən  sonra  40  dəqiqə  dəmləyib  süzün.  Aldığınız 
ekstraktla  tənzifı  isladıb  xəstə  nahiyənin  üzərinə  qoyub  bintlə  sarıyın.  Əməliyyatı  1  həftə  gecələr 
aparın. 
Diş  dibinin  möhkəmləndirilməsində  və  diş  laxlamanın  qarşısının  alınmasında.  1  xörək 
qaĢığı  doğranmıĢ  palıd  qabığını  1  stəkan  qaynar  suya  töküb  su  hamamına  qoyun  və  30  dəqiqə 
saxlayın. Sonra götürüb 10 dəqiqə dəmləyib süzün. Aldığınız dəmləmə ilə gündə 1-2 dəfə ağzınızı 
yaxalayıb diĢlərinizi təmizləyin. Ekstraktı soyuducuda 2 gün saxlayıb istifadə edin. Müalicə kursu 
2-3 həftədir. 
Mədə  və  onikibarmaq  bağırsaqda  əmələ  gələn  yaraların  müalicəsində  köməkçi  vasitə 
kimi.  1  xörək  qaĢığı  doğranmıĢ  palıd  qabığından  götürüb  1  stəkan  qaynar  suya  töküb,  10  dəqiqə 
biĢirin və dəmləyib süzün. Aldığınız ekstraktdan gündə 2-3 dəfə stəkanın 1/2 hissəsi qədər götürüb 


50 
 
30 dəqiqə yeməyə qalmıĢ qəbul edin. Müalicə kursu 10-14 gündür. 
Xroniki  kolit  zamanı.  Qıcqırma  və  çürümə  prosesini  azaltmaq  üçün  doğranmıĢ  palıd 
qabığından,  qızılağac  və  meĢə  gilasından  götürüb  qarıĢdırın.  QarıĢıqdan  1  xörək  qaĢığı  bir  stəkan 
qaynar  suya  töküb  10  dəqiqə  qaynadın  və  dəmləyib  süzün.  Aldığınız  ekstraktdan  gündə  2-3  dəfə 
yeməyə 30 dəqiqə qalmıĢ stəkanın 1/2 hissəsi qədər qəbul edin. 
Qida və göbələk zəhərlənmələrində. 2 xörək qaĢığı doğranmıĢ palıd qabığını 0,5 litr qaynar 
suya  töküb  30  dəqiqə  qaynadın  və  10  dəqiqə  dəmlədikdən  sonra  süzün.  Aldığınız  ekstraktdan 
stəkanın 1/2 hissəsi qədər götürüb bütün günü hər 2-3 saatdan bir qəbul edin. 
Dizenteriya,  xroniki  enterokolit,  mədə  yaraları  zamanı.  2  çay  qaĢığı  doğranmıĢ  qabığı  1 
stəkan  qaynar  suya  tökün  və  qaynama  dərəcəsinə  çatdırıb  2  saat  dəmlədikdən  sonra  süzün. 
Cövhərdən 2 xörək qaĢığı gündə 3 dəfə, yeməyə 30 dəqiqə qalmıĢ qəbul edin. Müalicə kursu 10-14 
gündür. 
Ayaq  nahiyəsinin  həddən  artıq  tərləməsi  zamanı.  DoğranmıĢ  qabıq  hissəsindən  2  xörək 
qaĢığı  1  stəkan  qaynar  suya  töküb  vam  od  üzərində  10  dəqiqə  saxlayın.  Sonra  1  saat  dəmləyib 
süzün. Aldığınız ekstraktı vannaya töküb yatmağa 1 saat qalmıĢ 10-15 dəqiqəlik vanna qəbul edin. 
Bundan  baĢqa  qabıq  hissəsini  qəhvəüyüdəndən  keçirib  toz  halına  salıb  ayağınızın  üzərinə, 
barmaqların arasına səpin və corabınızı geyinin. 
Kəpəyə  qarşı  balzamın  hazırlanması.  2  xörək  qaĢığı  doğranmıĢ  palıd  qabığını  eyni 
miqdarda çöl qatırquyruğu  və  yarpızla qarıĢdırın. QarıĢıqdan 2 xörək qaĢığı 5 stəkan qaynar  suya 
töküb 20 dəqiqə biĢirib süzün. Ekstraktdan götürüb baĢınızı yumağa 15-20 dəqiqə qalmıĢ baĢınızın 
dərisinə sürtün. Müalicə kursu 2-3 aydır. 
Zəif,  qırılan  tüklər  üçun  balzam.  Palıd qabığı,  söyüd,  qurudulmuĢ  kəklikotundan  götürüb 
bərabər miqdarda qarıĢdırın. QarıĢıqdan bir xörək qaĢığı 1 stəkan qaynar suya tökün və 15 dəqiqə 
biĢirib,  yarım  saat  dəmlədikdən  sonra  süzün.  Ekstraktdan  təmiz  baĢa  həftədə  3-4  gün  sürtün. 
Müalicə kursu 2-3 aydır. 
Yağlı  saçlar  üçün.  3  xörək  qaĢığı  doğranmıĢ  palıd  qabığını  götürüb  5  stəkan  qaynar  suya 
töküb  15  dəqiqə  biĢirin  və  20  dəqiqə  dəmlədikdən  sonra  süzün.  Saçınızı  sabunla  yuyub 
qurtardıqdan sonra cövhərlə baĢınızı yaxalayın. Müalicə kursu bir aydır. 
Diqqət!  Palıd  qabığından  hazırlanmıĢ  cövhər  və  dəmləmələrdən  uĢaqlara  vermək məsləhət 
görülmür.  Bundan  baĢqa  palıd  preparatları  bərkidici  «büzüĢdürücü»  xüsusiyyətlərə  malik 
olduğundan  müalicə  dövründə  çoxlu  tərvəzdən,  xüsusilə  də  kök  və  çuğundurdan  istifadə  etməyə 
çalıĢın 
 
 
QARAĞAC – Ulmaceae Mirb. fəsiləsi 
Qarağac – Ulmus L. 
 
Dünya  florasının  tərkibində  qarağac  cinsinin  20-yə  yaxın  növü  yayılmıĢdır.  Bunlardan 
Qafqazda 8, o cümlədən Azərbaycanda 6 növünə (2 növü mədəni halda beçərilir) təsadüf edilir. 
Xalq  təbabətində  qarağacın  müalicəvi  xüsusiyyətləri  haqqında  qiymətli  məlumatlara  rast 
gəlmək  olar.  Orta  əsrlərdə  Avropada  cəngavərlər  qarağacdan  nizə  düzəldib  döyüĢlərdə  istifadə 
edirdilər. Xalq təbabətində qarağacın yarpaq, qabıq və cavan budaqlarından istifadə edilir. 
Qarağacdan  alınan  preparatlar  antiseptik,  soyuqdəymə,  yarasağaldan,  büzüĢdürücü. 
qankəsici, sidikqovucu, ağrıkəsici xüsusiyyətlərə malikdir. 
 Qarağacdan müalicə preparatlarının hazırlanması.  
Revmatizm,  qızdırma  və  şiş  xəstəliklərində.  4  çay  qaĢığı  doğranmıĢ  qarağac  qabığını  bir 
stəkan  qaynar  suya  töküb,  15  dəqiqə  su  hamamında  dəmləyin,  sonra  soyudub  süzün.  AlınmıĢ 
dəmləmədən gündə 3-4 dəfə yeməyə 20 dəqiqə qalmıĢ qəbul edin. 
Mədə,  onikibarmaq  bağırsaq,  dizenteriya  xəstəliklərində.  1  xörək  qaĢığı  təzə  doğranmıĢ 
qabığını 0,5 litr qaynar suya töküb, su hamamında 15 dəqiqə dəmləyin. Sonra soyudub,  süzün  və 
yenidən 0,5 litr həcminə çatdırıb gündə 4 dəfə stəkanın 1/4 hissəsi qədər qəbul edin. 
Bağırsaq  və  böyrək  ağrılarında.  Qarağacın  qabığını  toz  halına  salıb,  çay  qaĢığının  1/4 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə